• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Trampın adamından qorxunc xəbərdarlıq - Azərbaycana təhlükə? [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

23-09-2025, 15:30

Trampın adamından qorxunc xəbərdarlıq - Azərbaycana təhlükə?


Kelloq Putinin Rusiya imperiyasını bərpa etmək istədiyini açıqladı - onu dayandırmağın tək yolu...
“Putin və Rusiyaya eksponsionist güc kimi baxmaq lazımdır. O, Rusiya imperiyasını bərpa etmək istəyir”. Bu fikri ötən həftəsonu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq söyləyib.

“Bu, mənə II Dünya müharibəsini xatırladır. Hitler 1938-ci ildə Münhendə çıxışında ona yalnız Sudetin lazım olduğunu demişdi. Sonra isə Reyn vilayəti, daha sonra Polşa və biz II Dünya müharibəsində özümüzü gördük. Tarix təkrarlanmır, lakin o, ritmlənir. Məhz bu, Ukraynada baş verir. Elə indicə bunu dayandırmalıyıq”, - deyə Kelloq bildirib.

Yəni Kelloq faktiki bununla ilk növbədə BMT üzvü olan postsovet ölkələrini xəbərdar edib. Bu arada ABŞ-dəki Müharibə Tədqiqat İnstitutu (ISW) Putinin Ukrayna ilə bağlı planlarını açıqlayıb. Qurum qeyd edib ki, Rusiya hərbi rəhbərliyi Putinin qələbə nəzəriyyəsinə sadiq qalmaqda davam edir: “Bu nəzəriyyəyə görə, Rusiya Ukraynaya qarşı tükətmə müharibəsində qalib gəlməyə qadir olduğuna inanır”.

Hesabatda həmçinin deyilir: “Sentyabrın 18-də Putin Ukrayna cəbhəsində 700 mindən çox rus hərbçisinin olduğunu bəyan etmişdi. Bir gün əvvəl isə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, Rusiya qüvvələri "faktiki olaraq bütün cəbhələrdə" irəliləyir. Bu cür bəyanatlar Kremlin Rusiya qoşunlarının tədricən, lakin davamlı şəkildə irəliləməsi və onların resurslarından Ukraynanı tükəndirmək üçün istifadə etmək strategiyasına uyğun gəlir. Bu konsepsiya ona əsaslanır ki, Moskva Qərbin Kiyevə dəstəyinə dözüb nəticə etibarilə Ukrayna ordusunun müdafiəsini dağıda biləcəyinə inanır".

Ekspertlərə görə, Putin hətta yavaş irəliləyişlərlə belə, döyüş meydanında hərbi məqsədlərə nail olmaq niyyətini dəfələrlə bəyan edib. Onun planına görə, uzun sürən qarşıdurmada insan qüvvəsində və resurslarda say üstünlüyü qələbəni təmin etməlidir.

Putinin imperiyanı bərpa etmək imkanları varmı? Onu necə durdurmaq olar? Kelloq haqlımı?

Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ictimai rəyində öndə olan şəxslərin hamısı Ukrayna müharibə başlayandan Rusiyanın məqsədinin yeni imperiya qurmaq olduğu fikrini təkrarlayır: “Rusiyanın keçmiş sovet respublikalarını yenidən işğal edib özünə birləşdirmək iddiası var. Eyni zamanda Şərqi Avropa ölkələrinə açılmaq, çar Rusiyası dövründəki coğrafiyanı bərpa etmək istəyir. Təbiidir ki, İkinci Dünya müharibəsindən sonra yaranmış şəraiti Rusiya yenidən bərpa etməyə çalışır. Bilirsiniz ki, Şərqi Avropa ölkələri İkinci Dünya müharibəsindən sonra SSRİ-nin əslində Rusiyanın təsir dairəsinə düşdü və uzun illər ərzində SSRİ həmin dövlətlərin siyasi rəhbərlərinin belə təyin edilməsində söz sahibi idi. Yəni bu cür imperiya iddialarından Rusiya heç vaxt əl çəkməyib, əl çəkəcəyi də gözlənilmir. Ona görə də biz həmişə həyəcan təbili çalmışıq ki, Rusiyanı dayandırmaq lazımdır”.

Onun fikrincə, əgər Rusiya dayandırılmasa, növbəti hədəf digər postsovet ölkələri ola bilər: “Üstəlik də Ukrayna müharibəsi uzadıldıqca müşahidə edirik ki, Rusiya ətrafdakı Ukraynaya qonşu olan dövlətləri də təhdid altında saxlayır. Həmçinin yaxın coğrafiyanı təhdid edir. Rusiyanın planları Qara dəniz sahilini büs-bütün Ukraynanın əlindən alıb Moldovaya yol açmaqdır. Sonra isə Moldovanı nəzarətə götürüb bütövlükdə həm Ukraynanı, həm Moldovanı öz nəzarəti altına almaq qarşıya məqsəd qoyulub. Növbəti mərhələdə isə Şərqi Avropa ölkələrini tamamilə nəzarətə götürməyi planlayıb. Son həftədə istər Baltikyanı ölkələrə, Polşanın, Rumıniyanın hava məkanına Rusiya qırıcı təyyarələrinin, dronlarının daxil olması da bu plandan xəbər verir. Rusiyanın əsas hədəfində isə Qazaxıstan, Azərbaycan, Özbəkistan və digər keçmiş SSRİ respublikalarıdır. Ona görə də ABŞ prezidentinin xüsusi nümayəndəsinin xəbərdarlığı şübhəsiz ki, ciddi məlumatlara əsaslanır. Lakin əslində bu həyəcanlı xəbərdarlıq və çağırış xeyli gecikib”.

Siyasi şərhçi dedi ki, tək çıxış yolu var - əgər ABŞ onu dinləmiş olsa, qısa müddətə Rusiyanı dayandırmaq mümkündür: “Yəni Amerika Ukrayna müharibəsində daha real dəstəyini əsirgəməməlidir. Bu yolla Rusiyanı çıxdığı yoldan geri döndərmək və dayandıra bilmək mümkündür. Bu qorxunc senarini pozmaq və dayandırmağın yolu Amerikanın Ukraynaya real və çox ciddi hərtərəfli dəstək verməsidir. Keçmiş sovet respublikaları da paralel olaraq Rusiyanın SSRİ kimi parçalanmasına öz töhfəsini verməklə dediyimiz təhlükəli prosesin qarşısını almaq olar. Çünki Rusiya Federasiyası adı altındakı yeni imperiya parçalanmadıqca, oradakı əsarət altında xalqlar azadlığa çıxmadıqca təhlükə bitən deyil. Ona görə də ABŞ indiki fürsəti qaçırmamalıdır. Çünki hazırda Rusiya heç vaxt olmadığı qədər zəifləyib, yorğun haldadır. Sadəcə, onu yaxşı bir zərbə ilə çökdürmək qalıb. Bunu da bacara biləcək tək ölkə ABŞ-dir. ABŞ bu addımı atarsa, keçmiş sovet respublikaları, eləcə də Rusiyadan ayrılacaq yeni müstəqil dövlətlərin hamısı yüz illərlə ABŞ-yə minnətdar olacaqlar”.

Oxunub: 1048
Paylaş:
Digər xəbərlər

Dünya

8-09-2025, 09:51

Kiyevdə DƏHŞƏTLİ PARTLAYIŞLAR, Ukrayna Donetski VURDU,yer-göy OD İÇİNDƏ–Tramp PutiniN “BELİNİ QIRIR” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

20-02-2025, 11:14

Putin ilk dəfə açıqladı: Trampla bu məsələlərdə razılığa gəldik [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-09-2024, 13:22

Putin o ölkəyə getsə də, həbs olunmadı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

15-07-2025, 15:30

Putin məni məyus edib, amma onunla hələ işim var - Tramp [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

25-01-2025, 10:45

Putin: Trampın qələbəsi "oğurlanmasaydı", Ukrayna böhranı baş verməzdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
PUA-larla bağlı qanun dəyişir
Bu məhsullar gömrük rüsumundan azad edilir
Hadisə
Dün, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
Dün, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Dün, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • Dün, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • Dün, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • Dün, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
  • Dün, 12:04
    Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - Fotolar
  • Dün, 11:45
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
  • Dün, 11:30
    Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
  • Dün, 11:23
    İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi
  • Dün, 11:18
    İlham Əliyev Laçında - FOTOLAR
  • Dün, 10:11
    Xirosimadan 24 dəfə güclü atom bombası - Hazırdır
  • Dün, 10:07
    Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
  • Dün, 10:01
    İran nüvə obyektlərində hərəkətlilik: Bərpa başlayıb?
  • Dün, 09:39
    Uran bizə verilməsə, İranla heç bir razılaşma olmayacaq – Ağ Ev rəsmisi
  • Dün, 09:23
    Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
  • Dün, 09:17
    Elşən Türkiyədə seriala çəkilir - FOTO
  • Dün, 09:00
    Dünyanı yeni pandemiyalar bürüyə bilər - XƏBƏRDARLIQ
  • 10-07-2026, 16:00
    ABŞ-İran müharibəsi Cənubi Qafqazı dəyişir: Azərbaycanın hərbi gücü niyə daha da artırılmalıdır?
  • 10-07-2026, 15:30
    Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
  • 10-07-2026, 14:01
    Saytların fəaliyyəti bu halda dayandırılacaq - YENİ QAYDALAR
  • 10-07-2026, 13:09
    Vətəndaşlara qorxu yaşayan dəstə tutuldu - ŞOK ƏMƏLİYYAT
  • 10-07-2026, 12:20
    Avtonom nəqliyyat vasitələri ilə bağlı qaydalar müəyyən edilir
  • 10-07-2026, 12:06
    PUA-larla bağlı qanun dəyişir
  • 10-07-2026, 12:02
    Bu məhsullar gömrük rüsumundan azad edilir
  • 10-07-2026, 11:58
    Qumara görə cəzalar sərtləşdirilir
  • 10-07-2026, 11:48
    Yeni dövlət rüsumları üçüncü oxunuşdan keçdi
  • 10-07-2026, 11:30
    Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
  • 10-07-2026, 11:26
    “Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
  • 10-07-2026, 11:22
    Seyran Ohanyan və digərlərinin Göyçə sahilindəki əmlakları söküldü
  • 10-07-2026, 11:06
    “Təbii ki, ətin qiyməti qalxacaq”
  • 10-07-2026, 10:50
    DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq
  • 10-07-2026, 10:45
    Azərbaycan Ermənistana 434 min avro ödəyib
  • 10-07-2026, 10:36
    Zakir Həsənov Selçuk Bayraktarla görüşdü - Foto
  • 10-07-2026, 10:17
    Azərbaycan və Serbiya hərbi mütəxəssisləri məsləhətləşmə apardı
  • 10-07-2026, 10:10
    Bakıda velosiped və skuter sürənlərin nəzərinə!
  • 10-07-2026, 10:06
    Azərbaycan və Rusiya mühüm sənəd imzaladı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə