• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək

Dünya

1-09-2025, 09:00

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək


Ukrayna savaşı indi daha mürəkkəb, daha çox tərəfin maraqlarının toqquşduğu bir "geopolitik düyünə" çevrilir... Rusiya "böyük hərbi labirint"in içərisində çıxış yolu tapa bilməyərək, dolaşmağa məhkum duruma salınıb...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı Rusiya üçün olduqca təhlükəli istiqamətlər almağa başlayıb. Belə ki, Prezident Vladimir Putinin Alyaska görüşündə əldə olunan razılaşmaları çox qısa müddətdə pozması Ağ Ev sahibi Donald Trampın ənənəvi mövqeyinə ciddi şəkildə təsir göstərməkdədir. Hər halda, Ağ Ev sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putin tərəfindən növbəti dəfə aldadıldığını düşünür. Və ona görə də, prezident Donald Trampın Rusiyaya yönəlik mövqeyi tədricən sərtləşməyə doğru yönəlib.

Ona görə də, son vaxtlar Ukrayna savaşı ətrafında geopolitik dinamika böyük sürətlə dəyişdirməyə başlayıb. Hər halda, son günlərdə həm ABŞ, həm Avropa Birliyi, həm də rəsmi Kiyevdən gələn açıqlamalar Ukrayna savaşının gələcək trayektoriyasını aydın göstərir. İndi birmənalı şəkildə əmin olmaq mümkündür ki, bütün qarşıduran tərəflər kompromisdən daha çox mövqe sərtləşməsinə və geopolitik toqquşmalara doğru istiqamət alıblar.

Onu da qeyd etmək lazımdır, prezident Donald Tramp “Diplomatiya dayanırsa, günah müqayisə tərəflərindədir” deməklə, dolayısı ilə Rusiyaya növbəti dəfə xəbərdarlıq mesajı göndərib. Ağ Ev sahibi Donald Trampın Kremlə yönəlik ritorikasının sərtləşməsi Rusiya üçün ən ciddi problemlərdən biri hesab olunur. Çünki prezident Donald Tramp son vaxtlar Ukrayna böhranının diplomatik yolla həlli istiqamətindəki fəaliyyətindən imtina etməyi nəzərdən keçirdiyini bildirib.

Ağ Ev sahibinin bununla bağlı siyasi arqumenti çox sadədir. Onun fikrincə, əgər, münaqişə tərəflərindən biri və ya hər ikisi çeviklik göstərmirsə, ABŞ-ın fəal diplomatiyasının da mənası yoxdur. Bu, Trampın klassik “sövdələşmə strategiyası”nı xatırladır. O, əvvəlcə oyundan çəkilməklə qarşı tərəfi təzyiq altında qoyur, güzəşt üçün meydan açır. Əgər, qarşı tərəf yenidən Ağ Evə qayıdarsa, Ukrayna münaqişəsində ABŞ-ın vasitəçilik fəallığının azaldılmasına paralel olaraq, rəqib üçün daha sərt şərtlərin gündəmə gətirilməsi mümkündür.

Maraqlıdır ki, Avropada da dəyişən "rüzgarlar" diqqət çəkir. Belə ki, Almaniya da mövqeyinə düzəlişlər edir və artıq öz hərbçilərini Ukraynaya sülhməramlı kimi göndərməyi planlaşdırmır. Almaniya nəşri 'Bild"in yaydığı məlumata görə, rəsmi Berlin nə Putin-Zelenski görüşünə, nə də yaxın zamanda sülh sazişinə ümid bəsləmir. Bu səbəbdən də Almaniya Ukraynaya təhlükəsizlik zəmanətlərini hərbi personal kimi yox, məhz maliyyə dəstəyi vasitəsilə təmin etməyi düşünür.

7e4ccf20b83ec7a50a88dc32cb0d0fc1.jpg (107 KB) Ona görə də, indi rəsmi Berlinin yeni strategiyası daha çox “maliyyə donoru” roluna əsaslanır. Yəni, Almaniya Ukrayna ordusunun maaşlarının bir hissəsini maliyyələşdirməyi və texniki dəstəyi davam etdirməyi planlaşdırır. Əslində bu, Almaniyanın açıq şəkildə Rusiyayla qarşıdurmadan qaçmaq siyasətinə üstünlük verdiyini göstərir. Ancaq Almaniyanın bu mövqeyi Avropa Birliyində balanssızlıq durumu da yaradır. Belə ki, Fransa siyasi liderlik axtarışındadır, Polşa sərt hərbi mövqe tutur, Almaniya isə öz dəstək məsuliyyətini iqtisadi yardımla məhdudlaşdırır.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi Kiyev Ukrayna savaşını Rusiyanın "qapı"sından içəri daşımaq planları qurur. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin son açıqlamaları münaqişənin gələcək inkişaf istiqamətlərinə yönəlik aydın siqnallar verir. Çünki Ukrayna prezidenti ordunun Rusiyanın dərinliklərinə yeni zərbələr planlaşdırdığını açıq mətnlə bəyan edib. Və buna paralel olaraq, Ukrayna ictimaiyyətinə isə artıq “Flamingo” raketlərinin sınaq görüntüləri təqdim olunub.

Eyni zamanda, prezident Volodimir Zelenskinin açıqlamaları həm daxili auditoriyaya, həm də Qərb tərəfdaşlarına yönəlib. Rəsmi Kiyev göstərmək istəyir ki, Ukrayna yalnız müdafiə ilə kifayətlənməyəcək və müharibəni birbaşa Rusiya ərazisinə daşımaq gücünə də sahibdir. Ancaq rəsmi Kiyevin bu strategiyası Avropa dövlətləri arasında müəyyən narahatlıqlar doğurur. Belə ki, həmin ölkələrdə “Biz Ukraynaya özünü müdafiə üçün dəstək veririk. Ancaq indi Ukrayna müharibəni genişləndirir” arqumenti güclənir.

Onu da qeyd etmək lazımdır ki, münaqişənin ehtimal olunan gələcək trayektoriyası ilə bağlı hazırda üç əsas tendensiya diqqət çəkir. Birincisi, ABŞ prezidenti Donald Trampın sərtləşən mövqeyi, diplomatiyanın passivləşməsi Ağ Evin Ukraynaya təzyiqləri artması ilə də nəticələnə bilər. Digər tərəfdən, Almaniyanın hərbi riskdən qaçaraq, yalnız maliyyə dəstəyi ilə kifayətlənməsi müharibənin uzanmasına yol aça biləcək faktorlardan biri sayılır. Nəhayət, prezident Volodimir Zelenskinin hücum ritorikası Ukrayna savaşının genişlənmə riskini artırır və bu, Rusiyanın cavab zərbələrini sərtləşdirə də bilər.

Göründüyü kimi, ABŞ və Qərbin ziddiyyətli mövqeyi Kremlin strateji üstünlüyünə imkan açan faktor təsiri bağışlayır. Ona görə də, ilk baxışdan, prezident Vladimir Putin zamanın Rusiyanın xeyrinə işlədiyini də düşünə bilər. Ancaq Qərbdə ziddiyyətlərin olması, rəsmi Kiyevin savaşı Rusiya ərazisinə keçirmək planları qurması Kremlin ümidlərini puça çıxara bilər. Çünki Kreml Rusiyanın diqtə etməyə çalışdığı şərtlər çərçivəsində Ukrayna savaşının ən qısa zamanda sona çatmasında maraqlıdır.

Ancaq indiki situasiya sülhün Kremlin ümid etdiyi qədər yaxın olmadığını göstərir. Əksinə, Ukrayna savaşı indi daha mürəkkəb, daha çox tərəfin maraqlarının toqquşduğu bir "geopolitik düyünə" çevrilir. Rusiyanın isə Ukrayna savaşının uzadılmasına tab gətirə biləcək qədər iqtisadi və hərbi potensialı qalmayıb. Və bu baxımdan, Rusiya hazırda "böyük hərbi labirint"in içərisində çıxış yolu tapa bilməyərək, dolaşmağa məhkum duruma düşmüş kimi görünür.

Oxunub: 1071
Paylaş:
Digər xəbərlər

Dünya

19-08-2025, 09:50

Tramp: Putin və Zelenski dil tapa biləcəklər

Dünya

18-08-2025, 09:44

Zirehli limuzində Tramp-Putin "gizli anlaşma"sının sirri açılır: Qərbdə ABŞ və Rusiya əleyhinə yeni koalisiya qurulur

Dünya

14-08-2025, 09:00

İkinci Tramp-Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın "qələm"ini qıracaq

Dünya

29-05-2025, 09:12

Tramp Putinə ilk sarsıdıcı zərbəni endirdi: ABŞ və Qərb Rusiyanı "sonun başlanğıcı"na yaxınlaşdırır

Dünya

5-07-2025, 09:00

Tramp dostu Putindən sarsıdıcı zərbə aldı: ABŞ Rusiyaya dağıdıcı sanksiyalarla cavab verəcək

Araşdırma
Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
Bilik gününə belə başladılar - FOTOLAR
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
Emin Əmrullayev şagirdləri təbrik etdi
Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
Hadisə
Bugün, 11:46
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
Bugün, 11:18
Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
Bugün, 10:01
Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
Bugün, 09:08
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Dün, 12:40
Bulvarda suyun səthi təmizlənir
Dün, 11:21
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
Son xəbərlər
  • Bugün, 16:00
    Xəzərin dibindən Azərbaycana, oradan Avropaya – İrəvan da qoşulur
  • Bugün, 15:30
    Şuşadakı rəqs Livandakı kilsəni qarışdırdı – Katolikos 1500 km-dən diplomatlara qəzəbləndi
  • Bugün, 14:22
    Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
  • Bugün, 14:00
    Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
  • Bugün, 13:46
    Prezident Hakan Fidanı qəbul etdi - Foto
  • Bugün, 13:39
    ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
  • Bugün, 12:47
    Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Bugün, 12:27
    Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
  • Bugün, 11:54
    Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
  • Bugün, 11:46
    Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Bugün, 11:18
    Hərbi çağırışdan boyun qaçıran iki nəfərə CİNAYƏT İŞİ AÇILDI
  • Bugün, 11:11
    Bu gün onlar üçün də dərs ilinin ilk günüdür - Fotolar
  • Bugün, 10:38
    Xankəndi, Xocalı və Ağdərədə 179 şagird birinci sinfə getdi– FOTO
  • Bugün, 10:07
    "Bakının azad edilməsi dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu" - XİN
  • Bugün, 10:01
    Kamran Bilalovun saxlanılma səbəbi bəlli oldu - Tiktoker “Çevik”ə qarşı zorakılıq edib
  • Bugün, 09:48
    Bilik gününə belə başladılar - FOTOLAR
  • Bugün, 09:39
    Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR
  • Bugün, 09:33
    "Kurtlar Vadisi" Kozinoğlunun ölümünü əvvəlcədən necə bilib? – Ssenaristlərdən ŞOK İFADƏ
  • Bugün, 09:27
    Emin Əmrullayev şagirdləri təbrik etdi
  • Bugün, 09:21
    Bu yollarda “Yaşıl dalğa” rejimi tətbiq edilir
  • Bugün, 09:13
    Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
  • Bugün, 09:08
    Bakının işğaldan azad edilməsindən 108 il ötür
  • Bugün, 09:00
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 18:42
    Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
  • Dün, 18:37
    İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
  • Dün, 16:00
    ABŞ-nin keçmiş kəşfiyyat şefindən 44 günlük savaşa tarixi qiymət – “Ustalıqla təhlil edilib”
  • Dün, 15:30
    “Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
  • Dün, 13:42
    Əli Nağıyev Çinə getdi - Foto
  • Dün, 13:37
    ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
  • Dün, 12:40
    Bulvarda suyun səthi təmizlənir
  • Dün, 12:36
    Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Dün, 12:30
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
  • Dün, 12:00
    Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
  • Dün, 11:21
    Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
  • Dün, 10:49
    SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Müxbir Emil Bəkir oğlu Salmanov
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə