• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Bismillah” deməmiş iflasa uğradılan PREZİDENT – Yeni seçkilər… [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

14-08-2024, 14:33

“Bismillah” deməmiş iflasa uğradılan PREZİDENT – Yeni seçkilər…


İranda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən islahatçı qanadın təmsilçisi Məsud Pezeşkianın ölkə başçısı seçilməsidən həm daxildə, həm də beynəlxalq aləmdə çox ciddi gözləntilər olsa da, artıq bunun özünü doğruldacağına dair ümidlər itməkdədir. Məsud Pezeşkian seçiöncəsi ölkədə barış hökuməti formalaşdırmaqla İranın indiyədək yürütdüyü uğursuz xarici siyasətində üzləşdiyi sanksiyalardan, daxildə isə insanların azadlıqları ilə bağlı vədlər versə də, bunu reallaşdıra bilmir. Daha doğrusu buna imkan verilmir və bu siyasət hər vasitə ilə təxribatlarla sabotaj edilir. Görünən odur ki, həm daxildəki bəzi qüvvələr, həm də xaricdəki bəzi güclər Məsud Pezeşkianın İranın daxili və xarici siyasətinə ciddi dəyişikliklər edəcəyi ilə bağlı verdiyi vədlərin əməl olunmasına açıq şəkildə maneə yaratmaqdadırlar.

Birincisi, Pezeşkianın andiçmə günündə HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi, İranın xarici siyasətində, xüsusən də Qərblə yumşalma siyasətinə imkan verməmək planının tərkib hissəsidir. Çünki bəzi qüvvələr, xüsusən də radikal mühafizəkarlar Tehranın mövcud xarici siyasətində Qərbə doğru yumşalma siyasətini qətiyyətlə rədd edirlər və bunu İran üçün ciddi təhlükə kimi görürlər. Onlar hesab edir ki, bu yumşalma siyasəti nəticə etibarilə İranda teokrat rejimin sonuclanması ilə nəticələnəcək. Ona görə də həmin güclər hər vasitə ilə Tehranın mövcud xarici siyasətinin dəyişilməsinin qətiyyətlə əleyhinə çıxırlar. İstər HƏMAS liderinin öldürülməsi, istər Pezeşkiandan sonra da Yaxın Şərqdə böhranın dərinləşdirilməsi, istər HƏMAS-la yanaşı, "Hizbullah" - İsrail qarşıdurmasının pik həddə çatdırılması, istər İrana bağlı proksi güclərin tanınmış simalarının qətlə yetirilməsi, istərsə də ən sonuncu olaraq Tehranda SEPAH kəşfiyyat komandiri Bəhmən Mərəndinin qətlə yetirilməsi bu məqsədlərə xidmət edir. Yəni yeni ölkə rəhbərliyini dilemma qarşısında qoymaqla Tehranın son illərdə yürütdüyü xarici siyasətdən kənara çıxılmağa imkan verməmək.

Təbii ki, burada bəzi xarici güclər də maraqlıdır. Həmin güclər də Tehranın bu sərt xarici siyasətindən faydalanaraq İranın üzləşdiyi çıxılmaz vəziyyətdən faydalanmaq istəyirlər.

Bu güclər daxildəki ictimai-siyasi və sosial-iqtisadi böhrandan faydalanıb İranı dalana dirəyib niyyətlərinə nail olmaq istəyirlər. Belə ağır böhranlı vəziyyət, digər tərəfdən sanksiyalar nəticəsində üzləşdiyi maliyyə və iqtisadi böhran İrana əvvəlki kimi Yaxın Şərqdə mövqeyini qorumağa imkan vermir və artıq bu gücdə deyil. Böhran İranın müdafiə qabliyyətinin zəif olmasına, hərbi gücünə və hərbi sənaye potensialının zəifləməsinə də öz mənfi təsirini göstərib. Bu özünü həm İranın Dəməşqdəki diplomatik korpusuna hücum zamanı İsrailə qarşı 13 apreldə verdiyi cavab hücumunda, həm də HƏMAS liderinin Tehranda qətli zamanı açıq şəkildə ortaya qoydu. Bunun nəticəsidir ki, son bir neçə ildə Tehran Yaxın Şərqdəki mövqelərini tədricən itirməkdədir. Tehranın Suriyada və İraqda mövqeyi çox ciddi şəkildə zəifləyib. Təbii ki, bunu İranı bölgədən sıxışdırıb çıxarmaq istəyən maraqlı güclər görür və ona görə də yaranmış fürsətdən faydalanaraq Tehranı bacardıqca dalana dirəməklə istəklərinə nail olmaq istəyirlər.
İkincisi, Pezeşkianın yeni komanda formalaşdırılmasına istədiyi imkan verilmir. Yeni 14-cü hökumətin formalaşdırılması, təkcə əhali tərəfindən deyil, eyni zamanda siyasi elitada ciddi etirazla qarşılanıb. Bu yolla Pezeşkianın ölkənin üzləşdiyi böhranı etimad hökumətinin formalaşdırılması istiqamətindəki səyləri də iflasa uğradılır. Həm ölkənin ali rəhbəri Seyyid Əli Xamnei, həm hakimiyyətdəki radikal mühafizəkarlar hökumətdə təsir imkanlarını qoruyub saxlamaq üçün yeni hökumətin tərkibinə bacardıqca daha çox öz adamlarının düşməsinə çalışırlar. Bir sözlə, Pezeşkianın marionet prezident olmasını istəyirlər. Bu da Pezeşkianın hakimiyyətə gətirilməsində xüsusi rolu olan islahatçıların, eyni zamanda ona səs verən elektoratın ciddi etirazı ilə üzləşib. Məhz bu etirazın nəticəsi olaraq Pezeşkian komandasını formalaşdırıb fəaliyyətə başlamadan komandasında ciddi istefalara yol açıb. Pezeşkianın 12 gün öncə təyin etdiyi vitse-prezident Məhəmməd Cavad Zərifi istefa verməli olub. Cavad Zərifi təkcə İranda deyil, beynəlxalq miqyasda güclü diplomat kimi tanınan simadır. Zərifi eyni zamanda Pezeşkianın prezident seçilməsinə ciddi dəstək verib və bu prosesdə yaxından zəhməti olan insandır. Zərifi istefa bəyanatında da açıq şəkildə yeni hökumətin formalaşdırılmasına öz etirazını bildirib. O bəyan edib ki, belə bir komanda ilə qarşıya qoyulan hədəflərə nail olunması mümkün deyil. Bu əvvəlcədən məğlubiyyətə uğramaq deməkdir. Ümumiyyətlə, son günlərdə İran mediasında da Pezeşkianın yeni komanda formalaşdırılması ciddi müzakirə predmetidir. Yeni komandanın formalaşdılrması prosesi, prezident Pezeşkianı da çox çıxılmaz vəziyyətə salıb. Çünki komandanın formalaşdırılmasındakı mürəkkəb prosedur qaydalar ona istədiyi addımı atamağa imkan vermir. Mühafizəkarlar da bu prosedur qaydadan öz məqsədləri üçün faydalanırlar.

Daxildəki radikal mühafizəkarlar bu yolla islahatçı qanadın İran cəmiyyətində mövqeyini zəiflətmək istəyirlər. Proses onu göstərir ki, yeni hökumətin formalaşması fonunda daxildə böhran daha da kəskin xarakter alacaq. Son necə nəticələnəcək, hələlik nəsə demək çətindir.

Üçüncüsü, yeni hakimiyyətə İranın qonşuları və mövcud müttəfiqləri arasında süni gərginlik yaradılması istiqamətində cəhdlər edilir.

Yaranmış mövcud durum isə onu deməyə əsas verir ki, prezident Məsud Pezeşkian belə bir vəziyyətdə nə ölkənin üzləşdiyi ağır sosial-iqtisadi, maliyyə, nə ictimai-siyasi, nə də xarici siyasətində üzləşdiyi böhrandan çıxara biləyək. Əksinə, böhranın daha da dərinləşərək daha təhlükəli həddə çatma ehtimalı böyükdür. Böhranlı vəziyyət davam edərsə, Pezeşkian istefa verə və yenidən növbədənkənar seçkilər keçirilə bilər. Hadisələrin gedişi də belə bir ehtimalı istisna etmir.

Oxunub: 10147
Paylaş:
Digər xəbərlər

Dünya

1-08-2024, 11:00

Tehranda öldürülən İsmayıl Haniyə bu ölkədə dəfn ediləcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

31-07-2024, 13:27

HƏMAS lideri niyə Pezeşkianın andiçməsində öldürüldü? – SENSASİON PLAN [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

1-08-2024, 09:00

Pezeşkianın prezidentliyi İrana nə vəd edir? - Oyunda Türkiyə də hədəfdədir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

31-07-2024, 09:22

"HƏMAS” lideri İsmayıl Haniyə Tehranda öldürülüb - RƏSMİ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-06-2024, 09:25

İranda seçkilərin nəticələri - Azərbaycanlı namizəd liderdir - YENİLƏNİR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
1008 nəfər boşandığı adamla yenidən evləndi
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Qanunvericiliyə yeni anlayışlar daxil edilir
Hadisə
Bugün, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Bugün, 14:22
Sabah 32 dərəcə isti olacaq
Bugün, 11:41
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Bugün, 11:20
Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
Bugün, 11:15
Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
Bugün, 09:45
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Son xəbərlər
  • Bugün, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • Bugün, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • Bugün, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • Bugün, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • Bugün, 13:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • Bugün, 13:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • Bugün, 13:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • Bugün, 11:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • Bugün, 11:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • Bugün, 11:47
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • Bugün, 11:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
  • Bugün, 11:37
    Bakıda yeni körpü tikilir
  • Bugün, 11:32
    Mopedlərlə bağlı yeni qaydalar
  • Bugün, 11:29
    Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
  • Bugün, 11:20
    Qətlə yetirilən şəhid xanımının atası danışdı - VİDEO
  • Bugün, 11:15
    Rusiyada 15 il həbs cəzası verilən tələbə - Rafael Məmmədov kimdir, suçu nə?
  • Bugün, 09:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Bugün, 09:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bugün, 09:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Bugün, 09:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Bugün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • Dün, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Dün, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Dün, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Dün, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Dün, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Dün, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Dün, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Dün, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Dün, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Dün, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Dün, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Dün, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Dün, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Dün, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə