• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml Ağ Evin yeni Qafqaz siyasətindən niyə xoflanıb: ABŞ-Rusiya toqquşması məhz Orta Asiyada baş verəcək

Siyasət

12-08-2025, 09:00

Kreml Ağ Evin yeni Qafqaz siyasətindən niyə xoflanıb: ABŞ-Rusiya toqquşması məhz Orta Asiyada baş verəcək


Ağ Evin yalnız Cənubi Qafqaza yerləşməklə kifayətlənməyəcəyini elə indidən təxmin etmək olar, böyük ehtimalla ABŞ növbəti mərhələdə daha iki önəmli regiona da nüfuz etməyə çalışacaq... Tramp administrasiyasının yeni Cənubi Qafqaz siyasəti Xəzəryanı və Orta Asiya regionlarının gələcək taleyinin də indi məhz bu strateji məkanda həll olunduğunu ehtimal etməyə əsas verir...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqaz dünyanın ən önəmli regionlarından birinə çevrilmək üzrədir. Belə ki, indi bu region qlobal rəqabətin əsas məkanlarından biridur. Bu baxımdan, Cənubi Qafqazın geostrateji əhəmiyyətinin durmadan artmaqda olduğu qətiyyən şübhə doğurmur. Üstəlik, yaxın gələcəkdə bu regionun dünya nəhəngləri arasında qarşıdurmanın olduqca ciddi geoiqtisadi poliqonuna çevrilmə ehtimalı da qətiyyən istisna deyil. Və indiki situasiyanın yaranmasında son baş verən hadisələrin birbaşa təsiri inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Bayden administrasiyası dövründəkindən tamamilə fərqli Cənubi Qafqaz siyasəti bu regiona qlobal məkanda ön plana çıxartmağa başlayıb. Belə ki, Ağ Ev sahibi Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində olduqca qətiyyətli addımlar atmaqdadır. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında yekun sülh sazişinin əvvəlcədən razılaşdırılmış mətninin paraflanması barədə sənədin ABŞ liderinin iştirakı ilə imzalanması Cənubi Qafqazın bütün tarixini yenidən yaza biləcək qədər həlledici prosesin başlanğıcıdır. Və bu baxımdan, regionun gələcək taleyinin indi tamamilə fərqli geopolitik şərtlər çərçivəsində müəyyən olunacağı artıq qətiyyən şübhə doğurmur.

tramp-qafqaz.jpg (45 KB)

Məsələ ondadır ki, Ağ Evdə imzalanmış sənədlər Cənubi Qafqazda yeni situasiya yaratdı. Birincisi, regional sülh prosesində Rusiya, İran və ermənipərəst Avropa Birliyi oyundankənar vəziyyətə salındılar. İndi onlar Cənubi Qafqazda geopolitik manevrlər üçün əsas mexanizmləri artıq itirmiş kimi görünürlər. Çünki bundan sonra regional sülh prosesində şəriksiz vasitəçi statusu məhz ABŞ-a məxsus olacaq. Bu isə o deməkdir ki, ABŞ artıq Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək üçün olduqca güclü hüquqi-siyasi mexanizmə sahibdir. Və buna paralel olaraq da, Rusiya, İran, eləcə də, Avropa Birliyi daha regional sülh prosesinə müdaxilə etmək şansını itirmiş vəziyyətə düşmüş kimi görünürlər.

Maraqlıdır ki, Rusiya və İranın son baş verənlərə reaksiyası da həm Kremlin, həm də İranın ciddi narahatlığını biruzə verir. Belə ki, rəsmi Tehran ABŞ-ın Cənubi Qafqaza, xüsusilə də, İranın “qırmızı cizgiləri” olan Ermənistanda yerləşmə prosesinə sərt reaksiya verməyə çalışır. İran Azərbaycan və Ermənistanı təhdid edir. Hətta ABŞ-ın Ermənistana yerləşdirilmə ehtimalı olan hərbi kontingentinə qarşı hərbi addımlar atıla biləcəyinə eyham vurur. Və bununla da artıq indidən ABŞ-la birbaşa qarşıdurma ehtimalını artırmış olur.

Digər tərəfdən, Rusiya siyasi dairələri də Cənubi Qafqazda yaranmaqda olan yeni situasiyanı həzm etməkdə çətinlik çəkirlər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Azərbaycan və Ermənistana sülh prosesi üzrə addımlar atarkən balansı qorumağı məsləhət görüb. Yəni, Kreml bununla demək istəyir ki, yekun sülh sazişi imzalanarkən, Rusiyanın geopolitik maraqları mütləq nəzərə alınmalıdır. Halbuki, bu, olduqca absurd və məntiqsiz yanaşmadır. Çünki Azərbaycan və Ermənistan 30 illik savaş vəziyyətinin sülh sazişi ilə yekunlaşdırmaq niyyətini bəyan ediblər. Və bunun üçün Rusiyanın maraqları barədə düşünməyə qətiyyən ehtiyac yoxdur.

aaade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (177 KB)

Göründüyü kimi, yeni situasiyanın ilkin əlamətləri artıq müşahidə edilməyə başlayıb. Belə ki, Rusiya və İran Cənubi Qafqazda geopolitik dəyişikliklərə müqavimət göstərməyə hazırlaşdıqlarını biruzə verməyə başlayıblar. Əsas səbəb isə regional sülh prosesinin məhz ABŞ-ın orbitirliyi ilə davam etməsindən qaynaqlanın narahatlıqdır. Halbuki, həm Kremldə, həm də İran siyasi dairələrində ABŞ-ın təşəbbüsü ilə yürüdülən prosesə kənar müdaxilənin asan olmayacağını da anlamamış deyillər. Və ən əsasısa, bundan sonra Cənubi Qafqazın ənənəvi təhdidkar regional qonşuların təsir dairəsindən sürətlə uzaqlaşmağa başlayacağı qətiyyən şübhə doğurmur.

Ona görə də, böyük ehtimalla Rusiya və İranın Cənubi Qafqaz dövlətlərinə bütün təzyiq mexanizmlərini işə salmağa çalışacağını düşünmək olar. Halbuki, həm Rusiyanın, həm də İranın üzləşdikləri indiki situasiyada buna nail olması demək olar ki, qeyri-mümkünlüyə yaxın bir reallıqdır. ABŞ-ın sülhə və sabitliyə təminat verdiyi Cənubi Qafqazda regional proseslərə pozucu müdaxilə etmək bu iki dövlətin imkanlarından kənardır. Və belə anlaşılır ki, yaxın gələcəkdə Cənubi Qafqaz dövlətləri hər halda, ən azından, Rusiyanın ikitərəfli münasibətlər çərçivəsində təzyiq cəhdlərinə hazır olmalıdır.

664b834b6157946e12534dca502d5b6d.jpg (102 KB)

Halbuki, bütün bu cəhdlərin real nəticə vermə ehtimalı hazırda o qədər də cəlbedici görünmür. Çünki ABŞ-ın Cənubi Qafqaza yerləşmək üçün artıq hüquqi-siyasi mexanizmi mövcuddur. ABŞ-ın bu faktordan istifadə edərək, Cənubi Qafqaza tədricən yerləşəcəyi və öz regional mövqelərini möhkəmləndirəcəyi qətiyyən şübhə doğurmur. Çünki bu region indi ABŞ üçün strateji əhəmiyyət qazanmağa başlayıb. Və Rusiyanı, eləcə də, İranı Cənubi Qafqazın itirilməsiylə yanaşı, daha çox narahat edən əsas faktorlardan biri də məhz bu məqamdır.

Məsələ ondadır ki, Ağ Evin yalnız Cənubi Qafqaza yerləşməklə kifayətlənməyəcəyini elə indidən təxmin etmək olar. Belə ki, böyük ehtimalla ABŞ Cənubi Qafqaz üzərindən daha iki regiona da nüfuz etməyə çalışacaq. Çünki Tramp administrasiyasının yeni Cənubi Qafqaz siyasətindən sonra ABŞ üçün Xəzəryanı və Orta Asiya regionlarının da strateji əhəmiyyəti artmağa başlayıb. Və bu baxımdan, adları çəkilən hər iki regionun da gələcək taleyinin indi məhz Cənubi Qafqazda həll olunduğu qətiyyən şübhə doğurmur.

Oxunub: 1085
Paylaş:
Digər xəbərlər

Siyasət

14-03-2024, 09:40

ABŞ indi Türk İttifaqına möhtacdır: Ağ Ev İrəvan üçün təhlükəli yeni strateji anlaşmaya can atır

Siyasət

18-03-2024, 10:00

NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır

Siyasət

2-08-2024, 09:17

ABŞ-ın Orta Asiya planı Bakının geopolitik iradəsinə bağlıdır: Ağ Evin strateji hədəfləri Ermənistanı təhdid edir

Dünya

26-12-2024, 10:00

Makron Paşinyana “pəncərə” açır: Putin isə Ermənistanı “bonus” kimi istəyir

Siyasət

27-10-2023, 09:17

Bakı İrəvanı Qafqazdakı layihələrə buraxmır: Ermənistan Zəngəzur dəhlizi üçün yalvaracaq

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə