• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

1-11-2024, 11:24

Prezident SƏRT XƏBƏRDARLIQ edib - Qoy düşmənlərimiz bilsinlər ki...


Bugünkü mürəkkəb və qütbləşməyə məcbur edilən geosiyasi şəraitdə Azərbaycan müstəqil xarici siyasət aparır, strateji əhəmiyyətini artırır, regionun sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf mərkəzinə çevrilir. COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməyimiz Azərbaycanın beynəlxalq arenada qazandığı məhz by güclü mövqeyinin və ona olan hörmətin parlaq göstəricisidir.

Son dövrlərdə Azərbaycana qarşı hibrid hücumların artmasının formal səbəbi COP29-un ölkəmizdə keçirilməsi ilə bağlıdır. Bu tədbir zamanı dünyanın diqqəti Azərbaycana yönələcək, və onlar güman edirlər ki, belə bir həssas məqamda Azərbaycan hansısa təzyiqə boyun əyəcək.

Cənab Prezident İlham Əliyev hələ Milli Məclisin ilk iclasında dünyadakı ədalətsizliklər haqqında danışdı, qarşıda bizi gözləyən təxribatlara diqqət çəkdi. Cənab Prezident Cəbrayılda da xalqımızın iradəsinə və dövlətimizin suverenliyinə qarşı yönəlmiş hər hansı ittiahamlara qarşı sərt xəbərdarlıq etdi. Böyük Qurtuluşdan bu günə qədər biz heç bir zaman təzyiqlərə boyun əyməmişik. Biz siyasətimizin və suverenliyimizin müstəqilliyini həmişə qorumuşuq, bu gün də qoruyuruq.

Bizə qarşı artan hibrid hücumlar əslində Azərbaycana qarşı uzun müddətdir sistemli şəkildə davam edən təzyiqlərin davamıdır. ABŞ Konqresinin bəzi üzvlərinin Dövlət katibinə müraciətləri, AŞPA-da Azərbaycansız Azərbaycanla bağlı müzakirələr, Avropa Parlamentindəki dünənəki cəhd, daxildə radikal ünsürlərin aktivləşməsi, beynəlxalq təşkilatların saxta hesabatların və qərb mediasında yayılan dezinformasiyaların hədəfi birdir, məzmunu eynidir. Bizim xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı yaratdığımız komissiyanın təşkil etdiyi ictimai müzakirələr də göstərdi ki, bütün bu fəaliyyətlər əlaqələndirilmiş şəkildə aparılır.

COP.jpg (112 KB)

Bizə qarşı edilən bu hücumların əsl səbəbi Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqdır. Biz regionda münaqişə istəməyən bir xalq olaraq, sülh və sabitlik yolunu seçdik. Biz münaqişə meydanı olmaqdan imtina etdik və bu, bəzi dövlətlərin maraqlarına toxundu.

Biz anlayırıq ki, bu təzyiqlər həm də enerji və nəqliyyat sahəsindəki rəqabətlə bağlıdır. Enerji resursları ilə bağlı müstəqil siyasətimiz, bərpa olunan enerji sahəsində böyük uğurlarımız və Asiya ilə Avropanı birləşdirən strateji nəqliyyat dəhlizlərimiz ölkəmizi əvəzolunmaz tərəfdaşa çevirir. Səbəblərdən bəlkə də ən mühümü budur. Ancaq biz bu işləri tamamilə müstəqil və qarşılıqlı maraqlar əsasında həyata keçiririk. Onlar kimi başqa dövlətlərin daxili işlərinə qarşımırıq, onlara hörmətlə yanaşırıq. Halbuki, qarışmağa da kifayət qədər əsasımız və gücümüz var.

Bir halda ki, bizə qarşı hücumların intensivləşməsinin formal səbəbi COP29-dur, qoy düşmənlərimiz bilsinlər ki, COP29-a hazırlıqlar ən yüksək səviyyədə təmin edilib, həm substantiv, həm də təşkilati məsələlərin həlli həyata keçirilib, müyəssərlik üzrə ətraflı yoxlamalar aparılıb, təlimlər təşkil olunub.

Eyni zamanda anlasınlar ki, COP29 bizdən çox region üçün, həm də dünyanın gələcəyi üçün vacibdir. Dünya Bankı iqlim dəyişikliyi ilə bağlı 2050-ci ilə qədər yalnız Sub-Sahara Afrikası, Cənubi Asiya və Latın Amerikası regionlarında 143 milyona qədər daxili miqrantın ola biləcəyini proqnozlaşdırır. Bu miqrasiya əsasən dəniz səviyyəsinin qalxması, su çatışmazlığı, kənd təsərrüfatında məhsuldarlığın azalması və ekstremal hava şəraiti kimi səbəblərlə əlaqələndirilir. Beləliklə, 2050-ci ilə qədər qlobal miqrant sayının milyonlarla insanı əhatə edəcəyi gözlənilir, bu isə iqlim dəyişikliyi ilə mübarizənin, adaptasiya strategiyalarının və beynəlxalq əməkdaşlığın daha da vacib olacağını göstərir.

Bütün bu proqnozların fonunda COP29-dan sui-istifadə edərək Azərbaycana qarşı edilən hibrid hücumlar göstərir ki, bəzi dövlətlər üçün geosiyasi mənfəətlər milyonlarla insanın sağlamlığından və təhlükəsizliyindən daha vacibdir.

Sözün düzü, həm Qarabağın işğal müddəti və COVİD-19 pandemiyası zamanı zəngin dövlətlər tərəfindən həyata keçirilən qeyri-insani yanaşmadan – peyvənd millətçiliyindən sonra bu cəhdlər bizə təəccüblü deyil. O vaxt da peyvənd millətçiliyi baş verərkən, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı qlobal səyləri birləşdirərək peyvəndlərin ədalətli paylanmasına nail olmaq üçün mübarizə aparmışdı.

Qoşulmama Hərəkatının bəzi zəngin ölkələrin yürüdülən "peyvənd millətçiliyi"nə güclü etirazı və bunun ardınca bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələrinin qəbul edilməsi, bu təşkilatın koronavirusla mübarizədə liderliyini göstərdi.

COP29 zamanı da Azərbaycan liderliyi öz üzərinə götürərək, bu beynəlxalq tədbirdə müzakirə ediləcək məsələlər təkcə ekoloji problemlərin həlli ilə məhdudlaşmayacaq, eyni zamanda regionun inkişafına və iqtisadi sabitliyinə mühüm töhfələr verəcək.

Yekunda bir məsələyə də diqqət çəkmək istəyirəm. Hibrid hücumların təşkilatçıları, çox yaxşı bilirlər ki, bu əsassız hücumlar Azərbaycan xalqının iradəsinə və Prezidentlə birliyinə heç bir təsiri olmayacaq. Onlar bunu bilsələr də, bu hücumları bir neçə məqsəd üçün həyata keçirirlər.

Birincisi bu hücumların əsas məqsədi, Azərbaycan ictimaiyyətindən çox, beynəlxalq ictimaiyyətin, xüsusilə qərb ölkələrinin və təşkilatlarının gözündə Azərbaycanın imicini zərər vurmaqdır. Çünki süni formada yaradılan uğurlu mənfi rəy bir ölkənin iqtisadi əlaqələrinə mənfi təsir göstərə bilər. Hibrid hücumların arxasında duran qüvvələr, Azərbaycanın beynəlxalq aləmdə güclənməsinin qarşısını almaq istəyir və bunu imicə zərbə vuraraq reallaşdırmağa çalışırlar.

Hibrid hücumlar tez-tez Azərbaycanın iqtisadi və siyasi manevrlərini məhdudlaşdırmaq üçün istifadə olunur. Məsələn, enerji resurslarına dair mühüm qərarlar qəbul etmədən əvvəl, belə hücumlar ölkənin mövqeyini zəiflətmək, Qərbdəki investorlar və tərəfdaşlar arasında etibarsızlıq yaratmaq cəhdi daşıyır. Bu hücumlar, əslində, ölkəyə iqtisadi və siyasi fəaliyyətində daha ehtiyatlı davranmağa məcbur etmək və strateji üstünlük qazanmaq üçün bir cəhdir.

Üçüncüsü Azərbaycanın regiondakı güclənən rolu və xüsusilə enerji sahəsindəki strateji mövqeyi, bəzi dövlətləri və qüvvələri narahat edir. Bu hibrid hücumlar vasitəsilə Azərbaycanı zəiflətmək və regional balansı dəyişdirmək niyyəti güdülür. İstər Qərbdən, istərsə də regiondakı digər güclərdən gələn bu təzyiqlər, Azərbaycanın Cənubi Qafqazda və onun hüdudlarından kənarda təsir dairəsini məhdudlaşdırmağa hədəflənib.

Bəzən belə hücumlar, yalnız Azərbaycana qarşı deyil, həm də həmin hücumların təşkilatçıları olan qüvvələrin öz daxili auditoriyalarına, xüsusilə seçki prosesi zamanı elektrotata və digər müttəfiqlərinə mesaj göndərmək məqsədi daşıyır. Bu şəkildə, həmin qüvvələr özlərinin insan hüquqları, demokratiya, ətraf mühit və s. kimi dəyərlərini “qoruduqlarını” nümayiş etdirmək istəyirlər.

Nəticə etibarilə, hibrid hücumların məqsədi Azərbaycan ictimaiyyətinə təsir etməkdən daha çox, ölkənin beynəlxalq mövqeyini və xarici siyasətini zəiflətmək, onun müstəqil hərəkət qabiliyyətinə təzyiq göstərmək və qlobal balansda üstünlük qazanmaq cəhdidir.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və prinsipial rəhbərliyi altında ölkəmiz bizə qarşı yönələn hibrid hücumlara layiqli və təsirli cavablar verir. Prezidentin uzaqgörən siyasəti, dərin siyasi təcrübəsi sayəsində Azərbaycan öz milli maraqlarını, iqtisadi müstəqilliyini və suverenliyini qətiyyətlə qoruyur. İlham Əliyevin rəhbərliyi ilə atılan strateji addımlar və güclü diplomatik manevrlər ölkəmizə qarşı həyata keçirilən təzyiq və təxribatlara anında adekvat cavab verilməsini təmin edir. Bu təxribatlar Azərbaycanın müstəqil siyasətinə, iqtisadi gücünə heç bir təsir göstərə bilməz və göstərə bilməyəcək.

Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, regionda liderliyi Prezident İlham Əliyevin qətiyyətli, milli maraqlara söykənən siyasətinin birbaşa nəticəsidir. Azərbaycanın müstəqilliyi, iqtisadi inkişafı və qlobal miqyasda güclənməsi isə geri dönməzdir.

Kamal Cəfərov,
Milli Məclisin deputatı

Oxunub: 1094
Paylaş:
Digər xəbərlər

Siyasət

11-01-2024, 10:17

İlham Əliyev COP29-un əhəmiyyətindən danışdı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-03-2024, 14:47

Prezident: COP29-a ev sahibliyi etmək və bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-10-2024, 11:37

“COP29 yaxınlaşdıqca, ölkəmizə qarşı təzyiqlər güclənməkdədir” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

31-10-2024, 11:31

Əhməd Əhmədzadə: Növbəti günlərdə Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

15-12-2023, 13:36

İlham Əliyev: "İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq" [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Aztəminatlı ailələrə şad xəbər
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
Hadisə
Bugün, 12:30
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Bugün, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Bugün, 12:21
Gəmidəkilərin nəşləri tapıldı
Bugün, 12:17
Bakıda hoteldə ölüm hadisəsi
Bugün, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Bugün, 09:31
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Son xəbərlər
  • Bugün, 16:00
    Azərbaycanda yağ kəskin BAHALAŞDI
  • Bugün, 14:10
    Aztəminatlı ailələrə şad xəbər
  • Bugün, 13:21
    Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
  • Bugün, 13:16
    Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
  • Bugün, 13:02
    Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
  • Bugün, 12:30
    Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
  • Bugün, 12:25
    Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
  • Bugün, 12:21
    Gəmidəkilərin nəşləri tapıldı
  • Bugün, 12:17
    Bakıda hoteldə ölüm hadisəsi
  • Bugün, 11:23
    Hacı Əliyev millinin böyük məşqçisi oldu
  • Bugün, 11:00
    Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
  • Bugün, 10:50
    Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
  • Bugün, 10:45
    Millimiz San Marinoya qarşı
  • Bugün, 10:40
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Bugün, 10:26
    Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
  • Bugün, 10:15
    Bu əraziyə şortiklə getmək qadağan edildi
  • Bugün, 09:58
    Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
  • Bugün, 09:37
    Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
  • Bugün, 09:31
    Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
  • Bugün, 09:24
    Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
  • Bugün, 09:00
    "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
  • Dün, 16:00
    Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
  • Dün, 15:30
    "Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
  • Dün, 13:40
    Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
  • Dün, 12:53
    Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:49
    Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
  • Dün, 12:40
    Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
  • Dün, 12:35
    Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
  • Dün, 12:15
    Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
  • Dün, 12:11
    Paşinyanı ilk təbrik edən Türk dövləti - Əməkdaşlığa hazırıq
  • Dün, 12:07
    İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır
  • Dün, 11:53
    Paşinyandan Bakı və Ankaraya təşəkkür
  • Dün, 11:15
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar
  • Dün, 10:52
    Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
  • Dün, 10:29
    Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə