• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakıdakı “Nürenberq prosesi” yeni ilədək bitəcək? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

4-11-2025, 09:10



Azərbaycan ictimaiyyətinin diqqəti bir müddətdir Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan unikal bir prosesə yönəlib. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal siyasəti və soyqırımı cinayətlərinə görə ittiham olunan keçmiş “Dağlıq Qarabağ” rejiminin rəhbərlərinə qarşı açılmış məhkəmədir. Belə ki, çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası ötən həftə də davam etdirilib və məhkəmə sədri istintaqın yekunlaşdığını elan edib. O bildirib ki, bundan sonra tərəflər yalnız məhkəmə istintaqında tədqiq olunan sübutlara istinad edə bilərlər. Dövlət ittihamçıları yekun çıxışa hazırlıq üçün noyabrın 3-dək vaxt istəyiblər və bu tarixdən sonra prokurorların, vəkillərin və təqsirləndirilənlərin çıxışlarına başlanacaq. Bu, hüquqi dildə “məhkəmə istintaqının başa çatması” adlanır və prosesin son fazasına keçid deməkdir.

Cəmiyyətdə bu proses çoxları tərəfindən “Bakıdakı Nürenberq prosesi” kimi təqdim olunur – çünki burada söhbət təkcə bir qrup separatçının cəzalandırılmasından deyil, həm də bütöv bir dövlətin illərlə Azərbaycana qarşı həyata keçirdiyi hərbi, siyasi və ideoloji cinayətlərə hüquqi qiymət verilməsindən gedir.

Bəs bu, “erməni separatçılarına hökm yaxınlaşır” deməkdirmi? İlin sonuna qədər – yəni, yeni ilədək – hökm oxunması mümkündürmü?

Hüquqi baxımdan məhkəmə istintaqının bağlanması o deməkdir ki, artıq bütün sübutlar təqdim olunub, şahidlər dindirilib, ekspert rəyləri araşdırılıb. İndi tərəflər – yəni dövlət ittihamçıları və müdafiə tərəfi – son arqumentlərini səsləndirəcəklər. Prokurorlar ittihamın sübut olunduğunu əsaslandıracaq, müdafiə tərəfi isə təqsirləndirilən şəxslərin günahsız olduğunu iddia edəcək. Bu mərhələdən sonra məhkəmə müşavirə otağına çəkilərək hökmü elan edəcək.

Lakin real vəziyyət bir qədər mürəkkəbdir. Təqsirləndirilənlərin sayı çoxdur – Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərləri kimi keçmiş “Dağlıq Qarabağ” rejiminin bütün siyasi və hərbi rəhbərliyi burada mühakimə olunur. Hər birinin ayrıca müdafiəçisi, ifadəsi, təqdim etdiyi sənədlər var. Bu qədər çoxhəcmli materialın yekunlaşdırılması təkcə bir məhkəmə iclası ilə bitə bilməz. Üstəlik, bəzi vəkillərin əlavə dəlillər təqdim etmək və ya çıxışlarını uzatmaq istəyi prosesi aylarla da çəkindirə bilər.

Eyni zamanda, bu məhkəmə sıradan bir cinayət işi deyil. O, həm də geosiyasi və diplomatik müstəvidə böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan burada təkcə öz ərazisinə qarşı işğalın hüquqi nəticələrini deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasını sübut etməyə çalışır. Bu isə prosesi həm hüquqi, həm də siyasi baxımdan daha ehtiyatlı və mərhələli aparmağı zəruri edir. Hakimiyyət prosesi tələsik yekunlaşdırmaq istəmir, çünki məqsəd həm daxili, həm də beynəlxalq səviyyədə legitim bir qərarın qəbuludur.

Məhkəmənin “Nürenberq prosesi” adlandırılması da təsadüfi deyil. Necə ki, 1945-ci ildə nasist liderlərinin mühakiməsi təkcə Almaniya üçün deyil, bütün dünya üçün ədalət simvoluna çevrildi, Bakıda keçirilən bu proses də illərlə işğal və soyqırımı siyasəti yürütmüş Ermənistan rəhbərlərinin cəzalandırılması baxımından tarixi əhəmiyyət daşıyır. Azərbaycan ilk dəfədir ki, bu miqyasda beynəlxalq cinayət tərkibli işlər üzrə açıq məhkəmə prosesi aparır.

Bütün bunları nəzərə alsaq, ilin sonunadək hökmün oxunması mümkündür, amma çox real deyil. Prosesin çoxhəcmli olması, müdafiə tərəfinin hər fürsətdən istifadə etməsi, beynəlxalq müşahidəçilərin diqqəti və diplomatik balansların qorunması zərurəti məhkəmənin addımlarını yavaşıda bilər. Bununla belə, hər kəsə aydın olan bir məqam var: artıq geriyə yol yoxdur. Məhkəmə istintaqı bağlanıb və prosesin final mərhələsi başlayır.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzunu “Yeni Müsavat”a şərh edib: ”Qarabağ separatçı rejiminin cinayətkar ünsürlərinin, eyni zamanda Ermənistan vətəndaşı olub, Azərbaycan ərazisində insanlıq əleyhinə ağır müharibə cinayətləri törətmiş şəxslərin məhkəmə istintaqının başa çatması elan olundu. Bəzilərimiz onlar barəsində yaxın günlərdə hökmlər çıxarılmasını gözləyirik. Lakin prosedur qaydası tamamı ilə fərqlidir. Belə ki, məhkəmə istintaqı başa çatdıqdan sonra prokurorların ittihamı müdafiə etməklə bərabər, həm də onlar barəsində hansı cəzaların verilməsi ilə bağlı çıxışları elan olunacaq. Buna görə yəqin ki, ittiham tərəfinə müəyyən vaxt veriləcək. İttihamçıların çıxışından sonra vəkillərin müdafiə çıxışlarına hazırlaşmalarına vaxt veriləcək. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək. Son sözü demək üçün təqsirləndirilən şəxslərə vaxt veriləcək. Yalnız bundan sonra məhkəmə hökmünü elan etmək üçün müşavirəyə çıxacaq. Təqsirləndirilən şəxslərin sayının çox olması, onların törətdikləri cinayətlərin sferasının geniş olması və onlara verilmiş ittiham maddələrinin sayının çox olması onu göstərir ki, bu proses hələ bir neçə ay davam edəcək. Və bizim Zəfər bayramına hazırlaşdığımız dövr üçün yaxın günlərdə onlar barəsində hökm çıxarılması qeyri-mümkündür. Əsas odur ki, məhkəmə istintaqı keçirildi və başa çatdı. Hesab edirəm ki, tələsmək lazım deyil. Bu cinayətkarları beynəlxalq təşkilatlar hərbi əsir kimi təqdim edərək müdafiə etməyə çalışıarlar. Ermnistan rəhbərliyində isə belə fikirlər var ki, onları hansısa formada geri alsınlar. Amma biz tələsmədən, qanunlara uyğun şəkildə ədalətli bir qərarın verilməsinə nail olmalıyıq”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov qəzetə açıqlamasında bildirib ki, ən çox müddət tələb edən proses təqsirləndirən şəxslərin çıxışları ilə bağlı olacaq: “Çünki onlar məhdudiyyət qoyulmadan çıxış edə bilərlər ki, bu da zaman ala bilər. Doğrudur, qısa çıxış edən və ya çıxışdan imtina edən ola bilər.

Məhkəmənin müşavirəyə getməsi də mürəkkəb bir prosesdir. Prosesin mürəkkəbliyini və materialların çoxluğunu nəzərə alsaq, müşavirə otağında hakimlərin qərar qəbul etməsi zaman alacaq. Bu baxımdan ola bilər ki, hətta ilin sonuna qədər yekun qərara verilməsin. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 20-dən artıq ağır maddəsi ilə ittiham olunurlar. Bu maddələrin cəzası da çox sərt olacaq. Bütün bunları nəzərə alsaq, proses uzun çəkəcək”.

Oxunub: 1030
Paylaş:
Digər xəbərlər

Hadisə

19-02-2025, 09:00

Ermənilər 19 minə yaxın azərbaycanlını qəsdən öldürüb - RƏQƏMLƏR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

24-02-2025, 12:04

Arayik Arutyunyan və digərlərinin məhkəməsi təxirə düşüb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

3-03-2025, 12:13

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

6-03-2025, 12:29

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-02-2025, 12:11

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Kimlər daha tez pensiyaya çıxa bilər?
Prezidentin köməkçisi Milli Qəhrəmanın evinə getdi - FOTOLAR
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
General təqaüdə göndərildi
Hadisə
Bugün, 12:39
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
Bugün, 11:54
Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın - Fotosu
Bugün, 11:43
Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
Bugün, 11:14
Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
Bugün, 10:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Bugün, 09:16
Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
Son xəbərlər
  • Bugün, 14:22
    Kimlər daha tez pensiyaya çıxa bilər?
  • Bugün, 13:11
    Türkiyəli generaldan Ankara Zirvəsi ilə bağlı ŞOK proqnoz
  • Bugün, 12:39
    Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
  • Bugün, 12:33
    Rusiyaya uçan Paşinyan Bakıya gör nə VƏD etdi – Putinin SON cəhdi
  • Bugün, 12:14
    Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır: Tehranda milyonların kütləvi vidası davam edir
  • Bugün, 12:05
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Bugün, 11:54
    Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın - Fotosu
  • Bugün, 11:43
    Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
  • Bugün, 11:23
    ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
  • Bugün, 11:14
    Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
  • Bugün, 10:38
    Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
  • Bugün, 10:33
    Kiyevə hücum: 10-dan artıq ölü, 50-dək yaralı
  • Bugün, 09:40
    Klopp Almaniya millisinin baş məşqçisi olacaq
  • Bugün, 09:33
    Prezidentin köməkçisi Milli Qəhrəmanın evinə getdi - FOTOLAR
  • Bugün, 09:26
    "Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
  • Bugün, 09:21
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salındı
  • Bugün, 09:16
    Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
  • Bugün, 09:00
    Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
  • 4-07-2026, 12:11
    Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB
  • 4-07-2026, 11:28
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • 4-07-2026, 11:23
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • 4-07-2026, 11:05
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • 4-07-2026, 11:01
    İlham Əliyevdən Trampa məktub
  • 4-07-2026, 10:00
    Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
  • 4-07-2026, 09:41
    Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi
  • 4-07-2026, 09:35
    Sonunda Bu da Oldu: oğruları tutub skoçladılar
  • 4-07-2026, 09:27
    Azərbaycan XİN ABŞ-ni təbrik etdi
  • 4-07-2026, 09:22
    Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video
  • 4-07-2026, 09:15
    “Azeri Light” 73 dollara satılır
  • 4-07-2026, 09:00
    Rusiyadakı yanacaq böhranı Azərbaycana təsir edəcək? – Ekspertdən açıqlama
  • 3-07-2026, 16:00
    Son Dəqiqə: Rusiyadan NATO ölkəsinə hədə - Artıq hədəfimizdəsiniz
  • 3-07-2026, 15:30
    Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
  • 3-07-2026, 14:22
    Türkiyə ilə İsrail arasında gərginlik nəzarətdən çıxa bilər
  • 3-07-2026, 12:56
    İlham Əliyev Lukaşenkonu təbrik etdi
  • 3-07-2026, 12:50
    Azərbaycandan tranzit keçməklə Ermənistana 980 tona yaxın buğda göndərilib
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə