• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yeni dövrün böyük nailiyyətləri olacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

29-03-2024, 11:12

Yeni dövrün böyük nailiyyətləri olacaq


Qulamov Turan Vaqif oğlu
Yardımlı rayon Köryədi kənd Bələdiyyəsinin sədri

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də keçirilən seçkilərdə səslərin 92.12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.” 92,12 faiz səs!. Bu böyük səs çoxluğu, ilk növbədə bir xalqın öz qəhrəman oğluna – doğma Qarabağı, Xankəndini, Şuşanı, Laçını, bütün işğal altındakı torpaqlarımızı erməni təcavüzündən xilas edib bütöv və azad Azərbaycan yaradan qüdrətli Ali Baş Komandana, QALİB LİDERƏ olan sonsuz sevgi göstəricisidir.
Gəlin, budəfəki seçkilərin tarixi əhəmiyyətini birgə nəzərdən keçirək. Bu seçkilərin ən böyük siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə üzrə keçirilməklə yanaşı, həm də Azərbaycan tarixinə Zəfər seçkisi kimi düşən 7 fevral prezident seçkilərində yüksək seçici fəallığı ən diqqəti çəkən məqamlardan sayılır. Ölkəmizdə Zəfər seçkilərinin seçicilərin yüksək fəallığı şəraitində keçəcəyi əvvəlcədən də gözlənilirdi və bu gözləntilər fevralın 7-də özünü doğrultdu. Xüsusilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igid Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş ərazilərimizdə qurulan seçki məntəqələrində əhalinin yüksək seçici fəallığı xalqın öz Qalib Liderinə olan sevgi və diqqətinin təzahürü sayılmalıdır.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, bu gün bir sıra qərb dairələrinin ikili siyasətinin, təxribat ruhlu əməllərinin tam əksinə olaraq fevralın 7-də Azərbaycan xalqı öz tarixi zəfər seçkisində görünməmiş seçici fəallığı, böyük həmrəylik nümayiş etdirdi. Təxribatçıların Zəfər seçkilərində bütün mənfi arzuları öz bəbəklərində qaldı. Əksər xarici ölkə müşahidəçilərinin xüsusilə vurğuladıqları kimi, xalqımız bütün seçki məntəqələrində olduqca dinamik seçici fəallığı, aktiv iştirakçı mövqeyi nümayiş etdirərək bütün mənfi “proqnozları” darmadağın etdilər. Ən əsası isə, seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilər də təsdiq etdilər ki, insanlar öz konstitusion hüququndan istifadə etmək üçün növbələrə dayanırdı.

Prezident İlham Əliyevin özü, birinci xanım Mehriban Əliyeva və onların ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi isə tarixi və rəmzi xarakter daşıyır. Bu, sadə və aşkar bir həqiqətin bütün dünyaya nümayişi idi - Azərbaycan erməni separatizmi və terrorizmi üzərində birdəfəlik qələbə qazandı və heç kəsə bizim Böyük Qələbəmizi şübhə altına almağa imkan verilməyəcək. Azərbaycan aparıcı dünya dövlətlərinin planlarına zidd olaraq ədalətin və beynəlxalq hüququn təntənəsinə nail oldu. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək Onu dəstəklədi. Bir sözlə, xalq bu Zəfər seçkisini həm də milli bayrama çevirərək, öz qalib liderinə SƏS VERƏRƏK, həm də Azərbaycanın firavan və təhlükəsiz gələcəyinə tarixi mənada HƏ demiş oldu eyni zamanda cənab İlham Əliyevin rəhbərliyi altında son 20 il ərzində sürətlə inkişaf edən qüdrətli Azərbaycana el dəstəyidir! Seçici aktivliyinin yüksək olduğuna dair ən bariz nümunə: Səs vermə hüququ olan hər bir vətəndaşımız bu seçkilərdə ruh yüksəkliyi ilə, olduqca fəal şəkildə iştirak etdi. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza qazandırdığı tarixi qələbəyə görə minnətdarlığın təzahürü, eyni zamanda Azərbaycan cəmiyyətinin mütəşəkkil siyasi qüvvə kimi onu sevməyənlərə, bu xalqın uğurlarını həzm edə bilməyənlərə tarixi YUMRUĞU idi!
Qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Artıq soydaşlarımızın qayıtdığı ünvanların sayı artmaqdadır. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq. Bu günədək azad olunmuş ərazilərə 1360 ailə, yaxud 5 min 354 nəfər köçürülüb. Onlar 7 fevral prezident seçkilərində ilk dəfə doğma yurd-yuvalarında səs verərək bu sevinci yaşadılar. Hədəflər sırasında Qərbi Azərbaycana qayıdışımız da xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyev nəyi, nə vaxt və necə etmək lazım olduğunu yaxşı bilir. Xalqımız əmindir ki, bu hədəfə də tezliklə nail olacağıq!
Və beləcə tarixi Zəfər seçkisindən sonra yeni bir dövrə qədəm qoyuruq. Bu yeni dövrdə xalqımız dövlət başçımızın yanında olduğunu nümayiş etdirməklə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmiş oldu. Xalqımız bu seçkidə göstərdiyi böyük dəstəklə dövlət başçısına yeni bir siyasi güc vermiş oldu. Beləliklə, dövlət başçımız xalqdan aldığı yeni güclə yeni dövrdə yeni hədəflərə doğru irəliləyəcəkdir.

Oxunub: 10170
Paylaş:
Digər xəbərlər

---

15-02-2024, 13:36

Novruz Məmmədov: Yeni dövrdə yeni hədəflərə doğru [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

9-02-2024, 10:36

Fəridə Həsənova: Qalib xalq qalib Lideri ilə birlikdə yeni zəfərlərə imza atacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

8-02-2024, 09:39

Prezident seçkilərində seçici fəallığı açıqlanıb - YEKUN RƏQƏMLƏR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

---

8-02-2024, 10:22

Eyvaz müəllim: Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
Emin Əmrullayev məzunları təbrik etdi
116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
Hadisə
Dün, 10:19
Polis əməliyyat keçirdi
12-06-2026, 16:11
Azərbaycanda güclü zəlzələ oldu
12-06-2026, 14:05
İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
12-06-2026, 10:50
Həmin şagird hoteldə ölübmüş
11-06-2026, 12:49
Nərimanovda baş verən yanğın söndürülüb - YENİLƏNİB
11-06-2026, 11:44
70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video
Son xəbərlər
  • Dün, 12:04
    Türkiyə Ermənistanla sərhədi açdı
  • Dün, 11:13
    Bu gün məzun olan şəhid övladları - Polad Həşimovun oğlu da var (SİYAHI)
  • Dün, 11:06
    Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
  • Dün, 11:02
    AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
  • Dün, 10:57
    Emin Əmrullayev məzunları təbrik etdi
  • Dün, 10:19
    Polis əməliyyat keçirdi
  • Dün, 10:10
    Şuşada TDT Forumu keçirilir
  • Dün, 10:01
    116 min gəncin həyatında dönüş nöqtəsi: "Son zəng" çalınır
  • 12-06-2026, 16:11
    Azərbaycanda güclü zəlzələ oldu
  • 12-06-2026, 16:00
    Avropada son 3 ildə ilk dəfə faizlər qaldırıldı: Kimə ziyan vuracaq?
  • 12-06-2026, 15:30
    KTMT niyə Türkiyəni hədəf göstərdi?
  • 12-06-2026, 14:05
    İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO
  • 12-06-2026, 13:08
    Zahid Oruc: Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb…
  • 12-06-2026, 13:05
    Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinə 4,5 mlrd manat vəsait yönəldilib
  • 12-06-2026, 12:47
    Rus ordusu “Tramp yolu”na NİYƏ soxuldu – HƏDƏF
  • 12-06-2026, 12:40
    SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ
  • 12-06-2026, 12:17
    İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır
  • 12-06-2026, 12:00
    Orta aylıq maaş 1200 manata çatır
  • 12-06-2026, 11:25
    Prezident həmkarını təbrik etdi
  • 12-06-2026, 10:50
    Həmin şagird hoteldə ölübmüş
  • 12-06-2026, 10:46
    DYP “Son zəng”lə əlaqədar məzunlara və valideynlərə müraciət etdi
  • 12-06-2026, 10:28
    Son Dəqiqə: İlon Mask dünya tarixində ilk dollar trilyoneri oldu
  • 12-06-2026, 10:00
    15 mindən çox şəxs magistraturaya imtahan verəcək
  • 12-06-2026, 09:44
    Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ
  • 12-06-2026, 09:39
    Aqrar sahədə regional müşavirələrə start verilir
  • 12-06-2026, 09:34
    Cənubi Koreya DÇ-yə əzmkar qələbə ilə başladı
  • 12-06-2026, 09:30
    DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
  • 12-06-2026, 09:26
    Azərbaycan XİN Rusiyanı təbrik etdi
  • 12-06-2026, 09:21
    ABŞ ilk dəfə dünyanın ən böyük neft ixracatçısı oldu
  • 12-06-2026, 09:00
    Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
  • 11-06-2026, 16:00
    Ermənistana böyük ZƏRBƏ: Rusiya İrəvanı bu iki ölkə ilə əvəzlədi
  • 11-06-2026, 15:30
    Tramp: “Hörmüz boğazına ABŞ nəzarət edir, İran uduzub”
  • 11-06-2026, 14:22
    Ermənistanda seçkidən sonra təmizləmə ƏMƏLİYYATI BAŞLADI
  • 11-06-2026, 14:04
    Azərbaycan və İran Araz çayının su ehtiyatları ilə bağlı razılığa gəldi - FOTO
  • 11-06-2026, 13:11
    Pensiyalar nə vaxt ödəniləcək?
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə