• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Məhərrəmin qol saatı - Bu gün onların ildönümüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

4-06-2025, 11:46

Məhərrəmin qol saatı - Bu gün onların ildönümüdür


Bu gün AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun şəhid olmalarından dörd il ötür.
Azərtac ildönümü ilə bağlı "Məhərrəmin qol saatı" adlı məqalə dərc edib:

Qapqara mərmər lövhədən boylanan tanış sima… Həmişəki kimi üzündə təbəssüm, əlində cib dəftəri... Yenə harasa tələsir, yol üstündədir.

Sinədaşı üstündə ona həsr olunmuş şeirin misraları həkk edilib:

Sən yazı adamısan,

Susa biləcəksənmi?

Başına gələnləri

Yaza biləcəksənmi?

Yaza bilmədi. Heyif... Onun şahidi olduğu hadisələri, üzləşdiyi, gördüyü mənzərələri yəqin ki, başqa heç kim görə bilməyəcək. İşğaldan yenicə azad edilmiş kəndlərə, şəhər və qəsəbələrə mülki vətəndaş kimi ilk ayaq basanlardan biri olmaq onun taleyinə yazılmışdı.

Məhərrəm bütün bunların haqqında kitab yazmaq istəyirdi. Hamısını fikirləşmişdi: haradan və necə başlayacaq, hansı hadisələri xatırlayacaq, hansı mənzərələri qabardacaq... Bu barədə yaxın dostlarına və ailə üzvlərinə də demişdi. Bəlkə də onun qələmindən çıxanlar Qarabağ müharibəsinin ən yaddaqalan və unudulmaz hekayətlərindən biri olacaqdı...

Qismət olmadı...

Yenə də bir şeir yadıma düşür:

Ölüm də girişməyir

Ağlı-fikri dayaza.

Pis adamı görəndə

Özünü çəkir naza.

Yaxşıları tez görür

O gözləri kor olmuş

Ölüm də əzəl gündən

Yaxşılara vurulmuş.

Çox heyif... Amansız ölüm yaxşılardan, vəfalılardan, etibarlılardan daha birini öz caynağına alıb apardı.

Onunla bağlı söz-söhbətlər, xatirələr bitib-tükənmək bilmir.

Həmin vaxt AZƏRTAC-ın Ordu və hüquq xəbərləri redaksiyasının müdiri olmuş Elvin Mövsümov onunla son telefon danışığını xatırlayır. Elvin təkid edir ki, bəlkə qayıdıb bir müddət dincələsən. Səni başqa biri ilə əvəz edək. Bir az dincələndən sonra yenə gedərsən.



Razılaşmır. “Təxminən iki aylıq işimiz qalıb. Onu da yekunlaşdırıb qayıdacağıq. Az qalıb, lap az...”, - deyə cavab verir.

Nə idi onu çəkib oraya aparan? Uzun illər düşmən tapdağı altında olan yurd yerlərini, doğma torpaqları görməkmi?

İllər sonra əsarətdən qurtulan bu yerlərə qədəm qoyan ilk baharı qarşılamaqmı?

Yoxsa ilk dəfə gördüyü bu yerlərdən dünyaya göz açdığı Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndinin ətrini alırdı?

Yaxın dostu İsa Kərimovla telefon danışığı zamanı işğaldan azad edilən bölgələr arasında Hadrutun təbiətinin, təmiz havasının və mənzərələrinin ona daha çox xoş gəldiyini deyirdi: “Bakının istisində bişirsiniz. Burada dağlarda hələ qar var. Gecələr iki yorğanla yatıram...”

Məhərrəm Əli oğlu İbrahimovla bağlı xatirələrdən daha biri yada düşür.

Bir dəfə yoldaşlarından biri Məhərrəm adına “ilişərək” zarafat etdi: “Bu nə addır sənə qoyublar? Normal bir ad tapıb, sənə verə bilmirdilər?”

Yeri gəlmişkən, nə vaxtsa eşitdiyim bir hadisə yadıma düşdü: Bir dəfə Xan Şuşinskinin uzaq qohumlarından biri ona yaxınlaşıb tanışlıq verir və özünü təqdim edir: Orucov Məhərrəm Ramazan oğlu. Xan əmi də həmin aylarda toy olmadığını qabardaraq deyir: haradan oldun mənim qohumum? Nəsillikcə bizə düşmənsiniz”.

Məhərrəm də ona verilən sualın cavabında dedi: “Qardaş, mənim soyadım peyğəmbər, atamın da adı imam adıdır. Ona görə adımın Məhərrəm olmağı təbiidir”.

Belə xatirələr birdirmi, ikidirmi? Hansını yada salasan, hansını xatırlayasan?

O, 2020-ci ilin noyabrından başlayaraq işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, ev-ev, ünvan-ünvan, kəndbəkənd dolaşıb. Peşə fəaliyyəti ilə əlaqədar üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.

Əvvəl Füzuliyə getdi, oradan Cəbrayıla, sonra Xocavəndə, Ağdama, Qubadlıya üz tutdu. Kəlbəcərə isə lap təzə getmişdi. Cəmi bir neçə gün əvvəl...

Dəhşətli, qəlbimizi didim-didim edən xəbər də elə oradan gəldi. 2021-ci il iyunun 4-də...



Kəlbəcərin Susuzluq kəndinə gedərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfərin olduğu hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.

Bu, bəlkə də ən gözləmədiyimiz, ağlımızın ucundan da keçirmədiyimiz xəbər idi: Hərbi müxbir kimi üz tutduğu yeni ünvana gedərkən baş verən dəhşətli partlayış nəticəsində Məhərrəm əbədiyyətə qovuşmuşdu.

Həmişə xəbər ardınca gedən Məhərrəmin itkisi ən kədərli və üzücü xəbərə çevrildi.

İbrahimovlar ailəsinin sonbeşiyi olan Məhərrəmin faciəli taleyi qardaşları Əkbərin, Əsgərin, Ələsgərin, bacıları Sevda, İradə, Fəridə və Azadənin sinəsinə dağ çəkdi, həyat yoldaşı Baharın, oğlanları Uğur və Toğrulun gözlərini həmişəlik yollarda qoydu.

Binəqədi rayonunun Məhəmmədəmin Rəsulzadə qəsəbəsində onun adına küçə verildi, şərəfinə bulaq inşa olundu. Ölümündən sonra Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Ailəsinə mənzil verildi. Adına əmək kitabçası açıldığı və 17 il çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyində onun adına xüsusi guşə yaradıldı, barelyefi hazırlandı.

AZƏRTAC-ın hərbi müxbiri Məhərrəm İbrahimov beləcə xatirəyə, əbədiyyət ünvanına çevrildi.

… Susuzluq kəndinə gedən yolda baş verən hadisədən bir neçə ay sonra həmin ərazinin yaxınlığında qoyun otaran çobanlardan biri Məhərrəmin qol saatını tapıb. Bu, şəhid həmkarımızdan qalan sonuncu yadigardır. Təəssüf ki, həmin saat hələ İbrahimovlar ailəsinə gəlib çıxmayıb. Partlayış anında Məhərrəmin qolunda olmuş saatın əqrəblərində zaman donub.

Dörd il əvvəl öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimovun fədakarlığı zamana sığmasa da...

XATIRLATMA

Ölkə.Az xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobili 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olublar, daha dörd nəfər isə yaralanıb.

Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) işləməyə başlayıb. O, jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda olub.

M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

Ailəli idi, iki övladı var.

Oxunub: 1059
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

22-07-2024, 09:01

Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Mədəniyyət

22-07-2023, 10:00

Azərbaycanda Milli Mətbuat Günüdür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

7-03-2025, 10:44

Suriyanın bir neçə şəhərlərində komendant saatı tətbiq edilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İdman

4-03-2025, 15:30

Azərbaycan - Belarus oyununun yeri və saatı açıqlandı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

19-07-2023, 09:00

Məhərrəm ayı başlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
Məhərrəm ayı bu tarixdə başlayacaq
Hadisə
Bugün, 09:45
Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
Bugün, 09:38
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
Dün, 16:00
Sabah 31 dərəcə isti olacaq
Dün, 14:07
DYP gecəki qəza ilə bağlı məlumat yaydı
Dün, 13:58
Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
Dün, 11:40
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
Son xəbərlər
  • Bugün, 09:45
    Azərbaycanlı Əhməd bir saniyədə necə 22 milyard dollar QAZANDI - ŞOK HADİSƏ
  • Bugün, 09:38
    “Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş
  • Bugün, 09:30
    Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq
  • Bugün, 09:17
    hərbi helikopter qəzaya uğradı - Ölənlər var
  • Bugün, 09:00
    Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə şəhid olmalarından beş il ötür
  • Dün, 16:00
    Sabah 31 dərəcə isti olacaq
  • Dün, 14:14
    Paşinyandan SENSASİON Qarabağ etirafı: "Bizi 30 il yalanla bəslədilər, mən o tələni gördüm"
  • Dün, 14:07
    DYP gecəki qəza ilə bağlı məlumat yaydı
  • Dün, 14:03
    Əli Əhmədovun oğlu bu xəstəxanaya baş həkim təyin olundu
  • Dün, 13:58
    Hakim ona 1 saat vaxt verdi - Körpələrin öldüyü yanğınla bağlı iş bitir
  • Dün, 13:39
    Məcburi köçkün statusu qanunvericilikdə belə tənzimlənəcək
  • Dün, 13:29
    İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib
  • Dün, 12:15
    Uşaqlara verilən birdəfəlik müavinətlə bağlı RƏSMİ MƏLUMAT
  • Dün, 12:06
    Şuşada 535 abonent və 30 istehlakçı su ilə təchiz edilib
  • Dün, 11:40
    Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
  • Dün, 11:35
    Sankt-Peterburqda neft terminalı vuruldu
  • Dün, 11:31
    Alternativ Şuşa yolu istifadəyə verildi
  • Dün, 11:16
    Rusiyadan Zəngəzur dəhlizinə yeni HƏDƏ
  • Dün, 10:50
    SON DƏQİQƏ! İrandan Küveytə dəhşətli hücum: Hava limanı darmadağın edildi, yaralılar var
  • Dün, 10:29
    Ölkəmizə gələn turistlərin sayı niyə azalıb?
  • Dün, 09:43
    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
  • Dün, 09:35
    Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı
  • Dün, 09:27
    ABŞ və İran arasında gərginlik artdı: Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
  • Dün, 09:22
    Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
  • Dün, 09:00
    Məhərrəm ayı bu tarixdə başlayacaq
  • 2-06-2026, 16:00
    Kremlin kabusu reallaşır: Nüvə aviasiyası Rusiyaya YAXINLAŞIR
  • 2-06-2026, 15:30
    Trampdan Kanada ilə bağlı qalmaqallı paylaşım: 51-ci ştat...
  • 2-06-2026, 14:22
    İranda hakimiyyət uğrunda savaş qızışır: Pezeşkian niyə istefa vermək istəyir?
  • 2-06-2026, 13:30
    SON DƏQİQƏ! Müharibə BİTİR - Zelenski komandasına TƏCİLİ tapşırıq verdi
  • 2-06-2026, 13:24
    Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
  • 2-06-2026, 13:13
    Ukraynadan daha 2 soydaşımızın ölüm xəbəri gəldi
  • 2-06-2026, 13:09
    Axşam saat 8-dən sonra spirtli içki satışı QADAĞAN EDİLƏCƏK
  • 2-06-2026, 12:45
    TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi
  • 2-06-2026, 12:39
    DİN-də vəzifəyə təyin edilən hakimlərlə görüş keçirildi - Foto
  • 2-06-2026, 12:29
    Prezident seçkilərində namizəd olmayacağını açıqladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə