• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qurban Qurbanovun ən çətin gecələrindən biri- "Qarabağ" üçün şok detallar

İdman

20-08-2026, 13:14

Qurban Qurbanovun ən çətin gecələrindən biri- "Qarabağ" üçün şok detallar


Son 17 ildə Azərbaycan futbolunu Avropada addım-addım zirvələrə daşıyan Ağdamın “Qarabağ” klubu tarixi sınaq qarşısındadır. Əfsanəvi baş məşqçimiz Qurban Qurbanovun komandası 12 ildən sonra ilk dəfə avrokubokların qruplarından kənarda qala bilər. “Köhlən atlar” bu uğursuzluğu yaşamamaq üçün bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəyə başlayır.

İlk görüş səfərdə Niderlandın “Tvente” komandasına qarşı keçiriləcək. Enşede şəhərində yerləşən “De Qrolş Veste” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü Albaniyadan olan hakimlər briqadası idarə edəcək və matçın baş hakimi Cuxin Caca olacaq.

“Qarabağ” üçün Niderland səfəri yalnız pley-off mərhələsində ilk oyun baxımından deyil, həm də rəqiblə bağlı tarixi nəzərə alındıqda da xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ağdam təmsilçisi ilə “Tvente” bundan əvvəl iki dəfə Avropa Liqasının pley-off mərhələsində qarşılaşıb. Komandaların 2009-cu ildəki ilk duelində mərhələni keçən tərəf Niderland klubu olub. “Tvente” ilk oyunda 3:1 hesabı ilə qalib gəlib, cavab qarşılaşması isə 0:0 hesabı ilə başa çatıb. Beş il sonra-2014-cü ildə komandalar yenidən eyni mərhələdə üz-üzə gəliblər. Bu dəfə isə “Qarabağ” uğur qazanıb. Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə ilə başa çatıb, Enşededəki cavab matçında isə 1:1 hesablı nəticə qeydə alınıb. Ağdam klubunun səfərdə vurduğu qol həmin vaxt mərhələni keçməsinə imkan verib və “Qarabağ” tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

İndi isə tərəflər 2014-cü ildən sonra yenidən Niderlandda qarşılaşacaqlar. Qurban Qurbanovun komandası ilk oyunda mümkün qədər sərfəli nəticə əldə etməyə çalışacaq. Çünki cavab görüşünün avqustun 27-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi “Qarabağ” üçün əlavə üstünlük yarada bilər.

“Qarabağ” 2014-cü ildə olduğu kimi, bu dəfə də “Tvente” səddini keçərək avrokuboklarda yoluna davam edə biləcəkmi?

“Rəqibin hücum potensialı və “Qarabağ”ın heyətindəki itkilər nəzərə alındıqda, görüşün Qurban Qurbanovun komandası üçün asan keçəcəyi gözlənilmir”.
Bu fikirləri Musavat.com-a açıqlamasında futbol mütəxəssisi Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, bu dəfə oyundan əvvəl əsas diqqət rəqibdən daha çox “Qarabağ”ın öz vəziyyətinə yönəlməlidir. Mütəxəssis bildirib ki, Ağdam klubunda xüsusilə cinahlarla bağlı ciddi problemlər yaranıb: “Adətən oyunöncəsi müzakirələrdə daha çox rəqibin analizinə diqqət ayırırıq. Amma bu dəfə vəziyyət bir qədər fərqlidir. Çünki “Qarabağ”ın heyətində itkilər var. Zubirin komandadan ayrılması, ardınca Elvinin zədələnməsi sol cinahda ciddi problem yaradıb. Bu mövqedə əsas ümid Sefasa idi. Lakin o da “Şamaxı” ilə oyunda zədələnərək qarşılaşmanı yarımçıq tərk etdi. Baş məşqçinin açıqlamalarından da görünür ki, Sefas tam hazır olmaya bilər. Bu halda onun yerinə kimin çıxacağı əsas suallardan biridir. Muaddib, Kadi və ya Montiel variantları nəzərdən keçirilə bilər”.

Məstəliyev hesab edir ki, sol cinahın vəziyyəti “Tvente” ilə oyunda xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, niderlandlıların əsas hücum silahlarından biri məhz sağ cinahdakı oyunçuların fəallığıdır: “Bu cinahın vacibliyinin əsas səbəbi “Tvente”nin hücumlarının daha çox həmin tərəfdən qurulmasıdır. Rəqib sağ cinahda kifayət qədər aktivdir. Eyni zamanda müdafiədə də həmin zonada müəyyən boşluqlar verirlər. Əgər “Qarabağ”ın sol cinahı həm müdafiədə, həm də hücumda tam gücü ilə fəaliyyət göstərə bilsəydi, bu, “Tvente” üçün ciddi problem yarada bilərdi. Təəssüf ki, hazırda bu silahımızdan tam istifadə etmək imkanımız məhduddur. Sağ cinahda isə Makreçkisin cəzalı olması Qurban Qurbanovun planlarını müəyyən qədər dəyişir”.

Futbol mütəxəssisi “Tvente”nin oyun üslubuna da toxunaraq, Niderland klubunun ənənəvi 4-3-3 taktiki sxeminə üstünlük verdiyini söyləyib: “Rəqib hücum futboluna meyllidir və xüsusilə cinahlardan istifadə etməyə çalışır. “Tvente” Niderland futboluna xas olan 4-3-3 sxemindən istifadə edir. Hücuma geniş şəkildə qoşulurlar, cinahlardan aktiv yararlanırlar. Əsasən cinahlardan asmalar etməyə çalışırlar, bəzi epizodlarda isə müdafiə xəttinin arasına daxil olaraq vəziyyətə uyğun qərarlar verirlər. Bu komandanı hücum komandası kimi xarakterizə etmək olar. Bəzən oyunu izləyəndə təəssürat yaranır ki, onların əsas planı cinaha çıxmaq və oradan cərimə meydançasına top göndərməkdir. “Tvente”nin hücum xəttində fiziki göstəriciləri ilə seçilən futbolçuların olması da komandanın oyun üslubuna təsir göstərir. Veqhorst, Lammers və Hesselinkin boyu 190 santimetrdən çoxdur. Buna görə də “Tvente” hava toplarından və cinahlardan edilən asmalardan maksimum yararlanmağa çalışır. Rəqib cərimə meydançasında mümkün qədər çoxluq yaratmağa, dönən toplarda və qapı dirəklərinin yaxınlığındakı epizodlarda təhlükə yaratmağa çalışır. Bu baxımdan “Tvente”nin hücumunun kifayət qədər yaxşı olduğunu düşünürəm”.

Bununla yanaşı, mütəxəssis niderlandlıların müdafiədə eyni dərəcədə güvənli təsir bağışlamadığını vurğulayıb. O bildirib ki, “Tvente”nin hücuma həddindən artıq meylli olması arxa xətdə boşluqların yaranmasına gətirib çıxarır: “Rəqibin əsas problemi müdafiədədir. Çox irəli getdikləri üçün xüsusilə cinahlarda boşluqlar yaradırlar. Mərkəz müdafiəçiləri də o qədər güclü təsir bağışlamır. Onlar kifayət qədər ləngdirlər və zaman-zaman səhvlərə yol verirlər. “Qarabağ” məhz bu boşluqlardan istifadə etməlidir”.

Kənan Məstəliyev “Qarabağ”ın Niderlanddakı oyun planının da buna uyğun qurulmasının daha məqsədəuyğun olduğunu düşünür. Onun fikrincə, Ağdam klubunun bütün gücü ilə hücuma atılması və rəqiblə açıq futbol oynaması hazırkı heyət imkanları baxımından riskli ola bilər:

“Məncə, plan kifayət qədər sadə olmalıdır. “Qarabağ” müdafiədə diqqətli oynamalı, kobud səhvlərə yol verməməlidir. Bu halda Niderlanddan sərfəli nəticə ilə qayıtmaq mümkündür. Açıq futbol oynamaq, hücuma həddindən artıq atılaraq “səndən çox vuracam” prinsipi ilə çıxış etmək hazırda yaxşı fikir olmaya bilər. Çünki bu ideyanı tam şəkildə həyata keçirəcək oyunçu ehtiyatımız yoxdur. Heyətdə itkilər var, ehtiyat qüvvə də əvvəlki qədər geniş deyil. Ona görə də yaxşı müdafiə olunmaq, rəqibin səhvlərindən istifadə etmək və əks-hücumlarda təhlükə yaratmaq daha məntiqli görünür”.

Mütəxəssis “Tvente”nin gücünün həddindən artıq şişirdilməsinin də doğru olmadığını bildirib. O, niderlandlıların son nəticələrinin komandadan çəkinmək üçün əsas vermədiyini vurğulayıb: “Tvente” adının böyük səslənməsi o demək deyil ki, “Qarabağ” bu komandadan çəkinməlidir. Ötən mövsüm Niderland çempionatında “Ayaks” və AZ uğursuz çıxış etməsəydi, “Tvente”nin 4-cü yeri tutması da sual altında qala bilərdi. Bu yay Avropa Liqasından başlayaraq 10 nəfərlə qalan “Ferensvaroş”a qalib gələ bilməyən komanda da “Tvente”dir. DAK 1904 üzərində bir oyunda 6 qol vurmaqları da həddindən artıq böyüdülməməlidir. Çünki həmin rəqibə bizim “Zirə” də 4 qol vura bilmişdi”.

Məstəliyev hesab edir ki, “Qarabağ”ın Niderlanddan normal nəticə ilə qayıtması və Bakıda cavab görüşündə mərhələni keçməsi tam realdır: “Ruhdan düşməyə və rəqibdən çəkinməyə ehtiyac yoxdur. “Qarabağ” öz oyununu göstərsə, müdafiədə intizamlı olsa və əks-hücum imkanlarından düzgün yararlansa, Bakıya sərfəli nəticə ilə dönə bilər. Daha sonra isə doğma meydanda turu keçmək mümkündür. Məncə, burada mümkünsüz heç nə yoxdur”.

Kənan Məstəliyev ehtimal olunan start heyəti ilə bağlı fikirlərini də bölüşüb. Onun proqnozuna əsasən, qapıda Zlomisliçin meydana çıxması gözlənilir. Müdafiənin cinahlarında Lanqa və Silva, mərkəzdə isə Varkonyi ilə yanaşı sürpriz olaraq Bəhlul Mustafazadənin yer alması mümkündür. Mütəxəssis orta xətdə dayaq mövqeyində Yankoviç və Bikalyo tandeminin meydana çıxacağını ehtimal edir. Onun fikrincə, Sefas hazır olarsa, sol cinahda məhz o oynayacaq. Əks halda həmin mövqedə Muaddibə şans verilə bilər. Məstəliyev Kadiyə mərkəzdə, Kaşuka sağ cinahda, Musaya isə hücumun önündə yer verilməsini mümkün variant kimi göstərib.

Oxunub: 1026
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

İdman

28-08-2025, 09:00

"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib

İdman

14-08-2026, 13:47

“Tvente” 9 qol vurub Bakıya qisas üçün gəlir - “Qarabağ”ı amansız hücum xətti gözləyir

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI

Siyasət

11-10-2023, 15:58

Prezident hakimlər təyin etdi - Siyahı

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə