Cəmiyyətin gələcəyi uşaqlardan başlayır. Hər bir ölkənin sabahı, onun bugünkü gənclərinin necə yetişməsindən asılıdır. Bu baxımdan müəllimlərin və uşaq inkişaf mərkəzlərinin üzərinə düşən məsuliyyət ölçüyəgəlməzdir. Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əntiqə Rızayeva isə bu müqəddəs vəzifəni təkcə iş kimi deyil, həyat missiyası kimi qəbul edən, bütün ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş bir şəxsiyyətdir.
Əntiqə xanımın rəhbərliyi ilə fəaliyyət göstərən mərkəz bu gün Sumqayıt şəhərində uşaqların yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması, onların intellektual, bədii və mənəvi inkişafının təmin olunması baxımından ən nümunəvi tədris ocaqlarından biri hesab olunur. Onun rəhbərliyi ilə mərkəz sadəcə bir təhsil məkanı deyil, həm də uşaqların xəyallarının reallığa çevrildiyi bir mədəniyyət ocağıdır.
Uzun illərin pedaqoji təcrübəsinə malik olan Əntiqə Rızayeva hər zaman uşaqlarla işləməyin xüsusi məsuliyyət tələb etdiyini vurğulayır. O, müəllim kollektivinə dəfələrlə bildirib ki, “bizim işimiz sadəcə dərs keçmək deyil, insan yetişdirməkdir.” Məhz bu yanaşma mərkəzin uğurlarının əsas sirridir.
Onun rəhbərliyi ilə mərkəzdə musiqi, rəsm, rəqs, teatr, idman və digər yaradıcılıq istiqamətləri üzrə dərnəklər fəaliyyət göstərir. Burada minlərlə uşaq öz istedadını üzə çıxarıb, bir çoxu respublika və beynəlxalq səviyyədə mükafatlara layiq görülüb. Əntiqə Rızayevanın məqsədi uşaqların bacarığını sadəcə göstərmək deyil, onlarda özünəinam və Vətən sevgisini formalaşdırmaqdır.
Əntiqə xanım üçün hər bir uşaq bir dəyərdir. Onun fikrincə, uşağın içindəki işığı görmək və onu parlatmaq – pedaqoqun ən böyük uğurudur. Bu baxımdan o, kollektivdə humanist dəyərləri, sevgi və anlayış mühitini yaratmağa nail olub. Mərkəzdə işləyən müəllimlər də onun bu insani münasibətini öz iş üsullarında davam etdirirlər.
Əntiqə Rızayeva yalnız idarəçi kimi deyil, insan yetişdirən rəhbər kimi tanınır. O, həm uşaqlara, həm də müəllim heyətinə bir ana kimi yanaşır, hər kəsin qayğısını, dərdini dinləməyə və kömək etməyə hazır olur. Bu səbəbdən də o, kollektivin və valideynlərin böyük hörmətini qazanıb.
Mərkəzin fəaliyyəti dövlətin uşaq və gənclərlə bağlı siyasətinə uyğun şəkildə qurulub. Əntiqə xanım daim vurğulayır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın gənc nəslin hərtərəfli inkişafına verdiyi diqqət və qayğı onların işinə böyük stimul verir. Onun sözləri ilə desək, “Biz də bu siyasətin icraçısıyıq – uşaqlara sevgi ilə, məsuliyyətlə yanaşmaqla dövlətə xidmət edirik.”
Əntiqə Rızayeva müasir dövrdə təhsilin yalnız dərsliklərlə məhdudlaşmamalı olduğunu, uşaqlarda vətənpərvərlik, milli kimlik və yaradıcı düşüncə tərzinin formalaşdırılmasının vacibliyini ön plana çəkir. Məhz bu prinsiplər əsasında mərkəzdə “Azərbaycanımı tanıyıram”, “Mənim qəhrəman babam”, “Vətən üçün yaradıram” kimi layihələr həyata keçirilir.
Mərkəzin uğurlarında Əntiqə xanımın yüksək təşkilatçılıq qabiliyyəti, səmimiyyəti və tələbkarlığı mühüm rol oynayır. O, hər zaman deyir ki, rəhbərlik təkcə göstəriş vermək deyil, yol göstərmək, nümunə olmaqdır. Onun bu prinsipi gənc pedaqoqlar üçün də bir məktəb rolunu oynayır.
Əntiqə Rızayeva gənclərin həyatında təkcə təhsil deyil, həm də mənəvi dəyərlərin bərpası və qorunması məsələlərinə xüsusi diqqət yetirir. O, hər zaman vurğulayır ki, milli-mənəvi dəyərlərini unudan gənclik gələcəyə inamla addımlaya bilməz. Bu məqsədlə mərkəzdə tez-tez milli bayramlara, dövlət rəmzlərinə, qəhrəman şəhidlərimizə həsr olunmuş tədbirlər keçirilir.
Əntiqə xanımın rəhbərliyi altında Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi bu gün şəhərin ictimai-mədəni həyatında mühüm rol oynayır. Onun təşəbbüsü ilə bir çox sosial layihələr, xeyriyyə aksiyaları, uşaq festivalları təşkil olunub. Bu tədbirlər sayəsində uşaqlar həm sosiallaşır, həm də milli ruhda formalaşırlar.
Rəhbər kimi o, daim yeniliyə açıqdır. Onun təşəbbüsü ilə mərkəzdə müasir tədris üsulları, innovativ yanaşmalar və interaktiv təlim proqramları tətbiq edilir. Bu da uşaqlarda təhsilə olan marağı daha da artırır.
Əntiqə Rızayeva üçün hər gün bir övladın gülümsəməsi, bir uşağın naliyyət qazanması ən böyük mükafatdır. O, inanır ki, bu gün təməlini qoyduğu sevgi və bilik dolu məktəb sabah Azərbaycanın elm, incəsənət və dövlət idarəçiliyində söz sahibi olacaq gəncləri yetişdirəcək.
Onun rəhbərliyi ilə qurulan bu mərkəz bir daha sübut edir ki, əgər rəhbərin ürəyində sevgi, məqsədində Vətən varsa, orada iş də, inkişaf da, uğur da mütləq olur. Əntiqə Rızayeva məhz belə qadınlardandır – uşaqları gələcəyə inamla aparan, gənclərin yolunu işıqlandıran, dövlətin ideallarına sədaqətlə xidmət edən bir ziyalı.