• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Paşinyan bütün oyun qaydalarını dəyişdi - İrəvan ŞOKDA [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-09-2025, 15:30



Sentyabrın 10-da Ermənistan parlamentində keçirilən “Hökumət saatı” toplantısında ölkənin baş naziri Nikol Paşinyan müxaliflərini şoka salan bir çox açıqlamalar verdi. O, çıxışında faktiki olaraq Azərbaycanın irəli sürdüyü sülh üçün 5 əsas prinsipini və Minsk qrupunun buraxılması şərtini qəbul etdiyini açıqladı. Halbuki bundan əvvəlki bütün çıxışlarında Ermənistan baş naziri xüsusilə də Minsk qrupunun yalnız sülh sazişi imzalanandan sonra ləğv olunacağını bildirmişdi.

Paşinyanın birdən-birə öz mövqeyindən geri çəkilməsi Ermənistan ictimaiyyətində birmənalı qarşılanmadı.

“Hökumət saatı” toplantısında müxaliflərinin ciddi tənqidinə məruz qalan Paşinyan hətta onları təhdid etməkdən belə çəkinmədi. Müxalif deputatlardan birinin “bizi niyə hədələyirsiniz” sualına cavab verən baş nazir bunları dedi: “Söhbət təhdidlərdən gedirsə, Ermənistan Respublikasının dövlət maraqları və təhlükəsizliyi bəhs mövzusudursa, bəli, mən hədələyəcəm. Ermənistanın müstəqilliyini və suverenliyini təhdid edən hər kəsi elə hədələyəcəm ki, qan təzyiqi qalxsın”.

Bəs Paşinyanı bu qədər cəsarətləndirən nədir? O, niyə açıq şəkildə ictimai rəyə qarşı gedir və hər kəsə meydan oxuyur?
Mövzu ilə bağlı Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, Ermənistan baş nazirinin prinsipial mövqe ortaya qoyması təsadüfi deyil.


Onun fikrincə, rəsmi İrəvana verilən beynəlxalq möhlət artıq sona çatır:

“Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabrda Moskvada imzalanmış üçtərəfli bəyannamənin 4-cü bəndində Qarabağa yerləşdirilmiş rus sülhməramlılarının burada qalma müddəti 5 il göstərilmişdi. Bu, əslində İrəvana sülh danışıqlarına hazırlaşma müddətini də ifadə edirdi. İrəvan ona verilmiş 5 illik möhlət ərzində sülh danışıqlarına hazır olmalı və erməni ictimaiyyətini də buna hazırlamalı idi. O dövrdən indiyədək keçən 5 ilin tamamlanmasına cəmi 2 ay qalıb. Amma erməni ictimaiyyətinin sülh danışıqlarına hazırlıq vəziyyəti arzuolunan səviyyədə deyil. Ötən 5 il ərzində Paşinyan hökuməti müxaliflərin və regional güc mərkəzlərinin təzyiqi ilə vaxtını üzəngi parıldatmaqla keçirdi. Ondan gözlənilən addımları atmadı. Özünün vaxt öldürmə siyasətini “təhlükəsizlik tədbiri” ilə izah edən İrəvanın son kartı da avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə əlindən alındı. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin bu görüşündə sülhün qarantoru qismində çıxış edən Donald Trampın prosesə qoşulması ilə İrəvanın bütün bəhanələri ortadan qalxdı.

Artıq İrəvan istəsə də, istəməsə də erməni ictimaiyyətini sülhə hazırlama dövrünü tamamlamalı və üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir. Başlıca öhdəliklərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır.

“Hökumət saatı” toplantısındakı çıxışında Nikol Paşinyan da buna məcbur olduğunu gizlətmədi. O, “Ermənistan” fraksiyasından olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən bildirdi ki, avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsbit edildiyi üçün Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.

"Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimləndiyini görəndə qərara gəldik ki, bu şansı əldən qaçıra bilməyəcəyik. Bu beş şərti aldıq və sənədi imzalamağa məcbur olduq", - Ermənistanın baş naziri parlamentdəki çıxışında etiraf etdi”.

Paşinyanın “Azərbaycanın 5 şərti” dediyi tələblərin, böyük ehtimalla, 2022-ci ildə irəli sürdüyümüz baza prinsipləri olduğunu deyən Heydər Oğuz həmin şərtləri belə sıraladı:

“Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Göründüyü kimi, bu baza prinsiplərində hər hansı normal ölkənin qəbul edə bilməyəcəyi heç nə yox idi. Amma erməni tərəfi Zəngəzur dəhlizini açmaq istəmədiyi üçün bu prinsipləri yaxına buraxmırdı. Müxtəlif bəhanələrlə sülh danışıqlarından yayınırdı. Görünür, Vaşinqton səfərində ona başa salıblar ki, beynəlxalq ictimaiyyətin də erməni nazıyla oynamasının bir limiti var. İrəvan artıq bu limitin son sərhədlərinə yaxınlaşır. II Qarabağ savaşının bitməsindən sonra keçən 5 il tamamlanmadan sülh masasında oturmasan, beynəlxalq aləmdən təcrid vəziyyətinə düşəcəksən, özünə belə gün ağlaya bilməyən Rusiya ilə İranın təsir dairəsində çabalayan “ada”ya çevriləcəksən.

Beynəlxalq təcrid vəziyyətinə düşməkdən çəkinən Paşinyan çar-naçar qarşısına qoyulan öhdəliklərlə razılaşmaq məcburiyyətində qalıb”.

H.Oğuzun fikrincə, 5 il əvvəl Moskvada imzalanmış 10 Noyabr Bəyannaməsi nə qədər Rusiya planı olsa da, oradakı bir çox maddələr Türkiyə və Azərbaycanın təzyiqləri ilə sənədə salınıb.

Ekspert qeyd edib ki, rus sülhməramlılarına tanınan 5 illik imtiyaz müddəti həm də ermənilərə verilmiş möhlət idi və bu möhlətin tamamlanmasına cəmi 2 ay qalır. Paşinyan bu iki ay ərzində boynuna götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməlidir:

“O da bunu edir və öhdəliyə qarşı çıxan müxalifləri də sərt dillə hədələyir. “Sizin bir vəzifəniz var: yaranmış sülhü məhv etmək. Mən sizə bunu etməyə imkan verməyəcəyəm”, - Paşinyan parlamentdə “Hökumət saatı” toplantısında üzünü müxaliflərə tutaraq belə deyib.

Fikrimcə, rəsmi Bakı rus “sülhməramlılarının” mandat müddətinin bitdiyini rəsmən bəyan etməlidir. Çünki Rusiya 10 noyabr Bəyannaməsinin 4-cü maddəsini bəhanə gətirib yenidən Qarabağa girmək xəyalları qura bilər. Ona bu bəhanəni verməmək üçün faktiki vəziyyəti qanuni hala gətirməliyik”.

Oxunub: 1040
Paylaş:
Digər xəbərlər

Dünya

22-03-2025, 10:16

Paşinyandan Konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupu ilə bağlı AÇIQLAMALAR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

17-04-2025, 11:52

Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

16-05-2025, 09:42

Paşinyan Azərbaycan telekanalına müsahibə verdi, özü də paylaşdı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

22-05-2023, 14:50

Paşinyan: Ümid edirik ki, qısa zamanda sülh sazişi imzalayacağıq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

24-08-2023, 14:12

Paşinyan: “Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər vermişik” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Bugün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Bugün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Bugün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Bugün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Bugün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Bugün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Bugün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Bugün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Bugün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Bugün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Bugün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Bugün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Bugün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Bugün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Bugün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə