• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Elçin Həsənov: Qisas döyüş meydanında alındı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2025, 10:50

Elçin Həsənov: Qisas döyüş meydanında alındı


Elçin Həsənov,

Səbail Rayon Mənzil Kommunal-Təsərrüfatı Birliyinin rəisi


Xocalı soyqırımı – XX əsrin sonunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi ən ağır cinayətdir. Artıq ermənilərin Xocalıda törətdikləri soyqırım bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu da təsdiqini tapan həqiqətdir ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır və dəhşətli cinayətdir. 1992-ci il fevralın 26-sı qarlı-şaxtalı gecədə insanlığını itirmiş, vəhşiləşmiş erməni silahlı birləşmələri günahsız, əliyalın insanların üzərinə hücum çəkərək tarixin ən qanlı cinayətlərindən birini törətdi, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-si­yasi qiymət verilmişdir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.
Xocalı soyqırımından 33 il keçir. Amma illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində də əksini tapıb. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. İşğalın nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. Azərbaycanda aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin elementlərinin mövcudluğu müəyyən edilmişdir. Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
“Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Bu isə o deməkdir ki, biz Xocalının qisasını döyüş meydanında aldıq və ədaləti öz gücümüzlə bərpa etdik.

Oxunub: 10104
Paylaş:
Digər xəbərlər

---

26-02-2024, 10:36

Qəhrəman müəllim: Xocalı faciəsi qurbanlarının qisası alındı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:33

Əsəd Qurbanov: Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:29

Cəsarət Qasımov: Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-02-2025, 11:24

Şəfəq İsmayılova: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:29

Səyyaf Tağıyev: Xocalı şəhidlərinin qanı yerdə qalmadı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Hadisə
Bugün, 16:00
Sabah 36 dərəcə isti olacaq
Bugün, 13:21
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Bugün, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Bugün, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Bugün, 11:40
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Bugün, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Son xəbərlər
  • Bugün, 18:26
    Azərbaycanın səhiyyə işçiləri təltif edilib
  • Bugün, 16:00
    Sabah 36 dərəcə isti olacaq
  • Bugün, 15:30
    ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
  • Bugün, 13:21
    Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
  • Bugün, 13:11
    Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
  • Bugün, 12:26
    Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
  • Bugün, 12:21
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Bugün, 12:16
    Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
  • Bugün, 11:53
    Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
  • Bugün, 11:48
    Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
  • Bugün, 11:44
    I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
  • Bugün, 11:40
    Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
  • Bugün, 10:43
    “Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
  • Bugün, 10:39
    Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
  • Bugün, 10:35
    Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
  • Bugün, 09:53
    17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
  • Bugün, 09:48
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
  • Bugün, 09:42
    Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
  • Bugün, 09:34
    Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
  • Bugün, 09:28
    Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
  • Bugün, 09:00
    Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
  • Dün, 16:00
    Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
  • Dün, 15:30
    Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
  • Dün, 13:18
    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
  • Dün, 13:13
    Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
  • Dün, 13:07
    Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
  • Dün, 13:03
    Müəllimlər də forma geyinəcək
  • Dün, 12:58
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
  • Dün, 11:56
    TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
  • Dün, 11:39
    SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
  • Dün, 10:51
    “İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
  • Dün, 10:48
    Prezident qəbul keçirdi - Foto
  • Dün, 10:34
    Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
  • Dün, 10:14
    Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
  • Dün, 09:52
    “Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə