• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tarixi sülh görüşünə dünyadan REAKSİYALAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-08-2025, 09:33

Tarixi sülh görüşünə dünyadan REAKSİYALAR


Avqustun 8-də Prezident İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıblar. Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, həmçinin Zəngəzur dəhlizi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi məsələlər yer alıb.

Vaşinqtonda baş vermiş daha bir tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir.

Qeyd edək ki, paraflanma hələlik sülh sazişinin imzalanması demək deyil. Belə ki, bəyannamədə qeyd olunur ki, sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir. Bəyannaməyə əsasən, Tramp Zəngəzur dəhlizinin qarantı rolunu oynayacaq.

Dünyanın müxtəlif ölkələrindən sülh danışıqlarına reaksiyalar gəlib.

Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi və bu çərçivədə avqustun 8-də Vaşinqtonda ifadə edilən iradəni məmnunluqla qarşılayıb. Beynəlxalq münaqişə və böhranların getdikcə artdığı bir dövrdə atılan bu addımı regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə mühüm bir hadisə kimi dəyərləndirən Türkiyə XİN ABŞ Administrasiyasının prosesə verdiyi töhfələri yüksək qiymətləndirib. “Cənubi Qafqazın sülh və rifaha çatması istiqamətində tarixi bir fürsət əldə olunub. Türkiyə olaraq, bu fürsətin reallaşdırılması üçün göstərilən səylərə töhfə verməyə davam edəcək və Can Azərbaycanın fədakarlıqla davam etdirdiyi səyləri dəstəkləyəcəyik” - deyə açıqlamada bildirilib.

Avropa İttifaq (Aİ) da Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanmasını alqışlayıb. Avropa İttifaqı Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen birgə bəyanatında deyilir ki, bu sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalaması həm Ermənistan, həm də Azərbaycan üçün mühüm hadisədir. Qeyd olunur ki, hər iki ölkə və bütün region üçün möhkəm, davamlı sülhə zəmin yaradır.

“İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin tam normallaşması yolunda davamlı və daimi tərəqqiyə zəmanət vermək üçün razılaşdırılmış addımların vaxtında həyata keçirilməsini təmin etmək vacibdir. Aİ Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir və hər şeydən əvvəl əhaliyə fayda gətirmək və bölgəni davamlı sülhə, sabitliyə və firavanlığa yaxınlaşdırmaq üçün regional qarşılıqlı əlaqəyə və tam açıqlığa investisiya qoymağa hazırdır”, - deyə bəyanatda bildirilib.

Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Diaspora Nazirliyi ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. Qeyd olunub ki, bu tarixi razılaşma Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcək, münaqişələrin sülh yolu ilə həllini təşviq edəcək. XİN-nin sözçüsü bu razılaşmanın əldə edilməsində ABŞ Administrasiyasını cəhdlərini yüksək qiymətləndirib.

Pakistan ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən sammitdə Azərbaycan və Ermənistan arasında imzalanmış tarixi sülh sazişini alqışlayır. Pakistanın Baş naziri Şahbaz Şərif “X” sosial şəbəkəsindəki hesabında yazıb ki, bu hadisə onilliklər boyu münaqişələr və insan əzabları yaşamış regionda - Cənubi Qafqazda yeni sülh, sabitlik və əməkdaşlıq erasının başlanğıcıdır.

"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionunun sülhsevər gələcək kursunun müəyyən olunmasında müdrikliyi və uzaqgörənliyi əks etdirən bu tarixi saziş münasibətilə təbrik edirik. Pakistan hər zaman qardaş Azərbaycan xalqının yanında olub və tarixinin bu şərəfli məqamında biz də onun yanındayıq.

Biz həmçinin ABŞ prezident Donald Trampın rəhbərliyi altında hər iki tərəfə ticarət, əlaqə və regional inteqrasiya üçün yeni imkanlar açan razılaşma əldə etməyə imkan verən vasitəçilik rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, bu dialoq ruhu uzanan münaqişələrlə üzləşən digər regionlar üçün nümunə olacaq”, - Şahbaz Şərif vurğulayıb.

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə ABŞ-də keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev “X”dəki səhifəsində yazıb ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyir: "Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir".

Qazaxıstan lideri Kasım-Jomart Tokayev bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətli nailiyyətdir.

Onun sözlərinə görə, sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyub, onlar arasında diplomatik münasibətlərin qurulmasına və davamlı sülhə əsaslanan əməkdaşlığın inkişafına yol açıb.

Qazaxıstan Prezidenti vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında unikal sazişin imzalanması iki ölkənin liderlərini tam siyasi iradə və strateji uzaqgörənlik nümayiş etdirməyə inandıra bilən ABŞ Prezidenti Donald Trampın enerjili və səmərəli vasitəçilik missiyası sayəsində mümkün olub.

“Prezident Kasım-Jomart Tokayev qeyd edib ki, Qazaxıstan da sülh müqaviləsinin əsas parametrləri üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların yeri kimi Almatı şəhərini təklif etməklə Azərbaycan və Ermənistan arasında belə mühüm razılaşmaların əldə olun

Oxunub: 1067
Paylaş:
Digər xəbərlər

Dünya

16-04-2025, 16:00

Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

5-12-2024, 09:15

Paşinyan: İrəvanla Bakı sülh sazişinin mətninin 90 faizini razılaşdırıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-12-2023, 12:55

Paşinyan: "Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanması realdır" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-08-2025, 09:09

Tramp: "Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq" - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-07-2024, 09:00

Zəngəzur dəhlizinin açılması sülh sazişinin yekun mərhələsidir - Ərdoğan [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
DYP sürücülərə və piyadalara müraciət etdi
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
Hadisə
Dün, 12:47
Sabah 39° isti olacaq
Dün, 10:24
Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
Dün, 09:33
Azərbaycanda zəlzələ oldu
30-07-2026, 10:03
Bakıda dəhşətli qəza: iki futbolçu öldü
29-07-2026, 13:42
Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
29-07-2026, 09:39
Azərbaycanda güllələnmə: Bir nəfər öldü
Son xəbərlər
  • Dün, 12:47
    Sabah 39° isti olacaq
  • Dün, 10:59
    Ərdoğana sui-qəsd dəstəsinin son üzvü ələ keçirildi - FOTO
  • Dün, 10:51
    Fransa İspaniya ilə sərhəddə təhlükəsizlik qüvvələri yerləşdirdi
  • Dün, 10:24
    Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • Dün, 10:12
    DYP sürücülərə və piyadalara müraciət etdi
  • Dün, 09:54
    53 mindən çox miqrant geri qayıdıb
  • Dün, 09:48
    “Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək
  • Dün, 09:39
    Nəriman Həsənzadə vəfat etdi
  • Dün, 09:33
    Azərbaycanda zəlzələ oldu
  • Dün, 09:29
    “Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik” - FOTO
  • Dün, 09:23
    Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür
  • Dün, 09:00
    Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
  • 31-07-2026, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • 31-07-2026, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • 31-07-2026, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • 31-07-2026, 13:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • 31-07-2026, 12:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • 31-07-2026, 12:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • 31-07-2026, 11:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • 31-07-2026, 11:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • 31-07-2026, 11:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • 31-07-2026, 10:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • 31-07-2026, 10:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • 31-07-2026, 10:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • 31-07-2026, 10:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • 31-07-2026, 10:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • 31-07-2026, 10:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • 31-07-2026, 10:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • 31-07-2026, 10:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • 31-07-2026, 10:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • 31-07-2026, 09:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • 31-07-2026, 09:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • 31-07-2026, 09:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
  • 31-07-2026, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə