• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qərb Ermənistanın hərbi xərclərini Rusiyaya ödətdirir: İrəvanı Kremlin önünə atırlar, dağıdıcı toqquşmaya məcbur edirlər

Siyasət

25-07-2024, 09:00

Qərb Ermənistanın hərbi xərclərini Rusiyaya ödətdirir: İrəvanı Kremlin önünə atırlar, dağıdıcı toqquşmaya məcbur edirlər


"Qərb üçlüyü"nün dəstəyi Ermənistana Cənubi Qafqazda hərbi-siyasi rəqabət imkanları aça biləcək səviyyədə deyil... Ancaq rəsmi İrəvan cüzi məbləğə şirniklənib, Qərbin təlimatları ilə savaş niyyətinə düşərsə, bu, Ermənistana dövlətçiliyin itirilməsi hesabına da başa gələ bilər...
Cənubi Qafqazda sülh prosesini məqsədyönlü şəkildə əngəlləməyə çalışırlar. Hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün demək olar ki, bütün şərtlər mövcuddur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev də həmin sənədin müddəalarının 90 faizə yaxın hissəsi üzərində artıq razılaşmanın olduğunu vurğulamışdı. Və indi Cənubi Qafqazı onilliklər boyu gözlənilən sülhdən çox qısa bir məsafə ayırır.

Ancaq həmin qısa məsafədə olduqca ciddi əngəl də mövcuddur. Belə ki, həmin intervalda ABŞ, Avropa Birliyi və Fransanın maraqları yerləşib. Ermənistana siyasi nəzarəti ələ keçirən ABŞ, Avropa Birliyi və Fransa Cənubi Qafqazda sabitlik və əmin-amanlıq yaranma ehtimalını heç bir halda, yaxına buraxmaq istəmir. Əksinə, bu prosesin nəinki ləngidilməsinə, hətta birbaşa bloklanmasına yönəlik addımlar atır. Və bunu təsdiqləyən kifayət qədər ciddi sübutlar da mövcuddur.

Onu da qeyd etmək lazımdır ki, regional hərbi-siyasi gərginliyə sponsorluq edən "Qərb üçlüyü" - ABŞ, Avropa Birliyi və Fransa tamamilə ermənipərəst mövqe tutur. Azərbaycana təzyiq göstərməyə çalışır. Buna nail ola bilmədiyi üçün isə rəsmi Bakıya qarşı təzyiq mexanizmləri yaratmağa cəhd göstərir. Yəni, "ermənipərəst üçlük" Azərbaycanın güclənməsi, müstəqil xarici siyasət yürütməsi ilə heç cür barışmaq istəmir. Və Cənubi Qafqazda son 30 ildə mövcud olmuş hərbi qarşıdurma vəziyyətinin bərpası üçün əlindən gələn hər şeyi edir.

Məsələ ondadır ki, "ermənipərəst üçlük" Rusiya ilə ortaq şəkildə son 30 ildə ATƏT-in Minsk Qrupunun "çətiri" altında beynəlxalq hüquq normalarının icrasına imkan verməyib. Azərbaycanın ərazi bütövlüyünün bərpasına əngəl törədib. Nəticədə Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrini birtərəfli qaydada reallaşdırmaq məcburiyyətində qalıb. Və bununla da "ermənipərəst üçlük" Cənubi Qafqaza müdaxilə faktorlarını itirib.

İndi ABŞ, Avropa Birliyi və Fransa regional situasiyanı yenidən nəzarət altına ala bilmək üçün növbəti dəfə savaş vəziyyəti yaratmağa çan atır. Üstəlik, bu məkrli davranışlarını Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etməklə, ört-basdır etməyə də çalışırlar. Yəni, Qərb sülh prosesi üzərindən siyasi manipulyasiyalar edərək, yeni müharibənin ssenarisini reallaşdırmaq istəyir. Və bu, Qərbin ənənəvi riyakarlığını növbəti dəfə ortaya çıxarmış olur.

Ağ Ev "sülh prosesini dəstəkləyir", ancaq nə qədər qəribə də olsa, ABŞ və Ermənistan ortaq hərbi təlimlər keçirir. Yəni, sülhdən danışan ABŞ Ermənistan ordusunu müharibəyə hazırlayır. Bu da azmış kimi, ABŞ ordusu yüksək rütbəli məmuru Ermənistan Müdafiə Nazirliyində fəaliyyətə başlayıb. Yəqin ki, amerikalı hərbi mütəxəssis Ermənistan ordusuna qonşu ölkələrlə sülh şəraitində yaşamağın mümkün yollarını təlqin etmək üçün göndərilməyib. Və bu, Ağ Evin sülh çağırışlarının sadəcə, siyasi manipulyasiyalardan başqa bir şey olmadığını birmənalı şəkildə təsdiqləyir.

Digər tərəfdən, Avropa Birliyi və Fransa da hər imkanda sülh prosesinə dəstək verdiklərini qabartmağa çalışır. Ancaq Fransa Ermənistana müasir silahlar satır, beynəlxalq məkanda açıq-aşkar qərəzli erməni narrativlərini təbliğ edir. Hətta bəzi hallarda rəsmi Paris Paşinyan hakimiyyətindən daha çox ermənipərəst olmağı da bacarır. Və Azərbaycana qarşı heç bir hüquqi əsası olmayan ittihamlar irəli sürür.

Nəhayət, Avropa Birliyi Ermənistanda hərbi kəşfiyyatçılardan ibarət "mülki müşahidə missiyası" yerləşdirib. Əgər, Avropa Birliyi Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirsə, onda hərbi kəşfiyyatçıların Ermənistana göndərilməsinin normal məntiqi hər halda, anlaşılmaz qalır. Cənubi Qafqaza heç bir birbaşa aidiyyəti olmayan Avropa Birliyinin regional proseslərə bu qədər kobud müdaxilə etməsi sülhə ən ciddi təhdid qaynağı sayıla bilər. Və hələlik Avropa Birliyi bu riyakar mövqeyindən geri çəkilməyə hazırlaşmır.

Məsələ ondadır ki, Avropa Birliyi Ermənistana "Sülh fondu"ndan 10 milyon avro məbləğində maliyyə yardımı ayırıb. Üstəlik, fondun adı sülhə bağlı olsa da, həmin məbləğ Ermənistana məhz hərbi ehtiyacların ödənilməsi məqsədilə verilir. Yəni, Avropa Birliyi Ermənistanın hərbi imkanlarının artırılmasına yönəlik addımlar atır. Və belə olan təqdirdə, Avropa Birliyinin Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini bəyan etməsi sadəcə, siyasi manipulyasiyadan başqa bir şey deyil.

Digər tərəfdən, Avropa Birliyi Ermənistanın hərbi ehtiyaclarına öz büdcəsindən bir avro belə xərcləməyə hazırlaşmır. Belə ki, Ermənistan həmin məbləği özünün hərbi müttəfiqi olan Rusiyanın hesabından alacaq. Avropa Birliyi Rusiyanın üzərinə həbs qoyulmuş maliyyə vəsaitlərindən gələn gəlirləri ""Sülh fondu"na yönəltmək qərarı verib. Ukrayna və Ermənistana isə məhz həmin fonddan maliyyə yardımı ayrılacaq. Və bu, o deməkdir ki, Avropa Birliyi Ermənistanı Rusiyanın hesabına maliyyələşdirmək niyyətindədir.

Təbii ki, bütün bunlar ABŞ, Avropa Birliyi və Fransanın geopolitik maraqlarının reallaşdırılmasına xərclənən çox cüzi məbləğlərdir. Məbləğ az olsa da, "Qərb üçlüyü"nün qazancı çox olacaq. Halbuki, itirən tərəflər isə elə həmin xırda məbləğə şirniklənib, Qərbin maraqlarına alət olan ölkələrdir. Və bu baxımdan, rəsmi İrəvan Ermənistanın gələcək taleyi barədə indi daha ciddi düşünməlidir.

Çünki Qərb üçlüyünün dəstəyi Ermənistana Azərbaycanla hərbi-siyasi rəqabət imkanları aça biləcək səviyyədə deyil. Ancaq Qərbin təlimatlarına uyub, savaş niyyətinə düşərsə, bu, Ermənistana hətta dövlətçiliyin itirilməsi hesabına da başa gələ bilər. Hər halda, ABŞ, Avropa Birliyi və Fransa Ermənistanı müdafiə üçün "növbətçi bəyanatlar"dan daha uzağa gedəcəyinə yalnız sadəlövhlər inana bilər. Eyni zamanda, Kremlin də nə vaxtsa, Ermənistandan Rusiyanın maliyyə vəsaitini icazəsiz xərclədiyinə görə cavab tələb edəcəyi qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Qərb üçlüyü Ermənistanı da Rusiyaya qarşı məkrli oyunlara ortaq edir.(Yeni Müsavat)

Oxunub: 10204
Paylaş:
Digər xəbərlər

Siyasət

6-01-2024, 10:47

Ağ Evdən rəsmən etiraf: Qafqazı Rusiyadan daha çox ABŞ qarışdırır

Siyasət

19-07-2024, 09:00

Paşinyan "sülhdən yayın, Qafqazı qarışdır" əmri alıb: Amerikalı general erməni ordusuna hansı gizli tapşırıqla göndərilib

Siyasət

6-06-2024, 09:17

İrəvan Bakının nəhəng strateji layihəsinə göz dikib: Ermənistan Azərbaycanın tam nəzarətinə keçir

Siyasət

25-06-2024, 10:21

Qərb Qafqazda “hibrid müharibə”yə başlayıb: Gürcüstan “qaranlıq ssenarilər”in güdazına gedir

Siyasət

22-05-2023, 09:00

Qərb də, Rusiya da Paşinyanın "qələm"ini qırıb: Yeni erməni lider də məlumdur

Araşdırma
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Hadisə
Bugün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bugün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Dün, 09:28
Bu 12 yolda tıxac var - Siyahı
Son xəbərlər
  • Bugün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Bugün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Bugün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Bugün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Bugün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Bugün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Bugün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Bugün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Bugün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Bugün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Bugün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Bugün, 09:08
    Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • Bugün, 09:00
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Dün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Dün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
  • Dün, 09:59
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Dün, 09:54
    Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
  • Dün, 09:39
    Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu
  • Dün, 09:28
    Bu 12 yolda tıxac var - Siyahı
  • Dün, 09:22
    Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Dün, 09:20
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
  • Dün, 09:12
    İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
  • Dün, 09:00
    Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə