• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Yaxın Şərq və Ukrayna böhranlarını birləşdirən gizli plan: Türkiyə yeni dünya düzəninin şərtlərini qlobal məkana diqtə edir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

6-04-2026, 09:00

Yaxın Şərq və Ukrayna böhranlarını birləşdirən gizli plan: Türkiyə yeni dünya düzəninin şərtlərini qlobal məkana diqtə edir


Ərdoğan-Putin siyasi dialoqu və rəsmi Ankaranın Ukrayna ilə diplomatik təmasları onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemi böyük sürətlə transformasiya olunmaqdadır... Və belə anlaşılır ki, Türkiyə tədricən, qlobal məkanda dağıdıcı böhran situasiyalarının nizamlanması üzrə prosesin tam mərkəzinə yerləşməyə başlayıb...
Yaxın Şərqdə hərbi böhran hazırda bütün dünyada əsas gündəmi ciddi şəkildə yükləyib. Ancaq Türkiyə dünyada sülhün və sabitliyin yenidən bərpa olunması baxımından, Yaxın Şərqdə baş verənlər qədər böyük əhəmiyyət daşıyan Ukrayna böhranını qlobal məkanın gündəminə qaytarmağa çalışır. Və bu, Türkiyənin qlobal məkanda yeni, həm də daha təsirli geopolitik iradə sahibinə çevrilməyə başladığını göstərir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara atdığı son addımlarla Ukrayna böhranının nizamlanması prosesində hazırda yeganə potensial vasitəçi statusunu qoruyub, saxladığını təsdiqləyir. Belə ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan əvvəlcə Rusiya prezidenti Vladimir Putin ilə siyasi-diplomatik müzakirələr aparıb. Ardınca isə dərhal Ukrayna prezidenti Volodimir Zelenskini Türkiyədə qəbul edib. Bu isə əslində, daha geniş və mürəkkəb geopolitik prosesin tərkib hissəsi kimi diqqət çəkir.

Məsələ ondadır ki, rəsmi Ankaranın Ukrayna savaşının hər iki iştirakçısı ilə belə birbaşa təmaslar qurması yalnız regional siyasi-diplomatik aktivlik örnəyi deyil. Yəni, bunu həm də qlobal güc balansında baş verməkdə olan ciddi dəyişikliklərin real göstəricisi kimi də qiymətləndirmək mümkündür. Və Ərdoğan-Putin müzakirələrində əsas müzakirə mövzularından birinin də məhz Yaxın Şərqdə nəzarətdən çıxma həddinə çatan hərbi böhranın olması xüsusilə diqqəti çəkir.

Maraqlıdır ki, Türkiyə və Rusiya liderləri Yaxın Şərqdə hərbi eskalasiyanın davam edəcəyi təqdirdə, onun doğura biləcəyi neqativ qlobal nəticələrdən ciddi şəkildə narahatdırlar. Bu kontekstdə qlobal enerji təhlükəsizliyi xüsusilə böyük önəm daşıyır. Çünki Fars körfəzi regionunda dərinləşməkdə davam edən hərbi gərginlik qlobal enerji bazarlarında ciddi neqativ dalğalanmalara səbəb olmaqla yanaşı, həm də enerji ixracatçıları və tranzit ölkələr üçün də strateji risklər yaradır.

Ona görə də, rəsmi Ankaranın və Kremlin bir-birinə paralellik təşkil edən mövqelərində diqqət çəkən mühüm məqamlardan biri də enerji infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqlardır. Bu baxımdan, xüsusilə də Qara dəniz akvatoriyasında qaz kəmərlərinə qarşı mümkün hücum ehtimalları Türkiyə və Rusiyanı daha sıx koordinasiyaya sövq edir. Bu isə onu göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq yalnız quru və hava məkanında deyil, həm də enerji və dəniz təhlükəsizliyi müstəvisində də yeni mərhələyə daxil olur.

Digər tərəfdən, Ərdoğan-Putin danışıqlarında əsas diqqət çəkən daha bir önəmli məqam Rusiya və Türkiyə arasında həm siyasi-diplomatik, həm də iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi ilə bağlı razılaşmaların müzakirəsi olub. Bu, bir tərəfdən iki ölkə arasında qarşılıqlı asılılığın artdığını, digər tərəfdən isə Qərbin sanksiya siyasəti fonunda alternativ iqtisadi əməkdaşlıq modellərinin formalaşmaqda olduğunu göstərir.

Bütün bunlarla yanaşı, hər iki dövlət lideri Fars körfəzi regionunda atəşkəsin mümkün qədər tez bir zamanda təmin olunmasının vacibliyində də ortaq mövqeyə malikdir. Bu isə onu deməyə əsas verir ki, hazırda qlobal məkanda baş verənlərə paralel olaraq, Türkiyə və Rusiya regional böhranların idarə olunmasında ortaq maraqlar əsasında çıxış etməyə çalışır. Və bu baxımdan, hər iki tərəf hazırda müəyyən mənada, “stabilizasiya aktorları” rolunu bölüşməyə cəhd göstərir.

Digər tərəfdən, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dərhal İstanbulda Ukrayna prezidenti Volodimir Zelenski ilə də görüş keçirməsi rəsmi Ankaranın Rusiya ilə təmaslarının "pərdə arxası"nda daha fərqli gündəm maddələrinin ola biləcəyini düşünməyə də əsas verir. Hər halda, bu, Türkiyənin çox ehtiyatla balanslaşdırılmış xarici siyasət kursunun daha bir örnək manevri kimi qiymətləndirilə bilər. Belə ki, rəsmi Ankara bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edir. Və digər tərəfdən isə Türkiyə Rusiya ilə də strateji siyasi dialoqu davam etdirməkdə israrlı olduğunu biruzə verir.

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə lideri Rusiya və Ukrayna prezidentlərinə Qara dənizdə mülki gəmilərə hərbi xarakterli hücumların regional sabitliyi pozduğunu xatırladıb. O, vurğulayıb ki, ticarət gəmiçiliyinin təhlükəsizliyinin risk altına qalması yolverilməzdir və dəniz nəqliyyat-kommunikasiya marşrutlarının bağlanması qlobal böhrana yol aça biləcək qədər həssas məsələdir. Çünki Qara dəniz yalnız regional deyil, həm də qlobal ticarət və ərzaq təhlükəsizliyi baxımından da taleyüklü səviyyədə böyük əhəmiyyət daşıyır.

Ümumilikdəsə, bütün bunlar onu göstərir ki, Türkiyə getdikcə, qlobal məkanda daha çox geopolitik nizamlayıcı mərkəzə çevrilir. Rəsmi Ankara eyni vaxtda həm Rusiya, həm Ukrayna, həm də ABŞ və Qərb ilə əlaqələri balanslaşdıraraq, Türkiyəni əsas qlobal vasitəçi və regional güc mərkəzi kimi təsdiqləməyə çalışır. Və rəsmi Ankaranın bu strategiyası uğurlu olacağı təqdirdə, Türkiyə yalnız Ukrayna böhranında deyil, həm də Yaxın Şərqdəki hərbi gərginliklərin idarə olunmasında əsas açar aktorlardan birinə çevrilə bilər.

Bu baxımdan, Ərdoğan-Putin siyasi dialoqu və buna paralel olaraq, rəsmi Ankaranın Ukrayna ilə diplomatik təmasları onu göstərir ki, müasir beynəlxalq münasibətlər sistemi böyük sürətlə transformasiya olunmaqdadır. Üstəlik, bu transformasiya prosesində regional güclərin rolu getdikcə, daha da artaraq, həlledici xarakter almağa başlayıb. Və belə anlaşılır ki, Türkiyə tədricən, qlobal məkanda dağıdıcı böhran situasiyalarının nizamlanması üzrə prosesin tam mərkəzinə yerləşməyə başlayıb.(musavat.com)

Oxunub: 1012
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-01-2026, 09:05

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Gündəm

3-05-2024, 16:59

Şərəfli və keşməkeşli ömür yolu [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-12-2024, 09:00

Ərdoğan Suriyanı təkbaşına dizayn edir: Türkiyənin geopolitik zəfəri ABŞ, Rusiya və İranı məğlub duruma düşürdü [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

26-09-2025, 09:00

Ərdoğan-Tramp tandeminə qarşı “gizli güc” faktoru: Türkiyə və ABŞ-ın maraqları məhz Yaxın Şərqdə toqquşur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

12-06-2024, 09:00

Ərdoğan ABŞ və Qərbə “tarixi dərs” verir: Türkiyə NATO və Avropa Birliyinə rəqib qütbü gücləndirir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Aztəminatlı ailələrə şad xəbər
Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
Hadisə
Bugün, 12:30
Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
Bugün, 12:25
Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
Bugün, 12:21
Gəmidəkilərin nəşləri tapıldı
Bugün, 12:17
Bakıda hoteldə ölüm hadisəsi
Bugün, 11:00
Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
Bugün, 09:31
Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
Son xəbərlər
  • Bugün, 16:00
    Azərbaycanda yağ kəskin BAHALAŞDI
  • Bugün, 14:10
    Aztəminatlı ailələrə şad xəbər
  • Bugün, 13:21
    Şuşa, Xankəndi və Laçında kanat yoluna nə qədər vəsait xərclənib?
  • Bugün, 13:16
    Dövlət büdcəsindən ən çox vəsait bu sahələrə xərclənib
  • Bugün, 13:02
    Dövlət mülkiyyətində olan əmlak və torpaq sahəsi ilə bağlı ciddi dəyişiklik
  • Bugün, 12:30
    Həmin sürücü saxlanıldı, maşını cərimə meydançasına salındı - Foto
  • Bugün, 12:25
    Silahı gizlətməyin, polisə təhvil verin! - Çağırış
  • Bugün, 12:21
    Gəmidəkilərin nəşləri tapıldı
  • Bugün, 12:17
    Bakıda hoteldə ölüm hadisəsi
  • Bugün, 11:23
    Hacı Əliyev millinin böyük məşqçisi oldu
  • Bugün, 11:00
    Ata-oğulun öldüyü hadisənin - Təfərrüatı
  • Bugün, 10:50
    Etibarnamə alıb-verənlərin nəzərinə! - Yeni qayda qüvvəyə minir
  • Bugün, 10:45
    Millimiz San Marinoya qarşı
  • Bugün, 10:40
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Bugün, 10:26
    Ankaradan açıq mesaj: sərhədin taleyi Azərbaycan...
  • Bugün, 10:15
    Bu əraziyə şortiklə getmək qadağan edildi
  • Bugün, 09:58
    Trampdan İranla bağlı MÜHÜM AÇIQLAMA
  • Bugün, 09:37
    Kirayə ev axtaranları bahalı payız gözləyir — AÇIQLAMA
  • Bugün, 09:31
    Şadlıq evinin qarşısında səs-küy salanlar sərxoş olub: Polis insidentin qarşısını alıb
  • Bugün, 09:24
    Türkiyənin YENİ möhtəşəm silahı – Azərbaycanın da olacaq
  • Bugün, 09:00
    "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
  • Dün, 16:00
    Fransa Cənubi Kiprdə qoşun yerləşdirəcək - Saziş bu gün imzalanır
  • Dün, 15:30
    "Gözləməyin, dərhal qaçın" - Dağıdıcı zəlzələ ilə bağlı ŞOK XƏBƏRDARLIQ
  • Dün, 13:40
    Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır
  • Dün, 12:53
    Yeni cərimə: Bu qaydaları pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:49
    Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək
  • Dün, 12:40
    Sosial mediaya qoşulmada yaş senzi - DETALLAR
  • Dün, 12:35
    Azərbaycan məktəblərində TikTok-a çıxış bloklanıb
  • Dün, 12:15
    Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
  • Dün, 12:11
    Paşinyanı ilk təbrik edən Türk dövləti - Əməkdaşlığa hazırıq
  • Dün, 12:07
    İran israilə hücuma keçdi - Yaxın Şərqdə müharibə yenidən alovlanır
  • Dün, 11:53
    Paşinyandan Bakı və Ankaraya təşəkkür
  • Dün, 11:15
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib -Fotolar
  • Dün, 10:52
    Mənzildən ata və məktəbli oğlunun meyiti tapıldı - Foto
  • Dün, 10:29
    Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə