• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyanın təşəkkürü, müxalifətin cığallığı, Ermənistan parlamentində gərginlik [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-10-2025, 14:25



Azərbaycan Prezidentinin Astana bəyanatına Tiflisdən reaksiya verən Ermənistanın baş naziri Azərbaycanla barışığın detallarından danışdı; ermənişünas alim: “Müxtəlif revanşist ünsürlərin çığır-bağırdan başqa əllərindən heç nə gəlməyəcəyi açıq görünür”

Prezident İlham Əliyevin Qazaxıstanın paytaxtında səsləndirdiyi bəyanat Ermənistanın gündəmini tamamilə dəyişib. Dövlət başçımızın Zəngəzur dəhlizinin reallaşdırılmasına yönəlik çağırışı, həmçinin Qazaxıstan taxılının Ermənistana daşınması üçün Azərbaycanın imkanlar yaratdığını elan etməsinə Ermənistanın baş naziri Nikol Paşinyanın Tiflisdən səsləndirdiyi təşəkkür cavabı və qarşısına qoyulan “ev tapşırıqları”nın həll etmək istəyində olduğunu nümayiş etdirməsi fonunda revanşistlər əməlli-başlı qeyzləniblər.

N.Paşinyan Gürcüstanda keçirilən “İpək yolu” konfransında deyib ki, ölkəsi siyasi baxımdan Naxçıvan Muxtar Respublikasından Azərbaycanın materik hissəsinə və geriyə Ermənistan ərazisindən tranziti təmin etməyə hazırdır, lakin texniki cəhətdən infrastrukturun olmaması səbəbindən hələ bunu reallaşdıra bilmirlər.

“Yeni Müsavat” erməni mediasına istinadən bildirir ki, Ermənistanın baş naziri daha sonra deyib: “Siyasi baxımdan biz Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Türkiyə ilə Azərbaycanın materik hissəsi arasında dəmir yolu tranzitini təmin etməyə də hazırıq, lakin bu hissələrdə dəmir yolu təmir və ya yenidənqurma tələb edir. Əminəm ki, iki-üç il ərzində texniki məsələlər öz həllini tapacaq”.

Erməni baş nazir daha sonra sensasiya sayılacaq açıqlama da verib: “Yaxın vaxtlarda Ermənistan ərazisindən boru kəmərləri və Azərbaycan-Ermənistan-Türkiyə elektrik xətləri çəkiləcək. Artıq qeyd etdiyim kimi, dəmir yolu və avtomobil yolları da qurulacaq. Bütün bunlar TRIPP proqramı çərçivəsində müzakirə olunur. Biz Türkiyə və Azərbaycanla da müvafiq danışıqlar aparırıq. Biz də bu razılaşmaların həyata keçirilməsi üçün ABŞ ilə işləyirik”.

N.Paşinyan qeyd edib ki, bütün bunların həyata keçirilməsinin ən mühüm şərti Vaşinqton sammiti nəticəsində Ermənistanla Azərbaycan arasında yaradılmış sülhdür: “Biz hazırda Azərbaycanla bu barışığı daha institutsionallaşdırmaq üçün çalışırıq. Biz Vaşinqtonda paraflanmış Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanması və ratifikasiyası üzərində işləyirik. Eyni zamanda bütün nəqliyyat əlaqələri mərhələli şəkildə açılaraq regionumuza tarixi dəyişikliklər gətirəcək. Bölgəmizdəki nəqliyyat layihələrinin bir-biri ilə rəqabət aparması ilə bağlı bəzi açıqlamalar eşitmişəm. Mən bu fikirlə qətiyyən razı deyiləm, çünki bizim regionda nəqliyyat marşrutları bir-birini tamamlayır, Cənubi Qafqazın tranzit potensialını artırır. Vaşinqton bəyannaməsinin üçüncü bəndində deyilir ki, Fars körfəzi-Qara dəniz dəmir yolu da açılacaq və bu, təkcə Ermənistanın deyil, həm də Gürcüstan və Azərbaycanın potensialını xeyli artıracaq. Ermənistanla Türkiyə arasında dialoq, Ermənistanla Azərbaycan arasında yaradılmış sülh, TRİPP layihəsi, Gürcüstan və İranın region ölkələri ilə mehriban qonşuluq münasibətləri Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb istiqamətlərində ən cəlbedici tranzit marşrutuna çevirəcək. Bu, o deməkdir ki, regionumuzdakı bütün ölkələrin infrastrukturu bu artan axınları idarə etmək üçün kifayət qədər olmasa da, sıxılacaq. Hazırda Cənubi Qafqaza yönəlmiş böyük beynəlxalq maraq bizim, yəni Ermənistanın sərmayə qoyduğu kapitaldır”.

Baş nazir deyib ki, regionumuzun inkişafını və sabitliyini təmin etmək üçün Gürcüstan və Azərbaycanın imkanlarından düzgün istifadə edilməlidir: “Nəhayət, Cənubi Qafqazda təkcə sülhü deyil, həm də rifahı və inkişafı təmin etmək üçün tarixi imkanımız var. Axı sülh, firavanlıq və inkişaf ticarət yüklərinin, boru kəmərlərinin və elektrik xətlərinin daimi yoldaşlarıdır və əksinə. Kommersiya yükləri, boru kəmərləri və elektrik xətləri sülh və rifahın daimi yoldaşlarıdır. Bölgəmizə əmin-amanlıq gəlib və bizə yalnız yük dövriyyəsini artırmaq, boru kəmərlərini, elektrik xətlərini artırmaq, Cənubi Qafqazda rifahı və inkişafı təmin etmək qalır ki, bu da sülhü daha da möhkəmləndirəcək, öz növbəsində Ermənistan, Gürcüstan və ya Azərbaycan üçün firavanlıq və inkişafın həcmini və sürətini artıracaq. İnanıram ki, biz üç Cənubi Qafqaz ölkəsinin liderləri təkcə fərdi olaraq deyil, həm də təbii ki, digər qonşularımız və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində birgə işləmək üçün kifayət qədər iradə və müdrikliyə malikik”.

Ermənistan parlamentinin 22 oktyabr iclasında Azərbaycanla bağlı yeni gərginlik yaşanıb. Müxalifət deputatı Geqam Manukyan hökuməti kəskin tənqid edərək iddia edib ki, artıq ölkənin iqtisadi siyasəti Azərbaycan Prezidentinin bəyanatlarına uyğun şəkildə formalaşır: “Beləliklə, İlham Əliyevin bir cümləsi ilə İrəvanda başlayan narahatlıq Azərbaycanın Cənubi Qafqazdakı gücünü bir daha ortaya qoyur. Ermənistan cəmiyyətində "Azərbaycan olmadan inkişaf mümkün deyil" fikrinin tədricən kök salması artıq prosesin geri dönüşünün olmadığını göstərir. Cənubi Qafqazın tək gücü var - Azərbaycan və onunla hesablaşmaq lazımdır".

Hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputat, Ermənistanın Türkiyə ilə danışıqlardakı xüsusi nümayəndəsi Ruben Rubinyan isə bildirirb ki, Azərbaycanın Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq barədə qərarı bizim nəqliyyat marşrutlarımızın tədricən şaxələndirilməsinin sübutudur. “Söhbət təkcə taxıldan getmir. Məsələ ondadır ki, biz nəhayət şaxələnmə mənbələri əldə edirik. Dünən eşitdiyimiz bəyanatı həqiqətən inqilabi adlandırmaq olar. Oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi ki, qəbul edilən qərar sülhün artıq təkcə kağız üzərində deyil, həm də reallıqda olduğunun daha bir sübutudur. Bəs nə üçün müxalifət və müxalifət mətbuatı növbə ilə Əliyevin bu sözlərini sitat gətirmir?” - Rubinyan deyib.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ərazisindən Ermənistana yüklərin daşınması qadağasının qaldırılması və həmin yükün Ermənistana çatdırılması faktı Ermənistanda məmnuniyyətlə qarşılanıb: “Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, bu, Azərbaycanın Vaşinqton razılaşmasından sonra atdığı yaxşı addımdır. Təbii ki, Azərbaycan Ermənistandan adekvat addım gözləməkdə haqlıdır. Ermənistan Zəngəzur dəhlizinin açılmasında heç bir maneə görmür və bundan sonra dəhlizin keçəcəyi ərazidə inşaat işlərinin başlamasına da qərarlı görünür. Həm də Azərbaycanın bu jesti Paşinyan hakimiyyətinin dayaqlarını gücləndirir”. Q.Çaxmaqlı N.Paşinyanın Tiflisdə səsləndirdiyi bəyanatı da normal qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan Prezidentinin böyük jestinin qarşılığında erməni baş nazir sülhə yönəlik mövqe sərgiləyib. Ancaq ekspert görüləsi işlərlə bağlı addımlar atmağı zəruri sayır: “Bizim tərəfdə dəhlizə gedən yol - inşaat işləri bitmək üzrədir, Türkiyə artıq İğdır-Naxçıvan xəttində işləri sürətləndirir. Ermənistan öz ərazisində gərəkən işləri görmək məcburiyyəti qarşısında buraxılıb. Bu işə dəhlizin açılmasına qarşı olan qüvvələr mane ola bilməzlər. Ölkədə xaos yaratmaq cəhdləri də nəticə vermir. Müxtəlif revanşist ünsürlərin çığır-bağırdan başqa əllərindən heç nə gəlməyəcəyi açıq görünür. Bu fürsəti reallığa çevirmək üçün perspektivlər açılıb”.

Oxunub: 1063
Paylaş:
Digər xəbərlər

Siyasət

15-11-2024, 13:51

Nazirdən Paşinyanın açıqlamasına reaksiya [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

18-10-2023, 13:54

Moskva Paşinyanın AP-də çıxışını təxribat kimi qiymətləndirir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

6-03-2024, 14:22

Paşinyan Azərbaycanla yeni müharibədən qorxsa da... - NƏ BAŞ VERİR? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

29-09-2025, 11:12

Paşinyan BMT-də Zəngəzur dəhlizinin əhəmiyyətindən və Konstitusiya dəyişikliyindən danışıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-10-2025, 12:27

Paşinyan: İlham Əliyevin qərarı çox pozitivdir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Səhiyyə nazirinə yeni müavin təyin olundu
Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
Kimlər daha tez pensiyaya çıxa bilər?
Prezidentin köməkçisi Milli Qəhrəmanın evinə getdi - FOTOLAR
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
Hadisə
Dün, 12:39
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
Dün, 11:54
Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın - Fotosu
Dün, 11:43
Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
Dün, 11:14
Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
Dün, 10:38
Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
Dün, 09:16
Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
Son xəbərlər
  • Bugün, 11:29
    İlham Əliyev Stiv Deynsi qəbul etdi
  • Bugün, 11:19
    Səhiyyə nazirinə yeni müavin təyin olundu
  • Bugün, 10:44
    Hörmüzdə yeni gərginlik neft qiymətlərinə təsir etdi
  • Bugün, 09:58
    Azərbaycanlı gənc model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi – “Mənim üçün əsas olan sevgidir”
  • Bugün, 09:45
    “Sabah” ÇL-də mübarizəyə başlayır
  • Bugün, 09:40
    Türkiyədə sərnişin avtobusu aşdı - 41 yaralı
  • Bugün, 09:36
    Tramp Türkiyəyə yola düşdü - Video
  • Bugün, 09:00
    ABŞ geri çəkilir, “klassik NATO” artıq dağılır: Türkiyə Avropa üçün yeni hərbi-siyasi liderə çevrilir
  • Dün, 16:00
    Dəhşətli PROQNOZ: İran bu faciəyə hazırlaşır - QƏBİRLƏR QAZILDI
  • Dün, 15:30
    Krımda total qaranlıq: "Xarici təsirlər" yarımadanı tamamilə işıqsız qoydu
  • Dün, 14:22
    Kimlər daha tez pensiyaya çıxa bilər?
  • Dün, 13:11
    Türkiyəli generaldan Ankara Zirvəsi ilə bağlı ŞOK proqnoz
  • Dün, 12:39
    Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil - Apellyasiya şikayəti verdi
  • Dün, 12:33
    Rusiyaya uçan Paşinyan Bakıya gör nə VƏD etdi – Putinin SON cəhdi
  • Dün, 12:14
    Xameneyinin cənazəsi Mehrabad hava limanına aparılır: Tehranda milyonların kütləvi vidası davam edir
  • Dün, 12:05
    İlham Əliyev Malavi Prezidentini təbrik edib
  • Dün, 11:54
    Yasamaldakı partlayışda ölən 16 yaşlı Zəhranın - Fotosu
  • Dün, 11:43
    Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
  • Dün, 11:23
    ABŞ-yə köçən aparıcı restoranda lavaş bişirir - “Bundan utanmıram”-Video
  • Dün, 11:14
    Şərurdakı dəhşətli qəzada həlak olan ailənin FOTOSU
  • Dün, 10:38
    Ölənlərdən biri sürücünün 7 yaşlı qızıdır - Dəhşətli qəzanın təfərrüatı
  • Dün, 10:33
    Kiyevə hücum: 10-dan artıq ölü, 50-dək yaralı
  • Dün, 09:40
    Klopp Almaniya millisinin baş məşqçisi olacaq
  • Dün, 09:33
    Prezidentin köməkçisi Milli Qəhrəmanın evinə getdi - FOTOLAR
  • Dün, 09:26
    "Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
  • Dün, 09:21
    Cəbrayıl rayonuna növbəti köç karvanları yola salındı
  • Dün, 09:16
    Şərurda dəhşətli qəza: Bir ailənin 3 üzvü öldü
  • Dün, 09:00
    Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
  • 4-07-2026, 12:11
    Əhalinin DİQQƏTİNƏ! Ət ucuzlaşa bilər - SƏBƏB
  • 4-07-2026, 11:28
    Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
  • 4-07-2026, 11:23
    “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır”
  • 4-07-2026, 11:05
    16 yaşlı yeniyetmə öldü, yaralılar var - Yasamalda partlayış
  • 4-07-2026, 11:01
    İlham Əliyevdən Trampa məktub
  • 4-07-2026, 10:00
    Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər
  • 4-07-2026, 09:41
    Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə