• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıdan SENSASİON Zəngəzur xahişi: Paşinyan radikal planı işə salır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

7-06-2024, 10:00

Bakıdan SENSASİON Zəngəzur xahişi: Paşinyan radikal planı işə salır


Paşinyan hakimiyyəti yalnız yekun sülh sazişi məsələsində deyil, eyni zamanda, Zəngəzur dəhlizi mövzusunda da ağır seytnota düşüb… Rəsmi İrəvan Ermənistanın blokadadan çıxarılıb, inkişaf mərhələsinə keçid etmək şansı kimi gördüyü bu layihədə indi olduqca maraqlıdır…
Ermənistan taleyüklü mərhələyə qədəm qoyub. İndi bu süni yaradılmış “erməni dövləti” öz mövcudluğunu təmin etmək məcburiyyətində qalıb. Rəsmi İrəvanın vaxt qazanmağa yönəlik siyasi manipulyasiyaları Ermənistanı olduqca dəyərli zaman itkisinə məruz qoyub. Halbuki, Paşinyan hakimiyyəti Azərbaycanla yekun sülh sazişini vaxtında imzalamış olsaydı, onda həqiqətən də zaman qazanmış olacaqdı. Və nəticədə Ermənistan indi üzləşdiyi geopolitik kollapsdan uzaq qalacaqdı.

Onu da qeyd etmək lazımdır ki, “erməni düşüncə tərzi”ni formalaşdıran revanşizm Paşinyan hakimiyyətinə də mövcud geopolitik reallıqları qəbul etməyə əngəl törətdi. Rəsmi Bakı Ermənistana beynəlxalq hüquq normaları çərçivəsində cəmisi beş prinsipdən ibarət yekun sülh sazişinin məzmun təkliflərini göndərmişdi. Paşinyan hakimiyyəti isə onlara praqmatik yanaşmaq əvəzinə, Ermənistanın yaxın gələcəkdə revanş imkanı qazana biləcəyi ilə bağlı məntiqsiz “xəyallara” təslim oldu. Rəsmi İrəvan ilk növbədə ABŞ və Qərbin Azərbaycana təzyiq göstərərək, erməni narrativlərinin ön plana keçirilməsini təmin edə biləcəyinə inandı və ümid bəslədi.

Ancaq baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı anlayır ki, ABŞ və Qərbin Azərbaycana təzyiq imkanları və mexanizmləri möbvud deyil. Üstəlik, həm ABŞ-ın, həm də Avropa Birliyinin, hətta dünyanın ən ermənipərəst dövləti olan Fransanın belə, Cənubi Qafqaz maraqları Azərbaycandan asılı vəziyyətə düşüb. Yəni, Ermənistanın beynəlxalq himayədarları Azərbaycanla münasibətlərinə yenidən baxmaq, rəsmi Bakı ilə anlaşmaq məcburiyyətində qalıblar. Və bu prosesdən ziyanla çıxan tərəf rolundasa, yalnız Ermnənistan qalıb.

Maraqlıdır ki, Ermənistanın sülh prosesindən yayınmasının itkiləri bərpa edilməyəcək səviyyədə böyükdür. Çünki Ermənistan bu müddət ərzində daha da zəifləyib, üstəlik, həm də öz beynəlxalq himayədarları tərəfindən taleyin ümidinə buraxılmaq təhlükəsi ilə üzləşib. Yəni, bundan sonra rəsmi İrəvanın əvvəlki şərtlər daxilində yekun sülh sazişinin imzalanmasına nail olması da qətiyyən real deyil. Və indi Paşinyan hakimiyyəti Azərbaycanın bütün tələblərini ən qısa zamanda icra etməyə məcburdur.

Halbuki, indi yekun sülh sazişi Ermənistana hava-su kimi lazımdır. Hər halda, rəsmi İrəvan həmin sənəd imzalanmadığı müddət ərzində Ermənistanın blokada şəraitində qalacağını anlayır. Eyni zamanda, Ermənistanın Azərbaycan tərəfindən reallaşdırılan regional iqtisadi-ticari layihələrə qatılmaq şansı qazanmayacağı da inkaredilməz reallıqdır. Və bu baxımdan, rəsmi İrəvanın son vaxtlar maksimum səviyyədə yekun sülh sazişinə can atması qətiyyən təəccüblü deyil.

Məsələ ondadır ki, rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə sülh sazişindən uzaqlaşmasaydı, Ermənistan indi həm Azərbaycanla, həm də Türkiyə ilə iqtisadi-ticari əməkdaşlıq şansı qazanmış olacaqdı. Ermənistanın bəzi regional iqtisadi layihələrdə iştirakı üçün müəyyən imkanlar açılacaqdı. Və nəticədə Ermənistan həm blokadadan çıxaraq, dünyaya açılmaq şansına sahiblənəcəkdi, həm də inkişaf perspektivlərini planlaşdırmaq imkanları qazanacaqdı.

Ancaq artıq bu, mümkün deyil. Çünki rəsmi İrəvan Ermənistan üçün dəyərli olan zamanı boşuna xərcləyib, arxada buraxıb. Ona görə də, Paşinyan hakimiyyəti bundan sonra daha operativ davranmalıdır. Xüsusilə də, rəsmi İrəvan Zəngəzur dəhlizinin Ermənistan üçün yeganə xilas layihəsi olduğunu da anlamalıdır. Əks halda, bu layihədə iştirak şansını da əldən vermiş olacaq.

Hər halda, Avropa və Asiya qitələri arasında iqtisadi-ticari marşrutun açılmasında maraqlı olan dövlətlər Ermənistanın nə vaxt qərar verəcəyini gözləməklə, zaman itirməyə qətiyyən həvəsli deyillər. Eyni zamanda, rəsmi Bakı da bu perspektivli layihəni Ermənistanın “kaprizlər”inin girovuna çevirmək niyyətindən çox-çox uzaqdır. Və artıq bu marşrutun İran ərazisindən keçirilməsi istiqamətində kifayət qədər ciddi addımlar atılmağa başlayıb.

Ona görə də, Ermənistanın yenə də növbəti regional nəqliyyat-kommunikasiya və iqtisadi-ticari layihədən kənarda qalma ehtimalı olduqca ciddidir. Artıq o da məlumdur ki, ABŞ və Qərbin bu marşrut üçün İran variantına qarşı müqaviməti iflasa uğramaq üzrədir. Yəni, rəsmi İrəvan dərhal qərar verməlidir, əks halda, Avaropa-Asiya marşrutundan külli miqdarda gəlir əldə etmək əvəzinə, onu sadəcə, kənardan müşahidə etməklə, kifayətlənməli olacaq.

Maraqlıdır ki, Ermənistan cəmiyyətində Zəngəzur dəhlizi qarşısında əsas əngəlin məhz “kilsə qiyamı” olduğu barədə iddialar mövcuddur. Həmin iddialara görə, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinin 10 noyabr üçtərəfli anlaşmanın şərtləri daxilində açılmasına hətta qeyri-rəsmi razılıq da veribmiş. Ancaq “kilsə qiyamı” bu layihənin icrasına başlanmasını əngəlləyib, hər halda, nisbətən ləngiməsinə səbəb olub. Və baş nazir Nikol Paşinyanın siyasi-diplomatik kanallarla rəsmi Bakıdan Zəngəzur dəhlizi məsələsində bir qədər də səbrli olmasını xahiş etdiyi barədə müəyyən məlumatlar mövcuddur.

Belə anlaşılır ki, rəsmi İrəvan yalnız yekun sülh sazişi məsələsində deyil, həm də Zəngəzur dəhlizi mövzusunda da seytnota düşüb. Paşinyan hakimiyyəti Ermənistanın blokadadan çıxarılıb, inkişaf mərhələsinə keçid etmək şansı kimi gördüyü Zəngəzur dəhlizinin açılmasında olduqca maraqlıdır. Ona görə də, yaxın bir neçə ay ərzində “kilsə qiyamı”nı yatırıb, bu layihə üzərində rəsmi Bakı ilə anlaşa biləcəyinə ümid bəsləyir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin “erməni üçlüyü”nün “kilsə qiyamı”nı radikal addımlarla yatırmağa hazırlaşdığı bildirilir.

“Yeni Müsavat”

Oxunub: 10155
Paylaş:
Digər xəbərlər

Siyasət

3-02-2024, 09:10

Qərbdən sülh sazişinin imzalanacağı vaxtla bağlı mesaj: Sənəddə Zəngəzur maddəsi də olacaq, dəhlizə Bakı nəzarət edəcək [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-09-2023, 10:00

Paşinyan indi sülh sazişinə niyə can atır: Bakı İrəvanı elə ən zəif yerindən “vurdu” ki… [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

11-08-2023, 09:17

İrəvan yalvarır, icazə istəyir: Ancaq rəsmi Bakının hədəfi dəyişmir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-06-2024, 09:17

İrəvan Bakının nəhəng strateji layihəsinə göz dikib: Ermənistan Azərbaycanın tam nəzarətinə keçir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

2-03-2024, 09:00

Paşinyan Putinin qəzəbindən niyə qorxdu: İrəvan Qərbin “Zelenski planı”nı son anda pozdu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
Hadisə
Bugün, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
Bugün, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
Bugün, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
Dün, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Dün, 14:22
Sabah 32 dərəcə isti olacaq
Dün, 11:41
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
Son xəbərlər
  • Bugün, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • Bugün, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • Bugün, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • Bugün, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • Bugün, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • Bugün, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • Bugün, 13:11
    Onlar belə maaş alacaqlar
  • Bugün, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • Bugün, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • Bugün, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • Bugün, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • Bugün, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • Bugün, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • Bugün, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • Bugün, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • Bugün, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • Bugün, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • Bugün, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • Bugün, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • Bugün, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • Bugün, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • Bugün, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • Bugün, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • Dün, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • Dün, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • Dün, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
  • Dün, 14:22
    Sabah 32 dərəcə isti olacaq
  • Dün, 13:30
    Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
  • Dün, 13:26
    Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
  • Dün, 13:22
    1008 nəfər boşandığı adamla yenidən evləndi
  • Dün, 11:54
    Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
  • Dün, 11:51
    Qanunvericiliyə yeni anlayışlar daxil edilir
  • Dün, 11:47
    Tramvay xətləri dövlət mülkiyyətində olacaq
  • Dün, 11:41
    Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
  • Dün, 11:37
    Bakıda yeni körpü tikilir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə