• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tramp Rusiya xofu sayəsində Avropanı diz çökdürür: ABŞ "qoca qitə"nin iqtisadi işğalına start verir

Siyasət

5-08-2025, 16:00



Rusiya ilə gələcək savaş ehtimalının xofu altında olan Avropa Birliyi indi təhlükəsizlik “sığortası”nı həm xaricdən - ABŞ-dan alır, həm də öz daxilində yenidən qurmağa çalışır... Ancaq "qoca qitə" dövlətləri üçün transatlantik asılılığı davam etdirmək, yoxsa, strateji avtonomiyaya doğru irəliləmək variantları arasında seçim etmək o qədər də asan olmayacaq...
Ukrayna savaşı Avropa qitəsində böyük xof dalğası yaradıb. İndi "qoca qitə" dövlətləri Ukrayna savaşının mümkün qədər uzadılmasıda birbaşa maraqlı tərəfə çevrilmiş kimi görünürlər. Çünki yaxın gələcəyə yönəlik Rusiya təhlükəsi ilə bağlı Avropa dövlətlərinin zaman qazanmağa ehtiyacı var. Xüsusilə də, ABŞ-ın "qoca qitə"nin təhlükəsizliyinə təminat verməkdən imtina etməsi NATO üzvü olan Avropa Birliyi ölkələrin üçün sürətlə silahlanmaq ehtiyacı yaradıb. Və müdafiə xərclərini ciddi şəkildə artırmış Avropa Birliyi ölkələri hazırda "qoca qitə" təhlükəsizliyi üçün fantastik məbləğlər sərf etməyə hazırdırlar.

Onu da qeyd etmək lazımdır ki, hazırda Avropa Birliyi ölkələri ABŞ-dan hətta təhlükəsizlik təminatını satın almağa belə məcbur qalmış kimi görünürlər. Tramp administrasiyası isə Avropa Birliyinin düşdüyü durumu fürsətə çevirərək, ABŞ-ın maraqlarına uyğun güzəştləri qoparmağı bacarır. Xüsusilə də, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin ABŞ prezidenti Donald Trampla imzaladığı ticarət anlaşması hazırda ciddi tənqid mövzusuna çevrilib. Və bu sənədin imzalanması daha çox Avropa Birliyindəki Rusiya xofunun real nəticəsi olaraq, qəbul edilir.

Məsələ ondadır ki, Avropa Birliyi üçün ABŞ-dan təhlükəsizlik təminatı almaq məqsədilə böyük güzəştlərə yol açan bu saziş Brüssel üçün "çox pis" anlaşma olaraq, dəyərləndirilir. Əsas qənaətlər ondan ibarətdir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ-la bağlanan gömrük rüsumları üzrə əlverişsiz razılaşmaya, əslində, bir növ “təhlükəsizlik sığortası” kimi yanaşıb. Tramp administrasiyasının Avropadakı ABŞ hərbi kontingentini azaltmaq ehtimalı fonunda Brüssel iqtisadi güzəştlərə gedərək, Ağ Evin NATO çərçivəsindəki öhdəliklərinin qorunmasını təmin etməyə çalışıb.

donald-tramp-ursula-fon-der-leyen-avropa-amerika.png (4.74 MB)

Bəzi Avropa paytaxtlarında bu addım açıq şəkildə “pis iqtisadi müqavilə” kimi qiymətləndirilsə də, strateji anlamda burada başqa bir məntiq də var. Belə ki, transatlantik hərbi birlik zəifləsə, Rusiya ilə sərhəddə yerləşən və ya onun təzyiqlərinə məruz qalan dövlətlər daha ciddi təhlükə ilə üz-üzə qalacaq. ABŞ-ın Avropadakı qoşunlarının azalması isə yalnız hərbi balansı deyil, NATO daxilindəki siyasi tarazlığı da dəyişə bilər.

Ancaq bu razılaşma, əslində, bir önəmli asimmetriyanı üzə çıxartmış oldu. Belə ki, Avropa Birliyi təhlükəsizlik üçün ABŞ-a ehtiyac duyduqca, Ağ Ev iqtisadi sahədə daha ağır şərtlər diktə edə bilir. Bu, yalnız tarif məsələsində deyil, texnologiya transferi, enerji ticarəti və investisiya sistemlərində də özünü göstərir. ABŞ-ın Çinlə ticarət savaşında Avropan Birliyini öz yanına çəkmək üçün oxşar təzyiqlər tətbiq etməsi bu taktikanın sistemli xarakter daşıdığını təsdiqləyir.

Təbii ki, Çin və Böyük Britaniyanın bəzi sahələrdə ABŞ-la daha əlverişli ticarət şərtləri əldə etməsi fonunda Avropa Birliyi daxilində “strateji avtonomiya” çağırışları yenidən güclənib. Ancaq bu konsepsiyanın həyata keçməsi üçün Avropa Birliyi ölkələri yalnız iqtisadi deyil, hərbi müstəqilliyini də artırmalıdırlar. Və hazırda Rusiya təhlükəsi qarşısında xof yaşayan "qoca qitə" dövlətlərinin yaxın vaxtlarda belə müstəqilliyə nail olacaqları o qədər də inandırıcı görünmür.

Maraqlıdlr ki, gələcək savaş ehtimalının təsiri altında olan "qoca qitə"də Almaniya hazırda Avropanın “hərbi mühərriki" rolunu oynamağa başlayıb. Mövcud situasiyada rəsmi Berlinin atdığı radikal addımlar diqqətdən qaçmır. Almaniya Müdafiə Nazirliyi bildirir ki, bu ilin yanvar-iyul aylarında Bundesverə qoşulanların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artıb. İyulun sonuna qədər 13.750 yeni əsgər and içib, şəxsi heyətin ümumi sayı isə 183 min nəfəri ötüb. Könüllü hərbi xidmətə başlayan gənclərin sayında da 15 faizlik artım qeydə alınıb.

nemes-army-images.jpg (10 KB)

Almaniya kansleri Fridrix Merts avqustun sonunda hərbi sahədə islahatlara və Bundesverin sayını 300 min nəfəri keçəcək şəkildə artırmağa yönəlmiş qanun layihəsini səsə qoymağı planlaşdırır. Bu plan təkcə kəmiyyət artımı deyil, həm də hərbi texnologiyaların modernləşdirilməsi, logistikanın sürətləndirilməsi və NATO standartlarına uyğun hazırlığın gücləndirilməsini də nəzərdə tutur. Və Almaniya üçün hərbi sahədə güclənmənin həm daxili, həm də xarici motivləri mövcuddur.

Məsələ ondadır ki, rəsmi Berlinin bu addımları iki istiqamətli mesajlar verir. Ölkə xaricinə , xüsusilə də ABŞ-a “Almaniya artıq NATO-nun yükünü daha çox daşımağa hazırdır” təsəvvürü təlqin olunur. Almaniya cəmiyyətində isə “təhlükəsizlik boşluğunu özümüz də doldura bilərik” qənaəti yaradılır. Ancaq hərbi sahədə sürətli genişlənmə, məcburi xidmətin qismən bərpası kimi ideyalar Almaniya daxilində siyasi debatları da qızışdırır. Və tarixi yaddaş və pasifist ənənələr fonunda militarizasiya istiqamətindəki hər addımlar Almaniya cəmiyyətinin müəyyən kəsimində ciddi narahatlıq yaradır.

Təbii ki, Avropa Komissiyasının rəhbəri tərəfindən ABŞ-la imzalanmış “pis iqtisadi razılaşma" və Almaniyanın hərbi güclənmə siyasəti ilk baxışdan bir-birinə zidd də görünə bilər. Ancaq əslində bu, iki mərhələli strategiyanın fərqli komponentləri hesab olunur. Bir tərəfdən qısamüddətli mərhələ üçün Ağ Evin təhlükəsizlik zəmanətini mümkün olduüca qorumaq məqsədilə ABŞ-a genişmiqyaslı iqtisadi güzəştlər edilir. Digər tərəfdən isə uzunmüddətli mərhələ üçün Avropa daxili hərbi gücü artıraraq, həmin zəmanətdən asılılığı azaltmaq niyyəti güdülür. Və bu model Avropa Birliyinin gələcək onillikdə ABŞ-la münasibətlərini tədricən yenidən balanslaşdırmaq niyyətini də biruzə vermiş olur.

1664822908_avropa_rusiya.jpg (65 KB)

Kremlin isə Qərbdə müşahidə olunan bu iki prosesi, yəni transatlantik ticarət kompromisini və Avropanın militarizasiyasını Rusiyanın informasiya müharibəsində istifadə etməyə çalışacağı qətiyyən şübhə doğurmur. Rusiya artıq indidən bir tərəfdən, NATO-nun genişlənməsini və silahlanmasını “təhlükəli eskalasiya” kimi təqdim edir. Digər tərəfdən isə Avropanın ABŞ qarşısında güzəştə getməsini “suverenlik itkisi” kimi qabartmağa çalışır.

Bütün bunlara baxmayaraq, yaxın gələcəkdə Avropa Birliyini məmnun etməyəcək bəzi ssenarilər də qətiyyən istisna deyil. Belə ki, ABŞ-dan gələn yeni təzyiqlər Avropa Birliyini daha çox iqtisadi güzəştlərə məcbur buraxa bilər. Almaniyanın hərbi təsirini artırma planları isə ölkədaxilində siyasi gərginliyi artırsa da, NATO çərçivəsində onun mövqeyini gücləndirmə ehtimalı da mövcuddur. Və bu baxımdan, Avropa Birliyi üçün indi əsas məsələ hərbi təhlükəsizlik və iqtisadi suverenlik arasında balansın necə tənzimlənəcəyi ilə bağlıdır.

Belə anlaşılır ki, Avropa Birliyi indi təhlükəsizlik “sığortası”nı həm xaricdən alır, həm də öz daxilində yenidən qurmağa çalışır. Əgər, ABŞ-la bağlanan əlverişsiz ticarət razılaşması bu "sığorta"nın birinci hissəsidirsə, Almaniyanın öz hərbi gücünü sürətlə artırması da müəyyən mənada, ikinci hissəsi hesab oluna bilər. Bu ikili strategiya böyük ehtimalla Avropa Birliyinin gələcək taleyini də müəyyən edəcək. Çünki transatlantik asılılığı davam etdirmək, yoxsa, strateji avtonomiyaya doğru irəliləmək variantları arasında seçim etmək o qədər də asan olmayacaq. Və bu qeyri-müəyyənlikdə isə ABŞ-ın Avropa Birliyini iqtisadi cəhətdən "işğal etmə" şanslarını mütləq sınaqdan çıxartmağa çalışacağı da qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,

Oxunub: 1053
Paylaş:
Digər xəbərlər

Dünya

27-02-2025, 09:08

Avropa Birliyi Trampı və Putini qəzəbləndirib: “Qoca qitə” ABŞ-a qarşı qiyama qalxdı, Rusiyanı çökdürmək qərarı verdi

Dünya

15-02-2025, 09:13

Avropa Birliyinə dəhşətli xəbərdarlıq mesajı verildi: Savaş mütləq başlayacaq, Rusiya "qoca qitə"ni dağıdacaq

Dünya

11-03-2025, 09:16

Avropa Rusiya ilə savaşa hazırlaşır: Fransa bunu qazanca çevirir

Dünya

28-03-2025, 09:00

Avropa Birliyi Kremldən "təhlükəsizlik təminatı" gözləyir: Əvəzində isə Rusiyaya yenə də Ukrayna təklif olunur

Siyasət

15-10-2024, 09:00

“Qoca qitə” Rusiyaya möhtacdır, geri çəkilir: Qərb Ukraynaya dəstəyi dayandırır

Araşdırma
Azərbaycanda aliment artırılacaq
Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Sabiq deputat Bakıda 4 milyon 810 min manatlıq özəl əmlakı özbaşına sökdü – ŞİRKƏTİNƏ CİNAYƏT İŞİ AÇILDI
Təhlükəli hesab edilən mallar bazardan geri çağırılacaq
Hadisə
Bugün, 10:40
Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
Dün, 10:05
Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
Dün, 09:56
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Dün, 09:26
Almaniyanın elit hərbçiləri Rusiya ilə müharibəyə hazırlaşır
Dün, 09:00
Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
27-10-2026, 22:02
Ramiz Mehdiyevə hökm oxundu - Əmlakları ilə bağlı qərar verildi
Son xəbərlər
  • Bugün, 12:15
    Əli Əsədov Gürcüstana gedir
  • Bugün, 12:10
    Azərbaycan XİN Türkiyəni təbrik etdi
  • Bugün, 11:53
    Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
  • Bugün, 11:02
    Dələduzluğa qarşı yeni mərkəz yaradılır: Nazir elan etdi
  • Bugün, 10:58
    Manatla bağlı mühüm qərar verildi
  • Bugün, 10:55
    Sabah Azərbaycanın yeni ombudsmanı seçiləcək
  • Bugün, 10:48
    Mərkəzi Bankın valyuta ehtiyatları artdı
  • Bugün, 10:44
    Azərbaycanda qiymət artımı bu qədər olacaq
  • Bugün, 10:40
    Anasının zorakılığına məruz qalan 14 yaşlı qız sığınacağa yerləşdirilib
  • Bugün, 10:13
    Trampdan Netanyahunun seçkidəki taleyinə dair - Açıqlama
  • Bugün, 10:00
    Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
  • Bugün, 09:34
    Ümumölkə karantini tətbiq olundu - Daha bir epidemiya həyəcanı
  • Bugün, 09:31
    Avropa İttifaqı geri addım atdı
  • Bugün, 09:27
    Mehriban Əliyeva Türkiyə xalqını təbrik etdi
  • Bugün, 09:13
    İsraildə "ölüm-qalım savaşı" başladı – Netanyahu hakimiyyəti itirir, ərəblər hərəkətə keçdi!
  • Bugün, 09:00
    Azərbaycanda aliment artırılacaq
  • Dün, 16:00
    Moskvanın ikili oyunu ifşa olunur: Rusiya peykləri…
  • Dün, 15:30
    Putin Əliyevlə fəal danışıqları elan etdi – Bakı ilə ortaq plan
  • Dün, 14:22
    TÜRK DÜNYASININ BÖYÜK AİLƏ MƏCLİSİ ANKARADA TOPLANIR – İlham Əliyevin iştirakı bədxah dairələrə cavab olacaq!
  • Dün, 14:00
    Bu rayonların icra hakimiyyətlərində həbslər anonsu
  • Dün, 13:41
    Paşinyan qələbə eyforiyasında - sülhə risk?
  • Dün, 12:15
    Sərnişinlərə şad xəbər: Bütün köhnə avtobuslar yenilənəcək
  • Dün, 11:58
    Bakı məktəbində dəhşət: Şagird dərs zamanı necə ölüb? - DETALLAR
  • Dün, 11:53
    İlham Əliyev Çexiya Prezidentini təbrik etdi
  • Dün, 11:49
    Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir
  • Dün, 10:49
    Prezidentdən beynəlxalq tədbir iştirakçılarına - Müraciət
  • Dün, 10:43
    Bu gün 5 matç var
  • Dün, 10:38
    Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
  • Dün, 10:34
    Rusiyanın ən böyük kimya zavodlarından biri vuruldu
  • Dün, 10:08
    ABŞ-dən Körfəz ölkələrinə müharibə - Xəbərdarlığı
  • Dün, 10:05
    Ramiz Mehdiyevin müsadirə edilən əmlaklarının - Siyahısı
  • Dün, 10:01
    İsraildə seçkilərin ilkin nəticələri - Netanyahunun bloku liderdir
  • Dün, 09:56
    Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
  • Dün, 09:33
    Azərbaycan dünyada üçüncü oldu - Bu göstəriciyə görə
  • Dün, 09:29
    Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Bölgə müxbiri Babayev Aydın
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə