Hörmətli Fərid bəy,Dizayner qardaşımız Fəridin anasının vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik. Bu ağır itki münasibətilə Pressmedia.info rəhbərliyi adından Sizə və bütün ailənizə səmimi-qəlbdən başsağlığı veririk.
Ananın itkisi insan ömründə ən böyük və ən ağır dərdlərdən biridir. Onun yoxluğu ürəklərdə dərin bir boşluq, sönməyən bir nisgil yaradır. Bu çətin anlarda Sizin ağrınızı paylaşır, kədərinizə şərik olduğumuzu bildiririk.
Uca Allahdan mərhuməyə rəhmət, məkanının cənnət olmasını diləyirik. Ruhu şad, yeri nurla dolu olsun.
Sizə və yaxınlarınıza səbir, dözüm və bu ağır günləri keçmək üçün güc arzulayırıq. Allah sizə səbir versin, qəlbinizə rahatlıq bəxş etsin.
Dərin hüznlə,
Pressmedia.info rəhbərliyi