• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rusiya Qərbə Zəngəzur savaşı açır: Kreml Ermənistana qarşı cəza mexanizmini də işə salır

Siyasət

22-08-2024, 10:00

Rusiya Qərbə Zəngəzur savaşı açır: Kreml Ermənistana qarşı cəza mexanizmini də işə salır


Rusiya Zəngəzur dəhlizinin ABŞ və Qərbin nəzarətinə keçirilməsinə yönəlik cəhdlərlə heç bir halda, barışmayacağını qabardır... Kremlin rəsmi İrəvanı üçtərəfli anlaşmaları sabotaj etməkdə suçlaması isə Rusiyanın Ermənistanı cəzalandırmaq məcburiyyətində qala biləcəyinə eyhamdır...
Cənubi Qafqaz uğrunda geopolitik savaşın məzmun və keyfiyyətində kifayət qədər ciddi dəyişikliklər müşahidə olunmağa başlayıb. Belə ki, ABŞ, Avropa Birliyi və Fransanın Ermənistanda yerləşmək cəhdlərinin intensiv xarakter alması Rusiya siyasi dairələrində ciddi narahatlıq doğurmaqdadır. Üstəlik, Kremldə Rusiyanın Cənubi Qafqaz siyasətinin yanlış olduğunu da artıq tam dəqiqliyi ilə anlayırlar. Və bu, Rusiyanı regionda yeni geopolitik axtarışlara doğru yönəldən faktor hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, II Qarabağ savaşının yekun nəticələrinin dəqiqləşməsinə qədər Rusiyanın Cənubi Qafqazdakı yeganə strateji hərbi müttəfiqi rolunda Ermənistan çıxış edirdi. Kreml Ermənistana bütün istiqamətlər üzrə dəstək göstərirdi, silah-sursat və hərbi texnika ilə təchiz edirdi. Ermənistanın 44 günlük savaşda biabırçı məğlubiyyətindən sonra rəsmi İrəvan Rusiyaya yönəlik mövqeyini sürətlə dəyişməyə üstünlük verdi.

Paşinyan hakimiyyəti Kremllə qarşılıqlı münasibətlərinə yenidən baxmağa, Rusiyanı Ermənistanın hərbi məğlubiyyətinə görə ittiham etməyə başladı. Rəsmi İrəvan bütün günahı Kremlin üzərinə yükləməklə yanaşı, Rusiya ilə müttəfiqlik münasibətlərini də korlamaq istiqamətində radikal addımlar atdı. Və Ermənistan Rusiyaya hərbi-strateji xəyanət yolunu tutaraq, Qərbə yaxınlaşmağa can atdı. Və artıq bu proses geriyədönməz xarakter almış kimi görünür.

Kreml uzun müddət rəsmi İrəvanın Rusiya əleyhinə davranışlarına tolerant yanaşmağa üstünlük verirdi. Paşinyan hakimiyyətinin üçtərəfli anlaşmalardan imtina etməsi, Ermənistanın Rusiyanın patronajlığı altında olan qurumlardan uzaqlaşması və xüsusilə də KTMT-da fəaliyyətini qeyri-rəsmi olaraq, dayandırması Kreml üçün kifayət qədər ciddi problemlər yaratmağa başlamışdı. Üstəlik, ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqaza Ermənistan üzərindən yerləşməyə cəhd göstərməsi Rusiya üçün "erməni böhranı"nın qaçılmaz olduğunu göstərirdi. Və Kreml əvvəl-axır Ermənistana münasibətdə Rusiyanın son qərarını vermək məcburiyyətində qalacaqdı.

Maraqlıdır ki, Kreml üçün belə bir prinsipial mövqe mərhələsi artıq yetişib. Belə ki, Paşinyan hakimiyyətinin Ermənistan ərazisində ABŞ-ın qeyri-leqal hərbi bazasının yaradılmasına razılaşması Rusiyanın səbrini sona çatdırdı. Yəni, Rusiya siyasi dairələri nəhayət ki, Ermənistanın artıq hərbi müttəfiq olmadığı ilə bağlı reallıqla barışmalı oldu. Və belə anlaşılır ki, Kreml bundan sonra həmin reallığa uyğun Cənubi Qafqaz siyasəti yürütməyə məcburdur.

Onu da qeyd etmək lazımdır ki, son günlər baş verənlər Rusiyanın yeni və daha fərqli Cənubi Qafqaz siyasətinin ilkin təzahürləri sayıla bilər. Belə ki, Kreml Ermənistandan bəzi məhsulların idxalını bloklamağa başlayıb. Üstəlik, Ermənistan Rusiyanın idxalını blokladığı məhsulları hər hansı başqa ölkələrə, xüsusilə də Qərb bazarlarına yönəltmək şansına da malik deyil. Və bu, Ermənistan iqtisadiyyatına ilk, həm də xəbərdarlıq mesajı xarakteri daşıyan yumşaq bir zərbədir.

Digər tərəfdən, Kreml Ermənistan ərazisinin ABŞ və Qərbin ixtiyarına verilməsinə qarşılıq olaraq, Cənubi Qafqazda Azərbaycanla strateji tərəfdaşlığı daha da inkişaf etdirmək qərarı verib. Kremldə artıq anlayırlar ki, Cənubi Qafqazda ən etibarlı tərəfdaş olduğunu birmənalı şəkildə təsdiqləmiş Azərbaycanla iqtisadi-ticari və strateji yaxınlaşma Rusiya üçün daha faydalıdır. Və bu baxımdan, Kremlin rəsmi Bakı ilə bərabərhüquqlu əməkdaşlığa can atması tamamilə başadüşüləndir.

Prezident Vladimir Putinin Bakıya son rəsmi səfəri ilə Ermənistana və Cənubi Qafqaza can atan Qərb siyasi dairələrinə açıq mesaj xarakteri daşıyır. Belə ki, bu regionda Qərbin imperialist maraqlarına qarşı təkbaşına müqavimət göstərən Azərbaycana indi Rusiya da dəstək verməyə başlayacaq. Yəni, Azərbaycan-Rusiya əməkdaşlığı Qərbin Cənubi Qafqaza yerləşmək planlarını böyük əngəllərə tuş gətirəcək. Və bu baxımdan, Qərbdə artıq bütün bunlardan narahatlığın olması da qətiyyən təəccüblü deyil.

Eyni zamanda, Ermənistan cəmiyyətinə də Rusiyanın son geopolitik manevrlərindən əndişə duyulmağa başlayıb. Belə ki, Ermənistan siyasi dairələri Rusiyanın dəstəyinin tamamilə itirildiyini artıq anlayırlar. Ancaq bunun əvəzində Qərbdən təhlükəsizlik təminatı ala bildiklərinə isə qətiyyən əmin deyillər. Yəni, Ermənistan cəmiyyətində rəsmi İrəvanın Rusiyaya xəyanətinin yaxın vaxtlarda bumeranq effekti verə biləcəyindən ciddi şəkildə narahatdırlar. Və bu, Ermənistanın yanlış hesablamalar ucbatından Qərbin təhlükəli geopolitik planlarına alət olduğunu növbəti dəfə təsdiqləyir.

Onu da nəzərə almaq lazımdır ki, Kreml Ermənistana sülh prosesinin Rusiyanın iştirakı olmadan real nəticələrdən uzaq qalacağını da anlatmağa çalışır. Kreml sülh prosesinə tam dəstək verdiyini qablardır. Amma yekun sülh sazişinin imzalanması üçün Rusiyanın vasitəçiliyinin qaçılmaz olduğuna da eyham vurur. Və bu, o deməkdir ki, rəsmi İrəvan Qərbə sığınmaqla, Ermənistanın təhlükəsizliyinə təminat ala biləcək durumdan çox-çox uzaqdır.

Nəhayət, Kreml Rusiyanın maraqlarına bağlı olan heç bir hədəfindən vaz keçmək niyyətində olmadığını da açıq-aşkar biruzə verir. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən üçtərəfli anlaşmaları gündəmə gətirib. Rus nazir vurğulayıb ki, həmin sənədlərdə Zəngəzur dəhlizinin açılması və bu nəqliyyat-kommunikasiya marşrutuna Rusiyanın nəzarət etməli olduğu hüquqi cəhətdən təsdiqlənib: "Ancaq Ermənistan bu hüquqi anlaşmaları sabotaj edir və ona görə də rəsmi İrəvan öz mövqeyini əsaslandırılmalıdır".

Göründüyü kimi, Kremlin üçtərəfli anlaşmaları növbəti dəfə gündəmə qaytarmaqla, əslində, Ermənistana Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq mesajı verir. Rusiya Zəngəzur dəhlizinin ABŞ və Qərbin nəzarətinə keçməsi ilə barışmayacağını qabardır. Yəni, rəsmi İrəvanın, eləcə də Qərbin bütün manipulyasiyalarına baxmayaraq, Zəngəzur dəhlizi mütləq açılacaq və bu marşruta məhz Rusiya nəzarət edəcək. Kremlin rəsmi İrəvanı üçtərəfli anlaşmaları sabotaj etməkdə suçlaması isə Rusiyanın Ermənistanı cəzalandırmaq məcburiyyətində qala biləcəyinə dolayısı eyham sayıla bilər. Və bu, o deməkdir ki, Rusiya Qərblə Zəngəzur savaşına qərar verib.(Yeni Müsavat)

Oxunub: 10189
Paylaş:
Digər xəbərlər

Siyasət

27-11-2023, 09:30

İrəvan Kremllə müttəfiqliyi pozdu: Ermənistan Rusiya və KTMT-nın legitim hərbi hədəfinə çevrilir

Siyasət

26-07-2024, 09:00

ABŞ və Qərbin strateji hədəfi Zəngəzur dəhlizini ələ keçirtməkdir: Bu, yeni dünya düzənində həlledici faktora çevriləcək

Siyasət

13-06-2024, 09:00

Azərbaycan Zəngəzur hədəfinə yaxındır: Bakı ABŞ, AB və Ermənistana şərtləri diqtə edir

Siyasət

5-08-2024, 10:00

Qafqaz masası ABŞ və Avropa Birliyini də "düşmənə" çevirir: Zəngəzur dəhlizi Qərb üçün yeni "nifaq alması"dır

Siyasət

20-08-2024, 10:00

Bakıdan dünyaya növbəti geopolitik mesaj verildi: Azərbaycan və Rusiya Qafqazda "qırmızı cizgiləri" təyin edir

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə