• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

21-12-2024, 10:02

İlham Əliyev bu ölkə liderlərinə məktub göndərdi - YENİLƏNİB


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifə məktub ünvanlayıb.

Məktubda deyilir:

Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari, nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla xatırlayıram.

COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi, Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

***

Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisini Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə təbrik edib.

"Ölkə.az"ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dost ölkənizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə Misir Ərəb Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Siz təbrik mesajınızda qeyd etdiyiniz kimi Azərbaycanın təşkilata üzvlüyü ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaqdır.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Hörmətli cənab Prezident,

Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Misir münasibətlərinin və əməkdaşlığının hazırkı səviyyəsi məmnunluq doğurur. Keçən ilin əvvəlində Sizin Azərbaycana, cari ilin iyununda isə mənim Misirə səfərim dövlətlərarası əlaqələrimizin tarixində yeni mərhələnin əsasını qoymuşdu.

İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması, beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib.

"Ölkə.az"ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.

Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.

Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

"Ölkə.az"ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.

28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.

Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.

Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.

Əziz Qardaşım,

Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.

Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxunub: 10132
Paylaş:
Digər xəbərlər

---

16-06-2023, 13:27

Eltun Süleymanov: “Pakistanla əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

3-10-2024, 13:04

İlham Əliyev Almaniya Prezidentinə məktub göndərib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

23-03-2024, 12:06

İlham Əliyev Pakistan Prezidentini və Baş nazirini təbrik edib - Yenilənib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

15-06-2023, 15:05

İlham Əliyevlə Pakistanın baş naziri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB - VİDEO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

3-07-2023, 11:16

İlham Əliyev belaruslu həmkarını təbrik edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
Hadisə
30-07-2026, 10:03
Bakıda dəhşətli qəza: iki futbolçu öldü
29-07-2026, 13:42
Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
29-07-2026, 09:39
Azərbaycanda güllələnmə: Bir nəfər öldü
28-07-2026, 12:52
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
28-07-2026, 12:48
Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
28-07-2026, 10:37
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
Son xəbərlər
  • Dün, 16:00
    Qəzza ilə bağlı tarixi razılaşma: Tezliklə icrasına başlanacaq
  • Dün, 15:30
    İrəvandan Moskvaya HƏDƏ – Zəngəzur dəhlizi gecikə bilər?
  • Dün, 14:22
    “İssık gölü sammiti” Kremlin diqqətində – Moskva nədən narahatdır?
  • Dün, 13:37
    Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
  • Dün, 13:13
    Xərçəng xəstəliyinin də çarəsi tapıldı: Alimlərdən şad xəbər
  • Dün, 12:44
    İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verildi
  • Dün, 12:40
    Ankara Moskva-Kiyev görüşünü təşkil etməyə hazırdır
  • Dün, 11:50
    Netanyahunu şortiklə qarşıladı, üzünə də baxmadı - ŞOK FOTO
  • Dün, 11:13
    “Biz bu məsuliyyətə hazırıq”
  • Dün, 11:08
    Ukrayna PUA-ları Azərbaycanla sərhəddə vuruldu
  • Dün, 10:59
    İraqlı nazirdən Türkiyədəki imza böhranı ilə bağlı AÇIQLAMA
  • Dün, 10:55
    İlham Əliyev: Azərbaycan və Qırğızıstan bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcək
  • Dün, 10:52
    Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib
  • Dün, 10:49
    Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşdı
  • Dün, 10:45
    Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edildi
  • Dün, 10:41
    Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
  • Dün, 10:07
    Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub
  • Dün, 10:04
    Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
  • Dün, 10:00
    İlham Əliyev Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür etdi
  • Dün, 09:45
    Sadır Japarov: Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar
  • Dün, 09:40
    Prezidentlərin təkbətək görüşü keçirildi
  • Dün, 09:35
    İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:00
    Türk dünyasına açılan strateji qapı: Bakı–Qars reysi reallığa çevrildi
  • 30-07-2026, 21:56
    Prezidentlər Qolf Klubun açılışında iştirak etdilər - FOTOLAR
  • 30-07-2026, 21:49
    Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib
  • 30-07-2026, 16:00
    Ərdoğandan birbaşa savaş mesajı – Kipr döyüş meydanına çevrilir
  • 30-07-2026, 15:30
    Bunu etsələr, Rusiya dayanacaq - Avropada NÜVƏ TƏŞVİŞİ başlandı
  • 30-07-2026, 14:22
    Avqustun 2-də Ermənistan qarışacaq
  • 30-07-2026, 14:00
    Kralın 500 illik məzarı AÇILDI: Arxeoloqlar bir-bir sirli şəkildə ÖLDÜ
  • 30-07-2026, 13:49
    Hər kəsin evində var, amma təhlükəsini çoxu bilmir
  • 30-07-2026, 13:29
    Azərbaycanda bu şəxslərə əlavə imtiyaz verildi - FƏRMAN
  • 30-07-2026, 13:26
    Bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
  • 30-07-2026, 12:16
    Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
  • 30-07-2026, 11:47
    Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
  • 30-07-2026, 11:43
    İlham Əliyev Mərakeş Kralını təbrik etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə