• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyan HƏDDİNİ aşdı – Bakıya “işğalçı” İTTİHAMI [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

2-02-2026, 15:30



Erməni ordusunun yaranışının 34-cü ildönümü ilə bağlı çıxışında Nikol Paşinyan 2020-ci ildən sonra sərhəd ərazilərinin Azərbaycan tərəfindən "işğal edilməsi” məsələsini qaldırıb. O bildirib ki, “işğal olunmuş ərazilər məsələnin həlli hər iki ölkədə artıq ən yüksək hüquqi qüvvəyə malik olan Ermənistan və Azərbaycan sərhəd delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamədə təsbit olunub və bu məsələ delimitasiya prosesində həll olunacaq”.

"Hraparak" isə yazıb ki, "Kirants kəndinin torpaqlarının delimitasiya bəhanəsi ilə birtərəfli və qanunsuz şəkildə təhvil verilməsindən bir il yarımdan çox vaxt keçib". Erməni nəşri sual edib ki, niyə 2020-ci ildən sonra Azərbaycanın "işğal" etdiyi 215 kvadrat kilometr ərazidən, eləcə də 30 ildən çoxdur "işğal altında" olan on minlərlə hektar Ermənistan torpaqlarından bir metr belə qaytarılmayıb?

İşə bax, 4 anklav kəndimizi işğalda saxlayan tərəf bizi işğalçılıqda ittiham edir. Bəs Paşinyana nə düşüb? O niyə sülh ab-havasına zərər vuran əsassız açıqlamalar verir? Nəhayət, ermənilərin iddia etdiyi o ərazilər qaytarıla bilərmi?

Politoloq Züriyə Qarayeva Musavat.com-a Paşinyanın çıxışını daxili auditoriyaya hesablanmış şərh hesab etdiyini vurğulayıb. Onun qənaətinə görə, erməni baş nazir başqa fikir söyləyə bilməzdi, çünki seçkilər yaxınlaşır və rəqibləri davamlı olaraq onu Azərbaycanın maraqlarına xidmət etmək günahlandırır. "Bu nöqteyi-nəzərdən Paşinyan delimitasiya prosesinə toxunaraq məsələnin bu müstəvidə həll olunacağını bəyan edib. Sözsüz ki, məsələ 2021-ci ildə sərhəd toqquşmalarında Azərbaycanın nəzarətə götürdüyü strateji yüksəkliklərdən gedir. Həmin ərazilərin Ermənistana aid olduğunu iddia edə bilməzlər. Ona görə ki, döyüşlər şərti sərhəddə gedib və delimitasiya yoxdursa, erməni tərəfi ərazi iddiası irəli sürə, Azərbaycanı işğalçı adlandıra bilməz. Axı şərti sərhəddə ərazinin hansı tərəfə məxsus olduğu barədə dəqiqləşmə getməyib. Xatırlayıram ki, bir ara Makron da eyni ittihamları səsləndirirdi. Ancaq əsas yoxdur. Odur ki, delimitasiya prosesi getməlidir", - deyə politoloq deyib.

Ekspertin fikrincə, iki ölkə arasında sərhəd dəqiqləşmələri sürətlənməlidir. Bunun sülh prosesinə və regionda dayanıqlı sabitliyə töhfə verəcəyini deyən həmsöhbətimiz bildirib ki, komissiya işini genişləndirməklə bu ittihamlara son qoyula bilər.

Hərbi ekspert Ramil Məmmədli isə qeyd edib ki, Paşinyan yalan danışır və xalqını sakitləşdirir:

"Əgər o ərazilərin Azərbaycana aid olduğunu bildirsəydi, seçki ərəfəsində xalqın gözündə reytinqini itirərdi. Müxalifət hələ də iddia edir ki, hakimiyyət guya Qarabağı təslim edib. Bu təbliğatın qarşısında erməni baş nazir yalan danışmağa məcburdur. Lakin istənilən halda səhv məlumat verib və sözügedən ərazilər Azərbaycan torpaqlarıdır. Biz onları geri qaytarmayacağıq. Çünki delimitasiya sübut edəcək və xəritələr əsasında faktlar təqdim olunacaq. Şərti sərhəd o deməkdir ki, ərazi iddiası irəli sürmək əsaslı ola bilməz. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsi böyük zaman tələb edir. Nəzərə almalıyıq ki, texniki tərəfləri çoxdur. Sadəcə, Paşinyan delimitasiya çərçivəsində məsələnin həll olunacağını deməklə ermənilərin başını qatıb".

Hərbi ekspert anklav kəndlərin qaytarılmasını isə qaçılmaz sayır:

"Bu məsələdə isə mübahisəli hal yoxdur. Erməni tərəfi etiraf edir ki, kəndlər bizimdir. Ancaq Başkəndi istəyirlər, bu da bizim üçün məqbul deyil. Başkənd strateji əhəmiyyətə malikdir. Ona görə də anklavlar məsələsi qeyri-müəyyən olaraq qalır".

Oxunub: 1014
Paylaş:
Digər xəbərlər

Siyasət

12-01-2026, 12:09

İrəvandan SENSASİON etiraf – Bu ərazilərimiz qaytarılacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-03-2024, 15:30

Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

10-02-2025, 12:42

Paşinyan: Ermənistanla Azərbaycan arasındakı növbəti müharibə… [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

13-03-2024, 15:30

Paşinyan Qazaxa gəlir: Delimitasiya baş tutacaq? - İNCƏLƏMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

4-06-2024, 13:29

“Erməni ocağı” da Azərbaycana təhvil verilir - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
Albertə haqsız hücumlar
Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
Hadisə
Bugün, 12:21
Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
Bugün, 12:15
İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
Bugün, 11:18
Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
Bugün, 10:45
Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
Dün, 12:58
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
Dün, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bugün, 16:49
    Prezident 5 polkovnikə general-mayor rütbəsi verdi - ADLAR
  • Bugün, 16:46
    Bu hərbçilər təltif edildi - SİYAHI
  • Bugün, 16:39
    Azərbaycan Prezidenti şəhid hərbçiləri təltif etdi - SİYAHI
  • Bugün, 16:00
    Yay gəldi, meyvələr ucuzlaşmadı - bazardakı bahalığın səbəbləri
  • Bugün, 15:30
    Albertə haqsız hücumlar
  • Bugün, 14:52
    Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi təsdiqlədi
  • Bugün, 14:21
    Kral III Çarlz Muxtar Babayevlə görüşüb
  • Bugün, 12:40
    Daxili işlər naziri Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirəcək
  • Bugün, 12:33
    İlham Əliyev Sloveniya Prezidentini təbrik edib
  • Bugün, 12:29
    ABB-dən kartlardan silinən pullarla bağlı yeni AÇIQLAMA
  • Bugün, 12:25
    Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
  • Bugün, 12:21
    Polisə tabe olmadı, postda dava saldı - Həbs olundu
  • Bugün, 12:15
    İrəvanda qondarma rejimin "bayrağı" söküldü - SAXLANILANLAR VAR
  • Bugün, 11:22
    Balıqçılıq məhsullarının yeni satış qaydası müəyyənləşir
  • Bugün, 11:18
    Sabiq MTN generalı 10 il sonra azadlığa buraxıldı
  • Bugün, 10:45
    Masallıda çay kənarında çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • Bugün, 10:08
    Kredit götürmək istəyənlərin nəzərinə: Qaydalar dəyişir
  • Bugün, 10:04
    İşləyənlərin nəzərinə! – Bu gün qısa iş günüdür
  • Bugün, 10:00
    Bu ölkələrdə dəhşətli zəlzələ - Fövqəladə vəziyyət elan edildi -YENİLƏNDİ
  • Bugün, 09:55
    “Artıq Ukrayna üçün təhlükə yaratmırlar”
  • Bugün, 09:51
    Mask COVID-19-un yaradılmasında onları günahlandırdı
  • Bugün, 09:46
    Xankəndi, Xocavənd, Şuşa, Cəbrayıl, Xocalı və Ağdərəyə köç karvanları getdi
  • Bugün, 09:29
    Aşuraya görə qanvermə aksiyası başladı - ÜNVANLAR
  • Bugün, 09:16
    Bu gün Aşuradır
  • Bugün, 09:12
    İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu
  • Bugün, 09:00
    I ixtisas qrupu üzrə 700 bal toplayan Burlaxatun
  • Dün, 16:00
    Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə
  • Dün, 15:30
    ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir?
  • Dün, 15:26
    İlham Əliyev Numan Kurtulmuşu qəbul etdi
  • Dün, 13:43
    Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR
  • Dün, 13:03
    ABŞ-dən İranla bağlı gözlənilməz qərar - İcazə verildi
  • Dün, 12:58
    "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
  • Dün, 12:54
    İnflyasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Dün, 12:50
    Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
  • Dün, 12:14
    Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə