• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Səs-küylü yox, uzaqgörən transfer siyasətinə üstünlük veririk” - Tahir Gözəl

İdman

20-05-2026, 10:52

“Səs-küylü yox, uzaqgörən transfer siyasətinə üstünlük veririk” - Tahir Gözəl


“Azərsun Holdinq”in Müşahidə Şurasının sədri, klubun prezidenti Tahir Gözel və “Qarabağ” Futbol Klubunun İdarə Heyətinin üzvlər komandanın məşqçi və futbolçu heyəti ilə görüş keçiriblər.

“Tədbir mövsümün yekunlarına həsr olunub.

Görüşdə “Qarabağ”ın tarixi uğura imza ataraq UEFA Çempionlar Liqasının pley-offuna qədər irəlilədiyi mövsümün yekunları müzakirə olunub. Həmçinin yeni mövsüm və klubun hədəfləri barədə fikirlər bildirilib.

Tahir Gözel “Qarabağ”ın mövsüm ərzində göstərdiyi ümumi performansı dəyərləndirib, komandanın həm ölkədaxili yarışlarda, həm də UEFA Çempionlar Liqasındakı çıxışının Azərbaycan futbolu üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

“Daha bir möhtəşəm mövsümün şahidi olduq. Azərbaycan xalqı, bütün futbol dünyası Avropa arenasında mükəmməl oyunlar sərgiləyən bir “Qarabağ” izlədi. Komandamız il ərzində Azərbaycan Premyer Liqasında yüksək səviyyəli və sabit çıxışı ilə çempionatın ön sıralarında qərarlaşdı, ölkə futbolundakı lider mövqeyini bir daha təsdiqlədi. Bununla yanaşı, Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı layiqincə təmsil etdik. Komandamız UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi. Bu mövsüm Çempionlar Liqasında yaşananlar isə Azərbaycan futbol tarixinin ən parlaq Avropa səhifələrindən biri kimi yadda qaldı. “Qarabağ”ın artıq Avropa futbolunda təsadüfi iştirakçı deyil, böyük rəqabətin real söz sahibi olduğunu bütün qitəyə nümayiş etdirdi. Bütün bunlar eyni zamanda Azərbaycan futbolunun beynəlxalq arenadakı nüfuzunun nümayişi idi. Bu uğurlu yolun formalaşmasında Qurban Qurbanovun rolu xüsusi qeyd olunmalıdır. O, “Qarabağ”ın yalnız baş məşqçisi deyil, həm də klubun futbol fəlsəfəsini formalaşdıran əsas memarlardan biridir”.

Klub prezidenti transfer siyasəti və ümumi idarəetmə modelindən də bəhs edib:

“Biz hər zaman olduğu kimi səs-küylü addımlarla deyil, sistemli və uzaqgörən transfer siyasətinə üstünlük verdik. Klubun maliyyə dayanıqlığının qorunması, uzunmüddətli inkişaf strategiyasının davamlılığı və sabit idarəetmə modeli bizim üçün əsas prioritetlər sırasındadır. “Qarabağ” uzun illərdir planlı inkişaf prinsipi əsasında idarə olunur və bu strateji xətt dəyişməyəcək. Akademiyamızın inkişafı istiqamətində də işlər ardıcıl şəkildə davam edir. Son illər aşağı yaş qruplarında qurulan sistem artıq öz bəhrəsini verməyə başlayıb. Aşağı yaş komandalarımız həm ölkədaxili yarışlarda uğurlu nəticələr qazanır, həm də beynəlxalq turnirlərdə mühüm təcrübə toplayır. UEFA Gənclər Liqasında iştirakımız, Avropa səviyyəsində keçirdiyimiz oyunlar və futbolçularımızın beynəlxalq rəqabət mühitində formalaşması akademiyamız üçün olduqca vacib mərhələyə çevrilib. Bu turnirlər gənc oyunçularımızın inkişafına, onların peşəkar futbola daha sürətli uyğunlaşmasına və beynəlxalq futbol atmosferini dərindən hiss etmələrinə böyük töhfə verir. Bu gün əsas məqsədlərimizdən biri yalnız güclü əsas komanda formalaşdırmaq deyil, eyni zamanda “Qarabağ”ın futbol fəlsəfəsini gələcək nəsillərə ötürməkdir. İnanırıq ki, yaxın illərdə akademiyamızdan yetişən daha çox futbolçu həm əsas komandamızda və Azərbaycan millisində uğurla çıxış edəcək. Klub olaraq yerli futbolçuların inkişafına xüsusi önəm verir və bu istiqamətdə yatırımlarımızı və layihələrimizi ardıcıl şəkildə davam etdiririk”.

Tahir Gözel gələcək mövsümə dair gözləntilərini də bölüşüb. O, “Qarabağ”ın qarşıdakı dövrdə də həm ölkə daxilində, həm də beynəlxalq arenada yüksək hədəflərlə çıxış edəcəyini bildirib:

“Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik. Komandanın gücləndirilməsi istiqamətində işlər davam edir və ilk transferimizi də uğurla reallaşdırmışıq. İnanıram ki, komandamıza qoşulacaq yeni futbolçular öz keyfiyyətləri, xarakterləri və peşəkarlıqları ilə “Qarabağ”ın oyun fəlsəfəsinə qısa zamanda uyğunlaşaraq klubumuza böyük fayda verəcəklər. Əminəm ki, qarşıdakı mövsüm “Qarabağ” üçün yeni uğurlar, yeni hədəflər və yeni tarixi anlarla yadda qalacaq. Biz hər zaman olduğu kimi böyük məsuliyyətlə çalışır, azarkeşlərimizə layiq komanda formalaşdırmaq üçün bütün gücümüzü ortaya qoyuruq. “Qarabağ” olaraq hər il olduğu kimi, bu mövsüm də sabit inkişafı davam etdirmək, komanda oyununu daha da gücləndirmək, həm Premyer Liqada, həm də Avropa yarışlarında rəqabətədavamlı çıxış sərgiləməkdir. Avropa səhnəsində qazandığımız təcrübə bizə böyük üstünlük verir. “Qarabağ” yeni mövsümdə də Avropada Azərbaycanı layiqincə təmsil etməyə, rəqabətli və cəsarətli futbol sərgiləməyə davam edəcək. Məqsədimiz hər oyunda xarakterimizi göstərmək, mübarizə aparmaq, klubun və Azərbaycanın adını daha yüksək səviyyədə tanıtmaqdır”.

Sonda Tahir Gözel klubun bütün üzvlərinə və azarkeşlərinə təşəkkür edib:

“Bu mövsüm azarkeşlərimizin dəstəyi xüsusi qeyd olunmalıdır. Həm ölkədaxili oyunlarda, həm də Avropa səfərlərində tribunaları dolduran, komandamızı bir an belə yalnız buraxmayan azarkeşlərimiz bir daha “Qarabağ” ailəsinin gücünü göstərdilər. Bu mövsüm bir sıra azarkeş rekordlarına imza atılması da klubumuz üçün xüsusi qürur mənbəyi oldu. İnanıram ki, qarşıdakı mövsümdə də birlikdə yeni rekordlara və yeni uğurlara şahid olacağıq. Əminəm ki, azarkeşlərimiz Avropada da bizi yenə tək qoymayacaq və “Qarabağ”ın ən böyük güclərindən biri olaraq komandamızın yanında olacaqlar. Bir daha futbolçularımıza, məşqçilərimizə, əməkdaşlarımıza, tərəfdaşlarımıza və hər zaman tribunada bizimlə olan azarkeşlərimizə təşəkkür edirəm”.





Oxunub: 1049
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Cəmiyyət

22-06-2023, 14:33

Masallıda şəhidlərin xatirəsinə həsr edilən cüdo turniri keçirildi - FOTOLAR

Cəmiyyət

18-08-2023, 08:30

Tahir Məmmədovun Yasamal bələdiyyəsində gördüyü işlər danılmazdır

İdman

28-08-2025, 09:00

"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
12-09-2026, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • 12-09-2026, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • 12-09-2026, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • 12-09-2026, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • 12-09-2026, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • 12-09-2026, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • 12-09-2026, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • 12-09-2026, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə