• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycanda ehsan QADAĞASI - BUNDAN SONRA... [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

14-08-2024, 11:12

Azərbaycanda ehsan QADAĞASI - BUNDAN SONRA...


Ekspertlərdən SOS!: “Bunun yeganə yolu inzibati metoddur və...”
Göygöl rayonunda və Gəncədə eyni gündə keçirilən yas mərasimlərində kütləvi zəhərlənmə ehsan qadağası mövzusunu yenidən gündəmə gətirib. Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasiminin sahibi deyib ki, dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar olub.

Məlum olduğu kimi, hələ 2014-cü ildə Azərbaycanda israfçılığın qarşısını almaq məqsədilə dövlət hüzr mərasimlərində ehsan verilməsini xüsusi nəzarətə götürdü. Yeni təşəbbüs cəmiyyətin müxtəlif təbəqələri tərəfindən də dəstəklənirdi və rayon icra hakimiyyətlərində hüzrdə ancaq çay, halva və xurma verilməsinə nəzarət etmək üçün xüsusi komissiyalar belə yaradılmışdı.

Bu addım müəyyən nəticələr versə də, tezliklə hüzr yerləri ilə bağlı bir sıra narazılıqlara yol açdı. İddia olunurdu ki, ölkədə yas məclislərinin keçirilməsi qaydalarına dəyişiklik etməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin ciddi narazılığına səbəb olub və bu baxımdan qərarın bugünədək də icrasız qalmasında Şeyxi də günahlandıranlar var. Doğrudur, QMİ bir neçə dəfə yaslarda israfçılığa yol verilməməsi barədə çağırış etsə də, hazırda Bakıda QMİ-nin nəzarətində olan əksər məscidlərdəki mərasim evlərində bir çox hallarda hətta dəbdəbəli ehsan süfrələri açılmaqda davam edir.

İlahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələ ilə bağlı dəfələrlə çağırış edilsə də, heç bir dönüş yoxdur. Mən də parlamentdə, mediada bununla bağlı çağırışlar etmişəm. Təəssüf ki, yas məclislərinin təşkili böyük bir biznesə çevrilib.

Bu gün Azərbaycanda yasda olan israfçılığın dinlə əlaqəsi yoxdur. Dinimizə görə vəfat edən şəxsin ailəsində başsağlığına gələnlər üçün yemək bişirmək və ehsan vermək kimi öhdəliklər yoxdur. Əksinə, Məhəmməd Peyğəmbərin (s.a.v) hədisi var ki, vəfat edən şəxsin qonşuları və qohumları yas evinə yemək gətirməlidir. Daha da aydınlaşdırsaq, ailə dərin acı içindədir, lakın ehsan hazırlığı səbəbindən acısını yaşaya bilmir. Ehsan vermək üçün məkan, azuqə və digər ehtiyaclar arxasınca qaçır, təlaş yaşayır. Bu cür qayğılara görə biz öz əzizlərimizi son mənzilə necə yola salırıq, onu da bilmirik. Əslində hamı bu ehsan prosesindən narazıdır. İnsanlar banklardan kredit, borc, hətta sələmə pul götürürlər ki, yas məclisini yola versinlər. Etməzlərsə, insanlar tənəyə başlayırlar ki, “filankəs ölüsünə hörmətsiz yanaşdı, ölüsünə qiymət vermədi”. Fikrimcə, bu məsələ ilə bağlı normativ aktlar da qəbul etməliyik. Hətta qanun səviyyəsində məsələ qaldıra bilərik. Bəzən deyirlər ki, bu, ictimai məsələdir, ona görə qanunlarla qadağa qəbuledilməzdir. Amma düşünürəm ki, hər birimiz yas-toylardakı israfçılıqdan bezmişik. Bəzən bir yas 30 min, 50 minə başa gəlir. Bir toy isə 500 minə başa gəlir. Nə də toylarda insanlar otura bilir, musiqi qulağı batırır. Bəzən eyni yeməklər toylarda təqdim olunur. Yaslarda da biz eyni problemi görürük, insanlar əziyyət çəkirlər. Süfrədə 3-4 cür yeməyə, şirniyyata nə ehtiyac var? Orta Asiya respublikaları, məsələn, Tacikistanda bununla bağlı müəyyən normalar müəyyənləşib. Bizdə də bu qaydalar olmalıdır. İnsanlar könüllü şəkildə bunu etmədiyi üçün inzibati resurslardan istifadəyə ehtiyac var. Fikrimcə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu işdə fəal olmalıdır. QMİ də bu təbliğatın önündə getməlidir. Yas məclislərinə uzaqdan gələnlərə çay süfrəsi verilə bilər, nəzərə alına bilər. Amma iki min nəfərə süfrə açmaq yolverilməzdir".

Dini sahə üzrə mütəxəssis, araşdırmaçı jurnalist Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda yas mərasimlərinin keçirilməsi ilə bağlı müasir mənzərə nə bu xalqın tarixi ənənələri, nə İslam dininin qaydaları ilə uyğun gəlir: “Dünyasını dəyişmiş insanların yaxınları yas mərasimləri zamanı bilmir ki, öz əzizlərinin itkisinə yansın, yoxsa qonaqların yemək məclisinin dərdini çəksin. Onun üçün bu mərasimə yemək məclisi deyirəm ki, bu mərasimin dini qayda ilə heç bir əlaqəsi yoxdur. Bizim ölkədə qeyd edilən yeddi, qırx, hətta bəzi hallarda əlli iki mərasiminin də İslam dini ilə heç bir bağlılığı yoxdur. Bu ənənə başqa dinlərin nümayəndələrindən öyrənilmiş, yanlış olaraq da bizim ölkənin əhalisi arasında geniş yayılmış yanlış adətdir. İslam dini israfı ən bəyənilməyən əməllərdən biri sayır. Hətta Qurani-Kərimdə israf edənlər "şeytanla qardaş" adlandırılır. Bu qədər açıq və dəqiq bəyandan sonra yas mərasimlərindəki israf hallarını İslam dini ilə bağlamaq mümkündürmü?

İslam peyğəmbəri Hz.Məhəmməd (s) bir hədisində buyurur: “Dünyasını dəyişmiş insanın yaxınlarını üç gün ziyarət edin”. Bu da mərhumun yaxınlarına təsəlli vermək, dərdinə şərik olmaq anlamını ifadə edir. Təəssüf ki, bizdə dinimizin bütün buyruqlarının əksinə yas mərasimləri banket tədbirlərinə dönüb.

Dinimiz bir yandan da hansısa əmələ görə kollektiv məsuliyyəti deyil, fərdi məsuliyyəti əsas götürür. Çünki Allah qatında hər kəs öz əməlinə görə mükafatlandırılır, yaxud ona cəza verilir. Bu baxımdan da yas mərasimlərində normal qaydalara əməl etməyi hər kəs özündən başlamalıdır. Təbii ki, mərasim evləri, ərzağın bu yerlərə topdansatışı bu işin biznesini quranlar üçün sərfəli vasitədir. Lakin kimsə ehtiyacı olan insanlara həqiqi, dinimizin tövsiyə etdiyi kimi ehsan etsə, yardımlaşsa, bunu qarşısını kim ala bilər?

Qəbiristanlıqlara nəzər salanda bütpərəstlik elementi ilə zəngin olan məzar daşlarını hansı müsəlmanlığa aid etmək olar? İnsanlar fərqində deyil ki, kimlərinsə mərmər biznesinin daha da çiçəklənməsinə yardımçı olurlar. Təəssüf ki, dini təbliğat, israfdan qaçmağı təşviq etməklə bu qədər biabırçılıqları aradan qaldırmaq mümkün olmur. Nə qədər bu vasitənin tətbiqini istəməsəm də, görünür, yas mərasimlərində və toylarda normal qaydalar yaratmağın yolu inzibati metodlarla tənzimləmədən keçir. Əks halda, nəyəsə nail ola bilməyəcəyik".

Oxunub: 10153
Paylaş:
Digər xəbərlər

Siyasət

18-07-2023, 10:40

Vilayət Eyvazovdan Ehsan Zahidovla bağlı YENİ ƏMR [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Cəmiyyət

10-07-2023, 13:53

Ehsan Zahidov təqaüdə göndərilib [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

17-07-2024, 09:26

Azərbaycanda toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

11-11-2023, 10:47

Gəncədə zəncirvari QƏZA: Xəsarət alanlar var [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Hadisə

11-07-2024, 11:26

Azərbaycanda zavodda 53 nəfər zəhərləndi [xfgiven_qirmizi] [/xfgiven_qirmizi]

Araşdırma
Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
“Dörd ay keçib, küçələr hələ də su altındadır”
Qaradağda tarixi karvansaraya ziyan vurulub
Bu həftə 4 gün işləyəcəyik
Hadisə
Dün, 12:58
"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
Dün, 11:32
Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Dün, 10:46
Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Dün, 09:55
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
Dün, 09:45
“BYD” qəza törətdi - Piyada öldü
Dün, 09:40
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Son xəbərlər
  • Dün, 16:00
    Ermənistan İranla o sazişi niyə imzalamır? - Bakı və Ankaraya qarşı hiylə
  • Dün, 15:30
    ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir?
  • Dün, 15:26
    İlham Əliyev Numan Kurtulmuşu qəbul etdi
  • Dün, 13:43
    Pambıqçılıqla məşğul olanlara ŞAD XƏBƏR
  • Dün, 13:03
    ABŞ-dən İranla bağlı gözlənilməz qərar - İcazə verildi
  • Dün, 12:58
    "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?
  • Dün, 12:54
    İnflyasiya ilə bağlı RƏSMİ AÇIQLAMA
  • Dün, 12:50
    Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
  • Dün, 12:14
    Əmlak alarkən diqqətli olun: Ali Məhkəmə əsas riskləri açıqladı
  • Dün, 11:32
    Azərbaycanda 5 gün ardıcıl intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dün, 11:15
    Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək bilet ala biləcəksiniz
  • Dün, 11:07
    İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı
  • Dün, 10:46
    Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlanıb
  • Dün, 10:04
    Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
  • Dün, 09:55
    İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
  • Dün, 09:45
    “BYD” qəza törətdi - Piyada öldü
  • Dün, 09:40
    “TikTok”da söyüş söyən şəxs həbs edildi
  • Dün, 09:36
    Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
  • Dün, 09:29
    Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
  • Dün, 09:25
    Qalibaf Bakıya gəldi
  • Dün, 09:00
    “UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
  • 23-06-2026, 16:00
    Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
  • 23-06-2026, 15:33
    Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
  • 23-06-2026, 15:30
    Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
  • 23-06-2026, 13:25
    Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
  • 23-06-2026, 13:16
    Həmin ordeni Polşaya qaytardı
  • 23-06-2026, 12:44
    Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
  • 23-06-2026, 12:39
    Daşaltı kəndinin fonunda - Fotolar
  • 23-06-2026, 12:34
    Füzulinin dağıdılmış yerlərinə baxdılar - Fotolar
  • 23-06-2026, 11:46
    Sürətli yolda uşağın həyatını təhlükəyə atdı - Araşdırma başladı
  • 23-06-2026, 11:41
    Bu qaydanı pozanlar cərimələnəcək - 2 min manatadək
  • 23-06-2026, 11:16
    Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
  • 23-06-2026, 11:09
    Danışıqların yekununda dörd işçi qrupu yaratdılar
  • 23-06-2026, 11:05
    Ramil Quliyevin xanımı Olimpiya medalından məhrum edildi
  • 23-06-2026, 10:59
    Ərini öldürəndən sonra silahla arvadını da hədələyibmiş - Yevlaxdakı qətlin təfərrüatı
Daha çox
  • Direktor: Səxavət Zayidov
  • Baş redaktor: Eldəniz Əmiraslanov
  • Şöbə müdiri: Solmaz Budaqova
  • Xüsusi müxbir: Hüseynov Aydın Hüseyn oğlu
  • Bölgə müxbiri Cəfərova Rəna
  • Müxbir Rəsulov Rasim Rəşad oğlu
  • Whatsapp: (99470) 213 07 22
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. PressMedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə