• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azər müəllim: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır

---

24-12-2024, 10:28

Azər müəllim: Xalq-iqtidar birliyi sabitliyin qarantıdır


Xocavənd Rayon icra nümayəndəsi Azər müəllim - Prezident İlham Əliyev 21 illik fəaliyyəti dövründə Azərbaycanın böyük bir salnaməsini yaratmış, güclü iqtisadiyyata, dinamik inkişafa, dünya dövlətləri sırasında xüsusi çəkiyə malik olan dövlət kimi imicini yaratmışdır. Müstəqil Azərbaycanın yürütdüyü siyasət dövlətimizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib.

Regionda yeni reallıqların müəllifi olan Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün genişmiqyaslı təşəbbüslər irəli sürür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. Müstəqillik tarixində ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın bütün ərazilərində ilk dəfə - 2024-cü il fevralın 7-də Zəfər seçkisi adlandırılan prezident seçkiləri keçirildi. Cənab İlham Əliyevin bu seçkilərdə 92,12 faiz səslə qalib gəlməsi bir daha təsdiqlədi ki, xalq-iqtidar birliyi, həmrəyliyi sarsılmazdır.

Dövlətimizin başçısı prezidentlik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirmişdir.

Cənab İlham Əliyev tarixi vəzifələrin həyata keçirilməsi yükünü və məsuliyyətini uğurla daşıyaraq milli maraqları ifadə edən siyasət həyata keçirməklə hər bir azərbaycanlının Prezidenti oldu. Dövət başçısının diqqət və qayğısı nəticəsində, ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq, humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib.

Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. 2003-2023-cü illərdə ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-nin real həcmi 4 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, 2023-cü ilin sonuna bu rəqəm 3500 manatdan çoxdur. 2003-2023-cü illərdə ölkəmizdə dövlət büdcəsinin illik sosial müdafiə xərcləri 20 dəfədən çox artıb. Statistik rəqəmlərin dili ilə desək, bu dövrdə minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12 dəfə, minimum pensiya 14 dəfə, orta aylıq pensiya 18 dəfə, yaşa görə orta aylıq pensiya 19 dəfə, əlilliyə görə pensiya 14 dəfə, ailə başçısını itirməyə görə pensiya 19 dəfə artıb. 2003-cü illə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,5 faizə enib. Təbii ki, bütün bunlar bir daha deməyə əsas verir ki, son 21 il ərzində bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.

Azərbaycanda nəhəng enerji layihələri, genişmiqyaslı abadlıq-quruculuq işləri gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər verir.

Bu günlərdə Azərbaycanın D-8 təşkilatına üzvl qəbul edilməsi ölkəmizin müstəqillik tarixində əldə olunan növbəti beynəlxalq diplomatik uğurdur. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollarından artıq ÜDM-ə malik, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən D-8-ə üzvlük Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun daha bir göstəricisidir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi kimi tarixdə yer aldı. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının nümunəsidir. Azərbaycan bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdi.

Azərbaycan siyasi və iqtisadi çəkisinə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq dərəcədə işlər görüb. Təbii ki, bu işlərin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman ən yüksək səviyyədə qiymətləndirir.

Oxunub: 10155
Paylaş:
Digər xəbərlər

---

5-04-2024, 12:26

30 illik müstəqillik tariximizdə ilk dəfə ölkəmizin bütün ərazisində Prezident seçkiləri keçirildi

Cəmiyyət

18-12-2023, 00:58

Habil müəllim: Bütün xalqın iradəsi

Cəmiyyət

18-12-2023, 00:56

Elçin müəllim: Xalqa verilən vədlər yerinə yetirilib

---

5-04-2024, 10:26

İlham Əliyevin növbəti dəfə inamlı qələbə qazanması ilə Azərbaycan yeni dövrə qədəm qoydu

Cəmiyyət

4-10-2023, 10:25

Cabir Hüseynov: Heydər Əliyev siyasəti Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib

Araşdırma
Taksi sürücüləri sabah imtahan verəcəklər
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 16:00
    Türk Dünyası Avrasiya üzərində hegemoniya qurur: Əsas qlobal rəqiblər isə artıq sıradan çıxarılmaq üzrədir
  • Bugün, 15:30
    Trampın sərvəti 7 milyard dollara çatdı
  • Bugün, 14:29
    Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
  • Bugün, 14:22
    Azərbaycan dost, İsrail düşmən siyahısında
  • Bugün, 14:11
    İcra başçısı dama qalxdı - VİDEO
  • Bugün, 14:00
    Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
  • Bugün, 13:19
    Taksi sürücüləri sabah imtahan verəcəklər
  • Bugün, 13:10
    İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə