• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml liderinin yeni “Ukrayna dövləti” planı [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-09-2025, 15:30



Moskvaya sığınmış Yanukoviç bu halda prezident ola bilər
10 ildən çoxdur Rusiyada sığınacaq verilmiş Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç aktivləşməyə başlayıb. Onun iki gün öncə uzun fasilədən sonra yayımladığı videomüraciətinin Rusiya Prezidenti Vladimir Putinin təlimatıyla həyata keçirildiyi iddia edilir. Sabiq prezident dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini, ancaq NATO-ya üzvlüyün fəlakətə aparacağını söylədiyini bəyan edib.

Eyni sözləri Putin həmin gün Çində Slovakiya baş naziri Robert Fitso ilə görüşdə deyib. O deyib ki, Rusiya heç vaxt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir.

Siyasi ekspertlərin fikrincə, Vladimir Putinin göstərişi və icazəsi olmadan Viktor Yanukoviçin Ukrayna ilə bağlı açıqlama verməsi, videomüraciət yayması qeyri-mümkündür. Yanukoviç danışmağa başlayıbsa, demək, Kreml düyməni basıb.

Kreml niyə Ukraynanın devrilmiş sabiq prezidentinin “xidmətinə” ehtiyac duyub? Rusiya Yanukoviçi Ukraynada, yaxud da işğal etdiyi Ukrayna ərazisini “Şərqi Ukrayna dövləti” elan edib orada hakimiyyətə gətirə bilərmi?

Siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Ukraynanın devrilmiş sabiq prezidenti Viktor Yanukoviçin hələ hakimiyyətdə olduğu zamanlardan Rusiyanın əlaltısı olduğu bütün dünyaya bəlli idi: “Bunu Yanukoviçin özü də heç zaman gizlətməyib. Moskva Ukraynada Yanukoviçin hakimiyyətdən getməməsi üçün çox çalışmışdı. Lakin Viktor Yanukoviç xalqın və müxalifətin təzyiqləri qarşısında duruş gətirə bilməyərək hakimiyyətdən getdi və vətənini tərk edərək ağasının qucağına sığındı. Kreml öz adamını uzun müddətdir qoruyur və zamanı gələrsə yenidən siyasi səhnəyə çıxarmaq üçün saxlayırdı. İndi belə görünür ki, həmin zamanın yaxınlaşdığını düşünürlər və ona görə də Viktor Yanukoviçə hərəkətə keçmək komandası verilib. Bu baxımdan onun müraciət formasında çıxışı təsadüf deyil və bu, Kremlin planlarının tərkib hissəsi kimi qəbul edilməlidir. Rusiya lideri Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı toplantısı çərçivəsində verdiyi bəyanatlarda Ukraynadakı 2014-cü il Maydan hərəkatını xatırlatması və bunu dövlət çevrilişi adlandırması Volodimir Zelenskinin hakimiyyətinin qeyri-legitimliyini, Yanukoviçin isə qanunsuz olaraq hakimiyyətdən uzaqlaşdırıldığını isbatlamaq cəhdidir. Maraqlı detallardan biri ondan ibarətdir ki, Rusiyanın özünə ilhaq etdiyi Ukrayna vilayətlərindən "müstəqil dövlət" qurmaq ideyası da artıq Kremlə yaxın şəxslər, siyasi dairələrə tərəfindən səsləndirilməyə başlayıb. Ona görə də Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərini “Şərqi Ukrayna”, “Dnestraynı Respublika” və ya başqa bir ad altında ayrıca “dövlət” elan edib tanıması, ardınca isə Viktor Yanukoviçi həmin “dövlətin” başına gətirməsi ehtimalı istisna deyil".

Ekspertin sözlərinə görə, Kremldə yaxşı anlayırlar ki, Moskvanın adamı olan Yanukoviçi hətta Zelenski hakimiyyətdən getsə belə, Ukraynanın prezidenti etmək mümkünsüzdür: “Xalqa bunu qəbul etdirmək asan deyil. Amma işğal etdikləri və nəzarətlərində saxladıqları ərazilərdə bunu etmək Moskvaya elə də çətin görünmür. Görünür, Kreml beynəlxalq aləmin təzyiq və qınaqlarından yayınmaq üçün həmin ərazidə qondarma rejim yaratmaq iddiasına düşüb. Digər tərəfdən, Yanukoviç siyasi karyerasının yüksəlişi dönəmində Ukraynanın şərq vilayətlərində rusdilli əhali arasında müəyyən populyarlığa malik idi. Bununla belə, düşünmürəm ki, təcavüzdən sonra Kreml və onun görəvə gətirmək istədiyi, fəallaşdırdığı Yanukoviçə həmin münasibət qalmış olsun. Kreml Yanukoviçi ehtiyat variantı kimi saxlamışdı. Və sabiq uğursuz prezidentdən istifadə etmək qərarına gəlib. Onun özü də bəzi iddialı bəyanatlar verməyə başlayıb. Ən ağılabatanı Rusiya Ukraynada "Dnestryanı Respublika" yaratmaqla özünün işğalçı niyyətlərini pərdələməyə və onu danışıqlar prosesinə daxil etməyə çalışacaq. Rusiyanın qaynar separatizm ocaqları yaratmaq və idarə etmək təcrübəsi var".

Oxunub: 1033
Paylaş:
Digər xəbərlər

Dünya

21-11-2024, 15:30

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

13-02-2025, 10:36

Tramp-Putin danışığının DETALLARI: Kimlər itirəcək... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

19-08-2025, 10:37

NATO baş katibi: Ukraynanın təhlükəsizliyi belə təmin olunacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

4-12-2024, 15:30

Ukraynanın NATO-ya üzvlüyü: Bu ölkələr RAZILIQ VERMƏDİ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-03-2024, 09:18

Putinin planı üzə çıxdı - 2036-cı ilə qədər... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
“Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
IV Şuşa Qlobal Media Forumu başa çatıb
Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 09:28
    Türkiyə XİN o hücumu pislədi
  • Bugün, 09:24
    Azərbaycan XİN Türkiyəyə təbrik ünvanladı
  • Bugün, 09:00
    DÇ-2026: Fransanı məğlub edən İspaniya ilk finalçı oldu
  • Dün, 16:00
    Ermənistanda pasportlarının Türkiyədə çapı iddiaları - QALMAQAL
  • Dün, 15:30
    Müharibənin sonunu gətirəcək "QIZIL AÇAR" - Putinin "Müqəddəs Simvolu" ÇÖKÜR
  • Dün, 15:09
    Prezidentin maşınında selfi çəkdi - Foto
  • Dün, 15:05
    Prezidentlər bir-birinə bunları hədiyyə etdi - Video
  • Dün, 14:22
    “Adını daşıyan nəvənlə yanındayam, çox darıxırıq” - Milli Qəhrəmanın oğlu
  • Dün, 13:29
    IV Şuşa Qlobal Media Forumu başa çatıb
  • Dün, 13:26
    Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşdü
  • Dün, 13:22
    Prezidentlər Şuşada güllələnmiş büstlərə baxıblar - FOTO
  • Dün, 13:14
    Milli Məclisin iclası başa çatdı - Deputatlar tətilə çıxdı
  • Dün, 12:34
    Elektron siqaretlərlə bağlı daha bir QADAĞA
  • Dün, 12:31
    Azərbaycanda tələbələrlə bağlı YENİ QANUN
  • Dün, 12:28
    Dövlət mülkiyyətində olan əmlaklarla bağlı YENİLİK
  • Dün, 12:25
    Valyutanın xaricdən qaytarılmamasına görə cərimə dəyişir
  • Dün, 12:22
    Balıqçılıq məhsullarının yeni satış qaydalar
  • Dün, 10:50
    Şuşada Azərbaycan və Slovakiya prezidentlərinin təkbətək görüşü olub
  • Dün, 10:44
    Slovakiya Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu
  • Dün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Dün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Dün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Dün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Dün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • 13-07-2026, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • 13-07-2026, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • 13-07-2026, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • 13-07-2026, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • 13-07-2026, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • 13-07-2026, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • 13-07-2026, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • 13-07-2026, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • 13-07-2026, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • 13-07-2026, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • 13-07-2026, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə