• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ramiz Süleymanov: İslam dünyasında ilk demokratik dövlətçilik nümunəsi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

28-05-2025, 10:34



Tovuz Rayon İcra Hakimiyyəti başçısının Qaralar kənd inzibati ərazi nümayəndəsi Ramiz Süleymanov - Azərbaycan tarixində elə hadisələr və simalar var ki, onların verdiyi töhfə zaman və məkan sərhədlərini aşaraq milli şüurun, dövlətçilik iradəsinin və istiqlal əzminin simvoluna çevrilir. 28 May 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və bu idealların çağdaş dövrdə davamçısı olmuş Ulu Öndər Heydər Əliyev həmin müstəsna siyasi fenomendir. AXC hər nə qədər cəmi 23 ay yaşasa da, onun ideyaları Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş və müstəqillik arzusunu nəsildən-nəslə daşıyan əsas ideoloji bünövrəyə çevrilmişdir. Bu ideyaların yaşadılması və praktik siyasi həyata uğurla keçirilməsi isə 20-ci əsrin sonlarında məhz Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində mümkün olmuşdur.

AXC-nin siyasi və hüquqi varisliyinə əsaslanan müasir Azərbaycan Respublikasının quruculuq mərhələsində Heydər Əliyev yalnız siyasi lider deyil, eyni zamanda tarixi ədaləti bərpa edən bir dövlət xadimi kimi çıxış etmişdir. O, AXC-nin ideyalarının müasir dövrə uyğun şəkildə həyata keçirilməsini təmin edərək, Azərbaycanı müstəqil, demokratik və hüquqi dövlətə çevirməyi qarşısına məqsəd qoymuşdu. Bu kontekstdə onun “Azərbaycan Xalq Cümhuriyyəti müstəqillik tariximizin şanlı səhifəsidir. Biz bu tarixə sahib çıxmalıyıq” fikri müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasını formalaşdıran vacib tezislərdən biridir. 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşı-qarşıya qaldığı ağır ictimai-siyasi böhran dövründə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev birinci növbədə milli dövlətçilik ideyalarını və AXC mirasını dirçəltmək yolunu tutdu. O, 1993-cü ildə Prezident seçildikdən sonra Azərbaycan tarixində ilk dəfə olaraq 28 May – Respublika Gününün dövlət səviyyəsində qeyd olunması barədə sərəncam imzaladı. Bu, təkcə simvolik addım deyil, milli tariximizin siyasi və hüquqi reabilitasiyası idi.

Xüsusilə diqqətçəkici məqamlardan biri də ondan ibarətdir ki, Ulu öndər Heydər Əliyev SSRİ dövründə, 1990-cı ilin noyabrında artıq siyasi çeviklik və uzaqgörənlik nümayiş etdirərək, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri kimi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını bərpa etmişdi. Bu, həm cəsarətli siyasi jest, həm də milli kimliyin bərpası istiqamətində atılmış strateji addım idi. Onun həmin vaxt dediyi bu tarixi sözlər xüsusi diqqətə layiqdir: “Bu bayraq bizim istiqlal rəmzimizdir. Bu bayraq bir gün bütün Azərbaycanda dalğalanacaq!” Bu proqnoz və arzu 1991-ci ildə Azərbaycanın müstəqilliyinin yenidən bərpası ilə gerçəkləşdi və həmin bayraq bu gün BMT-də, Avropa Şurasında və dünyanın onlarla paytaxtında qürurla dalğalanır. Ulu Öndər Heydər Əliyev AXC irsini yalnız tarixlə məhdudlaşdırmır, onu müasirliklə və gələcək inkişaf strategiyaları ilə əlaqələndirirdi. Onun sözləri ilə desək, “Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanın əsasını qoymuşdur. Biz bu tarixi yaşatmaqla gələcəyimizi möhkəmləndiririk.” Bu yanaşma göstərir ki, Ulu Öndər üçün tarix sadəcə keçmişin xatırlanması deyil, həm də gələcəyin qurulmasında möhkəm dayağa çevrilməli idi. Bugünkü Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər – siyasi sabitlik, iqtisadi inkişaf, ordu quruculuğu, diplomatik nüfuz – bütün bunlar AXC-nin ideyalarının Heydər Əliyev məktəbi vasitəsilə real dövlət siyasətinə çevrilməsinin nəticəsidir.

Nəticə etibarilə, 28 May təkcə bir tarix deyil – bu, azadlıq və dövlətçilik uğrunda mübarizənin, milli iradənin və siyasi yaddaşın təntənəsidir. Bu gün bu bayramı qeyd edərkən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını ehtiramla yad etməklə yanaşı, onun ideyalarını müasir dövrdə yaşadan və inkişaf etdirən Heydər Əliyev fenomeninə də dərin hörmətimizi ifadə edirik. Çünki bu tarixi yolun başlanğıcında AXC davamında isə Ulu öndər Heydər Əliyevin siyasi irsi dayanır. Bu irs, bu ideya müstəqil Azərbaycanın sabahına gedən yolu işıqlandırır. Dünyanın mürəkkəb siyasi mənzərəsində dövlətlərin taleyini müəyyən edən əsas faktor liderlik amilidir. XXI əsrin çağırışlarına cavab verə bilən, xalqın etimadını qazanan və dövlət idarəçiliyində ardıcıl uğurlar qazanan liderlər tarixdə öz izlərini buraxırlar. Azərbaycan üçün bu lider Prezident İlham Əliyevdir – milli iradənin daşıyıcısı, suverenliyimizin qoruyucusu və müstəqil dövlətçilik modelinin memarı. 2020-ci ildə əldə edilən Zəfər – Azərbaycanın suverenlik və ərazi bütövlüyünün tam bərpası – Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli rəhbərliyinin parlaq nəticəsidir. Bu qələbə bir xalqın ləyaqətinin, tarixi ədalətinin və əzmkar ruhunun təntənəsi idi.

Prezident İlham Əliyevin daxili siyasətdə həyata keçirdiyi genişmiqyaslı islahatlar Azərbaycanın dinamik inkişafını təmin edib. Onun rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf proqramları, kənd təsərrüfatı və sənaye sahəsindəki təşəbbüslər, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul edilən qərarlar bir məqsədə – xalqın rifahına xidmət edir. Cənab Prezidentin tez-tez vurğuladığı kimi: “Əsas məqsədimiz Azərbaycan xalqının rifahıdır.” Bu prinsip ölkənin siyasi kursunun mərkəzində dayanır. Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir. Onun rəhbərliyi ilə aparılan idarəetmə islahatları, struktur çevikliyi və rəqəmsallaşma təşəbbüsləri idarəetmənin effektivliyini xeyli artırıb. Bu, xüsusilə iqtisadiyyat sahəsində aydın hiss olunur. Ölkədə sənayeləşmə sürətlənib, qeyri-neft sektoru inkişaf etdirilir, aqrar sahə müasirləşdirilir. Cənab Prezidentin “Neft kapitalını insan kapitalına çevirməliyik” fikri, bu siyasətin strateji xəttini göstərir. Zəfərdən sonrakı dövr – yeni inkişaf mərhələsi – Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın gələcəyə doğru inamla addımladığını sübut edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma, ağıllı kənd layihələri, infrastrukturun bərpası təkcə regionun dirçəlişi deyil – bu, həm də milli mənəviyyatın, tarixi yaddaşın və dövlət qürurunun yenidən qurulmasıdır. Dövlətimizin başçısı bunu belə ifadə edib: “Biz təkcə şəhərlərimizi deyil, tarixi ədaləti, milli ləyaqətimizi bərpa edirik”. Azərbaycan bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə gələcəyə baxan bir dövlətdir. Onun rəhbərliyi ilə formalaşan yeni dövlətçilik modeli – güclü iqtisadiyyata, dayanıqlı təhlükəsizlik sisteminə və xalqla bir olan siyasi iradəyə əsaslanır.

Oxunub: 1091
Paylaş:
Digər xəbərlər

---

28-05-2025, 10:30

Elman Sadıqov: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

25-05-2023, 14:26

Xalid Quluzadə: Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

26-05-2023, 13:36

Nicat Həsənov: Dövlətçilik ənənələrimiz əbədi yaşayacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

28-05-2025, 10:27

Hikmət Poladov: Azərbaycan xalqı tarixi və mənəvi-siyasi sərvəti olan milli müstəqilliyi əbədi yaşatmaq əzmindədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

28-05-2025, 10:32

Mətləb Cəfərov: Dövlətçilik tariximizi qürurla yaşadırıq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
Yumurtanın yeni qiyməti MƏLUM OLDU
Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
Hadisə
Bugün, 13:06
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Bugün, 12:47
Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
27-06-2026, 09:56
Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
26-06-2026, 11:05
Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
26-06-2026, 09:46
DİN əməliyyat keçirdi: Ekstazi, narkotik, pul - VİDEO
25-06-2026, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Son xəbərlər
  • Bugün, 16:00
    İrana qarşı “SÜRÜNƏN” müharibə – DÇ-2026 bitməmiş...
  • Bugün, 15:30
    Ermənistandan İrana yeni tunel - Zəngəzur bəhanəsi bitəcəkmi?
  • Bugün, 14:22
    Seçkidə Paşinyana “HƏ”, referendumda “YOX”? – KRİTİK dövr
  • Bugün, 13:23
    Şəki Xan Sarayı ilə bağlı sirlər ortaya çıxdı - FOTO
  • Bugün, 13:06
    Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
  • Bugün, 13:01
    Sabah icra məmurları Bilgəhə gedir - eks-deputatın həyat yoldaşı vətəndaşın torpağını geri qaytarmalıdır
  • Bugün, 12:47
    Çətənə kolu yetişdirən şəxsin saxlanılmasının ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
  • Bugün, 12:09
    Xankəndində işləmək istəyənlərin NƏZƏRİNƏ
  • Bugün, 12:01
    Azərbaycanda kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
  • Bugün, 11:55
    Azərbaycan Prezidenti: “Var qüvvəmizi əsirgəməyəcəyik”
  • Bugün, 11:50
    Yumurtanın yeni qiyməti MƏLUM OLDU
  • Bugün, 11:10
    Leyla və Alena Əliyevalar festivalda - Fotolar
  • Bugün, 11:04
    Prezidentdən “Türk Dünyası Həftəsi”nin iştirakçılarına - Müraciət
  • Bugün, 10:28
    Bakıda “Türk Dünyası Həftəsi” keçirilir
  • Bugün, 10:21
    Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
  • Bugün, 09:44
    “İsrail hökuməti öz cinayətlərini ört-basdır etməyi hədəfləyir” - Türkiyə XİN
  • Bugün, 09:38
    İsti hava Avropada 1300-dən çox can aldı
  • Bugün, 09:32
    Pakistan Əfqanıstanla sərhəddə əməliyyat həyata keçirdi - 29 ölü
  • Bugün, 09:22
    ABŞ və İran razılığa gəldi
  • Bugün, 09:00
    Putindən acı etiraf: Benzin tapılmır
  • 27-06-2026, 12:00
    “Hər gün yüzlərlə iş yeri bağlanır”
  • 27-06-2026, 11:23
    Yağışlı hava şəraiti ilə bağlı sürücülərə - Müraciət
  • 27-06-2026, 11:18
    Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi açıqlama
  • 27-06-2026, 10:01
    DÇ-2026: Misir İranla bərabərə qalaraq ilk dəfə pley-offa vəsiqə qazanıb
  • 27-06-2026, 09:56
    Yaxın saatlarda leysan olacaq, dolu düşəcək
  • 27-06-2026, 09:46
    Bu ölkədə azanı qadağan etməyə hazırlaşırlar
  • 27-06-2026, 09:41
    Bu gün Bakıda UFC turniri keçiriləcək
  • 27-06-2026, 09:01
    Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı
  • 27-06-2026, 09:00
    Hərbi Xidmətdən Yayınanlara Sərt Mesaj: “Neqodnı” Olanlar Komissiyaya Gəlsin!
  • 26-06-2026, 13:02
    Xankəndidəki hərbi yürüşdən - Fotolar
  • 26-06-2026, 12:14
    NATO Azərbaycan Ordusuna qiymət verdi
  • 26-06-2026, 12:11
    NATO-nun Baş katibi Putini hədələdi: “Cavab verəcəyik”
  • 26-06-2026, 11:51
    Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib
  • 26-06-2026, 11:15
    NATO-nun gizli sənədi mətbuata sızdı - 70 milyardlıq yardım
  • 26-06-2026, 11:05
    Ötən gün 158 nəfər tutulub - 144-ü borca görə
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə