• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yaşar Əliyev BMT-də erməni yalanlarını ifşa etdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

24-05-2023, 10:30

Yaşar Əliyev BMT-də erməni yalanlarını ifşa etdi


1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizə qarşı otuz ilə yaxın təcavüzü zamanı Ermənistan çoxsaylı hərbi cinayətlər törətmiş, nəticədə on minlərlə dinc sakin həlak olmuş, kütləvi etnik təmizləmə aparılmış, yaşayış məntəqələri dağıdılmış və mədəniyyət məhv edilmişdir. Bu vəhşiliklərin miqyasını münaqişə ilə bağlı itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşı, o cümlədən Ermənistanın taleyinə aydınlıq gətirməkdən çəkindiyi 719 mülki şəxs də sübut edir.

Report xəbər verir ki, bu fikirləri Azərbaycanın BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda İsveçrənin sədrliyi ilə çağırılan Təşkilatın Təhlükəsizlik Şurasının “Silahlı münaqişələrdə mülki əhalinin müdafiəsi” mövzusuna həsr olunmuş çıxışı zamanı deyib.

“Azərbaycanlı əsirlərin əksəriyyəti döyülüb, şikəst edilib, aclıq və təhqir kimi ağır işgəncələrə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş çoxsaylı vəhşiliklərin günahkarları beynəlxalq hüquqa açıq-aşkar məhəl qoymadan cəzasız qalmağa davam edirlər”, - o qeyd edib.

Səfir bildirib ki, münaqişə zamanı Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq mülki əhalini və mülki infrastrukturı hədəf alıb:

“Ermənistanın hücumlar zamanı mülki obyektləri, o cümlədən evləri, məktəbləri və xəstəxanaları hədəf alması, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə qarşı ağır partlayıcı silahlardan və kaset bombalarından istifadə etməsi, dağıntıların miqyasının genişlənməsi üçün qəstən törədildiyini və onların əsil niyyətini ortaya qoyur.

Azərbaycanın əsas su anbarının və elektrik stansiyasının yerləşdiyi Mingəçevir 2020-ci ilin payızında keçirilən hərbi əməliyyatlar zamanı dəfələrlə raket hücumlarına məruz qalıb. Əgər raketlər obyektləri vura bilsəydi, bu, 240 kilometrdən çox dağıdıcı daşqınlara səbəb olacaq, əhalini içməli su və elektrik enerjisindən məhrum edəcəkdi”.

Y.Əliyev çıxışında bildirib ki, Ermənistan Azərbaycana təcavüzü zamanı ölkəmizin ətraf mühitinə uzunmüddətli və ciddi ziyan vurmuş, geniş meşələrin qırılması, torpaqların deqradasiyası ilə, su infrastrukturlarının talan edilməsi və dağıdılması isə su ehtiyatlarının çirklənməsi ilə nəticələnmişdir:

"Xüsusilə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərindəki Sərsəng su anbarının, bəndin və suvarma kanalının baxımsızlığı və düzgün idarə edilməməsi humanitar böhrana səbəb olub. Belə ki, çayın aşağı hissəsində yaşayan 400 min azərbaycanlı həm məişət, həm də kənd təsərrüfatı ehtiyacları üçün sudan məhrum olunub, eləcə də torpaq eroziyası, susuzlaşma və səhralaşma kimi ciddi ekoloji problemlər yaranıb. Ermənistandan Azərbaycana axan transsərhəd çayların çirklənməsinin davam etməsi ilə bu mənfi təsirlər bu günə qədər davam edir".

Səfir münaqişənin sona çatmasına baxmayaraq, Ermənistanın Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina haqqında dəqiq və dolğun məlumatıları bölüşməkdən imtina etdiyini və bu minaların mülki əhalini öldürməkdə və şikəst etməkdə davam etdiyini deyib.

Daimi nümayəndə əlavə edib ki, Avropa Şurası Parlament Assambleyası 26 yanvar 2016-cı il tarixli qətnaməsində Ermənistanın hərəkətlərini Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratmağa yönəlmiş ekoloji təcavüz kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, bu ilin əvvəlində Azərbaycan Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Ərazilərinin Mühafizəsi üzrə Bern Konvensiyasına uyğun olaraq, ölkəmizin ətraf mühitini və biomüxtəlifliyini geniş şəkildə məhv etdiyinə görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün dövlətlərarası arbitraja başlayıb.

Diplomat Ermənistanın xarici işlər nazirinin müavininin çıxışı zamanı verdiyi yalan bəyanata da aydınlıq gətirib:

"Həmin bəyanatda Laçın-Xankəndi yolunun qondarma "blokadası", Azərbaycanın Qarabağ iqtisadi rayonunda elektrik enerjisi və təbii qazın kəsilməsi və etnik təmizləmə, "soyqırımı niyyəti" ilə bağlı iddialar açıq-aşkar yalan və təxribat xarakterlidir. Azərbaycan heç vaxt sakinlərin yolda sərbəst hərəkətinə, eləcə də, ərzaq, dərman və digər humanitar məqsədlər üçün istifadəsinə və Beynəlxalq Qızıl Xaç Komitəsinin çıxışına əngəl yaratmayıb. Ermənistanın bu kimi yalanlarını ifşa edən çoxsaylı sənədləşdirilmiş sübutlar da təsdiqləyir.

Sərhəd-keçid məntəqəsinin yaradılmasına gəlincə, bu, hər hansı digər dövlətin öz sərhədlərini qorumaq və müdafiə etmək və sərhəd nəzarətini qurmaq hüququ kimi Azərbaycan Respublikasının danılmaz suveren hüququdur. Bu hüquq ərazi suverenliyi və bütövlüyünün təməl prinsiplərinə və Azərbaycanın yol boyu hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək vəzifəsinə əsaslanır. Təhlükəsizlik Şurası dəfələrlə təsdiqləyib ki, ölkələrin sərhədlərinin təhlükəsizliyi üzv dövlətlərin suveren səlahiyyətidir. Ermənistan anlamalıdır ki, dezinformasiya sülh, sabitlik və barışıq məqsədlərini sarsıdır".

Oxunub: 10229
Paylaş:
Digər xəbərlər

Siyasət

18-05-2023, 13:35

İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibini qəbul edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

23-05-2023, 13:00

XİN: "Ermənistanın “Laçın” sərhəd nəzarət buraxılış məntəqəsi ilə bağlı iddiaları reallıqları saxtalaşdırmaq cəhdidir" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

17-05-2023, 11:51

Ermənistanın sülhü imzalamaqdan başqa şansı yoxdur - AÇIQLAMA [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-05-2023, 10:33

Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-05-2023, 14:22

Bu gün Güney ETİRAZA QALXIR... – Rejim təlaşdadır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Məhərrəm ayı bu tarixdə başlayacaq
Hadisə
Bugün, 09:45
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bugün, 09:38
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Dün, 16:00
Sabah 31 dərəcə isti olacaq
Dün, 14:07
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
Dün, 13:58
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dün, 11:40
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
Son xəbərlər
  • Bugün, 09:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Bugün, 09:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bugün, 09:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Bugün, 09:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Bugün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • Dün, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Dün, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Dün, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Dün, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Dün, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Dün, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Dün, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Dün, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Dün, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Dün, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Dün, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Dün, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Dün, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Dün, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
  • Dün, 10:29
    Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
  • Dün, 09:43
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • Dün, 09:35
    Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
  • Dün, 09:27
    ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
  • Dün, 09:22
    Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
  • Dün, 09:00
    Məhərrəm ayı bu tarixdə başlayacaq
  • 2-06-2026, 16:00
    Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
  • 2-06-2026, 15:30
    Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
  • 2-06-2026, 14:22
    İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?
  • 2-06-2026, 13:30
    SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
  • 2-06-2026, 13:24
    Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
  • 2-06-2026, 13:13
    Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
  • 2-06-2026, 13:09
    Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
  • 2-06-2026, 12:45
    TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
  • 2-06-2026, 12:39
    DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
  • 2-06-2026, 12:29
    Prezident seçkilərində namizəd olmayacağını açıqladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə