• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Prezidentə təbriklər gəlir - Yenilənir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

30-05-2025, 14:19

Prezidentə təbriklər gəlir - Yenilənir


“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Məktubda deyilir:

“Çox hörmətli cənab Prezident.

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri adından və şəxsən öz adımdan Sizi və doğma Azərbaycan xalqını müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik etməkdən böyük şərəf duyuram.

Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı arzu və vəsiyyətlərini həyata keçirmək istiqamətində yürütdüyünüz siyasət nəticəsində doğma Azərbaycanımızın ardıcıl şəkildə inkişafı, dünya ölkələri arasında tutduğu layiqli yer bizi olduqca fərəhləndirir. Sizin rəhbərliyinizlə qazanılan zəfərlər ata vəsiyyətinin yerinə yetirilməsinin əməli təsdiqidir. Uzaqgörənliyi və müdrik rəhbərliyi ilə Azərbaycanı uğur və tərəqqi yoluna çıxarmış Ümummilli Liderimizin anadan olmasının 102 illiyi münasibətilə xatirəsinə dərin ehtiram olaraq mənim Ukraynada işıq üzü görmüş “Отец нации” (“Millət atası”) adlı monoqrafiyamın Ukrayna və Azərbaycan Milli Elmlər akademiyalarında, digər ictimai-siyasi dairələrdə təqdimatı Ulu Öndərə hörmət və məhəbbətimizin növbəti təzahürüdür.

Cənab Prezident, Azərbaycanımızın müasir dövrdə dövlət quruculuğu sahəsində əldə etdiyi təcrübəni, eləcə də ölkənin siyasi, iqtisadi, mədəni əməkdaşlığının inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə zəfər dolu yeni uğurlar, Azərbaycan xalqına daim firavanlıq və tərəqqi arzulayıram”.

***

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel:

“Hörmətli cənab Prezident.

Sizi “Konstitusiya və Suverenlik İli”ndə 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dünyası Mediatorlar Birliyi və bütün türkdilli dövlətlərin mediatorları adından təbrik etmək şərəfinə nail olduğum üçün çox xoşbəxtəm. Məhz Sizin liderliyinizlə 28 May tarixinə yeni ruh qatılaraq, can Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi tam təmin olunub və bu, ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb.

Sizin söylədiyiniz və Türk dünyası mediatorlarının bütün tədbirlərində sevə-sevə dinlədiyimiz, dillər əzbərimiz olan “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Azərbaycanın yürütdüyü siyasət bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləriniz bizim əsas fəaliyyət xəttimizi müəyyən edir. Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Sizin Türk dünyası üçün müəyyən etdiyiniz strateji xətt bundan sonra yüz illər üçün böyük işlərin həm təməli, həm də davamıdır.

Cənab Prezident, Sizin Azərbaycanda apardığınız innovativ islahatlar bu gün nəinki türkdilli dövlətlər, eyni zamanda, bir çox digər ölkələr üçün də nümunə sayılır. Sizin imzaladığınız “Mediasiya haqqında” Qanun Türkdilli dövlətlərin mediatorlarının demək olar ki, bütün tədbirlərində örnək kimi qəbul edilir. Artıq bir neçə türkdilli dövlət bu qanunu model qanun olaraq qəbul edib və mediasiya institutunun, mediator peşəsinin inkişafında Azərbaycanın nümunəsini tətbiq edir. Bizim peşəmiz dünya üçün yeni yaradılan peşələr sırasındadır. Siz isə Azərbaycanda bu peşə fəaliyyətinin müəllifisiniz. Nəinki türkdilli dövlətlər, həmçinin mediasiya təsisatı olmayan bir çox ölkələr də Sizin bu qərarınızdan ilhamlanaraq öz ölkələrində həmin peşə növünün inkişafı üçün işlər görürlər. Bunun üçün Sizə xüsusi təşəkkür edirəm.

“Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı bu yaxınlarda imzaladığınız Qanun da bu gün mediatorların diqqət mərkəzindədir. Hətta Özbəkistanda təşkil olunacaq Mediatorların Beynəlxalq Yay Məktəbində həmin Qanunun öyrənilməsi və digər dövlətlərdə tətbiqi ilə bağlı panel müzakirələr və təqdimatlar keçiriləcəkdir. Qurucu üzvlərindən biri də Azərbaycan olan Türk Dünyası Mediatorlar Birliyinin yaradılmasında Sizin strateji xəttinizin çox mühüm rolu var.

Cənab Prezident, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qeyd etmişdir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Məhz Sizin rəhbərliyinizlə can Azərbaycan bu çətin işi bacardı və ərazi bütövlüyünü bərpa etdi, müstəqilliyini qoruyub saxladı. Bütün Türk dünyası Sizinlə qürur duyur.

Sizi bir daha təbrik edir və Zati-alinizə ən xoş arzularımızı bildiririk”.

***

Dövlətlərarası Aviasiya Şurasının prezidenti Tatyana Anodina:

“Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu tarixi gün zəngin mədəni irs, müstəqillik səyləri, ləyaqət əsasında müasir suveren dövlət qurmuş Azərbaycan xalqının azadlıqsevərliyinin, uzaqgörənliyinin və dəyanətinin təcəssümüdür.

Azərbaycan Sizin rəhbərliyinizlə regional sabitliyə sanballı töhfə verməyə və dinamik inkişaf yolu ilə beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.

Bu əlamətdar bayram münasibətilə Azərbaycanın bütün vətəndaşlarına davamlı sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza davamlı tərəqqi, firavanlıq və uğurlar diləyirəm”.

Oxunub: 1054
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

23-05-2025, 13:38

Prezidentə təbriklər gəlir - Yenilənir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-09-2024, 12:59

Prezident Kim Çen Ina təbrik məktubu ünvanlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

9-02-2024, 12:46

İlham Əliyevə təbriklər gəlməyə davam edir - YENİLƏNİR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

9-02-2024, 10:16

TÜRKSOY-un Baş katibi İlham Əliyevi təbrik edib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2023, 11:53

İlham Əliyev Vladimir Putinə təbrik məktubu ünvanlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
6-06-2026, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • 6-06-2026, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • 6-06-2026, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • 6-06-2026, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • 6-06-2026, 09:37
    Tesla xidmətə cəlb olundu
  • 6-06-2026, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • 6-06-2026, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • 6-06-2026, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • 6-06-2026, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə