• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Orbanın 16 illik hakimiyyətinə son qoyan Peter Magyar kimdir? - DOSYE [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-04-2026, 10:58



Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalifət partiyası “Tizsa”nın qələbəsilə yekunlaşdı. Bununla da müxalifət hazırkı Baş nazir Orbanın 16 illik hakimiyyətinə son qoyub. “Tizsa” partiyası parlamentdəki 199 yerdən 138-ni qazanaraq təkbaşına iqtidar qurmaq imkanı əldə edib.Parlament seçkilərində qalib gəlmiş “Sayğı və Azadlıq Partiyası”nın (Tisza) lideri Péter Magyar indi Avropada diqqətləri özünə çəkib.

Bəs Péter Magyar kimdir?

Péter Magyar uzun müddət dövlət idarəçiliyi və bizneslə əlaqəli strukturlarda çalışıb. O, dövlət şirkətlərində vəzifələr tutub və əvvəllər hakim “Fides” partiyası ilə əlaqələri olub.

Péter Magyar geniş tanınmanı 2024-cü ilin əvvəlində hakimiyyətlə açıq münaqişədən və ölkədə idarəetmə sistemini sərt tənqid etməsindən sonra qazanıb. Onun açıqlamaları böyük ictimai rezonans doğurub və kütləvi etiraz əhval-ruhiyyəsinə səbəb olub.

Péter Magyar 16 mart 1981-ci ildə Budapeştdə Macarıstan cəmiyyətinin elitası sayılan bir ailədə anadan olub.

Onun babası Ereş Pal Macarıstan Ali Məhkəməsinin hakimi və 1970–80-ci illərdə ölkənin məşhur media siması idi. O, dövlət televiziyasında illərlə yayımlanan “Hüquqi işlər” proqramının aparıcısı olub. Real məhkəmə işlərini təhlil etməsi dövrün populyar mədəniyyətinə daxil olmuşdu, onu küçədə tanıyırdılar və ölkənin ən nüfuzlu hüquqşünaslarından biri hesab edirdilər.

Peter Magyarın xaç atası isə onun nənəsinin qardaşı, Budapeşt universitetlərindən birinin hüquq professoru Ferents Madl idi. O, sonradan “Fides” partiyasına qoşulub və 2000–2005-ci illərdə Macarıstanın prezidenti olub.

Peter Magyarın valideynləri də hüquqşünas olub. Buna görə də onun universitetdə hüquq təhsili alması təəccüblü deyil.

Universitetdən əvvəl Peter Magyar Budapeştin mərkəzində yerləşən elit Piarist katolik məktəbini bitirib. O, mətbuata verdiyi müsahibələrinin birində məhz burada ilk dəfə Viktor Orbanla qarşılaşdığını bildirib.

— 45 yaşlı siyasətçi 2024-cü ildə “Tizsa” partiyasına qoşulub. Formal olaraq Avropayönümlü olan bu partiya 2020-ci ilin oktyabrında yaradılıb, lakin əvvəlki parlament seçkilərində iştirak etməyib.

— Peter Magyar 12 il Viktor Orbanın “Fides” partiyasının üzvü olub və indi ona qarşı çıxıb. Partiya 2010-cu ildə seçkiləri qazandıqdan sonra Magyar Xarici İşlər Nazirliyində vəzifə alıb. Növbəti il isə Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyinə keçib.

— Orbanın rəqibi əvvəllər hakimiyyətdə olmuş bir ailədən gəlir. Onun qohumu Ferents Madl da “Fides” üzvü idi və 2000-ci ildə ikinci cəhddə Macarıstan prezidenti seçilib, 2005-ci ilin avqustuna qədər bu vəzifədə qalıb.

— Müxalif siyasətçinin soyadı “Magyar” macarca “macar” deməkdir. “Magyarlar” isə bu xalqın özünə verdiyi addır. Buna görə onun adı “Peter Macar” kimi də tərcümə oluna bilər.

— “Tizsa” partiyasının lideri ictimai rəy sorğularında ön sıralarda olsa da və dünya mediası onun Viktor Orbanın 16 illik baş nazirliyinə son qoya biləcəyini yazsa da, Peter Magyar özünü baş nazirliyə namizəd adlandırmır. O bildirir ki, Macarıstan konstitusiyasında belə bir rəsmi status yoxdur. Bununla belə, adətən hökumətə partiya siyahısında birinci olan şəxs rəhbərlik edir və hazırda bu mövqedə Peter Magyar dayanır.

— Peter Magyarın keçmiş həyat yoldaşı, üç uşağının anası Yudit Varga ölkənin sabiq ədliyyə naziri olub. Onlar Varganın Avropa Parlamenti seçkiləri üçün “Fides” kampaniyasına rəhbərlik etmək məqsədilə vəzifəsindən getməsindən az əvvəl boşanıblar. Sonralar Yudit Varga uşaq evində baş vermiş cinsi zorakılıq hadisələrinin ört-basdır edilməsi ilə bağlı qalmaqal səbəbilə istefa verib.

— 2024-cü ilin fevralında Peter Magyar “Fides” partiyasından ayrıldığını elan edərək siyasi elitanı və Viktor Orbanı korrupsiyanı və qohumbazlığı gizlətməkdə ittiham edib. O, sonradan da baş nazir və onun yaxın ətrafını dəfələrlə tənqid edib.

— Orbanla açıq qarşıdurmasına baxmayaraq, Magyar bir dəfə onu müdafiə edib. 2024-cü ilin martında Ukrayna prezidenti Volodimir Zelenski Budapeştin Kiyevə kredit ayrılmasını bloklamasından sonra Orbana hədələyici açıqlama verib. Buna cavab olaraq Magyar bildirib ki, “heç bir xarici lider Macarıstan vətəndaşını hədələyə bilməz”. O həmçinin Zelenski üzr istəməyənə qədər Aİ-ni Ukrayna ilə əlaqələri kəsməyə çağırıb.

— Orban tez-tez rusiyapərəst siyasətçi adlandırılsa da, Magyarı ukraynapərəst kimi xarakterizə etmək çətindir. O, Ukraynaya silah verilməsinin və ölkənin Aİ-yə sürətli qəbulunun əleyhinədir. Bununla belə, “Tizsa”nın proqramında Macarıstanın 2035-ci ilə qədər Rusiya nefti və qazından asılılığı tədricən azaltması nəzərdə tutulur. Magyar həmçinin Rusiyaya münasibətdə praqmatik yanaşmanın tərəfdarı olduğunu bildirib, yəni ölkələrin bir-birinin daxili işlərinə qarışmaması prinsipini müdafiə edir./Modern.az

Oxunub: 1015
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:29

Prezident Əfv Sərəncamı imzaladı - SİYAHI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

18-06-2024, 09:46

50 yaşa çatmadan ölən azərbaycanlı JURNALİSTLƏR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

İdman

2-08-2024, 11:24

Çempion olan Zelim Kotsoyev KİMDİR? - DOSYE [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
Onlar belə maaş alacaqlar
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
Hadisə
Dün, 09:24
Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
5-06-2026, 16:28
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
5-06-2026, 15:30
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
5-06-2026, 09:49
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
4-06-2026, 15:42
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
4-06-2026, 14:22
Sabah 32 dərəcə isti olacaq
Son xəbərlər
  • Dün, 10:12
    Piyada günahkardırsa, sürücü niyə cəzalanır? — AÇIQLAMA
  • Dün, 09:53
    Zelenskinin Putinə yazdığı o məktub - TAM MƏTN
  • Dün, 09:48
    Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi
  • Dün, 09:37
    Tesla xidmətə cəlb olundu
  • Dün, 09:30
    Kilsə ilə separatçılar birləşdi – TƏHLÜKƏ
  • Dün, 09:24
    Pulda və eşqdə bəxtləri gətirəcək BÜRCLƏR
  • Dün, 09:16
    İran ABŞ bazalarını hədəf aldı
  • Dün, 09:11
    Süni intellekt “super peyvənd” hazırladı
  • 5-06-2026, 21:18
    AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
  • 5-06-2026, 16:28
    Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
  • 5-06-2026, 16:00
    Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
  • 5-06-2026, 15:30
    Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
  • 5-06-2026, 15:29
    Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
  • 5-06-2026, 14:22
    İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
  • 5-06-2026, 13:48
    Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 13:11
    Onlar belə maaş alacaqlar
  • 5-06-2026, 12:37
    Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
  • 5-06-2026, 12:21
    Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 5-06-2026, 12:17
    Son DƏQİQƏ! İsrail Livanda tutduğu mühüm məntəqəni Livan ordusuna təhvil verdi
  • 5-06-2026, 12:13
    Sürücülərin 20 bal problemi parlamentə çıxdı
  • 5-06-2026, 11:39
    Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
  • 5-06-2026, 11:29
    Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
  • 5-06-2026, 11:13
    Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
  • 5-06-2026, 11:08
    Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
  • 5-06-2026, 10:51
    Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
  • 5-06-2026, 10:24
    Prezident millimizi qələbə münasibətilə təbrik etdi
  • 5-06-2026, 09:53
    Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
  • 5-06-2026, 09:49
    DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
  • 5-06-2026, 09:41
    "Bitcoin" kəskin ucuzlaşdı
  • 5-06-2026, 09:36
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 09:29
    Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
  • 5-06-2026, 09:00
    Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
  • 4-06-2026, 16:00
    Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
  • 4-06-2026, 15:42
    Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
  • 4-06-2026, 15:30
    Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə