• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xankəndi əməliyyatının detalları açıqlandı: İrəvan erməni terrorçuların tərksilah olunması ilə barışıb

Siyasət

31-05-2023, 09:30

Xankəndi əməliyyatının detalları açıqlandı: İrəvan erməni terrorçuların tərksilah olunması ilə barışıb



Rusiya Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçuların Azərbaycana qarşı qısamüddətli silahlı toqquşmalar törətməsində maraqlıdır, halbuki, Kremlin bu “oyunu” yalnız erməni separatçı-terrorçular deyil, elə onun özü üçün də təhlükələr törədə bilər... Çünki Azərbaycan ordusu hərəkətə gətirilərsə, yalnız Xankəndidə dayanacağı da qətiyyən şübhə doğurmur, bu haldasa, silahlı erməni terror dəstələri deyil, rus sülhməramlıların da bölgəni tərk etmək məcburiyyətində qalacaqları şübhə doğurmur...
Cənubi Qafqazda sülh prosesinin növbəti mərhələsi yaxınlaşır. İyunun 1-də Moldova paytaxtı Kişinyov da Azərbaycan və Ermənistan liderlərinin daha bir yüksəksəviyyəli görüşünün keçiriləcəyi gözlənilir. Bəzi iddialara görə, Moldova görüşü Vaşinqton və Brüssel müzakirələrində əldə olunmuş anlaşmaların rəsmiləşdirilməsi baxımından, böyük əhəmiyyət daşıyır. Bununla belə rəsmi İrəvanın Kişinyovda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının mümkün olmadığını bəyan etməsi prosesin hələ bir qədər də uzana biləcəyini sezdirir.

Maraqlıdır ki, Azərbaycan və Ermənistan liderlərinin yüksəksəviyyəli görüşlərində əsas vasitəçi missiyasını öz üzərinə götürmüş Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel də bu məsələ ilə bağlı ehtiyatlı optimizm nümayiş etdirir. O, bildirib ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsini müzakirə etmək üçün Kişinyov görüşünü səbrsizliklə gözləyir. Ş.Mişel hesab edir ki, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiklərini növbəti dəfə təsdiqləmələri üçün bu görüş olduqca vacibdir.

Eyni zamanda, Avropa Birliyi Şurasının rəhbəri rəsmi Bakı ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində yaşayan ermənilər arasında dialoqun həlledici xarakter daşıya biləcəyi qənaətindədir: “Dialoqa cəhd etmək və maksimalist mövqedən yayınmaq vacibdir. 30 illik münaqişədən sonra yaraları sağaltmaq üçün zamana ehtiyac var. Ona görə də, cəsarətli qərarların qəbul edilməsi lazımdır”.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)Əslində, Şarl Mişelin ehtiyatlı optimizmi indiki halda, mövcud vəziyyətə də uyğundur. Çünki Paşinyan hakimiyyəti Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Yəni, bununla da əslində, yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəl ortadan qalxmış olur.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçılar rəsmi Bakı ilə dialoqdan israrla yayınmağa çalışırlar. Rəsmi Bakı iki dəfə dialoq təklif etsə də, erməni separatçılar “beynəlxalq mexanizm” tələbi prosesi pozmağa üstünlük verirlər. Çünki bilirlər ki, rəsmi Bakı “beynəlxalq mexanizm” variantını yaxına belə, buraxmaq niyyətində deyil.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Rəsmi Bakı Azərbaycanın daxiili işi hesab etdiyi bu məsələni hər hansı beynəlxalq qurumla müzakirə etməyəcəyini dəfələrlə bəyan edib. Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin hüquqlarının isə müəyyən prosedurlara əməl ediləcəyi təqdirdə, Azərbaycan Konstitusiyası çərçivəsində təmin olunacağını vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara tərksilah və təslim olmağı təklif edib. Əks halda, Azərbaycan ordusunun hər an antiterror əməliyyatına başlaya biləcəyi barədə sərt xəbərdarlıq mesajı verib. Yəni, rəsmi Bakı bundan sonra erməni separatçılara daha dialoq təklif etmək niyyətində deyil. Və bu, erməni separatçı-terrorçular üçün zaman faktorunun həlledici xarakter daşıdığını göstərir.

Ancaq belə anlaşılır ki, erməni separatçı-terrorçular hələ də kimlərəsə ümid bəsləməkdə davam edirlər. Son vaxtlar Xankəndi və ətraf bölgədə olan qeyri-qanuni silahlı erməni terror dəstələri atəşkəsi pozmaqla diqqəti çəkirlər. Bəzi iddialara görə, bu, Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaqda maraqlı olan Rusiyanın təlimatı ilə edilir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)Digər tərəfdən, erməni separatçı-terrorçular arasında mövcud olan ziddiyyətlərin son vaxtlar kəskinləşməsi də Kremlin xüsusi planı əsasında baş verməkdədir. Belə ki, Kreml erməni separatçı-terrorçuların dialoq ehtimalını gündəmdən çıxartmaları üçün əlindən gələn hər şeyi etməyə çalışır. Rusiya sülhməramlılarının bölgəyə silah daşımaqda davam etdikləri barədə də faktlar mövcuddur.

Erməni mənbələrinin verdiyi məlumatlara görə, baş nazir Nikol Paşinyanın sülh sazişini imzalamağa hazır olmasını bəyan etməsindən sonra terrorçuların iki rəhbəri – Araik Arutyunyan və Samvel Babayan arasında qarşıdurma silahlı toqquşma həddinə çatmaq üzrədir. Bölgədəki baş terrorçusu Araik Arutyunyan Samvel Babayanın planlarına əngəl olmağa çalışır. İddialara görə, Samvel Babayan kütləvi etiraz aksiyaları ilə 2018-ci ildə Ermənistanda törədilmiş “inqilab ssenarisi”ni bu dəfə Xankəndidə təkrarlamaq niyyətindədir.

Halbuki, Ermənistan KİV-lərinin yaydığı məlumatlar da erməni separatçı-terrorçular üçün Azərbaycana təslim olmaqdan kənar xilas variantının qalmadığını göstərir. Belə ki, həmin məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyan öz yaxın ətrafı ilə qapalı görüş keçirib, Moskva görüşünün bəzi detallarını açıqlayıb və Qarabağ separatçılarının gələcək taleyi ilə bağlı yalnız iki ssenarinin gündəmdə olduğuna eyham vurub.

“Hraparak” nəşrinin erməni baş nazirlə görüşün iştirakçılarından birinə istinadən verdiyi məlumatdan belə anlaşılır ki, Nikol Paşinyan Qarabağ separatçılarının “ordu”ya, silahlı dəstələrə malik olması artıq qeyri-mümkündür. Erməni baş nazir vurğulayıb ki, rəsmi Bakı Xankəndi və ətraf bölgədə olan bütün silahlı dəstələrin tərksilah olunmasında prinsipial mövqe tutur. Və bu mövqeyindən geri çəkilmək niyyətində deyil.

ermeni-separatchiler.jpeg (220 KB)Baş nazir Nikol Paşinyanın fikrincə, indiki situasiyada proseslərin imkişaf istiqamətləri ilə bağlı iki mümkün variant var. Əgər, Azərbaycan yerli ermənilərin təhlükəsizliyini təmin edərsə, o zaman prinsipcə gözlənilməz heç bir problem yaranmayacaq. Əks haldasa, “Ermənistan hakimiyyəti hər kəsin öz ərazisinə köçürülməsini təmin etmək məcburiyyətində qalacaq”.

Göründüyü kimi, bir tərəfdən, Rusiya Xankəndi və ətraf bölgədə olan erməni separatçı-terrorçuların Azərbaycana qarşı qısamüddətli silahlı toqquşmalar törətməsində maraqlıdır. Halbuki, Kremlin bu “oyunu” yalnız erməni separatçı-terrorçular deyil, elə Rusiya üçün də təhlükələr törədə bilər. Çünki Azərbaycan ordusu hərəkətə gətirilərsə, onun yalnız Xankəndidə dayanacağı qətiyyən şübhə doğurmur. Bu haldasa, yalnız silahlı erməni terror dəstələri deyil, rus sülhməramlılar da bölgəni tərk etmək məcburiyyətində qala bilər.

Digər tərəfdən, Xankəndidə erməni separatçı-terrorçular arasında daxili qarşıdurma son həddə çatıb. Hətta bəzi ehtimallara görə, erməni terrorçular arasında silahlı toqquşmalar da qətiyyən istisna deyil. Əgər, bu, baş verərsə, bütün məsuliyyət Rusiyanın üzərinə düşəcək. Çünki Kreml üçtərəfli anlaşmanın Xankəndi və ətraf bölgədən silahlı qruplaşmaların çıxarılması ilə bağlı maddəsini yerinə yetirməyib. Üstəlik, rus sülhməramlılar erməni terrorçulara əlavə silah-sursat daşımaqla, üçtərəfli anlaşmaları kobud şəkildə pozub.

Nəhayət, rəsmi İrəvan artıq erməni terrorçuları himayə edə bilmir. Paşinyan hakimiyyəti də erməni terrorçuların tərksilah olunmasının qaçılmazlığı ilə artıq barışıb. Hətta onların geri Ermənistana aparılmasına da qətiyyən qarşı çıxmır. Bu isə antiterror əməliyyatlarına başlamaq niyyətini gizlətməyən rəsmi Bakının Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı tələbinə uyğundur.

Oxunub: 10263
Paylaş:
Digər xəbərlər

Siyasət

16-08-2023, 09:00

Kreml üçtərəfli anlaşmalardan imtina edib: Rusiya erməni terrorçuları silahlı təxribata hazırlayır

Siyasət

10-08-2023, 11:08

Erməni terrorçular Laçın postuna “səlib yürüşü” planlaşdırır: İrəvanın təxribatı hərbi toqquşmalara səbəb olacaq

Siyasət

12-07-2023, 10:00

Araik Putinin yeni "Qarabağ planı"nı necə deşifrə etdi: Xankəndi əməliyyatı artıq an məsələsidir

Siyasət

19-07-2023, 09:30

Araik “vur” deyir: Bakı eşitdi, “yat” komandası ilə reaksiya veriləcək

Siyasət

7-07-2023, 09:00

Erməni terrorçular tezliklə tərksilah olunacaq: Rusiya acizdir, ABŞ-ın İrəvana təzyiqləri isə güclənir

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə