• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cavid Əliyev: 15 iyun – Milli Qurtuluş Günü - məğlubiyyəti qələbəyə çevirən gün [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

14-06-2025, 00:15

Cavid Əliyev: 15 iyun – Milli Qurtuluş Günü - məğlubiyyəti qələbəyə çevirən gün



Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi
üzrə nümayəndəsi Cavid Əliyev


15 iyun 1993-cü il Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin qayıdış və xilaskarlıq missiyasının rəmzinə çevrilmiş Milli Qurtuluş Günü həm də əsl müstəqilliyimizin bərqərar olmasının rəmzidir.

Qurtuluşa gedən yol çətin və sınaqlı mərhələlərdən keçib. Bu yol Azərbaycanın ayrılmaz bölgəsi olan Naxçıvan Muxtar Respublikasından başlamışdı. Ulu Öndərin rəhbərlik etdiyi Naxçıvan müstəqil Azərbaycan dövlətinin milli mübarizəsinin, müstəqillik ideallarının yarandığı və yaşandığı, ali məqsədə çatmaq üçün siyasi bünövrə və möhtərəm məbədgah idi. Heydər Əliyev böyük dövlətçilik təcrübəsini müstəqillik dövrünün yeni tələbləri ilə zənginləşdirməyə, Naxçıvanın tarixi inkişafında əvəzedilməz bir səhifə yazmağa nail olmuşdu.

Naxçıvan Heydər Əliyevin rəhbərliyi ilə sabit inkişaf yolu ilə davam etsə də, ölkəyə “rəhbərlik” edən AXC-Müsavat iqtidarının səriştəsiz kadrlarının yarıtmaz idarəçiliyi sayəsində Azərbaycan sosial-iqtisadi tənəzzüllə üzləşmiş, xarici siyasət tam iflasa uğramış, qonşularla münasibətlər korlanmış, ölkə demək olar ki, təcrid olunmuş vəziyyətə salınmışdı. Ölkədəki qarşıdurma və böhran fəlakət həddinə çatmış, xalqın dirənişi kəskin artmış, “Elçibəy hakimiyyəti”nə olan etibar tamamilə sarsılmışdı.

Azərbaycanın düşdüyü kritik vəziyyəti düşünən ziyalılar, sıravi vətəndaşlar nəhəng siyasi xadim, çoxəsrlik dövlət irsinin mirasını üzərinə götürmüş Ümummilli Liderə sığınmaq, onun dərin zəkasından nicat almaq üçün Muxtar Respublikaya axışır, aramsız müraciətlərlə Azərbaycanın uçuruma gedən müqəddəratını öz çiyinlərinə götürməyi xahiş edirdilər.

Xalq qanı və canı bahasına əldə etdiyi müstəqilliyinə, dövlətçiliyinə sahib çıxa biləcək yeganə və əvəzsiz lider Heydər Əliyevə istinad və inam səcdəgahı kimi baxırdı. Bu səbəsiz deyildi, Heydər Əliyev birinci hakimiyyəti dövründə geriliyə və tənəzzülə gedən Azərbaycanı xilas etmişdi, ali rəhbər olmaqla yanaşı, 7080-ci illərdə milli oyanışın, özünüdərkin və milli azad düşüncənin, dövlətçilik ideologiyasının, intibahın əsasını qoymuşdu. Xalq həmişə onu müdafiə etmişdi və o, ağır bir dönəmdə xalqın yenidən inam və güvən yerinə çevrilmişdi. Lnssanlar inandıqları, etibar etdikləri Liderin birinci dövrdəki şərəfli missiyasını yenidən davam etdiriməsini istəyirdilər.

Bu baxımdan 1992-ci ilin oktyabrında Azərbaycanın “91-lər” adlanan ziyalılarının Heydər Əliyevə hakimiyyətə qayıdışı üçün müraciəti və noyabrda milli siyasi hərəkatın avanqardı olan Yeni Azərbaycan Partiyasının yaranması yeni mərhələnin başlanğıcını qoydu.

Ulu Öndərin hakimiyyətə qayıdışı üçün xalqın bir ildən çox davan edən israrlı təkidlərinin qarşısını hər vəchlə almağa çalışan AXC-Müsavat iqtidarı Azərbaycanın fəlakətdən xilas ola bilməyəcəyini anlayaraq Heydər Əliyevin Bakıya gəlməsini istəyirdi. Naxçıvana edilən telefon zəngləri və xahiş teleqramları bitmirdi. Ümummilli Lider isə, öz növbəsində, doğma Vətənini dar gündə tək qoya bilməzdi. O, bu ağır dövrdə öz həyatını riskə ataraq canından əziz sevdiyi Azərbaycanın nicatına yetişdi.

Nəhayət, 1993-cü il iyunun 9-da Bakıya qayıtdı, 15-də isə Ali Sovetin (parlamentin) sədri seçildi. Parlamentin həmin gün keçirilən iclasında Heydər Əliyev bildirirdi ki, “Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcəkdir”.

1993-cü il iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi, 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində o, Azərbaycan Respublikasının Prezidenti seçildi.

Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, dayanqlı sabitlik, asayiş, əmin amanlıq dönməz xarakter aldı, vətəndaşların dinc həyat ritmi bərpa olundu. Dağınıq və müxtəlif qüvvələrə tabe olan hərbi birləşmələrin yerində nizami və peşəkar ordu quruculuğu bərqərar oldu, I Qarabağ müharibəsində atəşkəs əldə edildi və Azərbaycan milli inkişaf hədəflərini həyata keçirmək imkanı qazandı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” adlanan saziş Azərbaycanın milli inkişafının, gələcək misilsiz uğurlarının möhkəm sütunlarından birinə çevrildi.

Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, qanunçuluğun bərpa edilməsi, demokratik və hüquqi dövlət quruculuğu, azad bazar iqtisadiyyatının bərqərar olması üçün qətiyyətli islahatlar həyata keçirildi, çoxpartiyalı sistem yaradıldı. 1995-ci ildə ilk parlament seçkilərinin keçirilməsi və müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə genişşaxəli inkişafa yol açan hüquqi təminatlar formalaşdı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünəməxsus layiqli yeri müəyyənləşdi və dünya birliyinə inteqrasiyası prosesi başlandı. Beləliklə, milli qurtuluş ideologiyası müstəqil Azərbaycanın inkişafında əbədi və dönməz yol xəritəsinə çevrildi.

15 iyun müstəqil Azərbaycanın dövlətçilik irsində öz layiqli yerini tutdu, parlamentin qəbul etdiyi müvafiq qərara əsasən, 1997-ci ildən etibarən Milli Qurtuluş Günü rəsmi bayram kimi qeyd edilməyə başlandı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu günün tarixi-siyasi əhəmiyyətini yüksək dəyərləndirərək bəyan edib ki, “Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Ümummilli Liderin əsasını qoyduğu unikal kurs Prezident İlham Əliyevin əvəzolunmaz fitri idarəetmə istedadı, uzaqgörən siyasi fəhmi və mükəmməl iqtisadi praqmatizmi sayəsində uğurla davam etdirilək Azərbaycanın yeni inkişaf konseptinə çevrildi. Cənab Prezident Heydər Əliyevin bütün arzu və amallarını, ən ali və ülvi niyyəti olan işğal altında olan ərazilərin azad edilməsi vəsiyyətini yerinə yetirmək üçün bütün gücünü sərf etdi, dünya birliyinin uzun illər davam edən haqsızlıqlarına, təzyiq və ədalətsiz təkliflərinə sinə gərdi. O nə siyasət, nə də döyüş meydanda bir addım geri çəkilmədi, sarsılmaz qətiyyəti və nəhayətsiz səbri ilə beynəlxalq kürsülərdən Azərbaycanın haqlı mövqeyini bəyan etdi – Ermənistan işğal etdiyi torpaqların hər bir qarışını azad etməlidir!

Prezident İlham Əliyev möhkəm inamla və dəmir iradə ilə Azərbaycanın artan iqtisadi qüdrətini məharətlə peşəkar və nümunəvi ordu quruculuğuna yönəltdi. Xarici havadarlarına arxalanaraq yeni ərazi iddialarına düşən Ermənistanın 2020-ci ildəki təxribatları onun səbrinin son damlası oldu.

Onun rəhbərliyi altında Silahlı Qüvvələrimiz 44 günlük Vətən savaşında Zəfər qazanaraq Qarabağ və Şərqi Zəngəzuru 30 illik əsarətdən xilas etdi və Heydər Əliyevin ən müqəddəs arzusunu yerinə yerirdi. 2023-cü ildə bir günlük anti-terror tədbirləri nəticəsində Azərbaycan torpaqlarında qanunsuz erməni rejiminin kökü birdəfəlik kəsildi, Azərbaycan xalqının 200 illik ali missiyası həyata keçirildi.

Beləliklə, Ümummilli Lider Heydər Əliyevlə başlayan Qurtuluş Zəfəri Qarabağ Zəfəri ilə tamamlandı, müstəqil Azərbaycanın suverenliyinin, Konstitusiya quruluşunun da bütövləşməsi ilə yekunlaşdı.

Oxunub: 1066
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

15-06-2023, 08:41

Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

5-09-2024, 11:32

Maya Yunusova: Böyük sabahlara gedən yol [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

17-06-2023, 11:10

15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda toplantı və konsert keçirilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-02-2024, 09:39

Naxçıvan Muxtar Respublikasının yaradılmasından 100 il ötür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

3-09-2024, 10:32

Rauf müəllim: Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
"Son Zəng"yeni həyata atılan ilk addım ...
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Hadisə
Bugün, 11:46
DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Bugün, 10:23
Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
Bugün, 09:30
Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
13-06-2026, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
Son xəbərlər
  • Bugün, 11:46
    DİN: Son iki gündə 84 cinayət açılıb, 32 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
  • Bugün, 11:32
    Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
  • Bugün, 11:28
    İran-ABŞ anlaşmasının görünməyən tərəfi: Qazanan kim, itirən kim
  • Bugün, 11:23
    ABŞ-la İran razılaşdı: Neft kəskin ucuzlaşdı, qızıl isə bahalaşdı
  • Bugün, 10:51
    XİN: Heydər Əliyevin qayıdışı dövlət müstəqilliyinin möhkəmləndirilməsinin təməlini qoyub
  • Bugün, 10:46
    Məsud Pezeşkian: İrana qarşı aparılan iqtisadi müharibə hərbi qarşıdurmadan daha pisdir
  • Bugün, 10:42
    Tramp Putinə və Si Cinpinə təşəkkür etdi
  • Bugün, 10:23
    Bəzi rayonlara intensiv yağış yağır - Faktiki hava
  • Bugün, 09:53
    Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına - Müraciət ünvanladı
  • Bugün, 09:48
    Qardaşlığımızın möhürlənməsinin beşinci ili
  • Bugün, 09:39
    Flora Kərimovanın vəziyyəti - Açıqlandı
  • Bugün, 09:30
    Başı stadionun dəmirləri arasında qaldı - Xilas anları+Video
  • Bugün, 09:23
    “İranla saziş imzalandı, hamını təbrik edirəm!”
  • Bugün, 09:16
    Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Bugün, 09:11
    Prezident İlham Əliyev 15 İyun – Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
  • Bugün, 09:00
    Azərbaycanda Milli Qurtuluş Günüdür
  • Dün, 13:25
    "Son Zəng"yeni həyata atılan ilk addım ...
  • 13-06-2026, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • 13-06-2026, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • 13-06-2026, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • 13-06-2026, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • 13-06-2026, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • 13-06-2026, 10:19
    Polis əməliyyat keçirdi
  • 13-06-2026, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • 13-06-2026, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə