• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bakının Trampdan daha bir kritik gözləntisi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

28-08-2025, 15:30



ABŞ lideri mürtəce 907-ci düzəlişin ləğvi üçün Konqresi ram edə biləcəkmi? - mövqe
“ABŞ Prezidenti Donald Tramp tərəfindən "907-ci düzəliş"in ləğvi barədə sənəd Prezident İlham Əliyevin iştirakı ilə imzalandı”.

Bunu Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, bu addım Azərbaycan-ABŞ tərəfdaşlığının real mahiyyətini əks etdirir: “Ümidvarıq ki, Prezident Trampın komandası bu düzəlişin tamamilə ləğvi üçün Konqreslə iş aparacaq”.

Amma Konqresin ləğvi üçün Trampın siyasi iradəsi və respublikaçıların təsiri ciddi faktordur. Çünki Demokratlar müqavimət göstərəcəklər. Onlara himayədarlıq edən erməni lobbisi də buna əngəl olmağa çalışacaq. Odur ki, Bakının ciddi gözləntisi var.

Ümumiyyətlə, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Bu düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır. Hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, həm də Prezident Tramp tərəfindən Azərbaycan üçün siyasi jestdir.

“Yeni Müsavat” yada salır ki, 1992-ci ilin oktyabrında Ermənistanın lobbi qruplarının təsiri altında olan konqresmenlərin təşəbbüsü ilə qəbul olunan bu ədalətsiz qərar ölkəmizi ABŞ-nin birbaşa dəstəyindən məhrum etdi və respublikamız sanksiyalara məruz qalmışdı. ABŞ hökumətinin Əfqanıstanda dəstəyə ehtiyacı olduğuna görə Azərbaycan bu dəstəyi nəqliyyat vasitəsilə onlara təqdim etdiyi üçün sonradan bu düzəliş hər il müvəqqəti olaraq dayandırılırdı. 2023-cü ildə Bayden administrasiyasının həmin sanksiyaları yenidən Azərbaycana tətbiq etməsi mənfi münasibətin və yanaşmanın kulminasiyası idi.

"907-ci düzəliş" Azərbaycana ABŞ hökumətindən birbaşa yardım göstərilməsini qadağan edirdi. Məhz bu sənədlə humanitar yardımlar istisna olmaqla, Vaşinqtonun Bakı ilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı məhdudlaşmışdı. Ermənistan və Gürcüstan ABŞ-dən milyonlarla dollar dəyərində dəstək aldığı halda, Azərbaycan bu imkanlardan qərəzli şəkildə məhrum olunmuşdu. "907-ci düzəliş"in tam ləğvi yalnız siyasi jest deyil, həm də gecikmiş ədalətin bərqərar olması deməkdir.

Xüsusilə Zəngəzur dəhlizinin istismarı məsələsində ABŞ-nin iştirakı birbaşa olacaq. Bu baxımdan, "907-ci düzəliş"in ləğvi həm Azərbaycan-ABŞ münasibətləri, həm də Cənubi Qafqazda Azərbaycan-ABŞ-Ermənistan əməkdaşlığı üçün yeni imkanlar açacaq. Bu da, təbii olaraq, müsbət və strateji baxımdan əhəmiyyətli bir hadisə kimi dəyərləndirilə bilər.

Bundan əlavə, ABŞ Hesablama Palatasının məlumatına görə, 2002-2020-ci illərdə Azərbaycan təxminən 808 milyon dollar yardım alıb, onun 164 milyonu yalnız prezidentin istisna səlahiyyəti sayəsində mümkün olan “təhlükəsizlik” istiqamətlərinə sərf olunub. Məhz buna görə 2025-ci il avqustun 8-i sadəcə diplomatik təqvimdə bir tarix deyil. Bu, köhnə baryerlərin yeni etimad səviyyəsinə yol verdiyi, Cənubi Qafqazın isə Vaşinqtonun Bakı ilə strateji tərəfdaşlıq qurmağa sözdə deyil, real layihələr və siyasi təminatlar əsasında hazır olduğunu nümayiş etdirdiyi məqamdır.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, sözügedən qanun mürtəce bir qərardır və dünyanın ən ədalətsiz nəticələrindən biridir: “Tarixdə görünməyib ki, işğala məruz qalan ölkəyə hərbi yardımlar qadağan olunsun. O vaxtkı Amerika rəhbərliyi bu ləyaqətsiz addımı atıb. Bu sənəddə Baydenin xüsusi iştirakı var. Bu adam ermənipərəst idi və layihənin müəlliflərindən biridir. Ona görə də Azərbaycan torpaqlarını azad etməklə Amerikası, Rusiyası, Fransası başda olmaqla, dünya ictimaiyyətinə bu məsələlərdə bir dərs keçdi. Beynəlxalq ictimaiyyət haqlı ilə haqsızı ayırd etmək istəmədi. Bu gün də ermənilərə qahmar çıxanlar var. Onları ABŞ-də, Avropada çox görmək olar. Sadəcə, Azərbaycan bu qüvvələri haqlı addımları ilə susdurub”.

Onun fikrincə, “907-ci düzəliş” adlanan axmaq sənəd ABŞ adına rüsvayçılıqdır: “Bu qərarın hələ də yaşaması demokratik ölkə adına biabırçılıqdır. Axı harada görünüb ki, işğalçı deyil, torpağı yağmalanan tərəf sanksiyaya məruz qalsın? Bu qərar dünya tarixində ən absurd addımlardan biridir. İndi yeni hakimiyyət Azərbaycanla dostluq əlaqələri qurur. Biz inanırıq ki, hazırkı ABŞ rəhbərliyi Konqresə təsir edəcək. Düzdür, Konqresin bir qanun layihəsini ləğv etməsi müşkül məsələdir, amma mümkündür. Bunun üçün siyasi iradə və obyektiv yanaşma lazımdır”.

Professor qərar ləğv edilməsə belə, Azərbaycanın bundan zərər görməyəcəyini düşünür: “Biz müasir silahlar alırıq. Azərbaycana "907-ci düzəliş" əngəl ola bilmir. Vətən torpaqlarını azad edəndə də bu sanksiya yolumuzda hasar ola bilmədi. Yəni işləməyən, əhəmiyyətsiz sanksiyadır. Bununla belə, ədalətin yerini tapması üçün onun ləğvi mütləqdir. Dünya ictimaiyyətinə də, Amerika siyasətində olanlara da, erməni lobbisinə də dərs olmalıdır ki, ədalət gec də olsa yerini tapır".

Oxunub: 1051
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

9-08-2025, 08:58

Prezident: Trampın Azərbaycanla bağlı bilgiləri məni təəccübləndirdi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-12-2023, 09:00

Paşinyan: “Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi” [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Siyasət

27-08-2024, 15:30

Amerikalı səfirin “907-ci düzəliş”ə məntiqsiz “izahı” - Görünəni odur ki... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

30-12-2023, 11:35

Superkubok oyunun ləğvi ilə bağlı Səudiyyə şirkətindən ilk açıqlama - FOTO [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

15-05-2025, 09:00

Trampın Ərdoğanla gizli anlaşması: İki liderin ortaq planı reallaşır [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
Zəngəzur dəhlizi TƏHLÜKƏDƏ – Moskva gör NƏ tələb edir…
Dövlət mülkiyyətində olan əmlakla bağlı yeni qanun
Hadisə
11-07-2026, 11:30
Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu
11-07-2026, 09:23
Evin girişi başlarına uçdu, köməksiz vəziyyətdə qaldılar - VİDEO
10-07-2026, 11:30
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
10-07-2026, 11:26
“Bundan maşın çıxmaz, bilmirəm zərərimi necə ödəyəcəklər” - Video
9-07-2026, 09:25
Bu kəndlə əlaqə kəsildi
8-07-2026, 14:11
Nazirliyin qoyunlarını oğurladı
Son xəbərlər
  • Bugün, 09:59
    Hikmət Hacıyev: Münaqişələr həm də informasiya məkanında aparılır
  • Bugün, 09:55
    ABŞ İranı yenidən bombaladı
  • Bugün, 09:22
    BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək
  • Bugün, 09:19
    Finalın bir addımlığında: Bu gün möhtəşəm qarşılaşma var
  • Bugün, 09:00
    Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
  • Dün, 23:56
    Dünya Kriminal qəzetinin kollektivi Eldar Salahova dərin hüznlə başsağlığı verir
  • Dün, 16:00
    Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
  • Dün, 15:30
    Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
  • Dün, 13:12
    DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
  • Dün, 13:05
    Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
  • Dün, 13:02
    İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
  • Dün, 12:36
    İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
  • Dün, 11:16
    Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
  • Dün, 11:11
    Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
  • Dün, 11:07
    Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı
  • Dün, 11:02
    Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir
  • Dün, 10:56
    İlham Əliyev: Donald Tramp sülhsevər və sülhü gətirə biləcək insandır - YENİLƏNİB
  • Dün, 10:44
    Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir"
  • Dün, 10:40
    Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil
  • Dün, 10:36
    İlham Əliyev: "Azərbaycan artıq orta gücə çevrilir"
  • Dün, 10:08
    İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir
  • Dün, 10:04
    İlham Əliyev: "907-ci düzəliş" ermənipərəst senatorlar tərəfindən irəli sürülmüşdü
  • Dün, 10:00
    Prezident: Borrel vəzifədən getdikdən sonra Azərbaycanın Avropa Komissiyası ilə münasibətləri yaxşılaşmağa başladı
  • Dün, 09:56
    İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışdı
  • Dün, 09:46
    Dövlət başçısı: Coğrafi mövqeyimizin üstünlüklərindən səmərəli istifadə etməyə nail olmuşuq
  • Dün, 09:42
    İlham Əliyev: Azərbaycan və Türkiyə kimi dünyada bir-birinə yaxın iki ölkə yoxdur
  • Dün, 09:38
    Prezident: Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil
  • Dün, 09:27
    Şuşada Prezidentin iştirakı ilə Forum başladı - YENİLƏNİB - CANLI
  • Dün, 09:00
    Niyə mənzillər oğlanlara deyil, qızlara etibar edilir? - VİDEO
  • 11-07-2026, 22:02
    Prezident: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir
  • 11-07-2026, 21:44
    İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır
  • 11-07-2026, 20:30
    32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
  • 11-07-2026, 18:12
    İlham Əliyev “Xankəndi” hotelinin açılışında - Fotolar
  • 11-07-2026, 12:04
    Prezident “Həkəriçay” su anbarının təməlini qoydu - Fotolar
  • 11-07-2026, 11:45
    Azərbaycan müdafiə naziri Türkiyədə işgüzar səfərdədir
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə