• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ABŞ-ın Yaxın Şərqdə “məğlubiyyət ssenarisi" ön plana keçir: Hörmüz boğazı artıq “Bermud üçbucağı”na çevrilir

Dünya

5-05-2026, 09:00

ABŞ-ın Yaxın Şərqdə “məğlubiyyət ssenarisi" ön plana keçir: Hörmüz boğazı artıq “Bermud üçbucağı”na çevrilir


Yaxın Şərq savaşı ətrafında yaranmış yeni situasiya onu göstərir ki, ABŞ-ın hərbi gücü təkbaşına siyasi uğur üçün qətiyyən kifayət etmir... Ona görə də, Tramp administrasiyası hazırda həm ölkə daxilində, həm də qlobal məkanda olduqca ciddi müqavimətlə üzləşir...
Yaxın Şərq savaşı dünyanın ən bahalı müharibələri sırasına daxildir və olduqca ciddi qlobal risklər yaradır. Ancaq son vaxtlar ABŞ prezidenti Donald Trampın İrana yönəlik ittihamlarının getdikcə daha da sərtləşməsi Yaxın Şərq savaşının hələ bir müddət davam edə biləcəyi ilə bağlı ehtimallara da inandırıcı görüntülər verir. Belə ki, Ağ Ev sahibi İranın “özünü idarə edə bilmədiyini” və “qeyri-nüvə sazişi bağlamağı bacarmadığını” bildirərək, rəsmi Tehrana açıq təhdid mesajı göndərib. Və onun bu sərt ritorikası yalnız Ağ Evin xarici siyasət xəttini deyil, eyni zamanda, ABŞ-ın daxilində artan siyasi gərginliyi də əks etdirir.

Onu da qeyd etmək lazımdır ki, Yaxın Şərq savaşının iqtisadi yükü və prezident Donald Trampın siyasi qərarlar qəbul etmək səlahiyyətlərinə məhdudiyyətlərin tətbiq olunmasına yönəlik cəhdlər Ağ Evin hərbi addımlar atmasını ciddi şəkildə çətinləşdirir. Belə ki, Pentaqonun açıqladığı rəsmi məlumatlara görə, ABŞ-ın Yaxın Şərq savaşı üzrə hərbi əməliyyatlarının ümumi dəyəri artıq 25 milyard dollara çatıb. Üstəlik, bu, hələlik indiyə qədər rəsmi şəkildə elan edilmiş ilk və ən yüksək rəqəmdir. Və rəsmi hesablamalara əsasən, gündəlik hərbi xərclər təxminən 600 milyon dollar təşkil edir ki, bu da əməliyyatların uzunmüddətli perspektivdə daha ciddi maliyyə yükünə çevrildiyini göstərir.

Ancaq Tramp administrasiyasının üzləşdiyi əsas problem yalnız iqtisadi xarakter daşımır. Çünki Tramp administrasiyası hərbi əməliyyatları genişləndirmək məqsədilə ABŞ Konqresindən əlavə 200 milyard dollar maliyyə vəsait tələb edib. Ancaq Ağ Evin bu tələbinin qəbul edilməməsi ABŞ-ın siyasi elitası daxilində Yaxın Şərq savaşı ilə bağlı konsensusun mövcud olmadığını da açıq şəkildə göstərir. Digər tərəfdən, ABŞ prezidentinin Konqresin icazəsi olmadan, hərbi əməliyyatlar aparmasına imkan verən 60 günlük müddətin başa çatması isə hüquqi mübahisələri daha da dərinləşdirib. Və bu isə Tramp administrasiyasının verəcəyi qərarları həm siyasi, həm də hüquqi baxımdan, daha riskli edir.

Bütün bunlara baxmayaraq, Ağ Ev Yaxın Şərq savaşını daha fərqli modeldə, həm də Hörmüz boğazı üzərindən davam etdirmək niyyətində israrlı görünür. Belə ki, hazırda Yaxın Şərq regionunda hərbi vəziyyətin gərginləşməsində əsas amillərdən biri də məhz Hörmüz boğazı ətrafında yaranmış böhranlı situasiya hesab olunur. Çünki son məlumatlara görə, ABŞ “Azadlıq Layihəsi” adlı hərbi əməliyyat çərçivəsində regiona 15 minə yaxın hərbçi, əlavə savaş gəmiləri və 100-dən çox döyüş təyyarəsi daşıyaraq, Yaxın Şərqdəki hərbi mövcudluğunu daha da gücləndirib.

Məsələ ondadır ki, Ağ Ev bu hərbi əməliyyatın məqsədinin yalnız ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək olduğunu bildirir. Ancaq atılan bu addımlar eyni zamanda, İrana qarşı yeni strateji hərbi təzyiq mexanizminin yaradılmasına cəhd kimi də qiymətləndirilir. Ağ Evin öz son addımlarını əsaslandırmaq üçün hesabatlarından yararlandığı Beynəlxalq Dəniz Təşkilatı isə xəbərdarlıq edib ki, Hörmüz boğazı ətrafında təxminən 2000 ticarət gəmisi və 20 minə yaxın dənizçi faktiki olaraq, blokada vəziyyətində qalıb. Üstəlik, bir çox gəmidə ərzaq və yanacaq ehtiyatının kritik həddə qədər azalması mövcud vəziyyətin artıq humanitar ölçülər almağa başladığını da göstərir. Və İran isə öz növbəsində, artıq tədricən “Bermud üçbucağı”na çevrilməyə başlayan Hörmüz boğazını açmaq niyyətində olmadığını bəyan edərək, qlobal enerji bazarına təsir imkanlarını qoruyub, saxlamağa çalışır.

Maraqlıdır ki, Yaxın Şərq savaşına qarşı qlobal məkanda da kifayət qədər ciddi etiraz dalğası mövcuddur. Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya və s. kimi NATO üzvü olan Avropa ölkələri ABŞ-ın başlatdığı bu savaşa qarşı sərt mövqe tuturlar. Eyni zamanda, məhz İranla sərhəd qonşusu olan Türkiyə də Yaxın Şərq savaşından ciddi şəkildə narahatdır. Ona görə də, rəsmi Ankara artıq dəfələrlə savaşın dayandırılmasına yönəlik israrlı çağırışlarla diqqəti çəkib. Və Türkiyə rəsmi dairələri hesab edirlər ki, iki ölkə arasında olan problemlərin siyasi-diplomatik yollarla həll olunması ən doğru variantdır.

Xüsusilə də, bu hərbi münaqişəyə münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan Yaxın Şərq savaşını “mənasız, qanunsuz və lazımsız” adlandırıb. Türkiyə lideri vurğulayıb ki, hərbi münaqişənin mövcud nəticələri hazırda yalnız qarşıduran tərəflərlə məhdudlaşmır və bütün dünya bu savaşdan ciddi ziyan çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın fikrincə, qlobal iqtisadiyyat pandemiya sonrası bərpa, rəqəmsal transformasiya və artan ticarət gərginliklərinə paralel olaraq, hələ çox kövrək vəziyyətdədir.

Ona görə də, rəsmi Ankara xəbərdarlıq edir ki, bu müharibə mövcud problemləri daha da dərinləşdirir. Belə vəziyyətdəsə, enerji təhlükəsizliyi risk altına düşür, “təchizat zəncirləri” zəifləyir və beynəlxalq ticarət sistemi daha çox dağıdıcı təsirlər ilə üzləşir. Və bütün bunlar isə öz növbəsində qlobal iqtisadi sabitliyi ciddi şəkildə pozulma təhlükəsi qarşısında buraxır.
Ancaq Tramp administrasiyasının qlobal siyasi problemləri yalnız Türkiyənin və bəzi aparıcı Qərb ölkələrinin kəskin etirazları ilə məhdudlaşmır. Belə ki, Ağ Ev üçün Yaxın Şərq savaşı ilə bağlı əsas təzyiqlər məhz ABŞ daxilindən göstərilməkdədir. Bəzi Qərb ekspertlərinin qənaətlərinə görə, Tramp administrasiyasının İrana qarşı hərbi kampaniyasının ABŞ-da geniş dəstək qazanmamasının bir neçə önəmli səbəbi mövcuddur.

Onların fikrincə, birincisi, yüksək maliyyə xərcləri ABŞ ictimaiyyətində və siyasi dairələrində ciddi narazılıq yaradır. İkincisi, hərbi əməliyyatların dəqiq strategiyasının olmaması və qeyri-müəyyən müddətə uzadılması ehtimalı da ciddi suallar doğurur. Üçüncüsü, hüquqi məhdudiyyətlər Tramp administrasiyanın hərbi-siyasi manevr imkanlarını daha da daraldır. Və nəhayət, Yaxın Şərq savaşı ABŞ-ın yeni genişmiqyaslı müharibəyə, yəni, daha böyük bir regional hərbi qarşıdurmaya cəlb olunma ehtimalını artırır.

Göründüyü kimi, ABŞ-ın hərbi gücü təkbaşına siyasi uğur üçün qətiyyən kifayət etmir. Ona görə də, Tramp administrasiyası ABŞ-ın hərbi gücü sayəsində yekun nəticə əldə etməyə çalışsa da, həm ölkə daxilində, həm də qlobal məkanda “məğlubiyyət ssenarisi”ni ön plana keçirə biləcək səviyyədə ciddi müqavimətlə üzləşir. Əgər, Yaxın Şərq savaşının əsas iştirakçıları yenidən siyasi-diplomatik masaya qayıtmasalar, bu hərbi qarşıdurma yalnız regional deyil, qlobal miqyasda da daha dərin siyasi-iqtisadi sarsıntılara səbəb ola bilər. Və bu isə qlobal sistemin gələcək taleyi üçün yeni, həm də daha mürəkkəb çağırışlara yol açılması deməkdir.musavat.com

Oxunub: 1046
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu

Dünya

12-03-2024, 09:00

Ağ Evin yeni sahibi təyin olundu: O, ABŞ-ni artıq qeyri-rəsmi idarə edir

Dünya

3-02-2025, 09:00

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib

Dünya

16-07-2024, 09:18

Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək

Araşdırma
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
25 ailə doğma yurduna qayıdır - Fotolar
Bağçalara növbəyə yazılma prosesi başlayır
Hadisə
Bugün, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
Bugün, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
Bugün, 09:25
Bəzi yollarda tıxac var
Dün, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
Dün, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Dün, 10:52
Xəzərdə zəlzələ oldu
Son xəbərlər
  • Bugün, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • Bugün, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • Bugün, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • Bugün, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • Bugün, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • Bugün, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • Bugün, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • Bugün, 13:35
    Prezidentə müraciət etdilər
  • Bugün, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • Bugün, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • Bugün, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • Bugün, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • Bugün, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • Bugün, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • Bugün, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • Bugün, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • Bugün, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • Bugün, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • Bugün, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • Bugün, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • Bugün, 09:25
    Bəzi yollarda tıxac var
  • Bugün, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • Bugün, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • Bugün, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • Bugün, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • Dün, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • Dün, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
  • Dün, 13:48
    ABŞ İrana kütləvi zərbə endirəcək – Tramp “başqa yolumuz yoxdur” dedi
  • Dün, 13:17
    Makronun Bakıya qarşı qərəzi, Paşinyanın Paris macərası
  • Dün, 13:00
    İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da böyük skandal
  • Dün, 12:30
    Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
  • Dün, 12:24
    Prezident Qaradağda açılışda - Fotolar
  • Dün, 12:09
    Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
  • Dün, 11:53
    Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
  • Dün, 10:52
    Xəzərdə zəlzələ oldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə