• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paris İrəvanı Bakıya qarşı silahlandırırsa... - NƏ BAŞ VERİR?

Siyasət

5-12-2023, 14:22

Paris İrəvanı Bakıya qarşı silahlandırırsa... - NƏ BAŞ VERİR?


Fransa Senatı "Sezar" artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin mümkün qədər tez öyrənilməsini tövsiyə edib. Bu barədə Senata istinadla erməni mediası yazıb. Fransa Senatının məlumatına görə, Ermənistan bu yaxınlarda “Thales”dən üç GM-200 radarının alınmasına dair saziş imzalayıb və "Mistral" 3 zenit-raket komplekslərinin tədarükü ilə bağlı müzakirələr gedir. Senat həmçinin qeyd edib ki, Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” tipli 24 zirehli maşın artıq Ermənistana gətirilib, daha 26 ədəd “Bastion” da göndəriləcək: “Fransa hakimiyyəti Ermənistana müdafiə silahlarının verilməsi təşəbbüsü ilə çıxış edib. Müdafiə və hücum silahları arasındakı fərq, əslində, Ukraynadakı müharibənin göstərdiyi kimi o qədər də praktik deyil. Gəlin eyni səhvləri təkrar etməyək və əvvəldən lazım olan avadanlıqların çatdırılmasını gecikdirməyək. Buna görə də biz Ermənistan hakimiyyətinin bütün müraciətlərinə, xüsusən də, onların artilleriyaya ehtiyacı ilə bağlı dərhal cavab verməliyik”.

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Ekspert xatırladıb ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi:
"“Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və "Mistral" zenit-raket komplekslərinin tədarükü “müdafiə” adı altında həyata keçirildi. Hərçənd bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi var idi. Çünki Bakının Qarabağda erməni separatizmini ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də, sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir. Məqsəd Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması və Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq cəhdidir. Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir".

Politoloq Elxan Şahinoğlu isə yeni zirehli texnika və zenit-raket komplekslərinin Ermənistana hansı yolla çatdırılacağından söz açıb:
"Görəsən, Tbilisi bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq? Gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər. Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tbilisinin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib".

Oxunub: 10253
Paylaş:
Digər xəbərlər

Dünya

4-12-2023, 15:30

Fransızların SEZAR QƏLƏTİ... - NƏ BAŞ VERİR?

Siyasət

17-05-2023, 15:30

Fransa silahları Azərbaycana təhlükə törədərsə.... - NƏ ETMƏLİ?

Siyasət

17-11-2023, 14:18

Fransanın Cənubi Qafqazdakı qərəzini ifşa edən MƏQALƏ- “EU Reporter” saytının ŞOK FAKTLARI

Dünya

8-06-2023, 10:12

Fransa Ermənistanı silahlandırır: Hiyləgər planda İran yenə baş rolda

Siyasət

25-10-2023, 15:30

Moskva geri çəkildi, Paris isə..: - “İrəvan silahlandırılsa, qalmaqal yaranacaq”

Araşdırma
Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Bu gün qısa iş günüdür
Zəfər Günü ilə bağlı hərbi yürüşlər olacaq
Şəhid ailələri bu ödənişdən azad olunur
Hadisə
6-11-2026, 10:58
Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü
6-11-2026, 10:37
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
6-11-2026, 09:37
İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
6-11-2026, 09:34
Güllü Muradovanın əri - Həbs edildi
5-11-2026, 13:15
DTX-dən əməliyyat: Saxlanılanlar var
5-11-2026, 10:57
Polad Həşimovun anasının son vəziyyəti açıqlandı
Son xəbərlər
  • Bugün, 15:06
    Şuşada liderlərin təkbətək görüşü keçirilir
  • Bugün, 14:43
    Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı
  • Bugün, 14:09
    Ərdoğan Qarabağa gəldi, Prezident İlham Əliyevdən səmimi qarşılama - VİDEO
  • Bugün, 13:00
    Xankəndidə Zəfər Muzeyi olacaq
  • Bugün, 12:52
    Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin
  • Bugün, 12:20
    Azərbaycan lideri: “Düşmənin beli döyüş meydanında qırıldı”
  • Bugün, 12:10
    Prezident xalqa müraciət edir - Video
  • Bugün, 12:04
    Tokayev Əliyevi təbrik etdi
  • Bugün, 11:52
    Ərdoğan Azərbaycana yolda düşdü
  • Bugün, 11:43
    Zakir Həsənov və Kərim Vəliyev şəhid ailələri ilə görüşdü - Fotolar
  • Bugün, 10:37
    Hamımızın yumruq olduğu gündür!
  • Bugün, 10:29
    “Bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!”
  • Bugün, 10:22
    Rəsmilər Zəfər Parkını ziyarət edir
  • Bugün, 09:00
    ​8 noyabr - Zəfər Günüdür
  • Dün, 14:41
    Prezident onlara ali hərbi rütbələr verdi
  • Dün, 14:33
    İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
  • Dün, 14:27
    Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Dün, 12:06
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak etdi
  • Dün, 12:00
    Noyabrın 8-i və 9-da "ASAN xidmət" işləməyəcək
  • Dün, 11:29
    İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
  • Dün, 11:25
    Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
  • Dün, 10:38
    Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
  • Dün, 10:34
    Neftimiz bu gün də bahalaşdı
  • Dün, 10:27
    Prezident Şuşada açılışda - Fotolar
  • Dün, 09:00
    Müharibənin taleyi həll olunur – Putin Ukrayna ilə danışıqları elan etdi!
  • 6-11-2026, 21:20
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü - Video-Yenilənib
  • 6-11-2026, 20:59
    “Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq”
  • 6-11-2026, 20:55
    Prezidentin sakinlə zarafatı: - “Qonşuyuq?”
  • 6-11-2026, 16:00
    Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda
  • 6-11-2026, 15:30
    Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
  • 6-11-2026, 15:29
    İlham Əliyevlə xanımı Zəngilanda sakinlərlə görüşdü
  • 6-11-2026, 14:22
    İpi başqalarının əlində olan Ermənistan – Rusiyadan qopsa onu nələr gözləyir...
  • 6-11-2026, 13:55
    Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
  • 6-11-2026, 13:12
    Azərbaycanda benzin və dizel markalanacaq
  • 6-11-2026, 12:52
    İlham Əliyev və Mehriban Əliyeva alkoqolsuz içki istehsalı müəssisəsinin AÇILIŞINDA
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə