• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Şəfəq İsmayılova: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

23-02-2025, 11:24

Şəfəq İsmayılova: Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir


Tovuz rayon Bayramlı kənd Z.Yusifov adına tam orta məktəbinin direktoru Şəfəq İsmayılova - 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciə kimi yaddaşlara həkk olan və Azərbaycan tarixinin dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Separatçı ermənilər havadarlarının köməyi və dəstəyi ilə Xankəndi şəhərində yerləşmiş Sovet hərbi bazasının texnikasından istifadə edərək həmin gecə azərbaycanlılar yaşayan Xocalı şəhərini yerlə yeksan edərək insanlığa sığmayan vəhşilik törətdilər. Qocalara, uşaqlara, qadınlara və əliyalın insanlara məhəl qoymadan qarşılarına çıxan hər kəsi azərbaycanlı olduğuna görə məhv etdilər. Bu əsl soyqırım aktıdır və BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A(III) saylı qətnaməsinin tələblərinə tam uyğundur. Bu soyqırım nəticəsində rəsmi məlumata görə Xocalı şəhərinin 613 nəfər sakini öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Həmin gecə 487 insan şikəst olub, 1275 nəfər əsir götürülüb, 150 nəfərin isə taleyindən hələ də xəbər yoxdur. 56 nəfər ermənilərə xas olan xüsusi amansızlıq və qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarnını süngü ilə yararaq öldürüblər. Bir çox ailələr tamam məhv olmuş, xeyli sayda uşaqlar bir və ya hər iki valideynini itirmişdir. Onu da qeyd etmək lazımdır ki, bu dəhşətli hadisənin törədilməsində əli olan ermənilər yazdıqları kitablarda bütün bu və digər faktları açıq-aydın göstərməklə soyqırım törətdiklərini etiraf edir və bununla fəxr etdiklərini bildirirlər.

Xocalı soyqırımının baş verməsindən bir neçə gün sonra dünyanın tanınmış mətbu orqanları – Krua ıEveneman jurnalı(Paris), “Sandi Tayms” (London), “İzvestiya”(Moskva) və digər xarici qəzet və jurnallar erməni vəhşiliklərini açıq şəkildə göstərərək bunların azərbaycanlıların təbliğatı deyil, reallıq olduğunu qeyd etmişlər.

Azərbaycan dövləti və xalqımız Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmur və onu bütün dünyaya tanıtmaq üçün daim geniş miqyaslı tədbirlər həyata keçirir. İlk öncə onu qeyd etmək lazımdır ki, “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş və Prezidentin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Xocalı soyqırımının bütün dünyada tanıdılması üçün 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və müəllifliyi ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına başlanmışdır. Bu kampaniya və həyata keçirilən digər tədbirlər nəticəsində 17-dən çox ölkənin qanunverici orqanları, habelə ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Eyni zamanda 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir. Hazırda bu istqamətdə tədbirlər davam etdirilir.

Ermənilərin bu vəhşiliklərinə baxmayaraq Azərbaycan xalqı respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpası üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşərək 2020-ci ilin sentyabr-noyabr aylarında 44 günlük müharibədə və 2023-cü ilin noyabr ayında bir günlük antiterror əməliyyatında öz istəyinə nail oldu. Hazırda işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq işləri aparılır və bu bölgəyə Böyük qayıdış başlayıb. Xocalı şəhəri də yenidən qurulur və artıq onlarla ailə Azərbaycanımızın ən gözəl guşəsi olan bu şəhərdə məskunlaşmışdır və proses davam edir.

Çox obyektiv reallıqdır ki, Xocalı soyqırımının və xalqımıza qarşı törədilən bir çox cinayətlərin təşkilatçıları və rəhbərləri də “yaddan çıxmamış”, İlham Əliyev cənablarının apardığı çox uğurlu siyasət nəticəsində onlar həbs olunaraq Bakıya gətiriliblər. Hazırda bu insanlığa sığmayan vəhşilikləri törədənlərin məhkəməsi gedir və ümid edirik ki, onlar özlərinin layiqli cəzalarını alacaqlar. Eyni zamanda inanırıq ki, xalqımız öz Ali Baş komandanı və Prezidenti İlham Əliyevin rəhbərliyi altında Dəmir yumruğun həmişə yerində olduğunu daim nümayiş etdirəcək və xoş gələcəyimizə doğru inamla irəliləyəcəkdir.

Oxunub: 1095
Paylaş:
Digər xəbərlər

---

26-02-2024, 10:29

Cəsarət Qasımov: Bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:33

Əsəd Qurbanov: Bütün bəşəriyyətə qarşı törədilmiş cinayət [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:32

Arif Cavadov: “Xocalıya ədalət”i Xocalıda bərpa etdik [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:29

Səyyaf Tağıyev: Xocalı şəhidlərinin qanı yerdə qalmadı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

26-02-2024, 10:36

Qəhrəman müəllim: Xocalı faciəsi qurbanlarının qisası alındı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
“Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
Hadisə
Bugün, 16:00
Sabah 36 dərəcə isti olacaq
Bugün, 13:21
Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
Bugün, 12:21
Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
Bugün, 12:16
Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
Bugün, 11:40
Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
Bugün, 09:53
17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
Son xəbərlər
  • Bugün, 18:26
    Azərbaycanın səhiyyə işçiləri təltif edilib
  • Bugün, 16:00
    Sabah 36 dərəcə isti olacaq
  • Bugün, 15:30
    ABŞ-İran anlaşmasının 4-cu bəndi və... Tramp marşrutu
  • Bugün, 13:21
    Müəllimi güllələyən şagirdlə bağlı qərar verildi
  • Bugün, 13:11
    Hakan Fidanla Putin görüşəcək - gündəlikdə İrəvan-Bakı məsələsi də var
  • Bugün, 12:26
    Bu şəxslər təcrid vəziyyətində müalicə olunacaq
  • Bugün, 12:21
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Bugün, 12:16
    Füzulidə 3 tondan artıq çətənə bitkisi məhv edilib
  • Bugün, 11:53
    Meloni Ərdoğanın sözünü yerə salmadı - Siqareti tərgitdi
  • Bugün, 11:48
    Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
  • Bugün, 11:44
    I sinfə qəbul üzrə məktəb seçimi BAŞLADI
  • Bugün, 11:40
    Bərdədə 10 kiloqramlıq narkotik yükü ələ keçdi
  • Bugün, 10:43
    “Əhalini təşvişə düşməməyə çağırırıq” - MN
  • Bugün, 10:39
    Xəzərdən su götürənlər bu qədər ödəniş etməlidirlər - Sentyabrın 1-dən
  • Bugün, 10:35
    Prezident ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul etdi - Fotolar
  • Bugün, 09:53
    17 yaşlı Zəhranın həlak olduğu qəza yerindən - Görüntülər
  • Bugün, 09:48
    Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu - Foto
  • Bugün, 09:42
    Ronaldo DÇ öncəsi azarkeşlərə səsləndi
  • Bugün, 09:34
    Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?
  • Bugün, 09:28
    Rusiya ilə sülh danışıqlarına hazırıq - Merts
  • Bugün, 09:00
    Qərb Kremlin qorxduğu ssenarini niyə işə saldı: Almaniya NATO-nun vuracağı Rusiya ərazilərini anons etdi
  • Dün, 16:00
    Qazaxıstanda Ceki Çanın rol aldığı film çəkilir – Növbəti dayanacaq Azərbaycan olacaq
  • Dün, 15:30
    Lukaşenko Zelenskidən üzr istədi: Onun döyüşdüyünü nəzərə almalıydım...
  • Dün, 13:18
    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi
  • Dün, 13:13
    Azərbaycanda bu ödəniş ləğv edilir - Pulsuz olacaq
  • Dün, 13:07
    Məktəbli forması ilə bağlı qanunu pozanları nə gözləyir?
  • Dün, 13:03
    Müəllimlər də forma geyinəcək
  • Dün, 12:58
    Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olundu
  • Dün, 11:56
    TƏCİLİ: Putin o sənədi imzaladı! Tarix bəlli oldu...
  • Dün, 11:39
    SON DƏQİQƏ! Moskva küçələrində hərəkət dayandı
  • Dün, 10:51
    “İrana 300 milyard dollar ödəyəcəyimiz xəbəri feykdir”
  • Dün, 10:48
    Prezident qəbul keçirdi - Foto
  • Dün, 10:34
    Yeni Şuranın vəzifələri bunlar olacaq - Siyahı
  • Dün, 10:14
    Bu qurumlar ləğv edilir - Media və Yayım Şurası yaradılır
  • Dün, 09:52
    “Onlar ABŞ-dən bir qəpik də almayacaqlar”
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə