• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıda İran mallarının bahalaşmasına RƏSMİ REAKSİYA [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

7-07-2025, 15:30

Bakıda İran mallarının bahalaşmasına RƏSMİ REAKSİYA


İsrail-İran müharibəsi fonunda Azərbaycanda İran mənşəli malların bahalaşması baş verdi. Bir çox satıcılar bahalaşmanı müharibəyə görə İrandan daşımaların çətinləşməsi ilə izah edirdilər.

Məsələ ilə bağlı “İsrail-İran müharibəsi Azərbaycanda istehlakçıları vurdu” sərlövhəsi ilə paylaşdığımız xəbərə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən münasibət bildirilib.

Agentliyə ünvanladığımız sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsini xahiş etmişdik:

1. Bakı şəhərində son günlər İrandan gətirilən məhsulların qiymətində müşahidə olunan kəskin artımla bağlı tərəfinizdən hər hansı araşdırma aparılırmı?

2. Əgər belə bir araşdırma aparılırsa, nəticələrinin ictimaiyyətə açıqlanması nə vaxt nəzərdə tutulur?

3. Hazırkı regional müharibə şəraiti fonunda bu qiymət artımlarının real iqtisadi əsasları varmı?

4. Süni qiymət artımına yol verən sahibkarlıq subyektləri mövcuddurmu?

5. Belə subyektlər müəyyən edilibsə, onlara qarşı hansı inzibati və ya hüquqi tədbirlər görülüb?

6. Son günlər bu istiqamətdə konkret tədbirlər həyata keçirilibmi?

7. Ümumilikdə istehlakçıların hüquqlarının qorunması və bazarda şəffaflığın təmin olunması məqsədilə hazırda tətbiq olunan və gələcəkdə nəzərdə tutulan mexanizmlər barədə ətraflı məlumat verilməsini xahiş edirik.

Agentliyin cavabında bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Siyahıya daxil olan malların, işlərin və xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların qiymətləri isə bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən olunur:

“İstehlak bazarında sahibkarlar istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif edir və istehlakçı öz ehtiyacına uyğun olan malı sərbəst seçə bilər. Agentlik müvafiq bazarlara rəqabət qanunvericiliyi prinsipləri çərçivəsində nəzarət edir.

Sərbəst qiymətqoymada müştərilərin mənafeyinin nəzərə alınması və seçim hüququnun təmin edilməsi rəqabət siyasətinin əsas prinsiplərindəndir.

Qiymətlərin əsassız dəyişdirilməsinin qarşısını almaq məqsədilə mütəmadi monitorinqlər və nəzarət tədbirləri həyata keçirilir. Araşdırmalar zamanı qiymət razılaşmaları, manipulyasiyalar və digər qanun pozuntuları aşkarlanarsa, qanunvericiliyə uyğun tədbirlər görülür”.

Agentlik əlavə olaraq qeyd edir ki, rəqabət qanunvericiliyinin pozulmasını sübut edən sənəd və məlumatlar təqdim edildiyi halda həmin məsələlərə mahiyyəti üzrə baxılır. İstehlakçı hüquqlarının qorunması və bazarda şəffaflığın təmin edilməsi Agentliyin əsas prioritetlərindəndir:

“Ticarət və xidmət obyektlərində qiymətlərin düzgün əks etdirilməsi, mallar barədə istehlakçılara şəffaf məlumat verilməsi və seçim hüququnun qorunması daim diqqət mərkəzindədir. Bu məqsədlə vətəndaş müraciətləri araşdırılır, hüquqların pozulması halları qiymətləndirilir və müvafiq tədbirlər görülür. 2025-ci ilin yanvar-may ayları ərzində Agentliyə daxil olan 3423 müraciətə baxılıb.

Təmin olunmuş 994 müraciət üzrə istehlakçılara 128 min manatdan çox vəsait geri qaytarılıb. Vətəndaş müraciətlərinin araşdırılması nəticəsində 16 hüquqi və fiziki şəxs barəsində 24 inzibati xəta protokolu tərtib olunub.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin qanunvericiliyə uyğunlaşdırılması məqsədilə 13 təsərrüfat subyektinə 21 göstəriş, 26 subyektə isə 30 tövsiyə məktubu göndərilib. İctimai iaşə sektorunda istehlakçı hüquqlarının qorunması məqsədilə hazırlanan bildiriş və menyu nümunələri 6500-dən çox obyektə paylanıb.

Dövlət Vergi Xidməti vasitəsilə 20 min 500-dən çox sahibkarın elektron kabinetinə maarifləndirici məlumat yerləşdirilib. Ticarət sahəsində qiymət intizamını təmin etmək üçün meyvə-tərəvəz, tikinti materialları və geyim satışı sahələrində qiymət kağızlarının nümunələri hazırlanaraq 6 mindən çox obyektə paylanıb” .

Agentlik həmçinin KİV və sosial media üzərindən geniş maarifləndirmə kampaniyaları aparır:

“İstehlakçı hüquqlarını bil və tələb et” kampaniyası çərçivəsində müxtəlif ticarət obyektlərində, yanacaqdoldurma məntəqələrində, apteklərdə və iri ticarət mərkəzlərində posterlər yerləşdirilib.

Bundan əlavə, “Istehlakchi.az” platformasında hüquqi müdafiə vasitələri və qanunvericilik barədə məlumatlar təqdim olunur.

Sonda qeyd edilir ki, istehlakçılar hüquqlarının, sahibkarlar isə rəqabət qanunvericiliyinin pozulması halları ilə rastlaşdıqda Agentliyin rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçtu (office@competition.gov.az) vasitəsilə müraciət edə bilərlər”.

Oxunub: 1055
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

18-06-2025, 09:00

İran-İsrail gərginliyi Azərbaycanda qızılı bahalaşdıracaq? - AÇIQLAMA [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İqtisadiyyat

23-06-2025, 15:30

Bakıda İran məhsulları bahalaşacaq: İdxalçılar mal gətirməyə qorxur - FOTOLAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-04-2024, 09:42

İran-İsrail müharibəsi... - Bakı Zəngəzur planını işə salacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-03-2025, 10:09

İrandan İmamoğlunun həbsinə rəsmi reaksiya [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

21-02-2025, 12:48

Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə