• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan: ABŞ Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-04-2026, 09:11



Yaxın Şərq savaşı indi qlobal enerji təhlükəsizliyini, böyük güclər arasındakı qüvvələr balansını, beynəlxalq münasibətlər sisteminin gələcək strukturunu və s. önəmli faktorları birbaşa təsir altına salır... Ona görə də, mövcud situasiyada hələlik davam edən atəşkəs rejimi əslində, sülhə aparan yol deyil, məhz daha böyük hərbi qarşıdurma ehtimalının idarə olunduğu həssas keçid mərhələsi də hesab oluna bilər...
Yaxın Şərqdə hərbi böhran yeni və çoxvektorlu mərhələyə daxil olmuş kimi görünür. ABŞ prezidenti Donald Tramp tərəfindən atəşkəs rejiminin uzadıldığı elan edilsə də, bu prosesin real inkişaf istiqanətləri yeni hərbi əməliyyatlara hazırlığın genişlənməsi, siyasi-diplomatik təmasların isə qeyri-müəyyən nəticələri ilə xarakterizə olunur. Bu, hərbi böhranın artıq tədricən regional çərçivəni aşaraq, qlobal geopolitik və geoiqtisadi qarşıdurmanın sonrakı nəticələrinə birbaşa təsir göstərə biləcək əsas faktorlardan birinə çevrilməkdə olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Tramp atəşkəs rejimini uzatdığını açıqlayıb. O, bu qərarın Pakistan rəhbərliyinin müraciəti əsasında verildiyini də bildirib. Ağ Ev sahibi açıqlamada İranın daxilində “ciddi parçalanma”nın mövcudluğunu və rəsmi Tehrana yeni təkliflər hazırlamaq üçün vaxt verildiyini vurğulasa da, ABŞ-ın buna paralel olaraq, savaşa hazırlığı atəşkəsin ümumiyyətlə, daha çox taktiki xarakter daşıdığı ilə bağlı şübhələr yaradır. Bu taktiki manevrlər isə klassik diplomatiyadan fərqli olaraq, “məcburetmə diplomatiyası” modelinə uyğun gəlir. Yəni, ABŞ hərbi təzyiqləri davam etdirir, ancaq həm də qarşı tərəfə “məhdud zaman pəncərəsi” də açılır.

Məsələ ondadır ki, Qərb mənbələrinin iddialarına görə, Pentagon Yaxın Şərqdə öz hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaqdadır. Belə ki, ABŞ-ın üçüncü aviadaşıyıcının da Yaxın Şərqə yönləndirilməsi, əlavə döyüş gəmilərinin və minlərlə hərbçinin bölgəyə yerləşdirilməsi, eləcə də, mümkün quru əməliyyatları üçün hazırlanan silahlı qüvvələrin cəmləşdirilməsi bu qarşıdurmanın yalnız siyasi-diplomatik müstəvidə getmədiyini göstərir. Ona görə də, belə genişmiqyaslı hərbi aktivlik İraq savaşı dövründən üzübəri ən böyük güc nümayişlərindən biri kimi qiymətləndirilir və Ağ Evdə eskalasiya variantının hələlik masadan qaldırılmadığını sübut edir.

Təbii ki, bütün bunları nəzərə alan İran tərəfi də ABŞ-ın addımlarını etimadsızlıqla qarşılayır. Rəsmi Tehran ABŞ-ın atəşkəsi uzatmasını “yeni hücum üçün vaxt qazanmaq cəhdi” kimi qiymətləndirir. İranın rəsmi dairələri ABŞ-ın dəniz blokadasını aradan qaldıracağı təqdirdə, danışıqlar masasına qayıtmağa hazır olduqlarının mesajını verir. Bu yanaşma onu göstərir ki, rəsmi Tehran diplomatiyanı yalnız təzyiqin azaldılması ilə paralel qəbul edir və “təhdid altında danışıqlar” modeli ilə razılaşmır.

Maraqlıdır ki, Yaxın Şərq savaşının ən önəmli tərəflərindən biri də onun geoiqtisadi mahiyyəti ilə bağlıdır. Çünki bu savaş ucbatından qapadılmış Hörmüz boğazı qlobal neft ticarətinin təxminən beşdə birinin keçdiyi strateji arteriyadır. Və ona görə də, bu marşrut üzərində yaranan istənilən hərbi təhlükə avtomatik olaraq, qlobal enerji bazarlarında qiymət artımına və qeyri-sabitliyə səbəb olur.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp İranın maliyyə baxımından, ciddi böhran yaşadığını və hər gün yüz milyonlarla dollar itirdiyini iddia edərək, rəsmi Tehrana qarşı iqtisadi təzyiq strategiyasını ön plana çəkir. Ağ Evin bu strategiyası hazırda əsasən iqtisadi sanksiyalar, ticarət marşrutunun blokadası və enerji ixracının məhdudlaşdırılması üzərində qurulub.

Ancaq İran isə buna cavab olaraq, enerji faktorunu strateji təzyiq alətinə çevirməyə çalışır. Çünki rəsmi Tehran üçün Hörmüz boğazı hazırda yalnız coğrafi məkan deyil, həm də qlobal enerji bazarlarına təsir imkanı verən olduqca önəmli mexanizmidir. Ona görə də, Yaxın Şərqdəki hərbi böhran artıq qlobal güclərin maraqlarının toqquşduğu əsas platformaya çevrilməyə başlayıb. Və bu hərbi böhrana münasibətdə Çin, Rusiya və Avropa Birliyinin tutduğu strateji mövqelərdə kəskin ziddiyyətlər mövcuddur.

Məsələ ondadır ki, Çin üçün hazırda əsas prioritet enerji təhlükəsizliyi və ticarət marşrutlarının qorunmasıdır. Ona görə də, Yaxın Şərqdə, eləcə də, digər regionlarda iqtisadi-ticari marşrutlar ətrafında sabitliyin təmin olunması Çin üçün həyati əhəmiyyət daşıyır. Bununla belə, rəsmi Pekin Çinə qarşı qlobal iqtisadi savaş açmış ABŞ-la açıq hərbi-siyasi qarşıdurmadan yayınaraq, daha çox iqtisadi-ticari təsir imkanlarını genişləndirməyə üstünlük verir.

Ancaq Rusiya isə Yaxın Şərq savaşı sayəsində qlobal məkanda geopolitik dividendlər əldə etməyə çalışır. ABŞ-ın diqqətinin bölünməsi və enerji qiymətlərinin artması Rusiya üçün əlavə imkanlar yaradır. Rusiya bu prosesi dolayı şəkildə dəstəkləyərək, öz geostrateji mövqeyini gücləndirməyə cəhd göstərir. Avropa Birliyinin üzləşdiyi situasiya isə daha həssasdır. Çünki Avropa Birliyi həm enerji təhlükəsizliyi, həm də ABŞ ilə siyasi bağlılıq arasında balans yaratmağa məcburdur. Və hərbi eskalasiya prosesi hazırda Avropa iqtisadiyyatına birbaşa təsir göstərir.

Bütün bunlara baxmayaraq, Yaxın Şərq savaşının davam etdirilməsi baxımından, İranla yanaşı, ABŞ-ın hərbi potensialı da müəyyən şübhələrə yol açmağa başlayıb. Belə ki, “Center for Strategic and International Studies”in (CSIS) hesabatına görə, ABŞ-ın yüksək dəqiqlikli raket sistemləri üzrə ehtiyatları əhəmiyyətli dərəcədə azalıb və onların tam şəkildə bərpası üçün 4-5 ilə yaxın zaman lazımdır. Əslində, bu önəmli faktor Ağ Evin dərhal genişmiqyaslı hərbi əməliyyatlara başlamamasının əsas səbəbini izah edir. Yəni, hazırda ABŞ üçün “atəşkəs” yalnız siyasi-diplomatik deyil, həm də hərbi-logistik zərurət xarakteri daşıyır.

Göründüyü kimi, Yaxın Şərq savaşı indi qlobal enerji təhlükəsizliyini, böyük güclər arasındakı qüvvələr balansını, beynəlxalq münasibətlər sisteminin gələcək strukturunu və s. önəmli faktorları birbaşa təsir altına salır. Ona görə də, indiki mərhələdə atəşkəs əslində, sülhə aparan yol deyil, məhz daha böyük hərbi qarşıdurma ehtimalının idarə olunduğu həssas keçid dövrüdür. Bu baxımdan, Yaxın Şərqdə hərbi əməliyyatların yenidən bərpa olunma ehtimalı da qətiyyən istisna deyil. Və əgər, bu ehtimal reallaşarsa, Ağ Ev sahibi Donald Trampın “atəşkəs” şifrəsi ilə gizlətdiyi qorxunc plan, yəni, ABŞ-ın Yaxın Şərqi dünyanın “barıt çəlləyi”nə çevirmək niyyəti baş tuta bilər.musavat.com

Oxunub: 1015
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2025, 10:16

Prezident İlham Əliyev “Əl-Ərəbiyə” kanalına müsahibə verib: ölkə başçısından mühüm mesajlar(CANLI) [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

13-05-2024, 09:18

Heydər Əliyev: Xalqa həsr edilmiş ömür [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə