• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

1994-də atəşkəs, 2026-da “Azərbaycan”: İlham Əliyev Bişkekdən Bakıya nə gətirdi?

Siyasət

2-09-2026, 09:12

1994-də atəşkəs, 2026-da “Azərbaycan”: İlham Əliyev Bişkekdən Bakıya nə gətirdi?


ŞƏT sammitinin adında “plyus” vardı, amma iki günlük böyük diplomatik marafonun yekununda əsas “plyus”lar Bakının hesabına yazıldı
Bişkek! Bu türk şəhərinin adı bizim siyasi yaddaşımızda ilk dəfə 1994-cü ildə ağır bir dövrün möhürü kimi qalmışdı. O zaman zəifləmiş, torpaqları işğal altında olan, daxilən parçalanmış Azərbaycan müharibəni dayandıran atəşkəs prosesinə bu şəhərin adı ilə daxil olmuşdu. Aradan 32 il keçib. İndi İlham Əliyev eyni şəhərdən məğlub ölkənin deyil, öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etmiş qalib dövlətin Prezidenti kimi qayıdır.

Tarix bəzən eyni məkanı ikinci dəfə qarşımıza çıxarır ki, aradakı fərqi görə bilək. 1994-cü ilin Bişkekində Azərbaycan nəfəs dərməyə məcbur idi. 2026-cı ilin Bişkekində isə Azərbaycan regionun nəfəsini, ritmini və gələcək istiqamətini müəyyənləşdirən dövlətlərdən biridir.

Prezident İlham Əliyevin Qırğızıstana iki günlük işgüzar səfəri, məncə, son illərin ən bərəkətli, ən məhsuldar və ən nəticəvi səfərlərindən biri oldu. Səfərin proqramında 6-cı Dünya Köçəri Oyunlarının təntənəli açılışı, 17 ölkənin liderlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirən “ŞƏT plyus” toplantısı, ard-arda ikitərəfli görüşlər, qısa, amma siyasi mənası böyük ayaqüstü təmaslar və Azərbaycanın gələcək diplomatik xəttini möhkəmləndirən danışıqlar vardı. Prezident Bişkekə getdiyindən daha çox şeylə qayıtdı. O, Bakıya təkcə foto və protokol xəbərləri deyil, siyasi nəticələr gətirdi.
Səfərin ilk böyük səhnəsi Dünya Köçəri Oyunlarının açılışı idi. İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu mərasimdə iştirakı sıradan idman tədbirinə qatılmaq deyildi. Bu, Azərbaycanın Türküstan coğrafiyasındakı tarixi, mədəni və siyasi varlığının nümayişi idi. At, ox, güləş, çadır, milli geyim, musiqi – bunların hər biri köçəri sivilizasiyasının yaddaşıdır. Azərbaycan bu yaddaşın qonağı deyil, sahib xalqlarından biridir. Bişkekdə Azərbaycan bayrağının keçidi buna görə yalnız idman protokolu sayıla bilməzdi; bu, yumşaq gücün, ortaq kimliyin və Türk dünyasının siyasi yaxınlaşmasının canlı tablosu idi.

Ərdoğanla Əliyevin simvolik çadır-stadionda qol-qola, əl-ələ görünməsi həmin tablonun ən mühüm kadrlarından oldu. Türkiyə qardaşımızdır, amma həm də NATO üzvüdür, şimal alyansının ikinci böyük ordusuna sahibdir. Azərbaycanla isə Şuşa Bəyannaməsi əsasında müttəfiqdir. İki liderin Bişkekdə nümayiş etdirdiyi doğmalıq sadəcə şəxsi dostluq deyildi. Dünyaya göstərildi ki, Azərbaycanın arxasında dayanan Türkiyə uzaqda deyil, elə yanındadır; həm də bunu gizlətmir, nümayiş etdirir.

Rəsmi görüşdə “Bir millət, iki dövlət” prinsipinin, yaxşı və çətin günlərdə qarşılıqlı dəstəyin yenidən vurğulanması bu görüntünün siyasi mətnini tamamladı. Bəzi ittifaqlar kağız üzərində yazılır, bəziləri isə liderlərin bir addımında, bir baxışında, bir-birinə uzanan qollarında görünür. Azərbaycan–Türkiyə müttəfiqliyi hər iki xüsusiyyəti özündə birləşdirir.

İlham Əliyevin Bişkekdəki duruşu ayrıca diqqət çəkirdi. Diplomatiyada boy ölçülmür, siyasi çəki ölçülür. Ancaq etiraf edək ki, bəzən liderin xarici görünüşü, yerişi, özünəinamı və bədən dili masaya qoyulmamış əlavə arqumentə çevrilir. İlham Əliyevin rahat, təmkinli, heç kimə özünü qəbul etdirmək ehtiyacı duymayan davranışı bu səfərdə xüsusilə parlaq görünürdü. Dostlar baxıb sevinirdi, düşmənlərin isə gözünə batırdı. Çünki o salonda gəzən, danışan, görüşən yalnız bir dövlət başçısı deyildi; arxasında müharibə qazanmış ordu, bərpa edilmiş suverenlik, güclənmiş iqtisadiyyat və öz qərarını özü verən dövlət dayanırdı.

“ŞƏT plyus” platforması da adi toplantı deyil. Şanxay Əməkdaşlıq Təşkilatı Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiyanın böyük hissəsini bir masa ətrafına gətirən nəhəng Avrasiya platformasıdır. Qlobal Şimalla Qlobal Cənub arasındakı rəqabətin sərtləşdiyi, köhnə dünya nizamının çat verdiyi bir vaxtda Bişkek dünyanın alternativ siyasi mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olmasa da, Prezident Əliyevin həmin masada xüsusi diqqət görməsi bir həqiqəti təsdiqlədi: Bakı artıq təşkilatların qapısında yer istəyən dövlət deyil; böyük platformalar öz qərarlarının işlək olması üçün Azərbaycanın iştirakına ehtiyac duyurlar.

Prezidentin “ŞƏT plyus”dakı çıxışı qısa, amma son dərəcə yüklü idi. İlham Əliyev dedi ki, “Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”. Sonra ən vacib siyasi həqiqəti salondakı liderlərin və BMT Baş katibinin qarşısında bir daha səsləndirdi: “Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib”. Yəni BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməni 30 il kağız üzərində saxlayan beynəlxalq sistemin görə bilmədiyi işi Azərbaycan dövləti özü gördü. Prezident bununla kifayətlənmədi, qətnamələrin qısa müddətdə icrasını təmin edəcək mexanizmlərin yaradılmasını təklif etdi. Bu, yalnız keçmişə ünvanlanan ittiham deyildi; gələcəyin daha ədalətli beynəlxalq nizamı üçün konkret siyasi tələb idi.

Bu çıxışın başqa bir mühüm tərəfi də vardı. Azərbaycan artıq yalnız münaqişədən danışmır; postmünaqişə dövrünün iqtisadiyyatından danışır. Ermənistana neft məhsullarının göndərilməsi, üçüncü ölkələrdən yüklərin Azərbaycan üzərindən tranziti, gələcək ticarət, yeni yerüstü kommunikasiyalar – bunlar sülhün şüar deyil, gündəlik qazanc yaradan sistemə çevrilməsi deməkdir. İlham Əliyev dünyaya göstərdi ki, Azərbaycan müharibəni udduğu kimi, sülhü də təşkil etməyə qadirdir.

Nikol Paşinyanla görüş bu baxımdan səfərin ən nəticəli hissələrindən biri oldu. İki lider 2025-ci il Vaşinqton Sülh Zirvəsinin nəticələrini, sülh sazişinin razılaşdırılmış mətninin paraflanmasını, sərhədin delimitasiyasını, ticarət və enerji əməkdaşlığını, həmçinin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP üzrə növbəti praktiki addımları müzakirə etdilər. Görüşün ən mühüm nəticəsi isə birbaşa ikitərəfli təmasların davam etdirilməsi barədə razılıq oldu.
Bu, vasitəçilərə verilən açıq mesajdır: Bakı ilə İrəvan danışa bilir, qərar verə bilir və prosesi kənar paytaxtların əlində girov saxlamadan irəli apara bilir. Vaxtilə Azərbaycan–Ermənistan danışıqları üçün Vaşinqton, Brüssel, Moskva, Paris növbəyə düzülürdü. İndi isə Əliyev və Paşinyan üçüncü tərəfin masası olmadan görüşürlər. Bu, Azərbaycanın illərlə müdafiə etdiyi ikitərəfli modelin üstünlüyüdür. Sülhün açarı regiondan kənarda deyil; Bakı ilə İrəvanın öz əlindədir.

Liderlərin görüşündən sonra Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın sülh gündəliyi üzrə müzakirələri davam etdirməsi də təsadüfi detal deyil. Liderlər siyasi istiqaməti müəyyənləşdirir, onların yaxın komandaları isə mexanizmləri işləyib hazırlayır. Deməli, Bişkekdə yalnız ümumi niyyət ifadə edilməyib; qərarların icra pilləsinə ötürülməsi də başlayıb. Sülh prosesi bir nəfərin bəyanatından dövlət aparatlarının gündəlik işinə çevriləndə geridönməz xarakter alır.

İran Prezidenti, soydaşımız Məsud Pezeşkianla görüş də xüsusi əhəmiyyət daşıyırdı. İran hazırda ağır hərbi-siyasi gərginlik içindədir. Belə bir vaxtda Pezeşkianın Azərbaycanın dəstəyini, humanitar yardımını və İlham Əliyevin mövqeyini yüksək qiymətləndirməsi təsadüfi nəzakət cümləsi sayıla bilməz. İran Prezidenti əlaqələri bütün sahələrdə genişləndirmək istədiklərini dedi, İlham Əliyev isə problemlərin sülh və danışıqlar yolu ilə həllini müdafiə etdi. Bu, Bakıdan Tehrana həm dostluq, həm də məsuliyyət çağırışı idi.

Görüşün ən yaddaqalan kadrı isə “İstisu” oldu. İlham Əliyevin “Azərbaycan suyunun dadına da baxın!” deyərək Kəlbəcərdən gətirilmiş mineral suyu Pezeşkiana təqdim etməsi ilk baxışda sadə bir zarafat idi. Əslində isə o stəkanda bütöv bir siyasi mətn vardı: işğaldan azad olunmuş Kəlbəcər, geri qayıdan Azərbaycan markası, öz sərvətinə sahib çıxan dövlət və qonşusuna açıq əl uzadan qalib ölkə. SEPAH-a yaxın bəzi media çevrələrinin qaynatdığı anti-Azərbaycan pitisi Kəlbəcərin “İstisu”sunda boğuldu. Bir stəkan su bəzən yüz bəyanatdan daha təsirli olur.

Rusiya ilə bağlı kadrlar isə səfərin informasiya-siyasi kulminasiyası idi. Vladimir Putinin özünün ayağa qalxaraq İlham Əliyevə və Mehriban Əliyevaya yaxınlaşması, səmimi salamlaşması, sonra Azərbaycan Prezidenti ilə bir neçə dəfə ayaqüstü söhbəti (görüntülərə görə) Moskva–Bakı xəttindəki gərginlik fonunda güclü mesaj verdi. Burada təşəbbüsün Putindən gəlməsi xüsusilə əhəmiyyətlidir. Son vaxtlar rusdilli informasiya məkanında Azərbaycana qarşı hücum çəkən Z-kanallar, işğal çağırışları edən bloqerlər, ideoloqlar və bəzi məmur çevrələri bu görüntülərdən sonra siyasi himayə görüntüsü yaratmaq imkanlarını itirdilər. Əliyevlə Putinin səmimi təması onların dilini ən azı bir müddətə damaqlarına yapışdırdı.

Əlbəttə, bir qucaqlaşma bütün problemləri həll etmir. Rusiyadakı azərbaycanlılara münasibət, Moskvanın informasiya məkanında aparılan kampaniyalar, Azərbaycana yönəlik təhdid və təhqirlər ayrıca dosyelərdir və bağlanmayıb. Amma diplomatiya elə budur: prinsipial mövqedən geri çəkilmədən siyasi kanalı açıq saxlamaq. Bişkek təması soyuq münasibətlərin üzərinə isti bir nəfəs verdi və ən azı nəzarətsiz eskalasiyanın qarşısını aldı. İlham Əliyev göstərdi ki, Azərbaycan nə Rusiyadan qorxur, nə də Rusiya ilə düşmənçilik axtarır. Bakı bərabər, qarşılıqlı hörmətə əsaslanan münasibət istəyir. Bu formulun alternativi yoxdur.

Beləcə, Azərbaycan Prezidenti eyni səfərdə müharibə və gərginlik içində olan, dünyanı da gərginlikdə saxlayan iki böyük qonşu ilə – Rusiya və İranla münasibətlərin siyasi “proqramını” yenilədi. Hər iki istiqamətdə daxili siyasəti formalaşdıran sərt çevrələrin daşları yerindən oynadı. Tehran radikalları da, Moskvanın Z-ideoloqları da gördülər ki, onların qurduğu düşmən obrazı dövlət başçılarının real siyasəti ilə üst-üstə düşmür. İlham Əliyev gərginliyin alovuna su tökdü, amma Azərbaycanın mövqeyini suya vermədi. Bu iki cümlə arasındakı fərq onun diplomatiyasının mahiyyətidir.

Hindistanın Baş naziri Narendra Modi ilə görüş də ayrıca siyasi qapı açdı. Son dövrdə Bakı–Dehli münasibətlərində yaranmış sərinlik fonunda liderlərin ikitərəfli gündəlik ətrafında fikir mübadiləsi aparması münasibətlərin yenidən tənzimlənməsi üçün başlanğıc ola bilər. Azərbaycan Pakistanla qardaşlığını şübhə altına almadan Hindistanla da normal, qarşılıqlı faydalı əlaqələr qura bilər. Güclü dövlətin diplomatiyası “ya o, ya bu” əsirliyində qalmır; öz milli marağına uyğun olaraq hər paytaxtla danışır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə Orta Dəhliz, nəqliyyat və logistika gündəliyinin müzakirəsi Bişkek səfərinin iqtisadi qatını göstərdi. Xəzərin iki sahilində yerləşən Azərbaycan və Qazaxıstan Asiyanı Avropaya bağlayan əsas xəttin iki dayağıdır. Qırğızıstan Prezidenti Sadır Japarovla bir ay əvvəl imzalanmış müttəfiqlik müqaviləsi isə bu səfərdə yeni regional fon qazandı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə və digər Türküstan liderləri ilə səmimi təmaslar Azərbaycanın artıq Mərkəzi Asiya siyasi ailəsinin kənar qohumu deyil, tam iştirakçısı olduğunu göstərdi. Bakı coğrafi baxımdan Xəzərin qərbindədir, siyasi baxımdan isə Mərkəzi Asiyanın içindədir.

Bişkek səfərinin görünməyən, amma çox mühüm nəticələrindən biri də informasiya təminatı oldu. Azərbaycan Prezidentinin görüşləri, ayaqüstü söhbətləri, liderlərlə səmimi anları, çıxışının əsas tezisləri sosial mediadan televiziya ekranlarına qədər sürətlə və peşəkar şəkildə yayıldı. Azərbaycan kommunikasiya komandasının, səfərdə iştirak edən jurnalistlərimizin təqdim etdiyi fraqmentlər diplomatiyanı qapalı kabinetdən çıxarıb milyonlarla insanın gözü qarşısına gətirdi. Müasir dövrdə dövlət yalnız doğru siyasət yürütməməlidir; onu doğru göstərməyi də bacarmalıdır. Görünməyən uğur yarım uğurdur. Bişkekdə isə Azərbaycan həm etdi, həm də etdiyini dünyaya göstərə bildi.

Bu səfərin ümumi mənzərəsi belədir: Türkiyə ilə müttəfiqlik-qardaşlıq nümayiş etdirildi; İranla gərginlik yumşaldıldı; Rusiya ilə siyasi kanal yenidən canlandırıldı; Ermənistanla birbaşa sülh gündəliyi konkretləşdirildi; Hindistanla yeni dialoq qapısı açıldı; Qazaxıstan və Mərkəzi Asiya ilə nəqliyyat-siyasi bağlar möhkəmləndirildi; BMT Baş katibinin də iştirak etdiyi salonda Azərbaycanın beynəlxalq hüququ öz gücü ilə bərpa etdiyi bütün dünyaya xatırladıldı.

İlham Əliyev Bişkekə bir ölkənin Prezidenti kimi getdi, amma orada bir neçə geosiyasi xəttin kəsişmə nöqtəsində dayanan Azərbaycanın çəkisini nümayiş etdirdi. O, səfərdən əvvəl mövcud olan konfliktlərin hamısını həll etmədi – belə iddia qeyri-ciddi olardı. Ancaq konfliktlərin tempini Azərbaycanın xeyrinə dəyişdi, rəqiblərin hücum imkanlarını daraltdı, dostluqları möhkəmləndirdi və gələcək razılaşmalar üçün arxitektura qurdu. Diplomatiyada bəzən ən böyük nəticə imzalanmış sənəd deyil, qarşı tərəfin sabah hansı addımı ata bilməyəcəyini müəyyənləşdirməkdir.

1994-cü ildə Bişkek Azərbaycanın yarasını bağlayan şəhərin adı idi. 2026-cı ildə isə Bişkek Azərbaycanın gücünü göstərdiyi səhnəyə çevrildi. O vaxt biz atəşi dayandırmağa məcbur idik. Bu gün isə sülhün şərtlərini və regional əməkdaşlığın istiqamətini müəyyənləşdirən tərəfik.

Toplantının formatı “ŞƏT plyus” idi. Nəticəsi isə Azərbaycan üçün “plyus, plyus, plyus, plyus” oldu.

İlham Əliyev Bişkekdən sadəcə geri dönmədi. Azərbaycanı daha bir pillə də yuxarı qaldıraraq döndü.Rauf ARİFOĞLU

Oxunub: 1020
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Siyasət

31-08-2026, 10:11

Azərbaycan-ŞƏT əməkdaşlığı və Avrasiyada strateji bağlantının gücü - TƏHLİL

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI)

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə