• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Rus general Kremlə “böyük fəlakət” xəbərdarlığı etdi: Rusiya yeni “savaş modeli”nin ilk hədəfi olacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-10-2025, 09:18

Rus general Kremlə “böyük fəlakət” xəbərdarlığı etdi: Rusiya yeni “savaş modeli”nin ilk hədəfi olacaq


Rus hərbi dairələri hesab edirlər ki, “rəqəmsal müharibə” artıq inkaredilməz yeni reallıqdır, Rusiya risklərin hesablanma gücü və süni intellekt sahəsində Qərbdən çox geri qalır, sənaye və elmi bazanın məhdudluğu isə geostrateji balansı pozur... Əgər, Kreml bu təhlükəli boşluğu doldurmazsa, Rusiya hərbi-texnoloji sahədə tənəzzül riski ilə üzləşəcək, çünki müasir müharibələr artıq PUA-lar, peyk nəzarəti, kiberhücumlar və alqoritmik qərar sistemləri ilə aparılır, texnoloji çeviklik yeni “strateji silaha” çevrilir...
"Yeni Müsavat" xəbər verir ki, son vaxtlar dünyanın əsas siyasi iradə mərkəzlərindən verilən bəyanatlar beynəlxalq münasibətlər sisteminin artıq yeni mərhələyə daxil olduğunu göstərir. Belə ki, qlobal qarşıdurmanın yeni mərhələsində “rəqəmsal müharibə” faktoru geopolitik reallığın sərhədlərini müəyyən etməyə başlayıb. Və bu baxımdan, Avropa dövlətlərinin “böyük müharibəyə” hazırlaşdığı, ABŞ-ın “dondurulmuş sülh” axtarışında olduğu, Kremlin isə indi Rusiyanın ən zəif sahələrindən biri olan müasir “rəqəmsal reallığa” uyğunlaşmağa çalışdığı müşahidə edilir.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Avropa böyük müharibəyə hazırlaşır və bunu gizlətmir” xəbərdarlığı ilə diqqəti çəkib. Polşanın baş naziri Donald Tuskun “Zelenski Ukraynanın daha iki-üç il də döyüşməyə hazır olduğunu bildirir” açıqlaması böyük maraq doğurub. ABŞ-ın dövlət katibi Marko Rubionun “münaqişənin dondurulması” təklifi və Ağ Ev sahibi Donald Trampın “Ukrayna savaşı da həll olunacaq” bəyanatı isə hazırda ziddiyyətlərin ən yüksək həddə çatdığını göstərir. Bu bəyanatlar bir-birindən fərqli ritorikalara bağlı məzmunlarda olsa da, əslində, birmənalı şəkildə eyni həqiqəti təsdiqləyir. Yəni, müasir dünya artıq yeni geopolitik və texnoloji qarşıdurma mərhələsinə daxil olub.

Təbii ki, hazırda Rusiyanın Avropa ölkələrinə münasibətdə “böyük müharibə”yə hazırlıqla bağlı iddialarının arxasında gizlənən məqamlar da maraq doğurmamış deyil. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu barədə bəyanatı sadəcə, siyasi-diplomatik xəbərdarlıq deyil, həm də Kremlin Qərbin hərbi hazırlıqlarına verdiyi təlaş ifadə edən strateji reaksiyadır. Rusiya tərəfi NATO-nun Şərq cinahında artan hərbi potensialını - Polşa, Baltikyanı ölkələrdə və Rumıniyada yerləşdirilən qoşun kontingentlərini Avropanın “böyük müharibə”yə hazırlığı kimi təqdim edir.

Maraqlıdır ki, Kremlin bu iddialarının daha çox Rusiyanın daxili aiditoriyasına yönəldilmiş propoqanda tezisləri olduğu artıq qətiyyən şübhə doğurmur. Belə ki, Kreml bu propoqanda tezisləri ilə Rusiya cəmiyyətində mühasirə psixologiyasını möhkəmləndirməyə, Qərb daxilindəki fərqli yanaşmaları qabartmaq, xüsusilə də, Fransa və Almaniya kimi dövlətlərin “eskalasiyadan yayınmaq” siyasətinə diqqəti çəkməyə çalışır. Rusiya üçün “böyük müharibə” anlayışı yalnız hərbi deyil, həm də siyasi-ideoloji mübarizə məzmunu daşıyır. Və Rusiyanın Qərbə qarşı “mədəni müharibə” ritorikasının tərkibinə daxil olur.

Məsələ ondadır ki, Kremldə Ukrayna savaşının uzanmasından ciddi şəkildə narahatdırlar. Belə ki, Polşanın baş naziri Donald Tuskun da bəyan etdiyi kimi, “Ukraynanın daha iki-üç il döyüşməyə hazır olması” Qərbin rəsmi Kiyevə dəstəyinin taktiki xarakter aldığını göstərir. Çünki Qərb ölkələrində artıq “Ukraynanın qələbəsi” deyil, Rusiya ilə uzunmüddətli qarşıdurmanın idarəedilməsi müzakirə olunur.

Bu baxımdan, ABŞ-ın dövlət katibi Marko Rubionun “münaqişə tərəfləri indiki mövqelərində qalmalıdırlar, əgər, belə olarsa, qalan mübahisəli məsələlər daha sonra müzakirə edilə bilər” deməsi Ukrayna savaşı üzrə danışıqlar prosesində mühüm dönüş nöqtəsi hesab olunur. Çünki bu, ABŞ-ın Ukrayna siyasətində “pragmatik tənzimləmə” mərhələsinə keçməyə çalışdığını göstərir. Marko Rubionun bu təklifi faktiki olaraq, “dondurulmuş sülh” modelidir, əsas hədəf Rusiyanın hərbi qələbəsini və Qərbin strateji məğlubiyyətini əngəlləməkdir. Ancaq bu model Ukraynanın dövlət suverenliyini bərpa etmir, sadəcə, müharibəni idarə olunan vəziyyətə gətirir. Və beləliklə, Qərb üçün əsas məqsəd artıq qələbə deyil, yalnız nəzarət oluna bilən sabitlikdir.

Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın son açıqlamaları Ağ Evin xarici siyasətdə “qlobal yükdən azad olma” strategiyasını davam etdirdiyini göstərir. Ağ Ev sahibi “dünyadakı səkkiz münaqişəni bitirdik, geriyə qalan yalnız Rusiya və Ukraynadır” deyərək, özünü qlobal böhranların əsas tənzimləyicisi kimi təqdim edir. Prezident Donald Trampın “Putinlə isti münasibətlər” barədə dedikləri isə gələcək siyasi-diplomatik konfiqurasiyanın mümkün istiqamətini göstərir. Yəni, ABŞ-Rusiya münasibətlərində pragmatik, ancaq Ukraynanın əleyhinə ola biləcək dialoq dövrü başlaya bilər. Və bu, həm də Marko Rubionun “dondurulmuş sülh” modelinə siyasi zəmin yaradır.

Onu da qeyd etmək lazımdır ki, yaxın gələcəkdə geopolitik proseslərin necə inkişaf edə biləcəyi ilə bağlı tam aydın təsəvvürlər olmadığından, Kremldə “dondurulmuş sülh” modelinə ehtiyatla yanaşırlar. Hər halda, Rusiya hərbi-siyasi elitasının daxilində əlverişsiz reallığın fərqinə varmaq tendensiyası güclənir. Rusiya Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Yuri Baluyevski və Strateji və Texnoloji Təhlillər Mərkəzinin direktoru Ruslan Puxovun ortaq analitik məqaləsində açıq şəkildə bildirilir ki, “rəqəmsal müharibə” artıq yeni inkaredilməz reallıqdır. Onların fikrincə, orta müddətli perspektiv baxımından, Rusiya risklərin hesablanma gücü və süni intellekt sahəsində Qərbdən çox geri qalır, sənaye və elmi bazanın məhdudluğu isə geostrateji balansı pozur.

Ona görə də, əgər, Kreml bu önəmli boşluğu aradan qaldırmağa nail olmazsa, Rusiya hərbi-texnoloji sahədə tənəzzül riski ilə üz-üzə qala bilər. Bu arqumentlər də onu göstərir ki, müasir müharibə artıq PUA-lar, peyk nəzarəti, kiberhücumlar və alqoritmik qərar sistemləri ilə aparılır. Bu baxımdan, Rusiya üçün ənənəvi resurs üstünlüyü (torpaq, enerji, əhali) artıq kifayət deyil, çünki texnoloji çeviklik yeni “strateji silaha” çevrilməkdədir.

Bütün bunlar onu göstərir ki, yeni qlobal nizamın geopolitik sərhədlərinin təyin edilməkdə olduğu bir şəraitdə dünya siyasi-ideoloji bloklaşmadan, geostrateji reallığa keçid mərhələsinə yaxınlaşır. Beləliklə, Rusiya hərbi dairələrində “böyük fəlakət”in başlanğıcı kimi ifadə olunan bu mərhələdə qlobal qarşıdurmanın geostrateji hədəfləri artıq yalnız tanklarla və raketlərlə deyil, həm də hərbi risklərin hesablanma gücü, beynəlxalq informasiya nəzarəti və siyasi iradə ilə müəyyən olunacaq. Və yeni “geopolitik oyunlar” artıq məhz rəqəmsal müstəvidə aparılır, bu reallığa qarşıduran tərəflərdən hansı daha tez uyğunlaşacaqsa, deməli, gələcək qlobal nizamı da elə o müəyyən edəcək.

Oxunub: 1030
Paylaş:
Digər xəbərlər

Dünya

10-10-2025, 09:00

Qərb kəşfiyyatı qorxunc planı ifşa etdi: Qlobal savaş ssenarisi artıq "strateji masa"dadır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-08-2024, 09:27

NATO-nun Rusiya ilə savaş planı reallığa çevrilir: Kremlin Avropadakı hədəflərinin "fəlakət xəritəsi" də yayıldı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

2-10-2025, 09:00

Kreml Ukrayna savaşını artıq uduzur: Rusiya üçün indi əsl yeni müharibə başlayır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

26-08-2024, 09:17

Avropa Birliyi yeni "Roma İmperiyası" olmağa can atır: Qərbin strateji hədəfi dünyanı müstəmləkəyə çevirməkdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

9-10-2025, 16:00

Avropa artıq müharibə şəraitindədir: liderlər “dünyanın sonu”nu elan edirlər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
Bu gündən bu qanun qüvvəyə minir
Rayonlara səfər edənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi
Bakıkartın qiyməti artdı
Hərbi xidmətə çağırış başladı
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı DƏYİŞİKLİK
Hadisə
Bugün, 14:04
Sabiq rektor VƏFAT ETDİ
Bugün, 13:19
"İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
Bugün, 11:11
Şəhid atası vəfat etdi
Dün, 12:31
Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
Dün, 11:23
Gizlədilən silahlar belə aşkarlandı - XÜSUSİ ƏMƏLİYYAT
29-06-2026, 13:06
Qaxda gizli narkotik plantasiyası– ölkə üzrə 150 kiloqramdan çox narkotik, silahlar və onlarla şübhəli saxlanıldı
Son xəbərlər
  • Bugün, 17:17
    "Respondentlərin 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir" - MEDİA
  • Bugün, 16:00
    Putin müharibəni dayandırır? - Analitiklər mümkün variantları açıqladı
  • Bugün, 14:04
    Sabiq rektor VƏFAT ETDİ
  • Bugün, 13:22
    Bu gündən satışı qadağan edilir - 5 min manatək cərimə olunacaqsınız
  • Bugün, 13:19
    "İdrak" liseyində şagirdin müəllimi güllələmə səbəbi bilindi - İTTİHAM AKTI
  • Bugün, 13:15
    Yeni Konstitusiya qüvvəyə mindi - Parlament buraxıldı
  • Bugün, 13:08
    NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”
  • Bugün, 11:38
    Bu gündən bu qanun qüvvəyə minir
  • Bugün, 11:25
    Rayonlara səfər edənlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdi
  • Bugün, 11:21
    İlham Əliyev onları təbrik etdi
  • Bugün, 11:14
    "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
  • Bugün, 11:11
    Şəhid atası vəfat etdi
  • Bugün, 11:07
    Sahibkarlara ŞAD XƏBƏR - Bu gündən yeni qayda qüvvəyə mindi
  • Bugün, 11:03
    Bakıkartın qiyməti artdı
  • Bugün, 10:59
    Leyla Əliyeva Şəki Məhəmməd Füzuli adına parkda - FOTO
  • Bugün, 10:55
    Leyla Əliyeva Şəkidə Uşaq evində - FOTO
  • Bugün, 10:51
    Hərbi xidmətə çağırış başladı
  • Bugün, 10:30
    Azərbaycan və İrlandiya diplomatik münasibətlərin 30 illiyini qeyd edir
  • Bugün, 09:50
    Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı DƏYİŞİKLİK
  • Bugün, 09:46
    Bu ölkələrin vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər
  • Bugün, 09:00
    AQTA sədrindən hormonlu broyler toyuqları ilə bağlı İDDİALARA CAVAB
  • Dün, 21:22
    Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ
  • Dün, 17:16
    Azərbaycan Prezidenti Venesuelaya başsağlığı verdi
  • Dün, 16:00
    Dünyada siqaret dövrü bitir – rekord sayda iş yeri bağlanır
  • Dün, 15:30
    "Bravo"da kiflənmiş "Holland pendiri" satılıb? – Müştərilərdən ard-arda şikayətlər
  • Dün, 14:22
    Avropada öldürən istilər: parislilər evlərini qeyri-adi üsulla qoruyur
  • Dün, 13:20
    Psixiatriya ilə bağlı elektron kart tətbiq olunacaq
  • Dün, 12:31
    Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək
  • Dün, 12:19
    Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq
  • Dün, 12:16
    Bu qaydanı pozanlar 50 min manatadək cərimələnəcəklər
  • Dün, 12:10
    Məcburi köçkünlərə sosial dəstəklə bağlı yeni modelə keçirilir
  • Dün, 11:32
    Büdcənin icrası haqqında qanun qəbul edildi
  • Dün, 11:28
    “Nəticədə bir yaxşı müəllim azalır, bir pis direktor artır”
  • Dün, 11:23
    Gizlədilən silahlar belə aşkarlandı - XÜSUSİ ƏMƏLİYYAT
  • Dün, 10:27
    Azərbaycanda bir qrup şəxsə yeni mənzillər veriləcək
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə