• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbində Son Zəng tədbiri keçirilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

15-06-2025, 23:56

Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbində Son Zəng tədbiri keçirilib




“Son zəng – 2025” Məzunlarımızla Vida Tədbiri

2025-ci ilin iyun ayının 14-də məktəbimizdə “Son zəng” tədbiri böyük coşqu və duyğulu anlarla qeyd olundu. Təşkil olunan tədbirdə müəllimlər, valideynlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bu əlamətdar gündə XI sinif şagirdlərimiz məktəb həyatının son zəngini eşidərək, yeni bir həyat mərhələsinə doğru ilk addımlarını atdılar.
Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, valideynlər və qonaqlar iştirak edərək məzunlara uğurlar arzuladılar. Məzunlar isə illər boyunca qazandıqları bilik və dəyərlərə görə müəllimlərinə təşəkkürlərini bildirdilər, duyğusal çıxışlarla vidalaşdılar.Tədbirin simvolu olan bilik açarı XI sinif şagirdlərindən I sinif şagirdlərinə təqdim olundu.
Tədbir musiqili kompozisiyalar, şeirlər, rəqslər və maraqlı çıxışlarla yadda qaldı.Məzinlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq! Yolunuz açıq, uğurlarınız bol olsun,əziz məzunlar...

Məktəbin direktor əvəzi Kənan Ələsgərov tədbirdə çıxış edərək məzunlara uğurlar arzulayıb, onlara gələcək həyat yollarında əzmlə irəliləməyi tövsiyə edib. O, qeyd edib ki, Yolçubəyli məktəbi hər zaman savadlı, vətənpərvər və cəmiyyətə yararlı gənclər yetişdirməyə çalışıb.












Sabirabad rayonu Yolçubəyli kənd tam orta məktəbin direktor əvəzi Kənan Ələsgərov - Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bununla yanaşı o zamankı hakimiyyətin qətiyyətli mövqeyinin olmaması müxtəlif silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması ilə nəticələnib. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı birliklər separatçı iddialarla çıxış edib mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər, ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Ulu Öndər Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi.

Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatlıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Azərbaycan ziyalıları, o cümlədən, sadə insanlar Ümummilli Liderə müraciətlər edirdilər, ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Ulu Öndər Heydər Əliyev kimi lider xilas edə bilər. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı qürur səhifəsini təşkil edir. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.



Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazılıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər salmaqla Ulu öndərin böyüklüyünü və dahiliyini əyani surətdə görə bilərik. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Bu əlamətdar günü Azərbaycan xalqı milli həmrəyliyin və birliyin simvolu kimi təntənəli surətdə qeyd edir. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ulu Öndər Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.

Təfərrüata varmadan demək olar ki, Milli Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür. Milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Azərbaycanın işıqlı gələcəyinə yol açan 15 iyun haqlı olaraq əsl qurtuluş, xalqımızın fəlakətlərdən xilas olub qüdrətli bir dövlətin bünövrəsinin qoyulduğu gün kimi müasir tariximizə qızıl həflərlə yazılmışdır. Bu günü xalqımız hər il böyük sevinc və coşqu ilə qeyd edir. Bu müqəddəs günü tarixə yazan isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir. 2003-cü ildən Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti onun ən layiqli siyasi varisi, Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də xalqa müraciətində söylədiyi bu fikirlər indi bütün Azərbaycan xalqı üçün ən qiymətli və ən dəyərli sözlər kimi yaddaşlara həkk olunub: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”.

1993-cü il iyunun 15-də başlayan milli qurtuluş yolu 2020-ci ilin noyabrın 8-də Azərbaycana öz tarixinin ən böyük Zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü il iyunun 15-də atmışdı. Azərbaycan xalqının qurtuluşdan Zəfərə gedən yolu həm də Azərbaycan xalqının Zəfər tarixidir. Xalq olaraq 1993-cü il iyunun 15-dən 2020-ci il noyabrın 8-nə qədər olan 27 illik zaman dilimində şərəflə və qətiyyətlə irəlilədiyimiz möhtəşəm bir yol keçmişik, böyük qurtuluşdan böyük zəfərə yetmişik. Vətən uğrunda çıxdığımız bu haqq yolunun başlanğıcında Ulu Öndər Heydər Əliyev qurtuluş missiyası ilə xalqımızı, ölkəmizi sürükləndiyi bəlalardan, məhv olmaq təhlükəsindən qurtarıb, 44 günlük Vətən müharibəsində isə xilaskarlıq missiyası ilə Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqlarımızı 30 illik işğaldan azad edərək xalqımıza zəfər bəxş edib. Ulu Öndərin xalqımıza bəxş etdiyi əbədi müstəqillik cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və birinci xanım Mehriban Əliyeva tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində əldə edilən nailiyyətlər ilə daha da möhkəmləndirilib, ölkəmiz tarixinin ən qüdrətli dövlətinə çevrilib və hərtərəfli inkişaf üstündə qurulmuş ölkə kimi tarixi yolunu inamla davam etdirir.

Oxunub: 10316
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

16-09-2024, 09:32

32 il sonra Şuşada ilk zəng - Fotolar [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-06-2023, 09:00

Bu gün 101 915 məzun üçün “Son zəng” çalınacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

1-12-2024, 10:40

Ofelya Məmmədova: Təhsil Fədakarlığının Simvolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

10-10-2024, 10:52

Ağstafa Yaradullu kənd Yusif İsmayılov adına Ümumi orta məktəbində təhsilin kefiyyəti yüksək səviyyədədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

1-12-2024, 10:39

Sakit Ağayev: Təhsil Sahəsində Fədakar Rəhbər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Son Zəng"yeni həyata atılan ilk addım ...
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Hadisə
13-06-2026, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
Son xəbərlər
  • Dün, 13:25
    "Son Zəng"yeni həyata atılan ilk addım ...
  • 13-06-2026, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • 13-06-2026, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • 13-06-2026, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • 13-06-2026, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • 13-06-2026, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • 13-06-2026, 10:19
    Polis əməliyyat keçirdi
  • 13-06-2026, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • 13-06-2026, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə