• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın siyasəti ABŞ-ı, yoxsa dünya iqtisadiyyatını dağıdacaq - Azərbaycan üçün təsirlər...

Siyasət

8-04-2025, 16:00



Ekspert: “Bu ilin sonu, gələn ilin əvvəlində böyük dəyişikliklərin şahidi ola biləcəyik”

ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər, onlara cavab olara ABŞ-a qarşı atılan addımlar dünya iqtisadiyyatında böyük xaos yaradıb. Ağ Ev tarifləri elan etdikdən sonrakı iki gün ərzində fond bazarlarındakı eniş nəticəsində Amerikanın texnologiya nəhəngləri 3 trilyon dollara yaxın itkiyə məruz qaldılar. Bundan əlavə, ABŞ valyutası olan dollar altılıq səbətə qarşı 3 faizdən çox dəyər itkisinə məruz qalıb.

Bu həftənin ilk iş günündə Asiyanın və Avropanın əsas fond bazarlarında kəskin eniş yaşanıb, proses hələ də davam edir. Eyni zamanda xammal bazarları, xüsusilə də neft bazarında qiymətlər sürətlə düşür.

Analitik mərkəzlərə və investorlara görə, fond və xammal bazarlarında belə enişə 1987-ci ilin “qara bazar ertəsi”ndən sonrakı müddətdə ilk dəfədir rast gəlinir. Bildirilir ki, Tramp administrasiyası tarif siyasətinə ciddi korrektələr etməsə, Avropa İttifaqı və Çin kimi iki böyük iqtisadiyyat ABŞ-la iqtisadi-ticari əlaqələri sürətlə zəiflədəcək. Çin artıq ABŞ-dan bütün idxala 34 faizlik rüsum tətbiq edib, ABŞ şirkətlərinin ölkədə işləmək imkanlarını kəskin məhdudlaşdırıb. Avropa İttifaqı Çin qədər kəskin olmasa da, aprelin 15-dək ABŞ-dan idxala rüsumları artırmağa başlayır.

ABŞ-da Tramp administrasiyasının siyasətinə qarşı kütləvi etirazlar başlayıb. Artıq ABŞ analitik mərkəzləri, tanınmış alim və iqtisadçılar verilən qərarların ölkənin özünə daha mənfi təsir edəcəyinə dair xəbərdarlıqlarla çıxış edirlər.

Amerikalı iqtisadçı Barri Eyxenqr “Financial Times” qəzeti üçün yazdığı məqalədə qeyd edir ki, dollar ABŞ Prezidenti Donald Trampın siyasəti səbəbilə dünyanın aparıcı valyutası rolunu itirə bilər. Onun sözlərinə görə, iqtisadçılar adətən dolların böyük rolunu ABŞ-ın qlobal ÜDM-dəki payı, eləcə də ABŞ maliyyə bazarlarının dərinliyi və likvidliyi ilə əlaqələndirirlər: “Hazırda maliyyə bazarı iştirakçıları hesab edirlər ki, ABŞ dünyanın aparıcı iqtisadiyyatı olaraq qalır və dollara heç bir təhlükə yoxdur”.

Ardınca o, tarixçilərə istinadla bildirir ki, valyutaların yüksəlişini və enişini idarə edən iqtisadi vəziyyət və bazarlar yox, real insanların hərəkətləridir: “Beynəlxalq dolları yaradan institutların yaradılması istiqamətində mühüm addımları atanlar məhz insanlar olub. Və bu institutların yaşayıb-yaşamayacağını, yoxsa dağılacağını da məhz insanlar müəyyən edəcək”.

İqtisadçı qeyd edib ki, dolların hökmranlığı indiyədək ticarət, ittifaqlar və institutlar üzərində qurulub, lakin bu dövr artıq sona çatmaq riski altındadır. Onun fikrincə, Trampa digər ölkələrlə münasibətləri və qarşılıqlılıq prinsipini zəiflətmək, hətta tamamilə məhv etmək üçün cəmi bir neçə ay vaxt lazım olub. “ABŞ Prezidenti və onun administrasiyasının rəsmiləri dolların təxminən bir əsrlik hökmranlığının əsaslandığı dəyərləri şübhə altına alır”, - təhlilçi vurğulayıb.

Trampın seçki kampaniyasına ciddi dəstək vermiş milyarder, "Pershing Square Capital Management hedcinq" Fondunun təsisçisi və rəhbəri, investor Bill Eykman ABŞ prezidentinin idxala hərtərəfli rüsumların tətbiqi qərarını səhv adlandırıb: “Mən qəti şəkildə inanıram ki, aprelin 9-da bütün dünyaya qarşı onların bizə tətbiq etdiyindən daha yüksək tariflərin tətbiqi yanlışdır”.

O qeyd edib ki, nəhəng və qeyri-mütənasib tariflər tətbiq etməklə və qlobal iqtisadi müharibəyə başlamaqla Birləşmiş Ştatlar onun ticarət tərəfdaşı, biznes qurmaq və kapital qoymaq bazarı kimi etibarını sarsıdır.

Eykman hesab edir ki, digər ölkələrlə ədalətsiz ticarət təcrübələrini aradan qaldıracaq və ABŞ-a trilyonlarla dollarlıq xarici sərmayə cəlb edəcək danışıqlara imkan vermək üçün tarifləri 90 gün müddətinə dayandırmaq məqsədəuyğundur: “Əgər aprelin 9-da dünyanın hər bir ölkəsinə qarşı iqtisadi müharibəyə başlasaq, biznes investisiyaları dayanacaq, istehlakçılar pul kisəsini gizlədəcək və ABŞ-ın reputasiyasına bərpası illər, bəlkə də onilliklərlə vaxt aparacaq böyük zərər dəyəcək”.

Məşhur amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks “Common Dreams” nəşrində dərc olunmuş məqaləsində bildirib ki, Donald Tramp qlobal ticarət sistemini məhv edir və fundamental iqtisadi səhvə yol verir. Onun fikrincə, Ağ Evin dünyanın əksər ölkələrinə qarşı idxala tətbiq etdiyi yüksək tariflər “ABŞ-ın ticarət kəsirini azaltmayacaq, əksinə, amerikalıları yoxsullaşdıracaq və digər ölkələrə zərər verəcək”: “Amerikanın ticarət kəsiri Amerikanın korporativ hakim sinfinin israfçılığının nəticəsidir. Daha dəqiq desək, bu, varlıların vergiyə cəlb edilməsi nəticəsində yaranan xroniki olaraq böyük büdcə kəsirlərinin nəticəsidir. Büdcə kəsiri Kanadanın, Meksikanın, yaxud ABŞ-a ondan aldığından çox satan digər ölkələrin xəyanətinin nəticəsi deyil.”

Müəllif xatırladır ki, 2024-cü ildə ABŞ 4,8 trilyon dollarlıq mal və xidmət ixrac edib, 5,9 trilyon dollar idxal edib, nəticədə 1,1 trilyon dollarlıq ticarət kəsiri yaranıb. Amerikalı professor qeyd edir: “Amerika qazandığından daha çox xərcləyir və fərqi dünyanın qalan hissəsindən götürür”. Onun təhlilinə görə, Trampın aprelin 2-3-də idxal rüsumlarını artırması “Vaşinqtonda dominant korporasiyaların və vergidən yayınanların fiskal məsuliyyətsizliyi davam etdiyi müddətdə ticarət kəsirini azaltmayacaq”.

Aprelin 4-də Federal Ehtiyat Sisteminin sədri Jerom Pouell xəbərdarlıq edib ki, artan ticarət müharibəsinin iqtisadi təsiri gözləniləndən daha pis ola bilər. O, tariflərin inflyasiyanı artıracağını və iqtisadi artımı zəiflədəcəyini bildirib.

Hətta Trampın ən yaxın tərəfdarı olan milyarder İlon Mask da üstüörtülü şəkildə də olsa, hazırkı tarif siyasətinin əleyhinə çıxıb. O, bildirib ki, Avropa İttifaqı ilə ABŞ arasında sıfır tariflərin mövcud olduğu azad ticarət sazişi imzalanmalıdır.

Maraqlıdır ki, D.Tramp özü hələ qüvvəyə minməyən tariflərin müsbət təsirlərindən danışır: “Neft qiymətləri aşağı düşüb, faiz dərəcələri aşağı düşüb, ərzaq qiymətləri aşağı düşüb, inflyasiya yoxdur və uzun müddət istismar edilən ABŞ artıq tətbiq olunan tariflər sayəsində istismarçı ölkələrdən həftədə milyardlarla dollar qazanır”.

İqtisadçı-ekspert Elman Sadıqovun “Yeni Müsavat”a dediyinə görə, tarif siyasəti Trampın hansısa kaprizindən doğan addım deyil: “Bir çoxları bunu Trampın kaprizi kimi qiymətləndirirlər. Lakin bu, belə deyil. Məsələ burasındadır ki, ortada bir "xəstə" var - ABŞ iqtisadiyyatı. Bu “xəstə” müxtəlif müayinə və müalicələrə müsbət reaksiya vermədi. Nədi onun xəstəliyi? Birinicisi, ABŞ-ın büdcə kəsirinin həcmi 1,8 trilyon dollar təşkil edir, bu il üçün onun 1,9 trilyon dollara çatacağı proqnozlaşdırılır. Bu, ölkə ÜDM-nin 6,4-6,5 faizi deməkdir. Bu, anormal həddir. Normalda maksimum hədd ÜDM-in 3 faizidir. İkinci məsələ, ticarət balansında 1,2 trilyon dollarlıq kəsir var və o da ildən-ilə artır. Nəhayət, üçüncü məsələ, ABŞ-ın dövlət borcu 36 trilyon dollara çatır. Tramp bu xəstəliyin səbəblərini göstərib: ucuz işçi qüvvəsinə görə şirkətlər istehsal müəssisələrini xarici ölkələrə köçürüblər, oradan istehsal olunan məhsullar rüsumsuz ABŞ-a idxal olunur. Beləliklə, ABŞ-ın istehsalı azalır, yaxud zəruri səviyyədə artmır.

Digər tərəfdən, texnologiyalara, texnoloji yeniliklərə o qədər aludə oldular ki, real istehsalı və emalı tamam unutdular. Asiya ölkələri - Çin, Cənubi Koreya, Yaponiya bunu etmədi. ABŞ və Avropa isə istehsal və emalı dayanıqlı məşğulluğun, iqtisadi artımın, makroiqtisadi sabitliyin qarantı kimi gözardı etdilər, indi də acı nəticələrini yaşayırlar. Bir sıra digər ölkələr də onlara baxıb sırf texnoloji inkişafa kökləniblər".

Ekspertə görə, Trampın rüsum siyasəti klassik anlamda proteksionizm deyil: “Proteksionizm seçilmiş mallar üzrə tətbiq olunur, kökündən fərqli siyasətdir. Tramp isə bütün məhsullara idxal rüsumu tətbiq edir. O, müəyyən müddət də qoyub ki, danışıqlar aparsın, ayrı-ayrı ölkələrdən ABŞ mallarına qarşı idxal rüsumlarının aradan qaldırılmasına nail ola bilsin. Ayrı-ayrı ölkələrdən artıq ABŞ mallarına sıfır tarif təyinatına dair təkliflər də səsləndirilməyə başlayıb. Bu halda digər ölkələr də həmin ölkələrdən öz mallarına eyni yanaşma tələb edəcəklər. Xüsusi olaraq qeyd edim ki, bu siyasətin doğru olduğunu, Trampın düzgün yol seçdiyini demirəm. Tramp "xəstəni" radikal üsulla - əməliyyat yolu ilə sağaltmaq yolu seçib. Proseslər çox mürəkkəb situasiyanın formalaşmasına doğru gedir.

Düzünü deyim, Trampın, ayrı-ayrı ölkələrə güzəştlər istisna olmaqla, siyasətindən əsaslı şəkildə geri dönəcəyini, geriyə ciddi addım atmasını gözləmirəm. Çünki bu, ABŞ iqtisadiyyatının problemlərinin davam etməsi, daha da böyüməsi demək olar ki, Trampın da buna gedəcəyini düşünmürəm. Bu siyasətin əsas mənfi nəticəsi inflyasiya olacaq. Bunun qarşısını alacaq əsas amil neft qiymətləridir ki, onlar da sürətlə düşür. Tramp neftin 50-60 dollarlıq qiymətini hədəf götürüb.

Hesab edirəm ki, Tramp çox mürəkkəb və riskli siyasət yürüdür. Bu siyasət ABŞ-ın özündən daha çox digər ölkələr, ümumilikdə dünya iqtisadiyyatı üçün təhlükələr yaradır. Tamamilə yeni şərtlər formalaşır ki, bu da bizim kimi xammal ixracından asılı olan ölkələr üçün çox ciddi çağırışlar yaradır. Hər bir ölkənin öz strateji yol xəritəsi olmalıdır, iqtisadiyyata baxış tamamən dəyişməlidir. Neftin bugünkü qiymətləri belə tədiyə balansı üçün ciddi siqnaldır. Belə davam edərsə, biz bir çox istiqamətlərdə siyasətdə ciddi yeniliklər etməli olacağıq. Bunlar fiskal, monetar və proteksionist siyasətləridir. Bu, yalnız Azərbaycanda deyil, bütün dünyada zəruri olan addımlardır. Düşünürəm ki, bu ilin sonu, gələn ilin əvvəlində Azərbaycanda böyük siyasət dəyişikliklərinin şahidi ola biləcəyik".

Oxunub: 10124
Paylaş:
Digər xəbərlər

Dünya

5-04-2025, 11:43

Trampın başı dərddə: Qrarı ABŞ iqtisadiyyatını böhrana sürüklədi

İqtisadiyyat

29-06-2023, 10:15

Dünya bazarlarında neft ucuzlaşıb

İqtisadiyyat

3-02-2025, 12:40

Kriptovalyuta bazarları tarixinin ən böyük çökmələrindən birini yaşayır - Son vəziyyət

Dünya

3-04-2025, 10:18

Tramp dediyini etdi: Qlobal ticarət müharibəsi başladı - DÜNYA ŞOKDA

İqtisadiyyat

4-04-2025, 09:11

ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə