• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın Azərbaycana mümkün səfəri - kimlər nə deyir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

29-10-2025, 15:30



ABŞ-nin Bakıya artan diqqətinə Rusiyanın reaksiyası maraq doğurur; Ağ Ev lideri ilkə imza ata bilər
Ötən həftə mühüm hadisələri sırasında Vaşinqtonda Hudson İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda” adlı konfrans da var. Çünki bu konfrans ABŞ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri baxımından diqqət çəkib.

Konfransda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış saziş, eləcə də regional proseslər müzakirə olunub. Konfransda Amerikanın aparıcı ekspertləri və rəsmiləri iştirak ediblər.

Konfransda çıxış edən Hudson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran bildirib ki, avqustun 8-də Ağ Evdə keçirilən görüş nəinki uzun müddətdir ki, münaqişənin hökm sürdüyü regionda davamlı sülhün əldə oluna biləcəyini, həm də ABŞ üçün yeni imkanların yarandığını nümayiş etdirib.

Onun sözlərinə görə, bu, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında münasibətlərin yenidən formatlaşdırılması üçün perspektivlər yaradır: “Tramp administrasiyası başa düşür ki, Cənubi Qafqaz artıq ABŞ-nin maraqları üçün periferik deyil. Bu region qlobal geosiyasətin əsas nöqtəsinə çevrilir. Bu, bütün dünya güclərinin maraqlarının kəsişdiyi, bəzən yaxınlaşdığı, bəzən də toqquşduğu nöqtədir. Xüsusilə Azərbaycan ABŞ üçün mühüm tərəfdaş kimi seçilir. Qərb üçün isə bu, ən geniş regiondur. Bakı Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən enerji qovşağı, tranzit dəhlizi və təhlükəsizlik müttəfiqi kimi unikal rol oynayır”.

Yeri gəlmişkən, Mayk Doran vurğulayıb ki, bu münasibətləri yeni müstəviyə çıxarmaq üçün ən mühüm və eyni zamanda ən sadə addımlardan biri prezident Trampın Azərbaycana səfəri olar. “Heç bir ABŞ Prezidenti Azərbaycana səfər etməyib. Lakin dövlət katibi Marko Rubio da belə bir səfər etsəydi, çox yaxşı olardı. ABŞ-nin dövlət katibi sonuncu dəfə 2012-ci ildə Azərbaycana səfər etmişdi”.

Məlumdur ki, Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan) Vaşinqton üçün strateji əhəmiyyət daşısa da, prezident səviyyəsində səfərlər nadir hallarda baş tutub. ABŞ prezidentlərindən yalnız Corc Buş 2005-ci ilin mayında Tiflisdə rəsmi səfərdə olub. O, həm də yeganə ABŞ prezidentidir ki, Cənubi Qafqaza rəsmi səfər edib. Ekspertlərə görə, Vaşinqtonun Cənubi Qafqaza diqqətinin artması fonunda Trampın regiona səfəri mümkündür.

Belə bir səfər baş tutarsa, Cənubi Qafqazda müsbət nəticələr və ciddi rezonans doğurar. Bu, eyni zamanda Tehrana və Moskvaya Vaşinqtonun mesajı olardı. Ancaq görünən odur ki, Trampın gündəliyində indi əsas məsələlər Ukrayna-Rusiya müharibəsi, Çinlə münasibətlər, Yaxın Şərq mövzusu olsa da, Cənubi Qafqaz da diqqətdən kənarda qalmır.

Lakin Trampın gəlməsi Cənubi Qafqazda qüvvələr nisbətinə necə təsir edə bilər? Bəs Rusiyanın buna reaksiyası nə olar?

“Yeni Müsavat”ın suallarını cavablandıran deputat Arzuxan Əlizadə qeyd etdi ki, heç bir amerikalı prezidentin bölgəyə səfəri olmayıb, Corc Buşun Gürcüstana gəlişi istisna olmaqla. Onun sözlərinə görə, Trampın isə regiona ziyarəti haqda indi müxtəlif fikirlər və çağırışlar səslənir, belə bir səfər ehtimalı da olduqca yüksəkdir: “Ağ Evdə 8 avqustda əldə olunan razılaşma Trampın Cənubi Qafqazda sülhə verdiyi ən böyük töhfədir. ABŞ lideri özü də hər fürsətdə bu nəticəni xüsusi qeyd edir. Həmçinin Zəngəzur dəhlizi onun adı ilə bağlıdır. O baxımdan dəhlizin açılması mərasimində ABŞ prezidentinin iştirakını istisna etmirəm. O cümlədən yekun sülh müqaviləsinin imzalanmasında da Trampın iştirakı mümkündür”.

A.Əlizadənin fikrincə, ABŞ Prezidentinin Cənubi Qafqazda dayanıqlı sülhə verdiyi dəstəyə görə ən azı Azərbaycana və Ermənistana gəlmək istəyi ola bilər: “Buna Rusiya və İranın hansı reaksiya verməsindən asılı olmayaraq, onların mane olmaq cəhdləri sıfırdır. Azərbaycan regionda yeni reallıqlar yaradıb, həm Moskva, həm Tehran bununla razılaşmaq məcburiyyətindədir. Ona görə Trampın səfərinə əngəl ola bilməzlər və onun gəlişi bizim üçün də şərəf olardı. Düşünürəm ki, bu səfərin yaxın gələcəkdə reallaşması ehtimalı az deyil”.

Siyasi analitik Ramiyə Məmmədova bu səfərin reallaşmasını hələ tez hesab edir. Onun sözlərinə görə, Ağ Ev lideri daha çox xarici qonaqları qəbul edir və hər hansı ölkəyə getməyə üstünlük vermir: “Doğrudur, Vatikanda olub, avropalı liderlərlə və Zelenski ilə görüşüb, Misirdə sammitdə iştirak edib. Ancaq onun tezliklə bizim regiona gələcəyini gözləmirəm. Təbii ki, onun səfəri tarixi hadisə olardı. Bu, Azərbaycanın nüfuzunu da artıracaq. Doğrusu, bu məsələdə dost İsrailin də rolunun olmasına ehtiyac var. Onlar Trampı Azərbaycana getməyə razı sala bilər. Sadəcə, adətən belə səfərlər proqram kimi olur, yəni gələcəksə, hər üç ölkəni ziyarət edəcək. İndi Tramp üçün Qafqaz turnesi isə prioritet deyil. Nəzərə alaq ki, Ukrayna böhranı onun gündəliyində ən qızğın məsələdir”.

Təhlilçi güman edir ki, ABŞ-Rusiya əlaqələrinin gedişatı da bu səfərə təsir göstərə bilər: “Hazırda ABŞ lideri situativ qərarlar qəbul edir. Yəni gah Kreml başçısı ilə görüşmək istəyir, gah onun şərtlərinin dəyişmədiyini görəndə qəzəblənib sanksiyalar tətbiq edir. Odur ki, Trampın münaqişənin həlli ilə bağlı real proqramının olduğunu düşünmürəm. Belə ani qərarlar isə böhranı dərinləşdirir. Əgər Ağ Ev başçısı rusiyalı həmkarı ilə razılaşa bilərsə, Vaşinqton-Moskva münasibətlərinin tam normallaşması Trampın Cənubi Qafqaza səfərinə də təsir edə bilər. Sadəcə, belə çağırışların olması normaldır. Ağ Evdə keçirilən görüş zamanı jurnalistlərdən də bu sualı verən oldu. Tramp buna cavab olaraq demişdi ki, hər iki ölkəyə - Azərbaycana və Ermənistana getməsi mümkün ola bilər. Gəlin nəzərə alaq ki, dünyanın fövqəlgüc dövləti üçün bizim region əhəmiyyətli olsa da, səfər etmək cəhətdən indi aktual deyil”.

Onun fikrincə, heç bir ABŞ liderinin belə bir istəyi olmayıb və onlar dünya siyasətinin daha mərkəzi yerlərinə gedirlər: “Cənubi Qafqaz ölkələri qlobal siyasətdə böyük aktorlar deyil axı?! Bunu qəbul etmək lazımdır. Amma Trampın Azərbaycana və Prezidentə xüsusi ehtiramı belə bir səfəri gələcəkdə mümkün edə bilər”.

Oxunub: 1041
Paylaş:
Digər xəbərlər

Dünya

24-10-2025, 09:18

ABŞ Türk dünyası ilə məşğul olmalıdır - Koffi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Bölgə

16-11-2023, 10:56

Zəngilanda beynəlxalq konfrans işə başladı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-09-2025, 09:26

ABŞ senatoru: Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

16-07-2024, 11:31

Ağ Ev: İrəvanla Bakı Vaşinqtonda razılıq əldə edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

28-08-2025, 13:09

Avropalı diplomat İlham Əliyevin qəbulunda: nələr müzakirə edildi? - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Kimlər daha tez pensiyaya çıxa bilər?
Prezidentin köməkçisi Milli Qəhrəmanın evinə getdi - FOTOLAR
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
General təqaüdə göndərildi
Hadisə
Dün, 12:39
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
Dün, 11:54
Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın - Fotosu
Dün, 11:43
Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
Dün, 11:14
Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
Dün, 10:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Dün, 09:16
Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
Son xəbərlər
  • Dün, 16:00
    Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
  • Dün, 15:30
    Krımda total qaranlıq: "Xarici təsirlər" yarımadanı tamamilə işıqsız qoydu
  • Dün, 14:22
    Kimlər daha tez pensiyaya çıxa bilər?
  • Dün, 13:11
    Türkiyəli generaldan Ankara Zirvəsi ilə bağlı ŞOK proqnoz
  • Dün, 12:39
    Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
  • Dün, 12:33
    Rusiyaya uçan Paşinyan Bakıya gör nə VƏD etdi – Putinin SON cəhdi
  • Dün, 12:14
    Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır: Tehranda milyonların kütləvi vidası davam edir
  • Dün, 12:05
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Dün, 11:54
    Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın - Fotosu
  • Dün, 11:43
    Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
  • Dün, 11:23
    ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
  • Dün, 11:14
    Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
  • Dün, 10:38
    Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
  • Dün, 10:33
    Kiyevə hücum: 10-dan artıq ölü, 50-dək yaralı
  • Dün, 09:40
    Klopp Almaniya millisinin baş məşqçisi olacaq
  • Dün, 09:33
    Prezidentin köməkçisi Milli Qəhrəmanın evinə getdi - FOTOLAR
  • Dün, 09:26
    "Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
  • Dün, 09:21
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salındı
  • Dün, 09:16
    Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
  • Dün, 09:00
    Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
  • 4-07-2026, 12:11
    Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB
  • 4-07-2026, 11:28
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • 4-07-2026, 11:23
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • 4-07-2026, 11:05
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • 4-07-2026, 11:01
    İlham Əliyevdən Trampa məktub
  • 4-07-2026, 10:00
    Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
  • 4-07-2026, 09:41
    Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi
  • 4-07-2026, 09:35
    Sonunda Bu da Oldu: oğruları tutub skoçladılar
  • 4-07-2026, 09:27
    Azərbaycan XİN ABŞ-ni təbrik etdi
  • 4-07-2026, 09:22
    Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video
  • 4-07-2026, 09:15
    “Azeri Light” 73 dollara satılır
  • 4-07-2026, 09:00
    Rusiyadakı yanacaq böhranı Azərbaycana təsir edəcək? – Ekspertdən açıqlama
  • 3-07-2026, 16:00
    Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
  • 3-07-2026, 15:30
    Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
  • 3-07-2026, 14:22
    Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə