• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İrana hücum olarsa, Azərbaycan və Türkiyə belə davranacaq - Tanınmış ekspertdən ŞOK AÇIQLAMALAR

Dünya

3-02-2026, 14:22



Bir aydan çoxdur ki, qonşu İran ətrafında baş verən daxili və xarici proseslər iki qardaş dövləti - Azərbaycan və Türkiyəni də yaxından maraqlandırır. Hər iki ölkədə bu hadisələr ciddi narahatlıq da doğurmaqdadır.

Heç şübhəsiz ki, Yaxın Şərqdə və Cənubi Qafqaz ətrafında sürətlə dəyişən geosiyasi proseslər region dövlətləri üçün yeni risklər və çağırışlar yaradır. İran ətrafında formalaşan gərginlik təkcə bu ölkənin daxili məsələsi ola bilməz. Bu hadisələr onunla həmsərhəd olan və regionda mühüm siyasi-iqtisadi rol oynayan dövlətlərin milli təhlükəsizliyinə birbaşa təsir göstərən amildir. Bu baxımdan Azərbaycanın və qardaş Türkiyənin mövcud vəziyyətə həssas yanaşması, mümkün hərbi eskalasiyaya qarşı ehtiyatlı və məsuliyyətli mövqe sərgiləməsi tamamilə məntiqlidir. Çünki İrana qarşı istənilən hərbi müdaxilə və ya genişmiqyaslı müharibə regionda sabitliyi sarsıdaraq zəncirvari təhlükəsizlik, iqtisadi və humanitar fəsadlara yol aça bilər.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, İran ətrafında yaranmış vəziyyətə görə Azərbaycanın və qardaş Türkiyənin narahatlığı başa düşüləndir:

“İrana hər hansı bir hücum və müharibə hər iki dövlət üçün arzuolunmazdır. Çünki hər 2 dövlətin həmsərhəd olduğu bir ölkədə müharibə istər-istəməz həm Türkiyəyə, həm də Azərbaycana təsirsiz ötüşməyəcək. Regionda sabitliyin olmaması, müharibə hər 2 dövlətin geosiyasi, iqtisadi və milli təhlükəsizlik maraqlarına ziddir. İranda sabitliyin olmaması və müharibə ilk növbədə Zəngəzur dəhlizinin işə düşməsi və digər layihələrin gerçəkləşməsi proseslərini ləngidə bilər.

Müharibə İran sərhədlərini aşa, Azərbaycan və Türkiyə çoxsaylı qaçqın ordusu ilə üz-üzə qala bilər. Azərbaycan və Türkiyə ərazisi hücuma məruz da qala bilər.

İran hər hansı bir hücumu müharibə kimi qarşılayacağını dəfələrlə bildirib və ilk cavab zərbəsini ABŞ-nin müttəfiqi hesab etdiyi dövlətlərə və hərbi bazalarına endirəcəyini bəyan edib. ABŞ-nin hərbi bazaları əsasən ərəb dövlətlərində olsa da, Türkiyədə də var, Azərbaycanda belə baza yoxdur.

Lakin İran hakimiyyətinin mühafizəkar dini qanadı Azərbaycanı daim hədəf alaraq müxtəlif ittihamlarla çıxış edib. Hazırda İran ətrafında vəziyyətin ABŞ və İsrail tərəfindən gərginləşdirilməsi fonunda da Azərbaycana qarşı ittihamlardan əl çəkilmir. Bunlar əsasən İsraillə əməkdaşlıq, ərazimizdən və hava məkanımızdan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunması, 12 günlük müharibə zamanı Azərbaycanın da guya İrana qarşı hücumlarda iştirak etməsi kimi uydurma və mənasız ittihamlardır.

Eyni zamanda ekspertlər və media səviyyəsində ölkəmizə qarşı birbaşa hədələr, Azərbaycan ərazisinin, xüsusən də enerji strukturlarının vurulması kimi çağırışlar çoxalır”.

Ekspertin sözlərinə görə, İran rəsmilərinin “İrana hücum olarsa, müharibə ölkə sərhədlərini aşacaq, baş verə biləcək qarşıdurma yalnız İran ərazisi ilə məhdudlaşmayacaq və regionu əhatə edən genişmiqyaslı münaqişəyə çevrilə bilər” kimi bəyanatları Azərbaycana olan təhdidlərin ekspert və media səviyyəsindən çıxaraq rəsmi səviyyəyə keçməsinin göstəricisidir:

“Hərbi əməliyyatlar başlayarsa, təkcə Azərbaycanın deyil, həm də qardaş Türkiyənin hədəf olacağına dair bəyanatlar da var. Əslində İran ekspert, media və rəsmilərinin Azərbaycana və Türkiyəyə təhdidləri sağlam məntiqlə, İranın daxili və xarici vəziyyəti ilə ziddiyyət təşkil edir. Belə ki, İran uzun müddətdir ABŞ və İsraillə düşmənçilik edir, ərəb ölkələri ilə soyuq müharibə vəziyyətindədir, yaxın qonşuları olan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdıra bilmir, ölkə dərin iqtisadi və siyasi böhranın içərisindədir, narazı əhalinin etirazları vəhşicəsinə qan içində boğulur. Belə bir vəziyyətdə regionda söz sahibi olan, beynəlxalq aləmdə nüfuzunu getdikcə artıran yaxın qonşularla təhdid dilində danışmaq mühafizəkar dini rejimin uzaqgörən olmadığını bir daha təsdiq edir.

Digər tərəfdən, həm Türkiyə, həm də Azərbaycan heç vaxt İrana hərbi müdaxilə çağırışlarını dəstəkləməyib. Hələ bir neçə il bundan əvvəl İranın hərbi cəhətdən vurulması məsələsi gündəmə gəlmişdi. O zaman Türkiyə öz ərazisində yerləşən hərbi bazalardan İrana hər hansı hücuma icazə verməyəcəyini açıq şəkildə bildirdi. Azərbaycan da öz ərazisindən və hava məkanından İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına imkan verməyəcəyini bəyan etdi.

Türkiyə və Azərbaycan bu gün də eyni mövqedən çıxış edir. Türkiyə ABŞ-İran danışıqlarının təşkili üçün vasitəçilik missiyasını həyata keçirir. Artıq Türkiyənin vasitəçiliyi ilə danışıqların baş tutacağına dair məlumatlar yayılır.

Azərbaycan Prezidentinin İran lideri ilə, Azərbaycanın xarici işlər nazirinin İranın XİN rəhbəri ilə telefon danışığı, ölkəmizin ərazisindən və hava məkanından İrana qarşı istifadə olunmayacağına dair bəyanat bunu bir daha təsdiq edir.

Türkiyə və Azərbaycan bütün qonşu ölkələrdə hərbi qarşıdurmanın, müharibənin yox, sabitliyin tərəfdarıdır. Bu, İrana münasibətdə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, qonşu ölkələrdə sabitlik regionun təhlükəsizliyi və dayanıqlı inkişafı üçün vacib şərtdir. İranda həm də türk etnosuna mənsub 40 milyona yaxın insan yaşayır”.

Müsahibimiz sonda onu da qeyd edib ki, Türkiyə və Azərbaycanın İrana mümkün hərbi müdaxilə məsələsində mövqeləri və siyasəti hər 2 dövlətin milli maraqlarına və milli təhlükəsizliklərinə, bütövlükdə bölgənin təhlükəsizliyinə və inkişafına uyğundur:

“Hər 2 dövlət yaxın qonşuluqlarında və regionda müharibənin qarşısını almağa, İranla bağlı problemlərin hərbi təzyiq, güc və müharibə yolu ilə deyil, masada dialoq və siyasi mexanizmlərlə həllinə yönəlik siyasət yeridir”.

Oxunub: 1028
Paylaş:
Digər xəbərlər

Dünya

8-01-2026, 09:00

Vaşinqtonun İran planı: Tehranı Pekin və Moskvadan ayırmaq

Dünya

4-02-2025, 09:13

Yaxın Şərqin dəyişən xəritəsi - Kimlərə nə düşəcək?

Siyasət

16-06-2025, 09:00

“Zəngəzur dəhlizi əldən gedir” - İrəvanda panika

Dünya

26-01-2026, 09:38

Hakan Fidan: “İran küncə sıxışdırılsa, ən pis ssenariyə hazırlaşacaq”

Dünya

17-06-2025, 09:09

Yaxın Şərqdə üçüncü dünya savaşının önü açılır

Araşdırma
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
Dövlət bağçalarında yerlərin sayı artırılıb
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
Hadisə
Dün, 10:25
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
11-09-2026, 13:44
"UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
11-09-2026, 11:30
Ağdərədə mina partladı - Xəsarət alan var
11-09-2026, 09:25
Bəzi yollarda tıxac var
10-09-2026, 12:30
Arvadının başına ütü ilə vuran şəxs: “Gizlin şəkildə telefon işlədirdi, kiminləsə danışdığını gördüm”
10-09-2026, 12:09
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Son xəbərlər
  • Dün, 12:00
    İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
  • Dün, 10:58
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • Dün, 10:25
    “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
  • Dün, 10:16
    Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
  • Dün, 10:00
    Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
  • Dün, 09:42
    Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
  • Dün, 09:15
    Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
  • Dün, 09:00
    Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
  • 11-09-2026, 16:00
    İrəvan nəticə çıxarmalıdır - Bakıdan KRİTİK xəbərdarlıq
  • 11-09-2026, 15:30
    Paşinyan referenduma getməyəcək? – Bakıdan MÖVQE
  • 11-09-2026, 14:22
    Avropadan Şah İsmayıl qüdrətinin 475 illik təsviri - “Heç bir ordu qarşılarında dayana bilmirdi”
  • 11-09-2026, 14:00
    “Hitlerin davamçıları” hakimiyyətə gəlmək üzrədir - Almaniya gizli hərbi planını onlara verməyəcək
  • 11-09-2026, 13:44
    "UĞUR 777" estetik mərkəzdə həyata keçirilən qanunsuz əməliyyatlar zamanı Xəstələr hepatitə belə yoluxdurulub
  • 11-09-2026, 13:39
    ABŞ-İran savaşı BU TARİXDƏ bitir
  • 11-09-2026, 13:39
    Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA
  • 11-09-2026, 13:35
    Prezidentə müraciət etdilər
  • 11-09-2026, 13:16
    Duqinin yeni xülyası - postsovet ölkələrinə HƏDƏ
  • 11-09-2026, 12:00
    Türkiyə onları bir araya gətirdi: Mühüm razılaşma
  • 11-09-2026, 11:30
    Ağdərədə mina partladı - Xəsarət alan var
  • 11-09-2026, 11:07
    Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
  • 11-09-2026, 11:03
    Dövlət bağçalarında yerlərin sayı artırılıb
  • 11-09-2026, 10:59
    “Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimə oluna bilərsiniz-Video
  • 11-09-2026, 10:27
    İsrail "Hizbullah"ın alınmaz qalasını məhv etdi
  • 11-09-2026, 10:23
    Türkiyə MİT-i hərəkətə keçdi - İllərlə gizlənən "BOSS" yaxalandı
  • 11-09-2026, 10:15
    Ukrayna Rusiyada cəhənnəm gecəsi təşkil etdi: Neft zavodları, liman və Ozon mərkəzi alovlandı...
  • 11-09-2026, 09:33
    Quba-Xınalıq yolu çökdü - Video
  • 11-09-2026, 09:30
    Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir - Şeyxin qardaşı
  • 11-09-2026, 09:29
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:25
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:22
    2 məktəb yandı - 21 şagird həlak oldu+Fotolar
  • 11-09-2026, 09:18
    Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayır
  • 11-09-2026, 09:16
    Çində yeni təhlükəli virus yayılır – 15 əyalətdə aşkarlanıb, insanlara da keçib
  • 11-09-2026, 09:00
    Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
  • 10-09-2026, 16:00
    Ermənilər Azərbaycandan 1400 hektar istəyir - Ağstafa sərhədində yeni tələb - FOTO
  • 10-09-2026, 15:30
    Robotlar şübhəli insanları belə tutacaq - Süni intellektli polislər xidmətə başladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə