Beyləqan rayonunun səhiyyə sistemində uğurlu islahatların, pasiyent məmnunluğunun və müasir tibbi xidmətlərin əsas ünvanı olan Beyləqan Rayon Mərkəzi Xəstəxanası, bu gün güclü idarəetmə və peşəkar komanda ruhunun parlaq nümunəsinə çevrilib. Bu uğurların arxasında isə uzun illərin təcrübəsinə, yüksək məsuliyyət hissinə və vətəndaşlara dərin hörmətə sahib olan bir şəxs – xəstəxananın direktoru Bayram Muradov dayanır.
Bayram Muradov tibb sahəsində nüfuzlu mütəxəssis olmaqla yanaşı, idarəetmə qabiliyyəti və prinsipial mövqeyi ilə də seçilir. Onun rəhbərliyi ilə Beyləqan Mərkəzi Xəstəxanasında infrastruktur yenilənmiş, avadanlıqlar müasir texnologiyalarla təchiz olunmuş, pasiyent məmnunluğunun artırılması məqsədilə yeni yanaşmalar tətbiq olunmuşdur. Tibbi heyətin peşəkarlığının artırılması üçün təlimlər və müasir metodlara əsaslanan tədbirlər planlı şəkildə həyata keçirilir.
Bayram müəllim üçün səhiyyə sadəcə iş deyil – bu, vətəndaşa xidmətin ən yüksək formasıdır. O, xəstəxananın qapılarını və ürəyini hər bir pasiyentə açır, müraciət edən insanların qayğılarını şəxsi məsuliyyəti kimi dəyərləndirir. Onun rəhbərliyi ilə xəstəxanada şəffaf idarəçilik, operativ xidmət və insana dəyər prinsipləri əsas tutularaq, rayon sakinlərinin sağlamlığının qorunması prioritet məsələyə çevrilib.
Xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına və aztəminatlı ailələrə göstərilən tibbi xidmətlər Bayram Muradovun sosial həssas təbəqələrə olan xüsusi münasibətinin bariz nümunəsidir. Onların hər birinin sağlamlığı, psixoloji durumu və ehtiyaclarının qarşılanması daim diqqət mərkəzində saxlanılır. Bayram müəllim bu ailələrlə şəxsi təmasda olur, onların sağlamlıq problemlərinin həlli üçün xüsusi təşəbbüslər irəli sürür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial yönümlü siyasətin yerli səhiyyə sahəsində də uğurla tətbiqinə sadiq qalan Bayram Muradov, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideallarına və “İnsana qayğı – dövlətin əsas məqsədidir” prinsipinə böyük ehtiramla yanaşır. Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirlərin fəal iştirakçısı olan Bayram Muradov bu dəyərli irsi gənc nəslə aşılamaq üçün də davamlı təşəbbüslərlə çıxış edir.
Bayram Muradovun fəaliyyəti Beyləqan rayonunda səhiyyə sahəsinin yenilənməsinə, tibbi xidmətlərin əlçatan və keyfiyyətli olmasına, vətəndaş məmnunluğunun artmasına yönəlib. O, rəhbərlik etdiyi tibb müəssisəsini təkcə şəfa ocağı deyil, eyni zamanda humanist dəyərlərin, vətəndaşlara qayğının və milli birlik ideallarının yaşadığı bir mərkəzə çevirib.