• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentin xəbərdarlığı: Müharibə BAŞLAYIR!? - Sülh istəyiriksə, SAVAŞA hazır olmalıyıq? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-09-2024, 13:17

Prezidentin xəbərdarlığı: Müharibə BAŞLAYIR!? - Sülh istəyiriksə, SAVAŞA hazır olmalıyıq?


Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkə qarşısında duran bəzi vəzifələri açıqlayıb. APA xəbər verir ki, dövlət başçısı deyib: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir”.

Azərbaycan Prezidenti Qarabağ və Şərqi Zəngəzurun bərpasının da ölkə qarşısında duran vəzifə olduğunu söyləyərək qeyd edib: “Ancaq biz əgər hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Prezident onu da deyib ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır.

Onların İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmədiklərini vurğulayan dövlət başçısı bəyan edib ki, qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Əldə edilmiş məlumatların bunu göstərdiyini vurğulayan dövlət başçısı bildirib: “Media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur. Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.

Prezident eyni zamanda xəbərdarlıq edib ki, Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Prezidentin bu açıqlamaları və xəbərdarlığı vəziyyətin ciddiliyindən və hər an müharibə ehtimalının olduğundan xəbər verir?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzur üzərində suverenliyini bərpa etməsinə baxmayaraq, ölkəmizin hələ də müxtəlif təhlükələrlə üzləşdiyini bildirib: "Dövlət başçısı Azərbaycanın quru sərhədlərinin bağlı qalmasını bununla əsaslandırıb. “Quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi” deyən dövlət başçısı böyük ehtimalla təhlükə barədə kəşfiyyat məlumatlarına əsaslanıb. Prezidentin “hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır” cümləsi ondan xəbər verir ki, yaxın müddətdə quru sərhədlər açılmayacaq. Deməli, hələ müxtəlif təhlükələrdən qurtulmamışıq. Dövlət başçısı qəti əmindir ki, bir sıra Qərb ölkəsi Ermənistanı Azərbaycana qarşı silahlandırır. Ermənistanı silahlandıran əsas Qərb ölkəsi Fransadır. Bu ölkənin Cənubi Qafqaz siyasətində dəyişən heç nə yoxdur. Ermənistanın silahlandırılması həm də o deməkdir ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üzləşən ölkə qısa müddətdə hərbi gücünü artıra bilsin və Azrbaycan qarşısında duruş gətirə bilsin. Ermənistanın silahlandırılması bölgədə növbəti toqquşma ehtimalını artıra bilər. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla yeni müharibədə maraqlı olmadığını bildirsə də, ordusuna tam nəzarət edə bilmir, özü də bir neçə dəfə deyib ki, "Ermənistan ordusunda beşinci kolon" mövcuddur. Bu isə o deməkdir ki, həmin “beşinci kolon” müxtəlif xarici dairələrin əlində Azərbaycana qarşı alətə çevrilə bilər. Ona görə də Prezidentin xəbərdalığı və açıqlaması həm də “hər an müharibəyə hazır olun” deməkdir".

Politoloq qeyd etdi ki, Prezident İlham Əliyevin Azərbaycana qarşı media kampaniyasından danışarkən, “xarici dairələr Azərbaycana qarşı yeni planlar hazırlayıb” cümləsini işlətməsi ciddi məsələyə işarədir: “Bura Qərbdəki dairələrlə yanaşı İrandakı mühafizəkar dairələri də aid etmək olar. Çünki Azərbaycana qarşı qarayaxma və media kampaniyasını İrandakı dairələr də həyata keçirirlər. Həmin dairələr Zəngəzur dəhlizinə qarşı bütün güclərini səfər ediblər. Halbuki Zəngəzur dəhlizi bölgəyə sülh və əməkdaşlıq gətirəcək. Azərbaycana qarşı media kampaniyasının arxasında Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri də dayanır. Bakıda bu kimi tədbirlərdən əvvəl hər zaman belə kampaniyalar həyata keçirilib”.

Oxunub: 10136
Paylaş:
Digər xəbərlər

Siyasət

24-09-2024, 10:14

“Bu, Azərbaycanın gücünün bütün dünyaya nümayişi idi” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-06-2023, 14:11

Prezident ölkə qarşısında dayanan prioritet məsələləri açıqlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-03-2024, 11:49

"Sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Avropa açıq-aşkar savaşa hazırlaşır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-12-2023, 09:00

“Ermənistan bizi yeni müharibəyə sövq edir” - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

21-02-2024, 09:39

Lukaşenko xalqına çağırış etdi: Müharibəyə hazır olmalıyıq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Bugün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
Dün, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Dün, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Dün, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Bugün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Bugün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Bugün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Bugün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Bugün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Bugün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Bugün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Bugün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • Dün, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • Dün, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Dün, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Dün, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Dün, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Dün, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Dün, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Dün, 13:11
    Onlar belə maaş alacaqlar
  • Dün, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Dün, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Dün, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Dün, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Dün, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Dün, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Dün, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Dün, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Dün, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Dün, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Dün, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Dün, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Dün, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Dün, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Dün, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • Dün, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə