• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

12-05-2025, 09:00

Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb


Rusiya açıq-aşkar Türkiyəyə Ukrayna savaşının dayandırılması prosesində ABŞ-ın geri çəkildiyi vasitəçilik missiyasını öz üzərinə götürməsini təklif edir... Ancaq Kreml Türkiyənin pozitiv reaksiyasına ümid bəsləyirsə, onda, ilk növbədə rəsmi Ankaranın həssas yanaşdığı mövzularda geri çəkilməyə də mütləq hazır olmalıdır...
"Yeni Müsavat" xəbər verir ki, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət maksimum həddə qədər qəlizləşmiş kimi görünür. Belə ki, hazırda yalnız Ukrayna və Rusiya qoşunlarının təmas xəttində deyil, "siyasi poliqon"da da amansız savaş başlayıb. Xüsusilə də, ABŞ-ın Ukrayna böhranının nizamlanması prosesində vasitəçilikdən geri çəkilməsi yenidən nisbi hərbi-siyasi tarazlığı pozub. Və bu, Kremlin maraqları baxımından, olduqca əlverişsiz situasiyanın formalaşmasına münbit şərait yaradır.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər Tramp adminstrasiyasının qurduğu sülh masasında demək olar, hər şey Rusiyanın maraqlarına uyğun cərəyan edirdi. Belə ki, Ağ Evin emissarları ardıcıl olaraq, Rusiyaya səfərlər edərək, Kremli şirnikləndirə biləcək sülh təkliflərini prezident Vladimir Putinə çatdırırdılar. Və bütün bunlar Kremldə Rusiyanın vəziyyətə nəzarəti tam ələ keçirdiyi barədə qənaətlər yaratmışdı.

Məsələ ondadır ki, Ağ Evin açıq-aşkar rəsmi Kiyevi sıxışdırmağa çalışması, Ukrayna ərazilərinin Rusiyanın nəzarətinə verilməsi ilə bağlı şərtləri gündəmə gətirməsi Kremli arxayınlaşdırmaqfaydı. Hər halda, Kremldə hesab edirdilər ki, ABŞ artıq Rusiyadan asılı vəziyyətə düşür. Yəni, ABŞ-ın Rusiyaya ehtiyacı var. Ona görə də, bundan sonra Kreml nə tələb etsə, ABŞ yerinə yetirəcək, Rusiyaya daha böyük güzəştlər ediləcək. Və hər şeyin belə davam edəcəyinə inanmağa başlamış Kreml də buna paralel olaraq, öz sülh şərtlərində maksimalizmə can atırdı.

Ancaq Kremlin bu hesablamalarının reallıqdan çox uzaq olduğu qısa müddətdə aydınlaşmış oldu. Belə ki, Tramp adminstrasiyası rəsmi Kiyevlə Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsi barədə sazişi imzaladıqdan dərhal sonra öz mövqeyini ciddi şəkildə dəyişməyə üstünlük verdi. Ağ Ev özünə lazım olanı aldıqdan sonra Rusiyanın "imperialist kaprizləri" ilə oynamaq niyyətində olmadığını qabartdı. Və Ağ Ev sülh prosesi qarşısında ən böyük əngəlin məhz prezident Vladimir Putin olduğunu bəyanlayaraq, ABŞ-ın vasitəçilikdən çəkildiyini elan etdi.

Əslində, bu, o deməkdir ki, Ağ Ev Rusiyanı Ukrayna ilə təkbaşına buraxdı. Ancaq ABŞ Ukraynanı Rusiya qarşısında köməksiz buraxmaq niyyətində olmadığını da gizlətmir. Belə ki, Rusiya maksimalist mövqeyini yumşaltmasa, sülh sazişini imzalamayaraq, savaşın uzanmasına səbəb olsa, onda ABŞ Ukraynaya dəstək prosesini bərpa etmək barədə düşünə bilər. Ağ Ev Avropa Birliyi ilə ortaq şəkildə həm Rusiyaya qarşı yeni və daha sarsıdıcı sanksiyalar tətbiq etməyə, həm də Ukraynaya hərbi dəstəyi gücləndirməyə hazırlaşır. Və bu baxımdan, indi Kremlin verəcəyi reaksiya Rusiyanın gələcək taleyinə birbaşa təsir göstərə bilər.

Maraqlıdır ki, Kremldə Rusiya üçün yaxınlaşan növbəti böyük təhlükəni hiss etməyə başlayıblar. Kreml Ukrayna ilə müharibəyə başlamaqla, Rusiyanı içindən çıxmaq çox çətin olan "savaş bataqlığı"na salmışdı. İndi Kreml sülh prosesini pozan davranışları və maksimalist tələbləri ilə Rusiyanı növbəti dəfə, ancaq daha dərin "bataqlığa" salmaq üzrədir. Və ABŞ-ın vasitəçilikdən çəkilməsi ilə yaranmaqda olan yeni təhlükəli situasiya artıq Kremli əndişələndirməyə başlayıb.

Ona görə də, prezident Vladimir Putin situasiyanı düzəltmək üçün müəyyən açıqlamalar verməyə məcbur qaldı. Belə ki, Kreml sahibi əvvəlcə Şimali Koreya hərbçilərinə Rusiyanın Kursk bölgəsinin geri alınmasında yüksək peşəkarlıq göstərdiklərinə görə təşəkkür etdi. Bununla da prezident Vladimir Putin ABŞ və Qərbə Ukrayna savaşı davam edəcəyi təqdirdə, Rusiyanın öz müttəfiqləri ilə uzun müddət müharibə aparmaq potensialının olduğuna dolayısı eyham vurdu.

Ardınca isə Kreml sahibi Rusiyanın əvvəl-axır Avropa ölkələri ilə konstruktiv münasibətləri bərpa edəcəyini vurğuladı. Üstəlik, həmin təmasları səbrsizliklə gözlədiyini də biruzə vermiş oldu. Eyni zamanda, prezident Vladimir Putin bütün xarici ölkə liderlərinə Ukrayna savaşının dayandılması üçün göstərdikləri cəhdlərə görə təşəkkür etdi. Halbuki, bu istiqamətdə indiyə qədər ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan başqa cəhd göstərən hər hansı başqa xarici dövlət başçısı yoxdur.

Maraqlıdır ki, Kreml sahibi Rusiyanın təcili sülhə ehtiyac duyduğunu da biruzə verdi. Belə ki, prezident Vladimir Putin legitimliyini şübhə altına aldığı Zelenski hakimiyyətinə heç bir ilkin şərt olmadan birbaşa danışıqlara başlamağı təklif etdi. Bu məqsədlə isə mayın 15-də İstanbulda ilk təmasların qurulmasını ön plana çəkdi. Və prezident Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da dərhal bu məsələni müzakirə edəcəyini bildirdi.

Belə anlaşılır ki, Kremldə ABŞ-ın vasitəçilikdən çəkilmısinin Rusiya üçün necə təhlükəli yeni situasiya yarada biləcəyini təxmin etməyə başlayıb. Ona görə də, Rusiya siyasi dairələri ABŞ-ın vasitəçiliyinə alternativ axtarışına məcbur qalıblar. Hazırda bu missiyanı öz üzərinə götürə biləcək yeganə dövlət məhz Türkiyə olduğundan Kreml sahibi Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana minnətçi düşüb. Yəni, indi prezident Vladimir Putin, Ukrayna böhranı üzrə sülh mövzusunu Tramp adminstrasiyası ilə deyil, məhz Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla müzakirə etməyə möhtacdır.

Beləliklə, Türkiyəyə açıq-aşkar Ukrayna savaşının dayandırılması prosesində vasitəçilik missiyasını üzərinə götürməsi təklif olunur. Rəsmi Ankara əslində, buna qətiyyən qarşı deyil. Ancaq son vaxtlar Ərdoğan-Tramp yaxınlaşması, eləcə də, ABŞ-dan fərqli olaraq, Türkiyənin Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsi Kreml üçün müəyyən problemlər də yarada bilər. Hər halda, rəsmi Ankara bu məsələdə Kremlə Ağ Ev kimi beynəlxalq hüquqa zidd güzəştlər vəd etməz. Və Rusiyanı növbəti dəfə "bataqlığa" sürükləyən Kreml Türkiyənin pozitiv reaksiyasına ümid bəsləmək üçün ilk növbədə rəsmi Ankaranın həssas yanaşdığı mövzularda geri çəkilməyə mütləq hazır olmalıdır.

Oxunub: 10111
Paylaş:
Digər xəbərlər

Dünya

9-05-2025, 09:11

Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

11-04-2025, 09:00

Tramp Ukrayna savaşını dayandırmaq şansını itirdi: İndi Ağ Evdə ABŞ-Rusiya toqquşmasına hazırlıq başlayıb [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

3-02-2025, 09:00

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

24-04-2025, 09:00

Rusiya ABŞ-ın “qırmızı cizgiləri”ni tapdalayır: Sülh masası iflasa uğrayır, Ukrayna “nifaq alması”na çevrilir [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Dünya

14-04-2025, 09:00

Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qurur [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
“Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur”
Hadisə
Bugün, 10:03
Bakıda dəhşətli qəza: iki futbolçu öldü
Dün, 13:42
Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
Dün, 09:39
Azərbaycanda güllələnmə: Bir nəfər öldü
28-07-2026, 12:52
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
28-07-2026, 12:48
Ədliyyə Nazirliyi DİN-lə birgə əməliyyat keçirdi, məhkuma aid tapança tapıldı
28-07-2026, 10:37
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
Son xəbərlər
  • Bugün, 12:16
    Hansı halda yük itirilmiş sayılacaq? - Qaydalarda DƏYİŞİKLİK
  • Bugün, 11:47
    Metroda həyəcanlı anlar - sərnişinlər təcili çıxarıldı
  • Bugün, 11:43
    İlham Əliyev Mərakeş Kralını təbrik etdi
  • Bugün, 10:33
    Əhməd Davudoğlu siyasətdən getdi
  • Bugün, 10:19
    Vilyam Hacıyevin həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı
  • Bugün, 10:15
    TƏCİLİ: Rusiya raketləri Polşaya DÜŞDÜ - Qırıcılar havaya qaldırıldı
  • Bugün, 10:06
    Qızıl bahalaşdı
  • Bugün, 10:03
    Bakıda dəhşətli qəza: iki futbolçu öldü
  • Bugün, 09:59
    Maaş və pensiya kartı olanların nəzərinə - Mərkəzi Bankın sədri açıqladı
  • Bugün, 09:55
    UEFA Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə qarşılaşacaq
  • Bugün, 09:50
    6 ərəb ölkəsi HƏRƏKƏTƏ KEÇDİ: Ordulara TƏCİLİ ƏMR VERİLDİ
  • Bugün, 09:36
    "MasterChef"in qalibi evində ölü tapıldı
  • Bugün, 09:33
    Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
  • Bugün, 09:28
    Ankarada ŞOK ƏMƏLİYYAT: Bələdiyyə sədri olan məşhur aktyor SAXLANILDI
  • Bugün, 09:23
    DÇ-dən sonra Argentina ilə bağlı araşdırma başladı
  • Bugün, 09:16
    Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ
  • Bugün, 09:06
    “Bu gün-sabah doğuş vaxtıdır, amma həkim yoxdur”
  • Bugün, 09:00
    1 ilinə az qaldı...-Bakı və İrəvan o sənədi nə vaxt imzalayacaq?
  • Dün, 16:00
    102-ci bazanın taleyi danışıqlar masasında
  • Dün, 15:30
    Türkiyədə diplomatik korpusun yenilənməsinin pərdəarxası
  • Dün, 14:22
    “Zəngəzur yolu” və “Putin ittifaqı” üçün referendum hazırlığı
  • Dün, 14:00
    SEPAH hakimiyyətdə möhkəmləndi - Bakıya yeni risklər
  • Dün, 13:42
    Qarabağ müharibəsindən sonra ermənilərdən qiymətləndirmə – Ermənistan ordusu güclənir?
  • Dün, 13:16
    Bu səhvi edənlərin evi əlindən çıxa bilər — Xəbərdarlıq
  • Dün, 12:42
    Azərbaycanın bu şəhərlərinə metro çəkiləcək
  • Dün, 12:33
    3990 şəxs Azərbaycana geri qaytarılıb
  • Dün, 12:16
    Ət bahalaşdı
  • Dün, 12:12
    Prezidentin işdən çıxardığı şəxsə yeni vəzifə verildi
  • Dün, 11:14
    SEPAH üç neft tankerinə və ABŞ-nin aviabazasına zərbə endirib
  • Dün, 11:11
    Nazir sənədi imzalamaqdan imtina etdi - Ərdoğanın reaksiyası gündəm oldu
  • Dün, 10:33
    Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
  • Dün, 10:29
    Anar Bayramov Nərimanov Tibb Mərkəzinə yeni direktor təyin etdi
  • Dün, 10:22
    Hikmət Hacıyev "AnewZ"un Şuşa həbsxanası ilə bağlı hazırladığı sənədli filmi paylaşıb
  • Dün, 10:18
    Keçid balları aşağı salınır? - RƏSMİ AÇIQLAMA
  • Dün, 09:56
    SON DƏQİQƏ: İraqa DƏHŞƏTLİ HÜCUM – Kərbəlada zəvvar düşərgələri vuruldu
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Burfanov Hakim Vaqif oğlu
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə