• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kremlin Cənubi Qafqazla bağlı qorxulu ssenariləri: Xaos, çevriliş planları [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-12-2025, 09:00



Son aylarda Kremlin Cənubi Qafqaz uğrunda geosiyasi mübarizədə fəaliyyətində nəzərəçarpacaq canlanma müşahidə olunmaqdadır. Ukrayna cəbhəsində davam edən müharibə Rusiyanın manevr imkanlarını məhdudlaşdırsa da, Moskva regionda mövqelərini itirməmək üçün əsasən diplomatik, siyasi və iqtisadi təzyiq alətlərinə üstünlük verir. Hazırda isə bu strategiyanın mərkəzində İrəvan dayanır.

Moskvanın narahatlığı, Paşinyanın dilemması və Kremlin cavabı

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun son açıqlamaları Kremlin İrəvanın Avropa İttifaqına inteqrasiya niyyətindən ciddi narahatlıq keçirdiyini açıq şəkildə ortaya qoyur. Overçukun “Ermənistan nə vaxtsa Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməli olacaq” fikri Moskvanın İrəvana ünvanladığı açıq xəbərdarlıq kimi qiymətləndirilə bilər. Kreml açıq şəkildə bildirir ki, iki inteqrasiya məkanında paralel üzvlük mümkün deyil.

Bu bəyanatlar fonunda Rusiya-Ermənistan iqtisadi münasibətlərində kəskin geriləmə də diqqət çəkir. Əgər ötən il iki ölkə arasında ticarət dövriyyəsi 12,4 milyard dollar təşkil edirdisə, bu il bu rəqəmin təxminən 6 milyard dollara düşəcəyi gözlənilir. Overçukun “Rusiya biznesi Ermənistanla işləməkdən ehtiyat etməyə başlayıb” açıqlaması iqtisadi rıçaqların artıq siyasi təzyiq alətinə çevrildiyini göstərir.

Baş nazir Nikol Paşinyan Aİİ-dən çıxmağın Ermənistanın hazırkı məqsədi olmadığını bildirsə də, strateji hədəfin Avropa İttifaqına üzvlük olduğunu gizlətmir. O, həmçinin vaxtı çatanda bu məsələ ilə bağlı siyasi qərarın veriləcəyini bəyan edib. Formal olaraq Kremlin bu mövqeyə münasibəti hələlik yumşaqdır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aİ-yə üzvlük arzusunun Ermənistanın suveren hüququ olduğunu bildirib. Lakin real proseslər göstərir ki, Moskva bu “suveren hüququ” faktiki olaraq məhdudlaşdırmağa çalışır.

“Tramp yolu” və Zəngəzur üzərindən manipulyasiya cəhdləri

Kremlin regional gündəlikdə istifadə etdiyi əsas mövzulardan biri də kommunikasiyaların açılması ilə bağlı layihələrdir. Moskva “Tramp yolu” təşəbbüsündə iştirak etmək iddiasını irəli sürərək prosesdə söz sahibi olmağa çalışır. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin Moskvanın bu layihənin parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələrə hazır olduğunu açıqlayıb.

Lakin Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bu mövzuda Rusiya ilə hər hansı müzakirənin aparılmadığını bəyan etməklə Moskvanın iddialarını təkzib edib. Paralel olaraq Rusiya rəsmilərinin Zəngəzurda reallaşacaq dəmir yolunun guya vaxtilə Azərbaycanın balansında olması ilə bağlı fikirləri Bakı–İrəvan sülh prosesinə süni maneələr yaratmaq cəhdi kimi qiymətləndirilir.

Moskva anlayır ki, Azərbaycan və Ermənistan arasında davamlı sülh əldə olunarsa, o zaman Cənubi Qafqazda əbədi olaraq “arbitraj” rolundan məhrum olacaqlar.

Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması suverenlik və qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirilməlidir və kənar manipulyasiyalara yer yoxdur.

Regional oyunçular: Tehran və Brüsselin rolu

Prosesdə yalnız Moskva deyil, digər regional və qlobal aktorlar da fəallaşıb. İran “Tramp yolu” təşəbbüsünə qarşı çıxaraq onu Zəngəzur dəhlizi ilə eyniləşdirir və açıq şəkildə bu layihəyə müqavimət göstərir. Tehran üçün əsas narahatlıq regional nəqliyyat marşrutlarının dəyişməsi və geosiyasi balansın onun ziyanına transformasiyasıdır.

Brüssel isə əksinə, İrəvanla əməkdaşlığı dərinləşdirməklə Ermənistanın Avropa orbitinə yaxınlaşmasını təşviq edir. Avropa İttifaqı ilə Ermənistan arasında son dövrlərdə imzalanan razılaşmalar Kremlin narahatlığını daha da artırır və Moskvanı daha aqressiv diplomatik fəaliyyətə sövq edir.

Çevriliş ssenarisi: real təhlükə

Moskvanın fəaliyyət məntiqi göstərir ki, Ermənistan üzərində təsir imkanları tam itirildiyi təqdirdə, Kreml daha radikal ssenariləri də istisna etmir. Hakimiyyət dəyişikliyi, hətta konstitusion quruluşun pozulması bahasına belə, Rusiyaya bağlı qüvvələrin önə çəkilməsi Kremlin regional strategiyasında artıq ehtimal edilən variantdır. Odur ki, Rusiyaya bağlı siyasi müxalifət, radikal qruplar və kilsə strukturlarının son aylarda fəallaşması təsadüfi deyil. Bu qüvvələr ictimai narazılığı süni şəkildə artırmaq, küçə etirazlarını genişləndirmək və hakimiyyəti zəiflətmək üçün koordinasiyalı şəkildə hərəkət edir. Məqsəd Ermənistanda idarəolunmaz vəziyyət yaratmaqla “xilasçı” obrazı altında Moskvaya bağlı və loyal qüvvələri yenidən hakimiyyətə gətirməkdir.

Postsovet məkanında oxşar presedentlərin mövcudluğu bu ehtimalları gücləndirir.

Azərbaycanın mövqeyi: sülhə alternativ yoxdur

Bu proseslər fonunda Azərbaycanın mövqeyi prinsipial və dəyişməzdir. Bakı Cənubi Qafqazda davamlı sülhün, suverenliyə hörmətin və regional əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionun gələcəyi kənar güclərin təzyiq və manipulyasiyaları üzərində deyil, birbaşa regional aktorların siyasi iradəsi əsasında qurulmalıdır.

Kremlin Cənubi Qafqaza yenidən qayıtmaq cəhdi Ermənistan üzərindən həyata keçirilən təhlükəli və destabilizasiyaedici strategiya ilə müşayiət olunur. Diplomatik təzyiq, iqtisadi şantaj, daxili siyasi sabotaj, xaos, vətəndaş qarşıdurmaları və çevriliş ssenariləri Moskvanın alətlər qutusunda yer alır. Lakin dəyişən regional və qlobal şərtlər fonunda bu cəhdlərin uğur qazanması getdikcə daha da çətinləşir. Cənubi Qafqaz artıq köhnə imperiya reflekslərinin işlədiyi məkan deyil.

Oxunub: 1020
Paylaş:
Digər xəbərlər

Dünya

8-05-2025, 09:11

Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa… [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-10-2025, 09:00

Kreml Paşinyanın “qələmini qırmaq”da israrlıdır: Ermənistan üçün “fəlakət ssenarisi” sürətlə yaxınlaşır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

27-05-2023, 09:41

"Bu, Kremlin Cənubi Qafqaz siyasətinin iflası deməkdir" - İLGİNC DETALLAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

19-05-2023, 16:00

Kremlin yeni planı NƏDƏN İBARƏTDİR? - ŞƏRH [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

1-07-2025, 09:00

Rusiya Cənubi Qafqazdan tamamilə çıxarılır: Regionun hər üç “qapı”sı Kremlin üzünə qapadılır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
Bu gündən bu qanun qüvvəyə minir
Rayonlara səfər edənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi
Bakıkartın qiyməti artdı
Hərbi xidmətə çağırış başladı
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı DƏYİŞİKLİK
Hadisə
Bugün, 14:04
Sabiq rektor VƏFAT ETDİ
Bugün, 13:19
"İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
Bugün, 11:11
Şəhid atası vəfat etdi
Dün, 12:31
Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
Dün, 11:23
Gizlədilən silahlar belə aşkarlandı - XÜSUSİ ƏMƏLİYYAT
29-06-2026, 13:06
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Son xəbərlər
  • Bugün, 16:00
    Putin müharibəni dayandırır? - Analitiklər mümkün variantları açıqladı
  • Bugün, 14:04
    Sabiq rektor VƏFAT ETDİ
  • Bugün, 13:22
    Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
  • Bugün, 13:19
    "İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
  • Bugün, 13:15
    Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
  • Bugün, 13:08
    NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”
  • Bugün, 11:38
    Bu gündən bu qanun qüvvəyə minir
  • Bugün, 11:25
    Rayonlara səfər edənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi
  • Bugün, 11:21
    İlham Əliyev onları təbrik etdi
  • Bugün, 11:14
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Bugün, 11:11
    Şəhid atası vəfat etdi
  • Bugün, 11:07
    Sahibkarlara ŞAD XƏBƏR - Bu gündən yeni qayda qüvvəyə mindi
  • Bugün, 11:03
    Bakıkartın qiyməti artdı
  • Bugün, 10:59
    Leyla Əliyeva Şəki Məhəmməd Füzuli adına parkda - FOTO
  • Bugün, 10:55
    Leyla Əliyeva Şəkidə Uşaq evində - FOTO
  • Bugün, 10:51
    Hərbi xidmətə çağırış başladı
  • Bugün, 10:30
    Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
  • Bugün, 09:50
    Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı DƏYİŞİKLİK
  • Bugün, 09:46
    Bu ölkələrin vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər
  • Bugün, 09:00
    AQTA sədrindən hormonlu broyler toyuqları ilə bağlı İDDİALARA CAVAB
  • Dün, 21:22
    Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ
  • Dün, 17:16
    Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi
  • Dün, 16:00
    Dünyada siqaret dövrü bitir – rekord sayda iş yeri bağlanır
  • Dün, 15:30
    "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
  • Dün, 14:22
    Avropada öldürən istilər: parislilər evlərini qeyri-adi üsulla qoruyur
  • Dün, 13:20
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Dün, 12:31
    Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
  • Dün, 12:19
    Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq
  • Dün, 12:16
    Bu qaydanı pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:10
    Məcburi köçkünlərə sosial dəstəklə bağlı yeni modelə keçirilir
  • Dün, 11:32
    Büdcənin icrası haqqında qanun qəbul edildi
  • Dün, 11:28
    “Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır”
  • Dün, 11:23
    Gizlədilən silahlar belə aşkarlandı - XÜSUSİ ƏMƏLİYYAT
  • Dün, 10:27
    Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
  • Dün, 09:49
    “Azeri Light” bahalaşdı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə