• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentin xarici siyasəti xalqın gözündə

Siyasət

11-07-2025, 16:00



Sosial Tədqiqatlar Mərkəzi əhalinin mövqeyini öyrənib; vətəndaşlar və deputat deyir ki...
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.

Mərkəzdən verilən xəbərə görə, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.

Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə “Böyük qayıdış” və bərpa-quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.

Sorğunun nəticələrinə əsasən, Prezidentin xarici siyasət sahəsində fəaliyyətini respondentlərin 67.8%-i çox yaxşı, 24.4%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 1.0%-i bu sahədə fəaliyyəti əsasən pis, 0.6%-i çox pis kimi dəyərləndirib. Respondentlərin 6.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

Nəticələr Azərbaycanın xarici siyasət kursuna - xüsusən regional əməkdaşlıq, geosiyasi balanslaşdırma və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyətə yüksək ictimai dəstəyin olduğunu göstərib. Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib.

Sorğularda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib. Sorğunun sahə işi (məlumatların toplanılması) 2025-ci ilin 10-18 iyun tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli fərdi müsahibə (CAPI) üsulundan istifadə olunub. Sorğular Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Sorğular 7 respublika tabeli şəhər, 34 rayon olmaqla, ümumilikdə ölkənin 41 rayon və şəhərində keçirilib.

Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, nəticələrin yalnız tədqiqat məqsədləri üçün istifadə ediləcəyi barədə məlumatlar verilib. Sorğuda iştirak edənlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib. Nəticələr göstərir ki, Prezidentin Azərbaycan ictimai rəyində reytinqi yüksəkdir və əhalinin böyük əksəriyyəti fəaliyyətindən razıdır.

Bəs sorğunun nəticələri həm də nədən xəbər verir? Bu, hakimiyyətin aparıldığı xarici siyasətin yaratdığı reallıqlardan irəli gəlirmi?

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”ın sualına cavabında qeyd etdi ki, sorğunun nəticələri kifayət qədər obyektivdir və həqiqəti əks etdirir. Onun sözlərinə görə, Vətən müharibəsində əldə olunan qələbə və üç il sonra antiterror əməliyyatı nəticəsində suverenliyin bərpası sözsüz ki, xalqın Azərbaycan Prezidentinə olan müsbət münasibətini daha da artırıb.

A.Əlizadə vurğuladı ki, azad olunan ərazilərdə abadlıq-quruculuq işləri, qayıdış konsepsiyasının həyata keçirilməsi, Qarabağda hava limanları, nəhəng infrastruktur layihələrinin reallaşması uğurlarımızdır və xalq tərəfindən təqdir olunur: “Dövlət başçısının xarici siyasəti regionda və qlobal miqyasda ölkəmizin əhəmiyyətini daha da artırmaqdadır.

Həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda iştirakı, yəni Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər platformalarda oynadığı rol ölkəmizin beynəlxalq imicini xeyli dərəcədə artırıb, regionun bir nömrəli dövlətinə çevrilməsinə səbəb olub. Bu da şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir.

Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatında fəaliyyəti, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısının keçirilməsi həm beynəlxalq aləmdə mövqeyimizi gücləndirir, həm də bu addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Yəni rəy sorğusu reallığı əks etdirir". Deputat bildirdi ki ölkə daxilində də həllini gözləyən, vətəndaşları narahat edən məsələlər var və dövlət bu istiqamətdə addımlar atır: “Ümumilikdə isə sorğu Prezidentin xarici siyasəti ilə bağlı olub və nəticələri təəccüb doğurmur. Çünki son illər diplomatik cəbhədə Azərbaycan uğurlu gedişlər edib. Xüsusən də Ermənistanla münasibətlərin tənzimlənməsi və sülh prosesində böyük məsafə qət etmişik. Bura sülh mətninin razılaşdırılması, Qazağın işğal altında olan 4 kəndinin geri alınması, həmin istiqamətdə ilk dəfə sərhədin dəqiqləşdirilməsi qeyd olunmalıdır. Bundan əlavə, rəsmi Bakının yekun sülh sənədi ilə bağlı məlum iki tələbi dəyişməyib, cənab Prezident bütün platformalarda bu prinsipial mövqeyimizi diqqətə çatdırır və İrəvanın şərtlərimizi yerinə yetirməli olduğunu vurğulayır. Bu baxımdan, əhali dövlət başçısına güvənir, milli maraqlarımızın qorunmasında ona böyük etimadı var və xalq bilir ki, prezident Azərbaycanın istəklərinə zidd hər hansı addımı atmaz. Son olaraq da Əbu-Dabidə baş tutan görüş bir daha göstərdi ki, Azərbaycan Prezidenti sülh müqaviləsinin imzalanması prosesində hansı prinsipial mövqedən çıxış etməkdədir”.

Oxunub: 1067
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-07-2025, 09:51

Əhali Prezidentin fəaliyyətini yüksək qiymətləndirir - SORĞU

Gündəm / Siyasət

22-08-2024, 12:34

Sorğu: Əhali arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir

---

19-02-2025, 11:23

Novruzəli Aslanov – Milli Məclisin Təcrübəli Deputatı və Vətənpərvər İctimai Xadim

Dünya

25-10-2024, 15:30

Tramp və Harrisin reytinqi açıqlandı

Dünya

4-03-2024, 09:50

Tramp Baydendən 5 xal öndədir

Araşdırma
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Hadisə
Bugün, 11:25
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
Bugün, 10:30
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Dün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Dün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Dün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Dün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Son xəbərlər
  • Bugün, 12:24
    Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
  • Bugün, 12:19
    İlham Əliyev bu şəxsləri təltif etdi
  • Bugün, 11:29
    Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Bugün, 11:25
    Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Bugün, 11:16
    Allahşükür Paşazadə: Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir
  • Bugün, 10:30
    Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
  • Bugün, 10:05
    Azərbaycan nefti ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
  • Bugün, 10:01
    Polislər etiraz aksiyasına çıxdı
  • Bugün, 09:57
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Bugün, 09:54
    Bakıda sabah tarixi-dini abidələrlə bağlı konfrans keçiriləcək
  • Bugün, 09:49
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
  • Bugün, 09:45
    Neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • Bugün, 09:14
    Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
  • Bugün, 09:00
    Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Dün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Dün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Dün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Dün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Dün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Dün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Dün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Dün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Dün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Dün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Dün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Dün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Dün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Dün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Dün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Dün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Dün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Dün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Dün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Dün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Dün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə