• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ya aldadır, ya ağıllanıb: Sülh üçün son iki ay - Paşinyanın dilindən əvvəllər də gözəl sözlər eşitmişik, amma...

Siyasət

24-10-2023, 13:49

Ya aldadır, ya ağıllanıb: Sülh üçün son iki ay - Paşinyanın dilindən əvvəllər də gözəl sözlər eşitmişik, amma...


Ermənistanla Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması 2023-cü ilin sonuna qədər mümkündür. TASS xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin iclasındakı çıxışı zamanı deyib.

“Əgər sadaladığım prinsiplər rəsmən təsdiq olunarsa, o zaman bu ilin sonuna kimi Ermənistan ilə Azərbaycan arasında sülh və münasibətlərin normallaşdırılması haqqında sazişin imzalanması çox real olacaq”, - deyə o bildirib.

Paşinyan çıxışı zamanı nizamlanmanın əsas prinsipləri arasında Ermənistanın ərazi bütövlüyünün təsdiqini də göstərib. Qeyd edib ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə oktyabrda Brüsseldə Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə baş tutmalı olan görüşdə prinsiplərin təsdiqini gözləyir: “Biz qətiyyətlə sülhə doğru getməliyik. Bunun üçün siyasi iradə lazımdır. Mənim, Ermənistan hökumətinin və parlamentdəki çoxluğun belə bir iradəsi var. Eyni zamanda, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı və region ölkələri bu fürsətdən istifadə etmək üçün bizə dəstək verməlidir”.

Baş nazir söyləyib ki, İrəvan öz ərazisində Azərbaycan yüklərinin təhlükəsizliyini təmin etməyə hazırdır: “Biz Azərbaycan vətəndaşlarının və onların keçdiyi ölkələrin suverenliyinə əsaslanan regional kommunikasiyaların açılacağı təqdirdə, ərazimizdə onların təhlükəsizliyini təmin etməyə hazırıq”.

Paşinyanın sözlərinə görə, regional kommunikasiyaların açılması ilə bağlı razılıq əldə olunarsa, Ermənistan Mehri dəmir yolunu bərpa etməyə hazırdır: “Hansı ki, təkcə Azərbaycan və Ermənistanı cənubdan deyil, həm də Ermənistanın cənub rayonlarını şimal-qərb rayonları ilə, Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə, həmçinin gələcəkdə Ermənistanı Türkiyə ilə, Azərbaycanı Türkiyə və Gürcüstanla, Azərbaycanı və Ermənistanı İranla, şərqdən qərbə Xəzər dənizindən Aralıq dənizinə qədər, şimaldan cənuba, Fars körfəzindən Qara dənizə qədər birləşdirəcək”.

Ermənistan liderinin bu açıqlamalarını nə dərəcədə ruhlandırıcı hesab etmək olar? Dediyinə sadiq qalmağa qadirdirmi? İlin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı varmı? DİA.AZ xəbər verir ki, AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov:

“Ermənistanın Baş naziri Paşinyan Avropa Parlamentinin plenar iclasında geniş çıxış etdi. Gözlənildiyi kimi, o, Qarabağ ermənilərinin guya etnik təmizləməyə məruz qalması, RSK-nin “xəyanəti” və Moskvanın İrəvan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən yayınması, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat barədə heç bir sübut olmadan danışdı.

Eyni zamanda, Paşinyan Azərbaycana qarşı bütün giley-güzarını, əsassız iddialarını təkrarladı, amma şükür, ağlı çatdı ki, ölkəmizə hansısa beynəlxalq missiya və ya müşahidəçilər göndərilməsi ilə bağlı qeyri-real çağırışları təkrarlamadı.

Paşinyan sonda Qarabağ ermənilərini yeni yerdə məskunlaşdırmaq üçün əlavə 100 milyon avro istəməklə məhdudlaşıb. Avropa İttifaqı belə vəsait tapa bilər.

Bununla belə, sual vermək yerinə düşərdi: Ermənistanın cari ilin büdcəsində qanunsuz silahlı birləşmələrin və Qarabağ ermənilərinin separatçı xuntasının saxlanması üçün nəzərdə tutulmuş 400 milyon dollardan çox vəsait hara getdi?

Paşinyan bildirib ki, ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalana bilər, həmçinin kommunikasiyaların açılması barədə razılığa gəlmək və dövlət sərhədinin delimitasiyasına başlamaq mümkün olacaq. O, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək, insanların və yüklərin təhlükəsiz şəraitdə daha asan keçidini təmin edəcək dəmir yolunun Mehridən keçən hissəsini bərpa etməyə hazır olduğunu bildirib. O, hətta təmtəraqla bu layihəni “dünyanın kəsişməsi” adlandırdı. Biz Paşinyanın ağzından əvvəllər də gözəl sözlər eşitmişik, lakin onun rəhbərlik etdiyi hökumət hər cür əməli işdən yayınırdı.

Paşinyanın çıxışı Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi çərçivəsində oktyabrın sonunda Brüsseldə onunla görüşün məqsədəuyğunluğu ilə bağlı Azərbaycanda diqqətlə təhlil ediləcək. Görünən odur ki, Paşinyanın hiyləgərlik, hoqqabazlıq və diplomatik manevrlər üçün vaxtı bitib və nəhayət ki, regionda sülhün və əməkdaşlığın bərpası yolunda süni maneələri aradan qaldırmaq lazımdır. Başqa variant yoxdur”.

Təqaüddə olan Qərbi Avropa diplomatı, Norveç Krallığının Azərbaycandakı keçmiş səfiri Steynar Gil:

“Ermənistanın Baş naziri Nikol Paşinyanın bəyanatında Azərbaycanla sülh sazişi üçün əsas ola biləcək müddəalar var. Paşinyanın əsas tələbi Prezident İlham Əliyev tərəfindən Ermənistanın ərazi bütövlüyünün təsdiqidir. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi ilə bağlı yekun razılaşmanı nəzərdə tutur.

Bu baxımdan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı qalan məsələləri həll etmək lazımdır. Regional kommunikasiyaların açılması operativ, qarşılıqlı faydalı həllər tələb edir. Tərəflər Qarabağın dağlıq hissəsinin erməni əhalisinin taleyi ilə bağlı məsələləri razılaşdırmalıdırlar.

Qarabağın erməni əhalisindən hər hansı birinin yaxın vaxtlarda ora qayıtmaq istəməsi ehtimalı azdır. Lakin gələcəkdə belə bir ehtimalın olması, ermənilərin Qarabağdakı mülkləri və onların dini-mədəni abidələri ilə bağlı suallar var.

Şübhə yoxdur ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi Cənubi Qafqazın iqtisadi inkişafına böyük töhfə verəcək.

Əsas sual qalır: Ermənistan və Azərbaycan nəhayət ki, müharibəyə, əzablara və nifrətə son qoyaraq öz xalqı üçün dinc gələcək yarada biləcəkmi? Bu 2023-cü ilin sonuna qədər baş verəcəkmi? Yaşayarıq, görərik”.

Oxunub: 10222
Paylaş:
Digər xəbərlər

Siyasət

14-07-2023, 14:22

Paşinyanın yerinə 3 ölkə qərar verəcək - FAKT BUDUR!

Siyasət

24-05-2023, 16:00

Moskva və Kişinyov görüşlərindən nə gözlənilir? - ŞƏRH

Siyasət

1-06-2023, 10:03

Bu gün İlham Əliyev və Nikol Paşinyan arasında görüş gözlənilir

Siyasət

13-07-2023, 13:18

Əliyev Blinkenlə sülh gündəliyindən danışdı

Siyasət

20-10-2023, 12:37

İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib - YENİLƏNİB

Araşdırma
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
Hadisə
Bugün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Bugün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Bugün, 09:28
Bu 12 yolda tıxac var - Siyahı
Bugün, 09:20
Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Son xəbərlər
  • Bugün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Bugün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Bugün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Bugün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Bugün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Bugün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Bugün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Bugün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Bugün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Bugün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Bugün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Bugün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
  • Bugün, 10:37
    180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
  • Bugün, 10:28
    Rusiya Ermənistana qaz idxalını dayandırır
  • Bugün, 09:59
    Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Bugün, 09:54
    Yol polisindən yeni tədris ilinin başlanılması ilə bağlı MÜRACİƏT
  • Bugün, 09:39
    Ermənistanda “qara qu quşu” ssenarisi: Güc strukturları bir-biri ilə toqquşdu
  • Bugün, 09:28
    Bu 12 yolda tıxac var - Siyahı
  • Bugün, 09:22
    Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
  • Bugün, 09:20
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - YENİLƏNİB
  • Bugün, 09:12
    İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
  • Bugün, 09:00
    Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə